Məhkəmə qərarları › İş №2-1(112)-8917/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8917/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8917/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı Dövlət Vergi Xİdmətinin Lokal Gəlirlər Baş İdarəsinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfınədn qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfınədn qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd edilir ki, qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur." Yuxarıda göstərilənlər barəsində iddiaçı vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərinin təmin edilməsi və müəssisənin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə hər hansı tədbir həyata keçirilməmişdir. İddiaçı ilk öncə xx.xx.2023-cü il tarixli məktubla vergi orqanına müraciət edilmiş və malların alış sənədləri mövcud olmamışdır. Həmçinin qeyd edilir ki, mükəlləfiyyətində sadələşdirilmiş vergi aktivdir. Malların alışı Sədərək Ticarət Mərkəzində həyata keçirilmiş və bu səbəbdən alış sənədi təqdim olunmadığından bütün məbləğ gəlirə aid edilərək vergi hesablanacaqdır. Əlavə olaraq bildirilir ki, təsərrüfat obyekti xx.xx.2022-ci il tarixində **********-20001 saylı kod ilə uçota alınması qeyd edilmişdir. Daha sonra şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixində müraciət edilərək qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixində göndərdiyi **********803100 nömrəli qərara əsasən xx.xx.2022 (**********), xx.xx.2022 (**********) və xx.xx.2022 (“X2 **********) tarixlərində göndərdiyimiz elektron qaimə əməliyyatlarını mallarımızın gəlib çıxmadığı üçün ləğv etmişik qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göstərilənləri nəzərə alaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********812000 nömrəli Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğumuzu gördüyü üçün bizimlə iş görməkdən çəkinmişdirlər. Göndərilən məktub və ərizələrdə də qeyd edildiyi kimi riskli vergi ödəyicisi olmamızda səbəb kimi göstərilmiş elektron qaiməfakturalar ləğv edilmişdir və bank hesabımıza mədaxil olmamışdır. Yəni tərəfimizdən qərarın qəbul edilməsində səbəb kimi göstrərilən hallar tamamilə aradan qaldırılmışdır. Göstərilən səbəblərə əsasən hesab edirik ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********803100 saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.

3. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2,,82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarfnm 2.1.1-ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Eyni zamanda “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.3-cü müddəasına əsasən ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan „anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda riskli vergi ödəyicisi hesab olunur Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən "xxxx" MMC-nin fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “reklam lövhələri, ofis ləvazimatları, switch 24 gigabyte, ATS panasonik 24" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2023-cü il tarixli **********803100 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi ödəyicisi müraciətində təqdim edilən elektron qaimə-fakturaların ləğv edildiyini və əldə edilən vəsaitin tam məbləğdə bank hesabına geri qaytarıldığını bildirməsinə baxmayaraq, ləğv edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə qismən geri qaytarıldığı müəyyən edilmişdir. Həmçinin vergi ödəyicisi tərəfindən ləğv edilmiş elektron qaimə fakturalara görə geri qaytarılmalı olan vəsaitin tam məbləğdə əks etdirildiyi bank hesabından çıxarışın təqdim edilmədiyi aşkar edilmişdir. Araşdırmanın nəticəsi olaraq vergi ödəyİCİSİ tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı müəyyən edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. İddiaçı ərizəsində qeyd etmişdir ki, təsərrüfat obyekti xx.xx.2022-ci il tarixindən vergi uçotuna alınmışdır. Eyni zamanda bildirmişdir ki, elektron qaimə əməliyyatlarını malları gəlib çıxmadığı üçün ləğv etmişdir, qarşı tərəfə malların məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır. Müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. İlk növbədə bildirmək istəyirik ki, vergi ödəyicisinin malları gəlmədiyi üçün qaimələri ləğv etməsi barədə fikri tamamilə əsassızdır. Çünki Vergi Məcəlləsinin 71-1.1.1-ci maddəsinə əsasən malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura mallar göndərilən (verilən) vaxt qarşı tərəf vergi ödəyicisinə təqdim edilir. Mal təqdim edilmədən öncədən elektron qaimə-faktura təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduqdan sonra həmin qaimələri ləğv edərək risk halını aradan qaldırmağa çalışmışdır ki, bu hal həmin əməliyyatın riskli əməliyyat olmasına birbaşa sübutdur. Vergi Məcəlləsinin 13.2.81-ci maddəsinə əsasən vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar əmtəəsiz əməliyyatlardır. Vergi ödəyicisinin təsərrüfat obyektinin uçotda olması ilə bağlı fikrinə münasibətdə isə bildiririk ki, vergi ödəyicisinin qeyd etdiyi obyekt vergi orqanında ofis kimi qeydiyyata alınmışdır. Daha sonra obyekti əvvəldən xx.xx.2025-ci ilə qədər icarəyə götürməsinə baxmayaraq vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunduqdan sonra həmin obyektin uçotdan çıxarılması üçün vergi orqanına müraciət etmiş və xx.xx.2023-cü ildən vergi uçotundan çıxarılmışdır. Vergi ödəyicisinin satışını həyata keçirdiyi malların saxlanması üçün vergi orqanında uçotda olan hər hansı anbarı olmamışdır. Vergi Məcəlləsinin 38.3.8-1-ci maddəsinə və 50.2.5-ci maddəsinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda onun təsərrüfat subyektində (obyektində) operativ və səyyar vergi yoxlaması keçirilə bilər. Göründüyü kimi vergi ödəyicisi obyekti uçotdan çıxarmaqla operativ və səyyar vergi yoxlamasının keçirilməsinin qarşısını almağa çalışmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma vergi üstünlüyüdür. Vergi Məcəlləsinin 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi dedikdə vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat başa düşülür. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxs riskli vergi ödəyicisi hesab olunur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

4. Cavabdeh quruma şikayətində iddiaçı bildirmişdir ki, xx.xx.2023-cü il tarixində göndərdiyiniz **********803100 nömrəli qərara əsasən 29,11.2022 (Vəkil **********), xx.xx.2022 (Vəkil **********) və xx.xx.2022 (“X2 **********) tarixlərində göndərdiyimiz elektron qaimə əməliyyatlarını mallarımızın gəlib çıxmadığı üçün ləğv etmişik qarşı tərəfə məbləğin bir hissəsi qaytarılmış, qalan hissəsi isə qarşı tərəfin razılığı ilə avans olaraq saxlanılmışdır.Nəzərinizə çatdırırıq ki, müəssisə öz fəaliyyətini dayandırmış, heç bir işçi ilə əmək müqaviləsi bağlanılmamışdır. Göstərilənləri nəzərə almağınızı **********803100 nömrəli qərarın ləğv edilməsini və riskli vergi ödəyiciləri siyahısından çıxarılmasına köməklik edilməsini xahiş edilmişdir.

5. İddiaçının qeyd edilən riskli vergi ödəyiciləri siyahısından çıxarılma barədə xx.xx.2023-cü il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********818000 nömrəli) cavabdeh tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən et orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) ri: əməliyyatlar aparan şəxsdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il taı 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatla Meyarları”nın 2.1.1 -ci və 3.1.1 -ci müddəalarına əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektı qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərik hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Həmçinin “Meyarlar”ın 2.1.3-cü müddəasına əsas ticarət fəaliyyəti həyata keçirən vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarı cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda ris vergi ödəyicisi hesab olunur. Qeyd olunan “Meyarlar”ın müddəalarına əsasən ödəyicinin uçot-baza məlumatlarır araşdırılmışdır. Aparılmış təhlillər zamanı vergi ödəyicisinin ticarət fəaliyyətini həyata keçirməsinə baxmayaraq, qeydiyyatda olan anbarının (o cümlədən icarəyə götürdüyü anbarını və ya digər təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Eyni zamanda veı ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdi edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, A7 panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Riskli vergi ödəyicisi siyahısından çıxarılmanız barədə müraciətinizə baxılarkə tərəfinizdən təqdim edilmiş riskli elektron qaimə-fakturanın ləğv edildiyi, lakin təqdim edilm elektron qaimə-fakturalara görə əldə edilmiş pul vəsaitləri geri qaytarılmadığı, həmçin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.

6. İddia tələbi İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması, 2022-ci il mənfəət vergisi üzrə 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi kimi dəyişdirilmişdir.

7. Dəyişdirilmiş tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərara əsasən müəssisə İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Müəssisənin riskli vergi ödəyiciləri siyahısına əlavə edilməsinə səbəb olaraq Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərarda qeyd edilən iki bəndə istinad edilmişdir. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi qeyd edilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur. Birinci səbəb olaraq müəssisənin təsərrüfat obyektinin olmaması qeyd edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş Vergi ödəycisnin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin olduğu yer üzrə uçota alınması haqqında arayışa nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, vergi ödəyicisi tərəfindən ünvan 1 ünvanı təsərrüfat obyekti olaraq uçota alınmış və həmin uçot tarixi isə xx.xx.2022-ci il tarixində olmuşdur. Qeyd edilir ki, təqdim edilmiş sənədlərrdən də aydın olur ki, vergi orqanı tərəfindən riskli vergi ödəyicisi hesab edilmə barədə qərar xx.xx.2023-cü il tarixində qəbul edilmişdir. Yəni buradan aydın olur ki, xx.xx.2022-ci il tarixində qeydiyyata qoyulmuş təsərrüfat obyekti vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Sözügedən arayış vergi orqanı tərəfindən təqdim edilmişdir. Buradan belə aydın olur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi özü tərəfindən verilmiş arayış mövcud olmasına baxmayaraq, obyektin olmamasına istinad etmişdir. Həmçinin məhkəmə iclaslarında vergi orqanının əməkdaşları tərəfindən bu barədə hər hansı mötəbər sübut təqdim edilməmiş və İPM-nin 14.1-ci maddəsinin tələbləri yerinə yetirilməmişdir. Buradan da aydın olur ki, qəbul edilmiş qərar əsassız və qanunsuz olaraq qəbul edilmişdir. Müəssisənin riskli vergi ödəyicisi olaraq hesab edilməsinin ikinci səbəbi isə elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilmədiyi qeyd edilmişdir. Bu barədə isə bildirilir ki, vergi orqanı tərəfindən göstərilən qaimələr riskli vergi ödəyici hesab edilmə ilə bağlı xx.xx.2023-cü il tarixli qərarında əvvəl ləğv edilmişdir. Belə ki, vergi orqanı tərəfindən qeyd edilənlər qaimələr ilə bağlı aşağıda qeyd edilən məlumatları bildirilir. Tərtib edilmiş elektron qaimələr vergi orqanı tərəfindən riskli hesab edilmədən əvvəl, yəni EBCK 058045 seriya nömrəli qaimə xx.xx.2022-ci il, EBCK 848863 seriya nömrəli qaimə xx.xx.2022-ci il və EBCM 278362 seriya nömrəli qaimə isə xx.xx.2022-ci il tarixində ləğv edilmişdir. Yəni riskli vergi ödəyicisi siyahısına əlavə edilməmiz barədə qərar qəbul edilməzdən əvvəl olmuşdur. Lakin vergi orqanı tərəfindən sistemdə ləğv edilmiş qaimələr nəzərə alınmadan xx.xx.2023-cü il tarixində riskli hesab edilmə barədə qərar qəbul etmiş və daha sonra isə həmin riskli hesab edilmə qərarını əsas götürülərək 2022-ci il mənfəət vergisi üzrə 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmiş və həmin qərara əsasən 733,78 manat əlavə vergi məbləği hesablanmışdır. Bu sözügedən qərarlar arasında səbəb-nəticə əlaqəsi olduğundan hesab edilir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılmaqla 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar ləğv edilməlidir. Bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.

8. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********803100 nömrəli qərara əsasən "Vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2022ci il tarixdə cəmi 18,1 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Reklam lövhələri, ofis ləvazimatları, Switch 24 gigabyte, ATS panasonik 24 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyekt) qeydə alınmadığı müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci, 3.1.1-ci və 2.1.3-cü yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.

9. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli **********534100 nömrəli qərara əsasən müəyyən edilmişdir ki, araşdırma zamanı uçot-baza məlumatlarına əsasən bank hesablarına daxil olmuş vəsaitlərin təhlili zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti təsnifatı üzrə hesablarına ümumilikdə 17000 manat vəsaitin mədaxil edildiyi, lakin tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində dövriyyə məbləğinin qeyd edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilərək 17000 manat kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bununla əlaqədar, iddiaçı 2022-ci il mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral yoxlama nəticəsində 733,78 manat əlavə vergi məbləği hesablanmış, zərərin məbləği 2324,40 manat azaldılmışdır.

10. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

11. Məhkəmənın şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

12. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

14. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

15. İPM-in 37-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər.

16. İddia tələbi İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması hissəsində məcburetmə növündə iddia, 2022-ci il mənfəət vergisi üzrə 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi hissəsində məcburetmə növündə iddiadır. Qeyd edilən tələblər bir-biri ilə əlaqəlidir, bir cavabdehə yönəlib və eyni məhkəməyə aiddir, ona görə də bir iddiada birləşdirilə bilər.

17. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

18. Mübahisənin yaranmasının səbəbi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sahibkarlıq fəaliyyəti təsnifatı üzrə iddiaçının hesablarına ümumilikdə 17000 manat vəsaitin mədaxil edildiyi, lakin tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsində dövriyyə məbləğinin qeyd edilməməsinin vergidən yayınma halı kimi qiymətləndirilərək 17000 manat kənarlaşmanın yaranması ilə əlaqədar olmuşdur.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli kassa məxaric orderlərinə əsasən 2000 manat, 5000 manat, 7670,91 manat, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən 2329,09 manat olmaqla cəmi 17.000 manat elektron qaimələrin ləğv edilməsi və xx.xx.2022-ci il tarixli bank ödənişi əməliyyatı baş tutmadığı üçün iddiaçı tərəfindən Vəkil geri qaytarılmışdır. Odur ki, vergi ödəyicisi riskli hesab olunan əməliyyatın nəticələrini aradan qaldıraraq alışında (idxalında) olmayan malın təqdim edilməsi nəticəsində mədaxil etdiyi vəsaəti geri geri qaytardığı üçün riskli vergi ödəyiciləri siyahısından çıxarılmalıdır. Bunun məntiqi nəticəsi olaraq müvafiq əməliyyat ləğv olunduğundan (tərəflər əvvəlki vəziyyətinə qaytarıldığından) həmin əməliyyatın aparılması ilə əlaqədar hesablanmış vergi məbləği də əsassız hesab olunmalıdır. Belə ki, qərarın qəbul edildiyi həmin xx.xx.2023-cü il tarixə artıq elektron qaimə-faktura ləğv olunaraq mədaxil edilmiş vəsait geri qaytarılmışdır.

21. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

22. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin 2022-ci il mənfəət vergisi üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 10 iyul 2023-cü il tarixli **********534100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilsin. İddiaçı MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar