Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-892/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı «artıq ödənilmiş gömrük rüsumunun qaytarılması» barədə iddia tələbinə dair işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı «avtomobillərin alınma qiymətinə uyğun dövlət rüsumunun hesablanması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, “Pegasus Motors" MMC-nin fəaliyyəti müxtəlif minik avtomobillərinin satışı ilə məşğul olmaqdır. Lakin hazırda gömrük orqanında quruma qarşı haqsızlıq olunur. Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərancam imzalasa da, bu şəraitdə də iddiaçının fəaliyyətinin qanunu əsaslarla tənzimlənməsinə maneələr yaradılır. 14 yanvar 2020-ci il tarixdə X1 keçirilən internet hərracı vasitəsi ilə MMC qəzalı və suda qalmış 3 ədəd avtomobil almışdır. Bütün ödəmələr bank vasitəsi ilə aparılmışdır. Həmin avtomobillərdən – M1 kateqoriyalı, benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il buraxılışlı VİN SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 636-2012-ci il ekoloji sinifi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan və Ml kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinifi 6 olan avtomobili ciddi su problemləri ilə qarşılaşmışdır, daşqın və sel nəticəsində su altında qalmış, elektrik və kosmetik problemləri vardır. M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu il baxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinifi 6 olan avtomobil isə dairəvi şəkildə ciddi qəzaya uğramış və qəza nəticəsində avtomobilin ön hissəsi və detalları qəzalı vəziyyətdədir. Yan və arxa detalları isə, qəza nəticəsində deformasiyaya uğramışdır. 15 yanvar 2020-ci il tarixdə Azər-Turk Bank ASCnin Bakı Filalı VÖEN ********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 18.362.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən M1 kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG 904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinifi 6 olan avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsi Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı № AZ 05. 0378. 01. 19 04. 01. 2022 olan AR Dövlət Gömrük Komitəsi X3 İdarəsinin İnspeksiya Xidməti İdarəsindən 08.02.12769.20 10 aprel 2012-ci il tarixli blankın sıra nömrəsi 035090 olan şəhadətnaməni aldıqdan sonra orada yerləşən Gömrük idarəsində həmin avtomobilin 18.362,00 ABŞ dollarına alınmasının düzgün olmadığını həmin avtomobilin qiymətini 45.900,00 Azərbaycan Respublikasının pul vahidinə ekvivaletində 27.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 14.038,52 manat gömrük rüsumu tələb olunmuşdur. 15 yanvar 2020-ci il tarixdə Azər-Turk Bank ASC-nin Bakı filalı VÖEN********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 26.898.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən Ml kateqoriyalı, Benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il buraxılışlı, VİN. SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 636-2012-ci il ekoloji sinifi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan (aparılmış sınağın və ölçülərin nəticələri sınaq protokol № 13069 10.04.2020) avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı № AZ '5. 0378. 01. 19 04. 01. 2022 olan Azərbaycan Respublikasa Dövlət Gömrük Komitəsi X3 İdarəsinin İnspeksiya Xidməti İdarəsindən 10 aprel 2012-ci il tarixli 08.02.12771.20 nömrəli blankın sıra nömrəsi 035092 olan şəhadətnaməni aldıqdan sonra orada yerləşən Gömrük idarəsində həmin avtomobilin 26.898 ABŞ dollarına alınmasıın düzgün olmadığını həmin avtomobilin qiymətini 68.000 manat Azərbaycan Respublikasının pul vahidinə ekvivaietində 40.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 26.384,86 manat gömrük rüsumu tələb olunmuşdur. 17 yanvar 2020-ci il tarixdə Azər-Turk Bank ASC-nin Bakı Filalı VÖEN ********** vasitəsi ilə Gürcüstan Respublikasında 29a Qaqarin street Tbilisi 0160 ünvanında yerləşən bankına MMC-nin adından 16.200.00 ABŞ dolları pul vəsaitini köçürməklə 10 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikasının "Qırmızı körpü" gömrük məntəqəsindən M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu buraxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinifi 6 olan avtomobili Azərbaycan Respublikasına gətirdikdən sonra Bakı şəhəri, Lökbatan cəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən Akkreditasiya attestatı N° AZ 05.0378.01.19 '4.01.2022 olan AR Dövlət Gömrük Komitəsi X3 İdarəsinin İnspeksiya Xidməti idarəsindən 10 aprel 2012-ci il tarixli 08.02.12770.20 nömrəli blankın sıra nömrəsi 035091 olan şəhadətnaməni aldıqdan sonra orada yerləşən Azərbaycan Respublikası Gömrük X4 üzrə Baş Gömrük İdarəsində həmin avtomobilin 16.2000 ABŞ dollarına alınmasının düzgün olmadığını həmin avtomobilin qiymətini 56.100 Azərbaycan Respublikasının pul vahidinə ekvivaietində 33.000 ABŞ dolları dəyərində qiymətləndirməklə 15.971,66 manat gömrük rüsumu tələb olunmuşdur. İdarənin qiymətləndirmə şöbəsinin əməkdaşı tərəfindən iddiaçıya həmin qiymətlərin qoyulacağı bildirilmişdir. Bu barədə gömrük bəyamnaməsindən çıxarışlar da təqdim edilmişdir. Bundan başqa avtomobillərin AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə məxsus dayanacaqda saxlanmasına görə dayanacağın kassasında iddiaçıdan hər bir avtomobil üçün hər bir günə görə 50 manat ödənilməsi bildirilməklə avtomobillərin dayanacaqa daxil olmasına görə hər bir avtomobil üçün 200 manat tələb edilmişdir. Bunun müqabilində bank hesablarına ödəniş tapşırığını tələb etdikdə isə, rəsmi heç bir sənəd verilməyəcəyi bildirilmişdir. Belə olduqda iddiaçı hazırkı iddia ilə məhkəmələrə müraicət etdiyi halda bu presses 3 ay müddətində davam edərsə təkcə avtomobillərin dayanacaqda qalma xərci təxminən 14.500 – 15.000 manat təşkil edəcəkdir. Onlara avtomobilləri başqa istənilən dayanacaqda saxlanması təklifini verdikdə isə, iddiaçıya avtomobillərin ancaq həmin dayanacaqda saxlanılmasının mümkünlüyü bildirilmişdir. Qanunvericiliyin tələblərinə görə, MMC tərəfindən bank vasitəsilə köçürmə yolu ilə alınan avtomobillərin dövlət rüsumları konkert olaraq bank vasitəsi ilə alınan qiymətlərə uyğun hesablanmalıdır. İddiaçıya bunlar bildirildikdən sonra dərhal həmin tarixdə, yəni 10 aprel 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsinin 195 qaynar xətti ilə telefon əlaqəsi saxlamaqla bununla bağlı şikayət edilmişdir. Oradan bildirilmişdir ki, Dövlət Gömrük Komitəsinin mailto:chairman@customs.gov.azElektron ünvan mail ünvanına müraciət oluna bilər. Dərhal həmin ünvana Dövlət Gömrük Komitəsinin sədri cənab Səfər Mehdiyevə ərizə ilə müraciət edilmişdir. İddiaçının rəsmi sənədlərlə avtomobilləri aldığı qiymətləri aldığı yerdən də yoxlanılmaqla öyrənilməsi mümkündür. Gömrük İdarəsinin tələb etdiyi bu xərclər qanuna zidd olmaqla əsassız olmaqla iddiaçının fəaliyyətinə manelər yaradır. Belə ki, iddiaçının hansı hesabdan pulu köçürməyi, avtomobillərin dəqiq dəyərləri, onların əzik vəziyyətdə olmaları və suda qalmaları tam aydındır. Göstərilənlərə və İPM-in 34, 35, 37, 40, 41, 43, 45 – 47-ci maddələrinə əsaslanaraq AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük idarəsinin İddiaçı MMC-yə məxsus M1 kateqoriyalı, benzin mühərrikli 1.997 kub-m həcmli, 2017-ci buraxılış ili olan VİN WBAJA7C3XHG904003, BWW 530 Xİ AZS ***-**** -ci il ekoloji sinifi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan, M1 kateqoriyalı, benzin mühərrikli 2.995 kub-m həcmli, 2016-cı il bıraxılışlı VİN. SALWR2FV0HA671164 Land RANGE ROVER SPORT AZS 636-2012-ci il ekoloji sinifi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan, M1 kateqoriyalı, benzin mühərrikli 1.998 kub-m həcmli, 2019-cu buraxılış ili olan VİN WBAJA7C5KG910918, BWW 530 Xİ AZS 636-2012-cı ekoloji sinifi 6 olan normativ sənədlərin tələblərinə uyğun olan avtomobillərin qanuna müvafiq olaraq alınması qiymətlərinə uyğun rüsumlarının alınması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 2 iyul 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi İddiaçı MMC-nin iddiasını əsassız hesab edir. Belə ki, İddiaçı MMC iddia ərizəsində göstərilən nəqliyyat vasitələrinin hərracda alındığını qeyd etsə də, həmin nəqliyyat vasitələrinin hərracda əldə edilməsinə dair təsdiqedici sənədləri gömrük orqanına təqdim etməmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi siyahısı AR Nazirlər Kabineti tərəfindən müəyyən edən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Beləliklə, göstərilənlərdən aydın olur ki, qanunvericiliyin tələbləri gömrük əməkdaşları tərəfindən əsas götürülmüş, onların hərəkətlərində hər hansı bir hüquqa zidd əməl mövcud deyil, əksinə İddiaçı MMC qeyd edilən nəqliyyat vasitələrinin dəyərini aşağı göstərmiş, çünki o, həmin nəqliyyat vasitələrinin zanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən daha aşağı ödəniş etməklə : kə ərazisinə keçirməkdə maraqlı tərəfdir. Qeyd olunan maddənin məzmunundan aydın olur ki, iddiaçının inzibati icraat qaydasında verdiyi iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda iddia mümkün sayılır. Göstərilənlərə və İPM-in 35-ci maddəsinə, AR Mülki Məcəlləsinin 415.5-ci maddəsinə, AR Gömrük Məcəlləsinin 9-cu maddəsinə, «Gömrük tarifi haqqında» AR Qanununun 11.1-ci maddəsinə, «Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə»nin 4.1.3-cü yarımbəndinə əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə İPM-in 54.1-ci maddəsinə istinad olunmaqla aşağıdakı məzmunda “iddianın dəyişdirilməsi barədə” ərizə təqdim etmişdir: - İddiaçı MMC cavabdeh AR Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “avtomobillərin dövlət rüsumunun düzgün hesablanması” tələbinə dair iddia irəli sürməklə məhkəməyə müraciət etmişdir. Hazırda iddia tələbinin dəyişdirilməsi zərurəti yaranmışdır. İddiaçı MMC-nə məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı; 2017-ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobilləri ABŞ-dan hərrac vasitəsi ilə alınmışdır. İddiaçı MMC tərəfindən bank vasitəsi ilə köçürmə və açıq hərrac yolu ilə ABŞdan aldığı avtomobillərin dövlət rüsumu konkret olaraq bank vasitəsi ilə aldığı qiymətlərə uyğun hesablanmalı olduğu halda, düzgün hesablanmamışdır. Həmin avtomobillərin əzik və qəzalı vəziyyətdə olmasına, avtomobillərin dəqiq dəyərlərinə, hansı hesabdan hansı məbləğdə pulun köçürülməsinə dair sübutlar ərizəyə əlavə olunmuşdur. Buna baxmayaraq, gömrük orqanı MMC-dən avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı dövlət rüsumlarını avtomobillər alınan qiymətə yox, gömrük orqanının özünün müəyyən etdiyi yüksək və qeyri-real qiymətlərə uyğun alınmışdır ki, həmin gömrük rəsmiləşdirməsi zamanı MMC-dən alınan artıq gömrük ödənişləri ona geri qaytarılmalıdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin hazırkı (2-1(112)-4307/2020 saylı) iş üzrə 22 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 9/615 nömrəli ekspert rəyinə əsasən qeyd edilən avtomobillərə baxış zamanı avtomobillərin təmir edilərək istismara tam yararlı vəziyyətdə olması və iş materiallarında olan sənədlərə əsasən hərracdan alınma qiymətinə uyğun olduğu müəyyən edilmişdir. Bununla da, gömrük orqanı tərəfindən qanunvericiliyin sadalanan normaları pozulmuşdur. AR Gömrük Məcəlləsinin 1.0.17-ci maddəsinə görə, gömrük ödənişləri - bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alman gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqqdır. Həmin Məcəllənin 1.0.20-ci maddəsinə görə, gömrük rüsumlarımalların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alman gömrük ödənişlərinin bir növüdür. Həmin Məcəllənin 220.1-ci maddəsinə görə, Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və «Gömrük tarifi haqqında» AR Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur. Həmin Məcəllənin 224.1-ci maddəsinə görə Bu Məcəllədə, AR Vergi Məcəlləsində, «Gömrük tarifi haqqında», «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında», «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. Həmin Məcəllənin 224.2-ci maddəsinə görə gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. Belə, ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4307/2020 saylı iş üzrə 22 sentyabr 2020-ci il tarixli qərardadı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2021-ci il tarixli 9/615 nömrəli ekspert rəyinə əsasən qeyd edilən avtomobillərə baxış zamanı avtomobillərin təmir edilərək istismara tam yararlı vəziyyətdə olması və iş materiallarında olan sənədlərə əsasən hərracdan alınma qiymətinə uyğun olduğu müəyyən edilmişdir. Bununla da, gömrük orqanı tərəfindən qanunvericiliyin sadalanan normaları pozulmuşdur. İddiaçı tərəfindən 4 avqust 2021-ci il tarixli ərizə ilə AR DGK Avtomobil Nəqliyyat İdarəsinə müraciət olunaraq, iddiaçıya məxsus avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Lakin hal-hazıradək gömrük orqanı tərəfindən hər hansı cavab məktubu göndərilməmişdir. Göstərilənlərə və AR Gömrük Məcəlləsinin 1.0.17, 1.0.20, 51, 224-cü maddələrinə, «Gömrük tarifi haqqında» AR Qanununun 1.1.1, 1.1.2, 3.5, 4.1, 7, 8.1, 10, 11.2, 12.1, 13.1-ci maddələrinə, AR Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın 2.1, 5.1, 6, 8.2-ci bəndlərinə və 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları»nın 2.1, 14.1, 14.2-ci bəndlərinə əsaslanaraq, məhkəmədən iddiaçıya məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən inzibati icraat zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün inzibati orqan maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə ekspert və ya mütəxəssis cəlb edə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. AR Gömrük Məcəlləsinin 269-cu maddəsinə əsasən gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasənm gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. Həmin Məcəllənin 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin forsmajor hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 ilədək uzadılır. Həmin Məcəllənin 270.3-cü maddəsinə əsasən gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: (12.1.1) malların sövdələşmə qiyməti ilə, (12.1.2) eyni malların sövdələşmə qiyməti ilə, (12.1.3) eynicinsli malların sövdələşmə qiyməti ilə, (12.1.4) dəyərin çıxılması üsulu ilə, (12.1.5) dəyərin toplanması üsulu ilə, (12.1.6) ehtiyat üsulu ilə. Həmin Qanunun 12.2-ci maddəsinə görə malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinnin 18 fevral 2013-cü il tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»na əsasən: (6.1-ci bənd) Gömrük ödənişlərinin qaytarılması barədə qərar onları tətbiq edən gömrük orqanı tərəfindən qəbul edilir; (6.7-ci bənd) Gömrük orqanı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada gömrük rüsumunun qaytarılması barədə 4 nüsxədə rəy tərtib edir; (6.8-ci bənd) Tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti gömrük rüsumunun dövlət büdcəsindən qaytarılması məqsədi ilə ərizə daxil olduğu tarixdən 15 gün müddətində gömrük rüsumunun qaytarılmalı olduğu müvafiq maliyyə orqanına, 1 nüsxəsi ərizəçiyə göndərilir, 1 nüsxəsi isə gömrük orqanında qalır; (6.9-cu bənd) Gömrük orqanı bu Qaydaların 6.2-ci bəndində qeyd olunan gömrük yığımlarının və haqqın qaytarılması haqqında qəbul etdiyi qərarın və ərizənin surətinin iş günü müddətində Komitəyə göndərilməsini təmin edir. Məhkəmənin iş üzrə 33 sentyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı sual qoyulmaqla eksperizanın keçirilməsi AR Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə həvalə edilmişdir: - 2016-cı il buraxılışlı “X7” markalı (SALWR2FV0HA671164 şassi/ban nömrəli), 2017-ci il buraxılışlı “BMW 530 xi” markalı (VİN WBAJA7C3XHG904003), 2019-cu il buraxılışlı “BMW 530 xi” markalı (VİN WBAJA7C5KG910918) avtomobillərin hazırkı istismara yararlılıq vəziyyəti onların iş materiallarında olan sənədlərə əsasən hərracdan alınma qiymətinə uyğundurmu? AR Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin məhkəməyə təqdim olunmuş 14 aprel 2021-ci il tarixli 9/615 saylı ekspert rəyində aşağıdakılar bildirilir: - Qeyd edilən avtomobillərə baxış zamanı avtomobillərin təmir edilərək istismara tam yararlı vəziyyətdə olması və onların iş materiallarında olan sənədlərə əsasən hərracdan alınma qiymətinə uyğun olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddiada qoyulan tələb növünə görə İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulan “öhdəiyin icrası” haqqında iddiaya aiddir. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR Gömrük Məcəlləsinin 52.1-ci maddəsinə əsasən gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir. Məhkəmə cavabdehin “iddianın mümkünsüzlüyü” barədə mövqeyi ilə razılaşmır və hesab edir ki, iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirərək, artıq ödənilmiş gömrük ödənişinin qaytarılmasını tələb etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur və qaldırılan iddia mümkünlük şərtlərini ödədiyir (iddiaçının subyektiv hüququnun olması, cavabdehin seçilməsi, cavabdehə müraciət edilməsi və s.). Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iş üzrə tədqiq edilmiş “ekspertiza rəyi”nin əsassızlığı ilə bağlı məhkəmə icraatında xüsusatlar müəyyən edilmədiyindən həmin rəy mötəbər qiymətləndirilir. Həmçinin nəzərə alınmalıdır ki, inzibati icraat çərçivəsində də ekspertiza rəyi və digər sübutlar toplanmaqla iş üzrə daha ətraflı və obyektiv araşdırma aparıla bilərdi. Hansı ki, əldə olunmuş ekspert rəyi ilə iddiaçının idxal etdiyi avtomobillərin təmir edilərək istismara tam yararlı vəziyyətdə olması və onların hərracdan alınma qiymətinə uyğun olduğu təsdiqlənir. Həmin avtomobillərin müvafiq hərrac vasitəsilə alınma qiyməti nəzərə alınmadan rəsmiləşdirilməsi zamanı artıq ödənilmiş gömrük ödənişlərinin məbləğinin 13.960,43 manat təşkil etməsi işin mübahisə olunmayan hallarına aiddir. Nəzərə alınmalıdır ki, mövcud qanunvericilik gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin üsüllarının dairəsini müəyyən etmiş və bu sıradan “malların sövdələşmə qiyməti ilə” dəyərin müəyyən edilməsini əsas sayaraq, digər üsullların ardıcıl olaraq tətbiqini əsas üsuldan istifadənin mümkün olmadığı hallarda yolverilən qiymətləndiririr. Hazırkı işin hallarına görə isə, cavabdeh inzibati orqan hər hansı tutarlı dəlil təqdim etmədən iddiaçının idxal etdiyi avtomobillərin “sövdələşmə qiyməti” əks olunmuş hərrac sənədlərini əsas götürmədən, onlara münasibətdə daha yüksək məbləğdə gömrük dəyəri müəyyənləşdirmiş və ona müvafiq də gömrük ödənişləri tutmuşdur. Halbuki, cavabdeh inzibati orqan tərəfindən ətraflı araşdırma aparılmaqla, eksperyiza təyin etməklə və digər yetərli sübutlarla fərqkli nəticəyə gələ bilərdi. Məhkəmənin qənaətinə görə bununla da cavabdeh malların idxalının rəsmiləşdirilməsi üzrə inzibati icraatı apararkən «İnzibati icraat haqqında» AR Qanununun 11, 16, 24-cü maddələrinin tələblərini pozmuş və idxalatçı kimi hazırkı iddiaçıya münasibətdə əlverişli olmayan hərəkətlərə yol vermişdir. Odur ki, cavabdehin iddiaçı tərəfindən idxal olunan avtomobillərin gömrük rəmsiləşdirilməsi zamanı gömrük dəyərinin hərracdan alınma qiyməti əsas götürülməklə müəyyən edilməməsi ilə bağlı hərəkətləri qanunsuz qiymətləndirilir. Belə olan halda iddiaçının həmin avtomobillərin idxal rəsmiləşdirilməsi zamanı gömrük ödənişi qismində artıq ödədiyi 13.960,43 manat vəsaitin ona geri qaytarılmasında cavabdeh inzibati orqan haqlı olmamaışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı MMC-yə məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması cavabdeh AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC-yə məxsus 2016-cı il buraxılışlı (VİN SALWR2FV0H671164) RANGE ROVER SPORT markalı, 2017-ci il buraxılışlı (VİN WBAJA7C3XHG904003) BMW 530 Xİ markalı və 2019-cu il buraxılışlı (VİN WBAJA7C5KG910918) BMW 530 Xİ markalı avtomobillərin gömrük rəsmiləşdirilməsi zamanı artıq tutulmuş 13.960,43 manat məbləğində gömrük ödənişlərinin geri qaytarılması cavabdeh AR DGK Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-892/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-892/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver