Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8912/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın iddiaçıya aid hissəsinin ləğv edilməsi və göndəriş əsasında əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın iddiaçıya aid hissəsinin ləğv edilməsi və göndəriş əsasında əlilliyin təyin olunması” tələbinə dair iddiası üzrə inzibati işə 2 dekabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1972-ci ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2017-ci il tarixli, 161 nömrəli Qərarına əsasən iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin aprel ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin İİİ daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş. Nizami rayon idarəsinin xx.xx.2017-ci il tarixli 595 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 281 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli 22 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR". İddiaçıya xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının qalıqları (mərmi partlayışı nəticəsində). Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəf ə). Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. (xx.xx.2017-ci il tarixli 161 №-li qərar) Ağırlaşma 161.4 Beyindaxili beyinciyə qansızma, Kəllə daxili hipertenziya.Davamlı astenonevrotik sindrom. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, Sağ topuq oynağının artrozu, kontrakturası, hərəkət məhdudluğu. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla qəlpə yaralanmasından sonra sağ baldırın yuxarı 1/3-in ön iç səhində 1 ədəd,sağ baldırın aşağı 1/3-nin ön səthində 2 ədəd köhnə çapıq toxumaları. Yanaşı xəstəliklər 125 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX.Gərginlik stenokardiyası fs İİ Yanaşı xəstəliklər H52.4 Presbiopiya,. . İddiaçı X7 İ00249976SFQ nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçıya “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5-oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5 - kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1miialiçəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnozları qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025ci il tarixli, 3-17-4/3-3-1940/2025 №-li qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017ci il tarixli 161 nömrəli Qərar verilmişdir. Həmin qərarda Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin İİİ daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd: Hərbi qərar Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və 3 nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri əsasında alınmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrılarından, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan, yuxusuzluqdan, qıcolma tutmalarından, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə qəlpə yaralanması aldığını, həmin vaxtdan özünü xəstə hesab etdiyini bildirmişdir. Qıcolma tutmalarının başın arxa tərəfində ağrı hiss etməsi ilə başladığını, aşağı ətraflarının keyləşdiyini, sonra isə baş verənləri xatırlamadığını söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlepsin”, Fenozepam” qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ daban nahiyəsində, sağ baldırın və sağ budun orta 1/3-də, ənsə nahiyəsində çapıqlar izlənilmişdir. Müayinə zamanı arterial təzyiqi 150/90 mm cv st, nəbzi 98 vurğu, saturasiyası SpO2 99% müəyyənləşdirilmişdir. Nevroloji status: Əzələ tonusu normal olmuş, ətraflarda atrofiya, hipotrofiya, parez əlamətləri müşahidə edilməmiş, yerişi sərbəst olmuşdur. Qıcolma tutmalarından şikayətlənsə də, heç bir Elektroensefaloqramma müayinəsinin nəticəsini təqdim etməmiş, anamnestik olaraq da tutmanı təsvir edə bilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Müayinə prosesində kobud simulyativ davranış sərgiləmiş, ünsiyyətə daxil olmuş, verilən suallara adekvat cavablar vermişdir. Xəstəliyi haqqında, aparılan müayinələr və müalicələr barəsində verilən suallara isə yayınaraq cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, diqqəti və yaddaşının normal olması müşahidə edilmişdir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ qamış və incik sinirlərinin zədələnməsi, qamış sinirinin zədələnməsinin üstünlüyü ilə)” kimi qeyd edilsə də, kliniki olaraq öz təsdiqini tapmamışdır. Sabunçu Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Sağ maksilyar sinusda qatı möhtviyyat qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Kəpəz Hospitalın xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ tərəfli n.peroneus və n.tibialisin nevropatiyası aksonal degenerasiyası) ilə xarakterizə olunur” kimi müəyyənləşdirilmişdir. Sabunçu Tibb Mərkəzinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5629 nömrəli Çıxarışlında diaqnoz “Keçirilmiş kəlləbeyin travmanın nəticələri. Posttravmatik enefalopatiya. Epilepsiya tutması. Postravmatik sağ qamış və incik sümüyünün neyropatiyası, təkrarlanan qıcolma tutmaları. Hipertoniya xəstəliyi İİİ. OUmakulo degenerasiya. Nəzərə çarpan asteno-nevrotik sindrom” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 13701687 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 623 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 2 il müddətinə verilir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli 20211800** AB ***26/24 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin iç, sağ baldırın orta 1/3-nin ön, sağ dabanın iç səthlərində çapıq toxumaları, sağ bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25˚), sağ qamış sümüyünün proksimal metafizinin medialinda sümük çıxıntısı, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Sağ aşağı ətrafda peroneal və tibial sinirlərin aksonal motor neyropatiyası” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXOKQ-də min MÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit, şəxsiyyət pozuntusu əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-4/3-3-1940/2025 №-li qərarının iddiaçıya aid hissəsinin ləğv edilməsi və iddiaçıya xx.xx.2025-ci il tarixli İ00249976SFQ №-li göndəriş əsasında əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 2025-ci ildən həyata keçirilmiş əlillik qiymətləndirilməsi ilə ona 2019-cu ildə verilmiş əlillik üzrə diaqnozlar eynilik təşkil etmişdir. Lakin buna baxmayaraq cavabdeh orqan nədənsə iddiaçının diaqnozu üzrə ona əlillik təyinatı verilməsindən imtina etmişdir. İddiaçının diaqnozunda qeyd olunan ağırlaşmalar əsas diaqnoz və yanaşı xəstəliklər əlillyjn_müyyən edilməsi meyarlarında öz əksini tapmış və həmin diaqnozlar üzrə əlillik təyinatı aparılması nəzərdə tutulmuşdur Cavabdeh orqan isə bu kimi halları nəzərə almamışdır. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları və hüquq normaları sadalanmış, lakin etiraz əsaslandırılmamışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı İ Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edərkən 1993-cü il tarixdə travma almış, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirirlərək “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyyəsində bir ədəd, sol əlin İİİ daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumaları”, “Hərbi Travmadır Azərbaycan Respublikasının müdafiəsi zamanı alnmışdır” kimi qeyd edilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin əlilliyin diaqnozu – T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş kəllə beyin travmasının qalıqları.(mərmi partlayışı nəticəsində). Postravmatik ensefalopatiya,tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəf ə). Hərbi travmadır.Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.(xx.xx.2017-ci il tarixli 161 №-li qərar) Ağırlaşma 161.4 Beyindaxili beyinciyə qansızma, Kəllə daxili hipertenziya.Davamlı asteno-nevrotik sindrom. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, Sağ topuq oynağının artrozu, kontrakturası,hərəkət məhdudluğu. Yanaşı xəstəliklər 111 Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ dərəcə. Yanaşı xəstəliklər Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Odlu silahla qəlpə yaralanmasından sonra sağ baldırın yuxarı 1/3-in ön iç səhində 1 ədəd,sağ baldırın aşağı 1/3-nin ön səthində 2 ədəd köhnə çapıq toxumaları. Yanaşı xəstəliklər 125 Ürəyin xroniki işemik xəstəliyi, ÜİX.Gərginlik stenokardiyası fs İİ Yanaşı xəstəliklər H52.4 Presbiopiya,. Əlillik müddəti qurtardığından iddiaçı X7 İ00249976SFQ nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə əyani müayinə olunmuş və diaqnoz diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçıya “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5-oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1miialiçəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnozları qeyd edilmişdir. Hazırda iddiaçının hüquqi marağı xx.xx.2025-ci il tarixli göndəriş əsasında ona əlilliyin təyin edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-10 – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən X7 İ00249976SFQ nömrəli, xx.xx.2025-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1-miialiçəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnozları qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçı İ Qarabağ müharibəsi zamanı döyüşdə iştirak edərkən 1993-cü ildə travma almış və həmin tarixdən onda müxtəlif xəstəliklər yaranmışdır. İddiaçıya xx.xx.2019-cu il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Bundan başqa, cavabdehin xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin İ00249976SFQ nömrəli göndərişi əsasında xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərarı verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, K.Məmmədova Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 161 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin İİİ daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön-iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd: Hərbi qərar Müdafiə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzində canlı şəxsin məhkəmə-tibbi müayinəsi və 3 nəfər keçmiş hərbi qulluqçunun şahid ifadələri əsasında alınmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, aşağı ətraflarda ağrı və hərəkət məhdudluğundan, yuxusuzluqdan, qıcolma tutmalarından, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə qəlpə yaralanması aldığını, həmin vaxtdan özünü xəstə hesab etdiyini bildirmişdir. Qıcolma tutmalarının başın arxa tərəfində ağrı hiss etməsi ilə başladığını, aşağı ətraflarının keyləşdiyini, sonra isə baş verənləri xatırlamadığını söyləmişdir. Medikamentoz preparatlardan “Depakine”, “Finlepsin”, Fenozepam” qəbul etdiyini bildirmişdir. Baxış zamanı sağ daban nahiyəsində, sağ baldırın və sağ budun orta 1/3-də, ənsə nahiyəsində çapıqlar izlənilmişdir. Müayinə zamanı arterial təzyiqi 150/90 mm cv st, nəbzi 98 vurğu, saturasiyası SpO2 99% müəyyənləşdirilmişdir. Nevroloji status: Əzələ tonusu normal olmuş, ətraflarda atrofiya, hipotrofiya, parez əlamətləri müşahidə edilməmiş, yerişi sərbəst olmuşdur. Qıcolma tutmalarından şikayətlənsə də, heç bir Elektroensefaloqramma müayinəsinin nəticəsini təqdim etməmiş, anamnestik olaraq da tutmanı təsvir edə bilməmişdir. Psixi status: Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Müayinə prosesində kobud simulyativ davranış sərgiləmiş, ünsiyyətə daxil olmuş, verilən suallara adekvat cavablar vermişdir. Xəstəliyi haqqında, aparılan müayinələr və müalicələr barəsində verilən suallara isə yayınaraq cavablar vermişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, diqqəti və yaddaşının normal olması müşahidə edilmişdir. Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun xx.xx.2023-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ qamış və incik sinirlərinin zədələnməsi, qamış sinirinin zədələnməsinin üstünlüyü ilə)” kimi qeyd edilsə də, kliniki olaraq öz təsdiqini tapmamışdır. Sabunçu Tibb Mərkəzinin xx.xx.2024-cü il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortikal atrofiya). Sağ maksilyar sinusda qatı möhtviyyat qeyd edilir” kimi müəyyənləşdirilmişdir. Kəpəz Hospitalın xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Neyromotor aparatda nevral tipli pozuntu (sağ tərəfli n.peroneus və n.tibialisin nevropatiyası aksonal degenerasiyası) ilə xarakterizə olunur” kimi müəyyənləşdirilmişdir. Sabunçu Tibb Mərkəzinin xx.xx.2024-xx.xx.2024-cü il tarixli 5629 nömrəli Çıxarışlında diaqnoz “Keçirilmiş kəlləbeyin travmanın nəticələri. Posttravmatik enefalopatiya. Epilepsiya tutması. Postravmatik sağ qamış və incik sümüyünün neyropatiyası, təkrarlanan qıcolma tutmaları. Hipertoniya xəstəliyi İİİ. OUmakulo degenerasiya. Nəzərə çarpan asteno-nevrotik sindrom” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-cü il tarixli 13701687 nömrəli Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 623 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, koqnitiv funksiyaların enməsi ilə. Təyin edilən diaqnoz 2 il müddətinə verilir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli 20211800** AB ***26/24 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra, sağ budun yuxarı 1/3-nin iç, sağ baldırın orta 1/3-nin ön, sağ dabanın iç səthlərində çapıq toxumaları, sağ bud-çanaq oynağının travmadan sonra koksartrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 25˚), sağ qamış sümüyünün proksimal metafizinin medialinda sümük çıxıntısı, daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli EMQ müayinəsinin nəticəsi “Sağ aşağı ətrafda peroneal və tibial sinirlərin aksonal motor neyropatiyası” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERAda xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=55%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXOKQ-də min MÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi” kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, aparılan anamnestik, obyektiv və instrumental müayinələrin nəticələrinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit, şəxsiyyət pozuntusu əlamətləri və patofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X2 ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 1659 №-li ekspert rəyində qeyd edilmişdir ki, Yoxlanılan şəxs İddiaçı “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla və koqnitiv funksiyaların zəifləməsi ilə, anamnezində qıcolma tutmaları ilə” (F07.0) aşkar edilir. Həmçinin Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı məhkəmə tibbi ekspertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə tapşırılmışdır Məhkəməyə təqdim edilmiş T811/2025 №-li ekspert rəyində qeyd edilmişdir ki, Vətəndaş İddiaçı adına Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, 161 nömrəli Qərarda qeyd edilmişdir ki, “Odlu silah qəlpə yaralanmalarından sonra başın arxa ənsə nahiyəsində bir ədəd, sol əlin İll daraq sümükləri proyeksiyasının arxa səthində bir ədəd, sağ saidin aşağı 1/3-nin arxa səthində bir ədəd, sağ baldırın yuxarı 1/3-nin ön- iç səthində bir ədəd, sağ baldırın aşağı 1/3-nin ön səthində iki ədəd köhnə çapıq toxumalar" diaqnozu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən diaqnoz hazırda da onun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş çapıq toxumaların varlığı ilə təsdiq olunur. Vətəndaş İddiaçı adına “X9" tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli. İ00249976SFQ saylı forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: Y36.4-hərbi əməliyyatlar nəticəsində odlu silahlı və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, partlayış travması, kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasınm qalıq əlamətləri (1993). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə, M24.5-oynaqların kontrakturası, sağ pəncənin posttravmatik kontrakturası, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, teztez təkrarlanan epileptik qıcolma tutmaları, T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması qalıq əlamətləri (1993), L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, bədənin çoxsaylı hipertrofik çapığı, R26.8-hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, yerişin pozulması, R52.1-müalicəyə tabe olmayan daimi ağrı, davamlı ağrı sindromu, M16.5-digər posttravmatik koksartrozlar, posttravmatik koksartroz. G93-baş beynin digər zədələnmələri, posttravmatik enscfalopatiya, G57.2-bud sinirinin zədələnməsi, odlu silah yaralanmasından sonrakı posttravmatik sağ qamış və incik sinirlərin neyropatiyası" diaqnoz ona stasionarda aparılmış funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir.- Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017- ci il tarixli, 161 nömrəli Qərarında qeyd edilmiş diaqnoz 100249976SFQ saylı Forma 088 göndərişində olan əsas diaqnozla qismən eynilik təşkil edir və xəstəlik xroniki hala keçdiyindən yuxarıda qeyd olunan xəstəliklərlə ağırlaşmış və xəstəliklərə hazırda da rast gəlinir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
6. Sinir sistemi xəstəlikləri
6.7. Epilepsiya - G40.... ... 6.1.10. ... sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr- R25-R29
7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri ... 13.4Koksartroz (bud-çanaq oynağının artrozu)-M16 ... 13.6. Başın travmalarının nəticələri -T90 Dərinin atrofik zədələnmələri L90
Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiaçıda olan zəstəliklər iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyləri ilə öz təsdiqini tapır. Həmin diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 921/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1428/2024 nömrəli 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 1148/2024 nömrəli, 2-1(102)-522/2024 nömrəli 2-1(102)- 2378/2023 nömrəli qərarları; 2- 1(102)-2458/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)- 2636/2024 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1218/2024 nömrəli, 2- 1(102)-764/2024 nömrəli, 2-1(102)- 671/2024 nömrəli, 2-1(102)-437/2024 nömrəli, 2- 1(102)-2500/2023 nömrəli, 2-1(102)-2378/2023 nömrəli qərarları; 2-1(102)-2458/2024 nömrəli 2-1(102)-2636/2024 nömrəli 2-1(102)-2702/2024 nömrəli 2-1(102)-2950/2024 nömrəli 2-1(102)-3098/2024 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3-17-4/3- 3-1940/2025 №-li qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı xx.xx.2025-ci il tarixli İ00249976SFQ №-li göndəriş əsasında əlilliyin təyin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov