Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8923/2024 12.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı 14 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 14 saylı şəhər poliklinikası inzibati məhkəmə icraatına zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb olunmaqla “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə inzibati işə 12 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azəbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3- Sosial Ekspert Komissiyasının (bundan sonra mətndə TSEK) xx.xx.2023-cü il tarixli qiymətləndirilməsinə dair qərarının ləğv edilməsi və tibbi-sosial ekspertiza keçirilərək onun əlilliyinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, TSEK-nin xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1846/2024 saylı Qərarının ləğv edilməsini və ona - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci ildə doğulmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. 12 yanvar 2016-cı ildən ona İİ qrup müharibə əlilliyi (əlillik vəsiqəsi № 004643) təyin edilmiş və əlilliklə bağlı pensiyaya çıxmışdır. Lakin xx.xx.2023-cü ildə əlilliyi ləgv edilmişdir. Belə ki, xx.xx.2023-cü ildə onun barəsində “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi və ətraflı “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir ki, o, da bunu cavabdehin qanunsuz və əsassız hərəkətləri hesab edir. Belə ki, müayinə və müalicə dövründə həkimlər əsas diaqnoz kimi “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi postravmatik boyun çiyin radikuliti davamlı ağrı kökcük sindromu ilə. Vertebrobazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı tez-tez təkrarlanan vegetativ damar krizlərlə” göstərilmiş və bu diaqnoz ilə 2016-cı ildən əlillik təyin edilmiş və həmin vaxtdan da indiyədək əlillik pensiyası almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli, 1077 №-li Fərmanın 3-cü bəndi ilə təsdiq edilmiş Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Nizamnamənin 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələri aşağıdakılardır: 3.1.1. müvafiq sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; 3.1.2. müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək; 3.1.3. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək; 3.2.5. tibbi-sosial ekspert komissiyasının qərarının qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək. Hesab edir ki, yuxarıda qeyd olunan maddi hüquq normaları və Agentliyin Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsi, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli, 446 nömrəli qərarının müddəaları iddianın təmin edilməsi üçün hüquqi əsasdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra mətndə Agentlik) ilə əvəz olunmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunmuş və 14 saylı şəhər poliklinikası zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilmişdir. Üçüncü şəxs 14 saylı şəhər poliklinikasının iddia tələbinə dair yazılı mülahizəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Xəzər Tibb mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi, Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiyası ilə zədələnməsi postravmatik boyun çiyin radikuliti davamlı ağrı kökcük sindromu ilə. Vertebrobazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı tez-tez təkrarlanan vegetativ damar krizlərlə. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0120003AAHLJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023- cü il tarixli Q00073544RLİ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-11722/2023). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 958 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Boyunun saq ön səthinin yumşaq toxumalarının dəlib keçən qüllə yarası (xx.xx.1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd edilməlidir ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrıları, ürək bulanma, sol ətraflarının hərəki məhdudluqundan və keyləşməsindən şikayətlənmiş, boynun sol yan tərəfində səthi köndələn xətvari çapıq izlənilmişdir. Nevroloji status yaşına uyqun, ətraflar simmetrik, əzələ gücü -4,0-4,5 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmiş, funksional sınaqları rahat yerinə yetirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda gücsüzlük, yüksək təzyiq, qıcolma tutmalarından şikayətlənmişdir, Anamnestik məlumatlarında qıcolma tutmasını sol əlin keyimə hissi kimi izah etmişdir. Müayinə zamanı boyunun sol yarısında, sol pəncə nahiyəsində çapıq toxumalar izlənilmiş, sol əlin İİ barmağının kontrakturası qeydə alınmış, əlin tutma funksiyası pozulmamışdır. Yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. 12 cüt kranial sinirlərin patologiya müşahidə edilməmiş, Romberg vəziyyətində dayanıglı olmuş, serebellar sınaqları düzgün icra etmiş, əlillik təyinatına əsas verən ocaglı nevroloji patologiya aşkarlanmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan, gıcolma tutmalarını təsdigləyən instrumental müayinələri təgdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafını yerə basmaqda çətinlik çəkdiyini, qulaqlarından iltihab gəldiyini, yuxarı ətraflarında hərəki məhdudluq olduğunu, yuxusuzluqdan əziyyət çəkdiyini, ~30 ildir özünü xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı boyunun sol tərəfində köndələn istiqamətdə ~8-9 sm ölçülü, sol baldırın aşağı 1/3də, sol əlin İİ barmağında çapıqlar izlənilmiş, sol əlin falanqarası oynağında (İİ barmaqda) kontraktura aşkarlanmış, digər bütün oynaqlarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, bütün motor hərəkətlər tam, reflekslər bütün ətraflarda canlı alınmış D=8, əzələ gücü tam, parez, iflic aşkarlanmamışdır. Psixi statusunda bələdliyi, tənqidi istiqaməti saxlanılmış, zahirən sakit, mimikası canlı, geyimi səliqəli izlənilmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, yuxusuzluq, qulağında küy olduğunu və bu səbəbdən psixiatrik müalicə aldığınını qeyd etmiş, hazırda emosional labil izlənilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. XəzərTibb Mərkəzinin xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Odlu silah yaralanmasından sonra sol əlin İİ barmağının çapıg toxuması. Açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3- nin tış səthinin dartıcı çapıg toxuması. Solgamış sümüyünün aşağı 1/3-nin geyri-düzgün bitişmiş sınığı. Valgus deformasiyası. Sol incik sinirinin neyropatiyası” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin İİ barmağının çapıg toxuması, açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıg toxumaları, sol gamış sümüyünün aşağı 1/3-nin geyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası, incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayag-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023- cü il tarixli Tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin İİ barmağının çapıg toxuması, açıcı-bükücü kontrakturanın olması ilə. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıg toxumaları. Sol gamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası. İncik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası. Daimi ağrı sindromu. Dayağ hərəkət funksiyasının pozulması. Boyun çiyin radikuliti (güllə yaralanmasından sonrakı ağırlaşma olarag)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5821/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1419 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocağları” kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi TSEK tərəfindən vətəndaşın əyani müayinəsi həyata keçirilmiş və barəsində “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial seqmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocaqları” diaqnozu obyektiv müayinə zamanı öz təsdiqini tapmamış və barəsində “diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020- ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri’nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı TSEK-nin xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1846/2024 saylı Qərarının ləğv edilməsini və ona - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsi xahiş edir. Məhkəmə hesab edir ki, hazırki iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 958 №-li Qərarında göstərilmişdir ki, Bakı şəhəri, Xəzər RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ hərbi prokurorluğunun xx.xx.2015-ci il tarixli məktubunda barəsində cinayət işi və təqsirləndirici material olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi M.Nağıyev adına X6 xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Boyunun sağ ön səthinin yumşaq toxumalarının dəlib keçən güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Xəzər rayon idarəsinin xx.xx.2015-ci il tarixli 946 nömrəli göndərişi, xx.xx.2015-ci il tarixli 121 nömrəlia rayışı, M.Nağıyev adına X6 xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çaxrışlar, MN MHHK-nın həkim mütəxəssisicərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2-c bəndinin a) yarımbəndi. MN MHHK-nin 878 nömrəli, xx.xx.2015-ci il tarixli protokolu. İddiaçı aid aşağıdakı: xx.xx.2016-cı il tarixli xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toximanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar=>Beynəlxalq Təsnifatı: M50-M54-Digər dorsopatiyalar=>M50 – Boyun şöbəsinin fəqərəarası disklərin zədələnməsi... Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Posttravmatik boyun-çiyin radikuliti davamlı kökcük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Boyunun dəlib keçən güllə yaralanmasından birinci işlənməsi, tikilməsi əməliyyatından sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: Posttravmatik boyun –çiyin radikuliti kökçük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatmazlığı, tez-...İlkin əlillik Müddət: 1 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2017-ci il; xx.xx.2017-ci il tarixli xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1: Beynəlxalq Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toximanın xəstəlikləri=>M40-M54-Dorsopatiyalar=>Beynəlxalq Təsnifatı: M50-M54-Digər dorsopatiyalar=>M50 – Boyun şöbəsinin fəqərəarası disklərin zədələnməsi... Diaqnozun mətni: Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Posttravmatik boyun-çiyin radikuliti davamlı kökcük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Boyunun dəlib keçən güllə yaralanmasından birinci işlənməsi, tikilməsi əməliyyatından sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu. Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Meyar: 2.2 İkinci dərəcə əlillik => DİGƏR: Posttravmatik boyun –çiyin radikuliti kökçük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatmazlığı, tez-...Təkrar əlillik Müddət: 5 il; Növbəti qiymətləndirmə tarixi: xx.xx.2022-ci il;
Agentliyin Tibbi-Sosial Eksperrt Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3- 3-1846/2024 №-li Qərarında göstərilmişdir ki; Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyası (bundan sonra- Komissiya) xx.xx.2024-cü il tarixində vətəndaşın müraciətinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli 0120003AAHLJ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********6). Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli Q00073544RLİ nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-11722/2023). Yenidən əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilmiş və qərar verilməsi Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 958 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Boyunun saq ön səthinin yumşaq toxumalarının dəlib keçən qüllə yarası (xx.xx.1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrıları, ürək bulanma, sol ətraflarının hərəki məhdudluqundan və keyləşməsindən şikayətlənmiş, boynun sol yan tərəfində səthi köndələn xətvari çapıq izlənilmişdir. Nevroloji status yaşma uyqun, ətraflar simmetrik, əzələ gücü ~4,0-4,5 bal, tonusu normal, hərəkətlər sərbəst müəyyən edilmiş, funksional sınaqları rahat yerinə yetirmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda gücsüzlük, yüksək təzyig, gıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında qıcolma tutmasını sol əlin keyimə hissi kimi izah etmişdir. Müayinə zamanı boyunun sol yarısında, sol pəncə nahiyəsində çapıg toxumalar izlənilmiş, sol əlin İİ barmağının kontrakturası geydə alınmış, əlin tutma funksiyası pozulmamışdır. Yuxarı və aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı alınmış D=S, hipotrofiya, atrofiya, parez, iflic izlənilməmişdir. 12 cüt kranial sinirlərin patologiya müşahidə edilməmiş, Romberg vəziyyətində dayanıglı olmuş, serebellar sınağları düzgün icra etmiş, əlillik təyinatına əsas verən ocaglı nevroloji patologiya aşkarlanmamışdır. Ekspertiza üçün əhəmiyyətli olan, gıcolma tutmalarını təsdigləyən instrumental müayinələri təgdim etməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətrafını yerə basmaqda çətinlik çəkdiyini, qulaqlarından iltihab gəldiyini, yuxarı ətraflarında hərəki məhdudluq olduğunu, yuxusuzluqdan əziyyət çəkdiyini, ~30 ildir özünü xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı boyunun sol tərəfində köndələn istiqamətdə ~8-9 sm ölçülü, sol baldırın aşağı 1/3-də, sol əlin İİ barmağında çapıqlar izlənilmiş, sol əlin falanqarası oynağında (İİ barmaqda) kontraktura aşkarlanmış, digər bütün oynaqlarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Nevroloji baxış zamanı yuxarı və aşağı ətraflarda hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, bütün motor hərəkətlər tam, reflekslər bütün ətraflarda canlı alınmış D=S, əzələ gücü tam, parez, iflic aşkarlanmamışdır. Psixi statusunda bələdliyi, tənqidi istiqaməti saxlanılmış, zahirən sakit, mimikası canlı, geyimi səliqəli izlənilmişdir. Ünsiyyətə həvəslə daxil olmuş, yuxusuzluq, qulağında küy olduğunu və bu səbəbdən psixiatrik müalicə aldığınını qeyd etmiş, hazırda emosional labil izlənilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Odlu silah yaralanmasından sonra sol əlin İİ barmağının çapıq toxuması. Açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin tış səthinin dartıcı çapıq toxuması. Sol qamış sümüyünün aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Valgus deformasiyası. Sol incik sinirinin neyropatiyası" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.X4 İnstitutunun 31.01,2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin İİ barmağının çapıg toxuması, açıcı-bükücü kontrakturası. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıg toxumaları, sol gamış sümüyünün aşağı 1/3-nin geyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası, incik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası, daimi ağrı sindromu və dayag-hərəkət funksiyasının pozulması" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Odlu silahla yaralanmadan sonra sol əlin İİ barmağının çapıg toxuması, açıcıbükücü kontrakturanın olması ilə. Sol baldırın aşağı 1/3-nin iç və tış səthində dartıcı çapıg toxumaları. Sol gamış sümüyünün aşağı 1/3-nin geyri-düzgün bitişmiş sınığı, valgus deformasiyası. İncik sinirinin neyropatiyası, pəncənin sallanması, parezi, əzələ atrofiyası. Daimi ağrı sindromu. Dayağ hərəkət funksiyasının pozulması. Boyun çiyin radikuliti (güllə yaralanmasından sonrakı ağırlaşma olarag)" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X2 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5821/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1419 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, kognitiv funksiyaların zəifləməsi ilə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixli Beyinin MRT müayinəsinin nəticəsi “Baş beynin ümumi, subatrofik dəyişiklikləri. Sol vertebral arteriyanın intrakranial segmentinin hipoplaziyası. Hər iki alın, gicgah və təpə paylarında, semioval mərkəzlərdə səpələnmiş görünümdə, millimetrik ölçülərdə postişemik glioz ocağları" kimi qeyd olunmuş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
Tətbiq edilən hüquq.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
... 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.
İPM:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
İddiaçının hüquqi marağı Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının TSEK-nin xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1846/2024 saylı Qərarının ləğv edilməsini və ona - xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK ... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2016-cı il tarixdə 1 illik müddətinə “Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi. Posttravmatik boyun-çiyin radikuliti davamlı kökcük ağrı sindromu ilə, hərəkət məhdudluğu ilə, vertebro-bazilyar hövzədə xroniki qan dövranı çatışmazlığı, tez-tez təkrarlanan vegetativ damar krizləri ilə. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Boyunun dəlib keçən güllə yaralanmasından birinci işlənməsi, tikilməsi əməliyyatından sonrakı vəziyyət. Vertebrobazilyar arterial sistem sindromu” diaqnozu ilə əlillik dərəcəsi təyin edilmiş və son olaraq xx.xx.2017-ci il tarixli göndəriş əsasında 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2023-cü il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2017-ci ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Bu baxımdan qanunla onun üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirmədən formal tələblərə əsasən iddiaçıya əlilliyin təyin olunmasından, ümumiyyətlə həmin qüsurlara istinadən onun xəstəlik vəziyyətinin qiymətləndirilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Bundan əlavə, iddiaçının müraciəti əsasında əyani müayinə həyata keçirilmiş və anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunsional pozuntular aşkar edilməməsi barədə qərar qəbul edilmişdir. Hazırki iş üzrə düzgün və qanuni nəticəyə gəlmək üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyindən müəyyən olunur ki, vətəndaş İddiaçı 13-xx.xx.1994-cü il tarixlərdə M.Nağıyev adına X6 Xəstəxanasında “Boyunun sağ ön səthinin yumşaq toxumalarının dəlib-keçən güllə yarası” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Qeyd edilən nəticə həmin nahiyədə aşkar edilmiş çapıq toxumanın varlığı ilə təsdiq olunur. SN-nin “MTE və PA Birliyi” phş müalicə müəssisəsi olmadığından onun hazırda konkret hansı xəstəliklərdən əziyyət çəkməsi barədə fikir söyləmək mümkün olmadı. Lakin, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Xəzər Tibb Mərkəzi” phş tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İ00138246UİZ saylı Forma 088 göndərişində qeyd edilmiş diaqnoz ona stasionarda müalicələri zamanı kliniki, anamnestik, laborator-instrumental müayinələri əsasında müəyyən edilmiş, xəstəlik xroniki hala keçdiyindən hazırda onun həmin xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Ekspert rəyindən də göründüyü kimi göndərişdə olan əsas diaqnoz, ağırlaşma və yanaşı xəstəliklər iddiaçıda müəyyən edilmişdir Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndində qeyd edilmişdir ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin verilməsi üçün əsasdır. Həmin Qaydaların 1.5.3-cü maddəsinə əsasən isə əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. İstinad olunan normalardan göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etdiyi hallarda, təkrar əlilliyin qiymətləndirilməsi zamanı şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı xüsusi şərt nəzərdə tutmur. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Məhkəmə ekspert rəyində qeyd olunan əsaslarla razılaşaraq qeyd edir ki, 2017-ci ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın tələbinə görə şəxsə hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı-ayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda hərbi xidmətlə əlaqədar əlillik müəyyən edilir. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2015-ci il tarixli, 958 saylı rəyindən görünür ki, iddiaçının yaralanmasının nəticəsi - diaqnoz “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Bu işin təkzib olunmaz halıdır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.1-ci bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə əsasən müəyyən edilir. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı halda, cavabdeh öz səlahiyyətlərini həyata keçirərkən “İnzibati icraat haqqında” Qanunun yuxarıda qeyd olunan normalarının tələblərini təmin etməmiş, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarını əsassız məhdudlaşdırmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci, 69-cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, № 3-17-4/3-3-1846/2024 saylı qərarı ləğv edilsin. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya görə ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev