Məhkəmə qərarları › İş №2-1(112)-8929/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8929/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8929/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı "qərarın ləğvi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-347/2023 saylı qərarının ləğvi və Tibbi Komissiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-ci il tarixdə səhətində yaranmış xəstəliklə əlaqədər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Ağentliyinə müraciət edərək tibbi müayinədən keçmişdir. TSEK tərəfindən keçrilən müayinə zamanı Tibbi müayinə zamanı məlum olmuşdur ki, bel fəqərələrinin ostreoxondrozu, radikulopatiya, diskogen iki tərəfli radikulit (daha çox sol nahiyədə) residiv gedişli ağrı sindiromu, hərəki hissə pozğunluqları, stenokardiya, onikibarmaq bağırsaqların xorası xəstəlikləri aşkarlanmışdır. Eyni zamanda xx.xx.2021-ci il tarixədək hərbi xidmət dövrü ilə əlaqədər 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Növbəti müayinə zamanı cavabdeh imtina verərək tibbi müayinədən keçirməmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya dövlət səhiyyə müəsissəsi tərəfindən rəsmiləşmiş göndəriş natamam doldurulmuşdur. Halbuki iddiaçının xəstəliyinə 29 saylı Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2010-ci il tarixli göndərişi əsasında baxılmış,-Səbəb: Hərbi Xidmət dövrü ilə əlaqədər X1, sümük əzələləri bə birləşdirici toxumaların xəstəlikləri, Dorsoptiyalar və bel fəqərələri ostrexondrozu və digər çoxsaylı diaqnozlarla 2-ci qrup əlilliyi təyin edilmişdir. 2021 -ci il tarixə qədər uzun sürən xəstəliklə bağlı müntəzəm müalicə alınmış və səhətində ciddi irəliləyiş əldə edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və X4-Sosial Ekspert komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-3-347/2023 saylı qərarı ilə göndəriş natamam doldurulduğu üçün geriyə qaytarılmışdır. Bu səbəbdən tibbi komisiyadan keçə bilməmişdir. Səhətində son zamanlar yaranmış şiddətli xroniki ağrılar onda ciddi əziyyət verir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi -Sosial Ekspertiza və X4-Sosial Ekspert komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-3-347/2023 saylı qərarı əsassızdır və məhkəmə tərəfindən ləğv edilməlidir. Bu hal qanunsuz və tam əsassızdır. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında dövlət Tibbi- Sosial Ekspertiza və Reabiltasiya Xidmətinin Ali Nəzarət Komissiyası tərəfindən ekspertiza keçirilmə düzgün təyin edilməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əliliyin və sağlamlıq imkanları məhdudluğunun müəyən olunması meyarlarına dair Əsasnamə”yə uyğunluq yoxlanılmalıdır. Müvafiq sənədlər məhkəməyə təqdim olunacaqdır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanların üzərinə inzibati aktın qəbul olunması ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara(məhrumetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılr. İPM-nin 33.1-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi və iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək arzusunu cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh tərəfindən iddiaya yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xx.xx.2025-ci il tarixli ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” Araışdan görünür ki, İddiaçı 13 avqust 2004-cü tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Binə qəsəbəsi, Kavs küçəsi, ev 4 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertizası və Reabilitasiya Xidmətinin 9 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il qərarına əsasən ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnozu: Onurğanın asteoxondrozu, bel fəqərələrinin asteoxondrozu, radikulopatiya, diskogen 2 tərəfli radikulit (daha çox gedişli orta ağrı sindromu, hərəki hissi pozğunluqlarla. Stenokardiya, onikibarmaq bağırsağın xorası, Meyar: 2.2 ikinci dərəcəli əlillik=> digər: onurğanın osteoxondrozu, bel fəqərələrinin radikulopatiya, diskogen 2 tərəfli radikulit(daha çox solda) residiv gedişli orta ağrı sindromu, hərəki hissi stenokardiya, onikibarmaq bağırsağın xorası, Növbəti müayinə tarixi: 2021. -xx.xx.2021-ci il tarixli xxxxxxx0005 saylı göndəriş xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-Dorsopatiyalar =>M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Əsas diaqnoz M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, . Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası.residiv gedişli .davamlı kökçük sindromu ilə Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə Yanaşı xəstəliklər 120.1 Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX.Stabil gərginlik stenokardiyası f.s.ll, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: -Xəstənin laborator,instrumental müayinələri, əsas diaqnozun ağırlaşmalarına görə dəqiqləşdirilsin. - Xəstənin əsas diaqnozun ağırlaşması reyster məlumati aktiv sürücülük vəsiqəsi ilə uyğunsuzluq yaradir. (sürücülük vəsiqəsi 2013 BCD ) dəqiqləşdirilsin." səbəbi ilə imtina verilmişdir. -İdiaçının əlillik vəziyyəti növbəti dəfə xxxxxxx0006 saylı göndəriş əsasında xx.xx.2023-cü il tarixdə müayinə edilmiş və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54-Dorsopatiyalar =>M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.0 - Onurğa..., Diaqnozun mətni: Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə Ağırlaşma R26.8 Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, Hərəki hissi trofiki pozulmalar Ağırlaşma M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, İkitərəfli L5 diskogen radikulopatiyası.residiv gedişli .davamlı kökçüksindromu ilə səbəbi ilə imtina verilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 25 yanvar 2023-cü il tarixli 3- 17-4/3-3-347/2023 saylı qərarında aşağıdakılar qeyd edilmişdir: Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0053003AAEK7 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 158 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diskogen iki tərəfli Lv radikulit, residivli gedişli, davamlı ağrı sindromu ilə, hərəki, hissi pozğunluqlarla. Onurğanın bel-oma nahiyəsinin yayılmış osteoxondrozu. Aşağı ətrafın atrofiyası, diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Onurğanın yayılmış osteoxondrozu bel fəqərələrinin üstünlüyü ilə. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəki hissi trofiki pozulmalar. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, ikitərəfli L5 diskogen radikulopatiyası, residiv gedişli davamlı kökçük sindromu ilə (Durğunluq) ürək çatmamazlığı olmadan, Hipertoniya xəstəliyi İİİdərəcə. Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX. Stabil gərginlik stenokardiyası f.s.ll." diaqnozu araşdırılmışdır. Xəstənin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiya edən bel ağrısından şikayətlənmişdir. Müayinə zamanı aşağı ətraflarda əzələ inkişafı paralel, hərəkətlər sərbəst, diz və axil refleksiərı canlı çağırılmış, S=D, əzələ gücü və tonusu normal olmuş, hipotrofiya, atrofiya, parez aşkar edilməmişdir. Gündəlik qəbul etdiyi medikamentoz oreparatlar olmadığını bildirmişdir. Arterial təzyiqin yüksəlməsi və ürəklə bağlı narahatlıq, şikayət bildirməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Neyrocərrahiyyə Xəstəxanası xx.xx.2021-ci il tarixli “Qeyd edilən fəqərəarası disklərin, fəqərə cisimlərinin degenerativ dəyişiklikləri yə Şmorl düyünləri. L4- L5. L5-S1 fəqərəarası diskin arxa median bağaltı yırtığı dural kisənin və sinir kökcüklərinin sıxılması. L5-S1 səviyyəsində stabilliyin pozulması. L5 fəqərəsinin retrospondilolistezi” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 saylı Şəhər Klinik Xəstəxanası xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Radikulopativa. Onurğa sütununun poliseqmentar osteoxondrozu. Diskoqen iki tərəfli L5 radikulit, residivli gediş, davamlı ağrı sindromu ilə hərəki hissi pozğunluqlarla. Sol pəncənin parezi. Hipertenziva xəstəliyi. //-/// mərhələ. Ürəyin işemik xəstəliyi. Stabil gərginlik stenokardivası İ f.s" kimi qeyd olunmuşdur. Verdiyi anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyası tərəfindən qəbul edilən 22 sentyabr 2023-cü il tarixli 3-17-4/3-3-17557/2023 saylı Qərarında aşağıdakılar qeyd edilmişdir:.....Bakı şəhər sakini xx.xx.1961-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2023-cü il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1848/2023). Vətəndaş 3-17-4/2-R-22577/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Həkim Ekspertiza komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 158 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Diskogen iki tərəfli Lv radikulit, residivli gedisli, davamlı ağrı sindromu ilə, hərəku hissi pozğunluğlarla. Onurğanın bel-oma nahivvəsinin yayılmış osteoxondrozu. Aşağı ətrafın atrofivası” diaqnozlu travmanın səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiva edən bel ağrısından şikayətlənmişdir. Müavinə zamanı aşağı ətraflarda əzələ inkişafı paralel, hərəkətlər sərbəst, diz və axil refleksləri canlı çağrılmış, S=D, əzələ gücü və tonusu normal olmuş, hipotrofiva, atrofiva, parez aşkar edilməmişdir. Gündəlik gəbul etdiyi medikamentoz preparatlar olmadığını bildirmişdir. Arterial təzyigin yüksəlməsi və ürəklə bağlı narahatlığ, şikayət bildirməmişdir.” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı bel nahiyəsində, sağ aşağı ətrafda ağrılardan, ödemdən şikayətlənmişdir. Müayinə zamanı vətər və sümüküstü refleksləri canlı və bərabər alınmış D=S, əzələ gücü və tonusu normal, hərəkətlər sərbəst, əzələlər simmetrik olmuş, atrofiya, parez aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan instrumental müayinə (KT, MRT) nəticələri təqdim edilməmişdir. Anamnestik məlumatlarda və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verə biləcək patofunksional pozuntular aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona İİ qrup əillik dərəcəsinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirlməsi barədə ərizə təqdim edərək ona 0053003AAFK7 saylı xx.xx.2021-ci il tarixli göndəriş əsasında əlilliyin qiymətləndirildiyi xx.xx.2021-ci il tarixdən əlillik dərəcəsinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-347/2023 saylı qərarının ləğvi və Tibbi Komissiyanın təyin edilməsini mübahisələndirir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-420/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İşin hallarından müəyyən edilir ki, iddiaçı barəsində sonuncu dəfə xx.xx.2021-ci il tarixli xxxxxxx0005 saylı göndəriş xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və əlilliyin təyinindən imtina edilmişdir. Bundan sonra iddiaçı qeyd edilən imtinanın məhkəmədə mübahisələndirərək ona əlillik təyin edilməsini xahiş etmişdir. Məhkəmə icraatı gedişində iddiaçı barəsində cavabdehin komissiyası tərəfindən əyani müyainəsi keçirilmiş və nəticədə Tibbi-sosial ekspert komissiyasının 25 yanvar 2023-cü il tarixli 3-17-4/3-3- 347/2023 saylı qərarı və 22 sentyabr 2023-cü il tarixli 3-17-4/3-3-17557/2023 saylı barəsində “diaqnoz əlillik əlaməti təyin etmir barədə” qərar qəbul edilmişdir. İddiaçının hazırkı tələbində başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş cavabdehin xx.xx.2023-cü il tarixli 3- 17-4/3-3-347/2023 saylı qərarının ləğvini mübahisələndirir. Bununla da iddiaçınİn eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla hüquqi marağı əlilliyin təyin edilməsi ilə bağlı olan iddia tələbinə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmaqla yekun qiymət verildiyindən artıq həmin mübahisə eyni tərəflər arasında hər hansı bir məhkəmədə mübahisə predmeti ola və baxıla bilməz. Məhkəmə eyni zamanda iddiaçının əlillik dərəcəsinin təyinatı ilə bağlı qeydiyyatda olduğu tibb müəssisəsinə müraciət edərək yeni tibbi göndəriş almaq, yeni tibbi göndəriş əsasında əlillik vəziyyəti cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndirildikdən və inzibati orqandan müvafiq imtina cavabını aldıqdan sonra inzibati məhkəmədə iddia qaldırmaq hüququnun saxlanıldığını da izah edir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar