Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8921/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun əmək kitabçasında xx.xx.1992-xx.xx.2002-ci il tarixlərində olan dövrlərin əmək stajı kimi təsdiqlənməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının 65 yaşı tamam olan müddətdən - xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixindən TQK “Azticarətquraşdırma” kiçik freon soyuducu maşınların quraşdırılması sexinə 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1975 - xx.xx.1977-ci il tarixlərində Sovet Ordusunda həqiqi hərbi xidmətdə xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra eyni müəssisədə xx.xx.1978-xx.xx.2002-ci il tarixlərində əmək fəaliyətini davam etdirmişdir. Əmək fəaliyyəti müddətində 1978-1983-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetini (əvvəlki adı: D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı) iqtisadçı ixtisası üzrə ali təhsil almışdır. xx.xx.2021-ci ildə onun 65 yaşı tamam olmuşdur. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı rəsmi müraciətlər etsə də cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********4 saylı məktubla imtina edilmişdir. İmtina səbəbləri isə absurd olaraq, cavabdehin xx.xx.2022-ci il tarixli monitorinqin nəticəsinə əsaslanaraq əmək kitabçasının surətində qeyd edilmiş “Azərticarəttexnika" ASC-nin X1 Sisteminin ''Sığorta" altsistemi proqram təminatında qeyd olunan ünvanına (Əlişir Nəvai küçəsi ev 3) baxış keçirilməsi və nəticədə “Azərticarəttexnika" ASC-nin hal hazırda fəaliyyət göstərməməsi, xx.xx.1978-xx.xx.2002-ci il tarixlərində “Azərticarəttexnika" ASC-də əmək fəaliyətinə aid arxiv sənədlərin saxlanılmamasıdır. Cavabdeh tərəfindən yuxarıda göstərilən 2 (iki) səbəblərə görə onun əmək kitabçasında xx.xx.1992-xx.xx.2002-ci il tarixlərində olan dövrlərin əmək stajı kimi təsdiqlənməməsi və bunun əsası kimi ona yaşa görə əmək pensiyasının təyin edilməməsi hesab edir ki, əsassızdır. Belə ki, xx.xx.1987-ci ildə TQK "Azticarətquraşdırma"-nın ləğvi ilə əlaqədar olaraq Azərbaycan SSR Ticarət Nazirliyinin xx.xx.1987-ci il tarixli, 260 saylı əmrinə əsasən yeni yaradılmış Xüsusi TQK "xxxx"-ya vəzifəsi dəyişdirilmədən keçirilmişdir, işçi olaraq onun funksional vəzifəsi peşə faəliyyəti ilə bağlı vəzifələrinin icrasıdır. Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Cavabdehin qeyd etdiyi xx.xx.1992-xx.xx.2002-ci il tarixləri ilə bağlı əmək fəaliyətinə aid arxiv sənədlərin aşkar etməməsi onun bir başa vəzifəsi deyil, arxiv sənədlərinin aşkar edilməməsinin səbəbi cavabdehin imtina məktubunda qeyd etdiyi kimi ''həmin dövrə aid arxiv sənədlərinin saxlanılmamasıdır" və bu səbəb onun xx.xx.1992-xx.xx.2002-ci il tarixlərində onun əmək fəaliyyətinin olmaması kimi qəbul edilə bilməz. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 3 saylı Bakı “DOST” Mərkəzindən daxil olmuş ərizəsinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1974-cü il tarixli əmək kitabçasına, hərbi bilet və diplomun surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil illəri) 18 il 2 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 10 ay sığorta stajına uyğun olaraq 13590,24 rnanat, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 177.37 manat olmaqla, ümumilikdə 13767,62 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təmınatına imkan vermir. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.1974-cü il tarixdə adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-nin X1 Sisteminin “Sığorta” altsistemi proqram təminatında qeyd olunan ünvanına (Əlişir Nəvai küçəsi, ev 3) baxış keçirilmiş, "xxxx" ASC-nin hazırda fəaliyyət göstərmədiyi və həmin dövrə aid arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il lyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqia) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi kişilər üçun 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-cı maddəsinə uyğun olaraq sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sıgortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Məlumat üçün qeyd edilir ki, iddiaçının adına aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** №-li, xx.xx.2018-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus ББ 148672 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilə qədər (1 il 11 ay 27 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - D.Bunyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu tərəfindən verilmiş ИВ 023576 nömrəli xx.xx.1983-cü il tarixli diplomun surətindən görünür ki, İddiaçı 1978-ci ildə İnstituta daxil olmuş, 1983-cü ildə sənayenin planlaşdırılması ixtisası üzrə tam kursu bitirmişdir və dövlət ixtisas komissiyasının xx.xx.1983-cü il tarixli qərarı ilə ona iqtisadçı ixtisası verilmişdir (4 il 9 ay 20 gün). - İddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasının tərcümə olunaraq notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək TQK “Azticarətquraşdırma”-da soyuducu maşınların quraşdırılması sexində 1-ci dərəcəli çilingər (1 il 10 ay 12 gün); xx.xx.1978-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Ticarət texnikasının quraşdırma istehsalat sahəsində 1-ci dərəcəli çilingər, 2-ci dərəcəli çilingər, soyuducu və texniki-ticarət avadanlığında 3-cü dərəcəli quraşdırıcı-çilingər, 4-cü dərəcəli quraşdırıcı-çilingər, ETKS tətbiqi ilə bağlı Soyuducu və texniki-ticarət avadanlığının quraşdırılması sahəsində 4-cü dərəcəli elektromexanik, Ticarət texnikasının quraşdırma istehsalat sahəsində usta, baş usta, İİİ qrup baş usta, TQK “Azticarətquraşdırma”nın ləğvi ilə əlaqədar olaraq Azərbaycan SSR Ticarət Nazirliyinin xx.xx.1987-ci il tarixli, 260 saylı əmrinə əsasən yeni yaradılmış Xüsusi TQK “Azticarətquraşdırma”da İİİ qrup baş usta, ticarət texnikasının və iri soyuducu maşınların quraşdırma istehsalat sahəsində İİİ qrup baş usta, Xüsusi TQK "xxxx"-nın ləğvi ilə əlaqədar Azərbaycan Respublikası Ticarət Nazirliyinin xx.xx.1993-cü il tarixli, 22 saylı əmrinə əsasən yeni yaradılmış TQK "xxxx"-da İİİ qrup baş usta, ETS tətbiqi ilə bağlı 8-ci dərəcəli baş usta, sahələrin yenidən yaradılması ilə bağlı 10-cu dərəcəli usta, 9-cu dərəcəli usta, İMTQK"xxxx"-nı Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 821 №-li sərəncamı ilə ATSC "xxxx"-ya çevrilməsi ilə əlaqədar olaraq fərdi əmək müqaviləsi ilə quraşdırma istehsalat sahəsində 10-cu dərəcəli usta (25 il 10 ay 16 gün) vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********98 №-li məktubdan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli, 821 nömrəli sərəncamı ilə "xxxx" Təmir Quraşdırma İcarə Müəssisəsinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********962200 №-li məktuba əlavə edilmiş "xxxx" ATSC-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ATSC xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən qeydiyyata alınmışdır. Cəmiyyətin hüquqi ünvanı ünvan 2adiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********620500 №-li məktubdan görünür ki, Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, "xxxx" X6 Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına, xx.xx.2001-ci il tarixdə ********* saylı VÖEN-lə, xx.xx.2004-cü il tarixdə ********** saylı VÖEN-lə uçota alınması, fəaliyyətinin xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırılması, xx.xx.2015-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olması və hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 iyun 2022-ci il, 4/1224 nömrəli məktubdan görünür ki, sorğuda qeyd olunan "xxxx" ASCnin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış **********6 №-li, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş İddiaçı aid pensiya işinin materiallarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciətinə əmək kibaçasının, diplomun və hərbi biletin surətləri əlavə edilmişdir. xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubun icrası ilə əlaqədar olaraq vətəndaş İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilədək "xxxx" ASC-də işləməsi faktının araşdırılması zamanı sözügedən müəssisənin “Sığorta” AS-da qeyd olunan ünvanına (Əlişir Nəvai küçəsi, ev 3) baxış keçirilmiş, "xxxx" ASC-nin hazırda fəaliyyət göstərmədiyi və həmin dövrə aid arxiv sənədlərinin saxlanmadığı müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********1 nömrəli qərarla iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan sığorta stajı və fərdi hesabın sığğorta hissəsində pensiya kapitalı olmadığından, yəni əmək kitabçasında olan xx.xx.1992-xx.xx.2002-ci illərin sığorta stajını araşdırmaq mümkün olmadığından sığorta stajına daxil edilməmiş, əmək kitabçasına əsasən sığorta stajı 17 il 10 ay 14 gün təşkil etdiyi üçün yaşa görə əmək pensiyası hüququ yaranmadığından pensiya təyin edilməmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 №-li məktubdan görünür ki, xx.xx.2022-ci il tarixində cavablandırılmış müraciətinə əlavə olaraq bir daha bildirilir ki, təqdim etdiyi xx.xx.1974-cü il tarixli əmək kitabçasına, hərbi biletinin və diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən il tarixinədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil illəri) 18 il 2 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 10 ay sığorta stajına uyğun olaraq 13590,24 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 177,37 manat olmaqla, ümumilikdə 13767,62 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, xx.xx.1974-cü il tarixində adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli monitorinqinin nəticəsinə əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-nin X1 Sisteminin “Sığorta” altsistemi proqram təminatında qeyd olunan ünvanına (Əlişir Nəvai küçəsi, ev 3) baxış keçirilmiş, "xxxx" ASC-nin hazırda fəaliyyət göstərmədiyi və həmin dövrə aid arxiv sənədlərinin saxlanılmadığı müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunanlara əsasən adında aktiv əmək müqaviləsi ("xxxx" MMC) olduğu üçün məşğul şəxs hesab edildiyindən ona yaşa görə sosial müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı – əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı – müvafiq olaraq fərdi hesabına sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; - 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir; - 6-1-ci maddəsinə əsasən bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. - 32.1.-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıya 65 yaşına çatmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda ona yaşa görə əmək pensiyası təyin edilə bilər. Cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinasını iddiaçının əmək kitabçasına, diplomuna və hərbi biletinə əsasən sığorta stajı 17 il 10 ay 14 gün olmaqla tələb olunan müddətdən (25 ildən) az olması, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13767,62 manat təşkil etməklə bu məbləğin qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından az olması və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının sığorta stajının hərbi xidmət, təhsil müddəti və əmək kitabçasına əsasən xx.xx.2006-cı il tarixinədək 17 il 10 ay 14 gün (iddia tələbinə etirazda və iddiaçıya ünvanlanmış məktubda həmin müddət 18 il 2 ay göstərilmişdir) təşkil etdiyini qəbul edir. Cavabdeh inzibati orqanın qəbul etmədiyi dövr iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1992-ci il tarixindən xx.xx.2002-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrlərdir. Məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranır ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki işdə iddiaçının əmək kitabçasında əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Əmək kitabçasındakı qeydləri şübhə altına alan halların mövcud olması məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Eləcə də oxşar tələblə bağlı işlər üzrə formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2002-cü il tarixinədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı əmək kitabçasında qeyd edilən işlədiyi müddətlər, təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək artıq 27 il 10 ay 13 gün sığorta stajı mövcuddur. Məhkəmə iddia tələbinə etiraza əlavədə qeyd olunan iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2002-ci il tarixinədək işlədiyi "xxxx" ASC-nin həmin dövrə aid arxiv sənədlərinin saxlanılmaması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, bu hal iddiaçının pensiya təminatı hüququnu məhdudlaşdıra bilməz. Bundan əlavə «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. - 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. - 5-ci maddəsinə əsasən bu Qanun 2018-ci ilin aprelin 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq sığorta stajına malik olduğu halda ona 65 yaşının tamam olduğu vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmamışdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin imtinası qanunsuz hesab edilməli, İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8921/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8921/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver