Məhkəmə qərarları › İş №2-1(112)-893/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-893/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-893/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi Cavabdehin nümayəndəsi X6 Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxslər kimi göstərilməklə “atasının SSRİ Silahlı Qüvvələrinin tərkibində 1943-cü illərdə “X13”ndə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işəməhkəmənin binasında(Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Bakı şəhəri Cəbrayıl rayon idarəsinə qarşı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi üçüncü şəxslər kimi göstərilməkləiddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, atası X9 SSRİ Silahlı Qüvvələrinin tərkibində 1943-cü illərdə “X13”ndə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X9 X7 iştirak edərək, talehi haqqında məlumat əldə etməkdən ötrü, bir çox dövlət idarə arxivlərinə və xarici dövlətlərin arxivlərinə müraciət etmişdir. X14 1917-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, milliyətçə azərbaycanlı, Cəbrayıl rayonu, Mirzəcanlı kəndindəndir, xx.xx.1942-ci ildə Cəbrayıl hərbi komesarlığından X8 getmişdir, X2yıtmadığı üçün Rusiya Federasiyasının Müdafiə Nazirliyinin mərkəzi arxivinə müraciət etmiş, “1943cü ildə itkin düşməsi təsdiqlənmişdir cavabını almışdır”. SSRİ dövründə hərbiçinin gün və ay sənədlərdə qeyd olunmayanda, düz xətt çəkilərək, dəqiq məlumat birdaha müəyyən olunması üçün həyat yoldaşının adı, soyadı, ata adı və yoldaşının sözü qeyd olunurdu. X13 iştirakçıları haqqında da, Russiya Federasiyası Müdafiə Nazirliyinin məlumat saytında da məlumatların olması, bir daha X14 haqqında, 1943-cü ildə itkin düşməsi məlumatı təsdiqini tapır. Ərizəçinin müraciəti nəticəsində, əldə olunmuş materiallarda X14 1917-ci il tarixli, müharibə dövründə həyat yoldaşının adı ilə hərbi komissarlığında və SSRİ-nın hərbi hissələrində qeydiyyata alınaraq müharibəyə göndərilmiş, oxşar əsgər adları olanda dəyişik düşməsinlər deyə, məlumatlar bir daha arxiv sənədlərində təsdiqini tapırlar. Ərizəçi Əlində olan müraciət məktublarına cavab olaraq Azərbaycanda yerləşən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin 07 noyabr 2007-ci il tarixli cavab məktubunda 1917-ci ildə anadan olmuş X9 itkin düşməsi haqqında heç bir məlumatın olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinə müraciət edərək, cavab olaraq 1917-ci ildə anadan olan X14 barəsində heç bir sənəd aşkar edilməmiş və xx.xx.2018-ci il tarixli arayış təqdim olunmuşdur. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin xx.xx.2000-ci il tarixli və xx.xx.1999-cu il tarixli cavab məktublarında X9 axtarışda olanlar sırasında olmadığı söylənmişdir. Artıq məlum olur ki, bu vaxta qədər X14, SSRİ-nin ordu sıralarında 1941- 1945-ci illərdə döyüşməsi və itkin düşməsi barədə məlumat yalnız SSRİ-nin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində vardır, Azərbaycan Respublikasının hərbi və güc strukturlarında arxiv məlumatı yoxdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2976/2019 saylı qətnaməsi ilə ərizəçi X4 maraqlı şəxs Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barəsində" ərizəsi təmin edilmiş, X9 “X13”ndə (1941-1945-ci illərdə) ölmüş elan edilməsi qət edilmişdir. Həmin məhkəmənin 22 iyul 2019-cu il tarixli 2(004)-2976/2019 saylı qərardadı ilə həmin qətnaməyə qətnamənin nəticə hissəsinin ikinci abzasındakı “X14 “X13”ndə (1941-1945-ci illərdə) ölmüş elan edilsin” sözləri “X14 “X13”ndə - 01 sentyabr 1943-cü il tarixdə ölmüş elan edilsin” kimi başa düşülməsi şəklində izah verilmişdir. İddiaçı qeyd edir ki, atası ilə birlikdə müharibədə iştirak etmiş şəxslərin ailə üzvlərindən fərqli olaraq o, və digər ailə üzvləri atasının müharibə dövründə itkin düşməsi ilə əlaqədar imtiyazlardan istifadə etməmişdir. İddiaçı hesab edir ki, onun atasına yuxarıda göstərilənlərə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Qanunun tələblərinə uyğun olaraq müharibə veteranı və şəhid adına layiq görülməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən və üçüncü şəxslərdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin nümayəndəsinin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, qanunvericilikdə əsasən mərhum X9 “şəhid” statusunun verilməsi nəzərdə tutulmadığına görə iddia tələbi təmin edilə bilməz. Üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi T.Həsənovun xx.xx.2020-ci il tarixli 11/489 saylı iddiaya dair yazılı münasibətində bildirilmişdir ki, iddiaçının mərhum atası Azərbaycan Ordusunda, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə, atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmamışdır. Nümayəndə etirazın sonunda mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, işə onun iştirakı olmadan nəticə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon İdarəsindən iddiaya dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. İş üzrə keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanuna müvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi məhkəməyə verdiyi izahatında bildirdi ki, iddiaçının atası X9 Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1942-ci il tarixdə X13 illərində səfərbər edilərək hərbi xidmətə göndərilməsi və 1942-ci ildə itkin düşməsi haqqında məlumat vardır. Belə hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürməsində əsas məqsədi “X13”ndə iştirak etdiyi dövrdə ölmüş hesab edilmiş atası Musayev İsa oğlunun şəhid olması barədə arayışın verilməsindən ibarətdir. Halbuki, qanunvericilikdə “X13”ndə iştirak etməsi ilə əlaqədar ölmüş və itkin düşmüş hesab edilmiş şəxslərə şəhid statusunun verilməsi nəzərdə tutulmamışdır. Şəxsə şəhid statusunun verilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi qaydalarının” tələblərinə ziddir. Nümayəndə izahatının sonunda göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məhkəmə iclasında iştirak edən nümayəndəsi iddiaya dair yazılı münasibətdə qeyd edilənlərə uyğun izahat verdi və müvafiq məsələnin tənzimlənməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçıməhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmiş, üçüncü şəxs Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı münasibətdə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 2976/2019 saylı qətnaməsi ilə ərizəçi X4 maraqlı şəxs Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barəsində" ərizəsi təmin edilmiş, X9 “X13”ndə (1941-1945-ci illərdə) ölmüş elan edilməsi qət edilmişdir; - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli 2(004)- 2976/2019 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(004)- 2976/2019 saylı qətnaməsinin nəticə hissəsinin ikinci abzasındakı “X14 “X13”ndə (1941- 1945-ci illərdə) ölmüş elan edilsin” sözlərinin “X14 “X13”ndə - 01 sentyabr 1943-cü il tarixdə ölmüş elan edilsin” kimi başa düşülməsi şəklində izah verilmişdir; - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 07 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 019184 saylı ölüm haqqında şəhadətnamənin surətindən ayrın olur ki, X14 xx.xx.1943-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 287 nömrəsi ilə qeydiyyat aparılmışdır; - İ-ИE seriyalı 123596 saylı doğum haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı xx.xx.1938-ci il tarixdə Cəbrayıl rayonu Mirzəcanlı kəndində doğulmuş, atası X10r; - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinin iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli 356 saylı məktubunda bildirilmişdir ki, bölmədə olan arxiv sənədlərində, yəni Cəbrayıl rayonundan 1941-1945-ci illərdə hərbi xidmətə göndərilən vətəndaşların əlifba qeydiyyatı kitabında mərhum atası, 1917-ci il təvəllüdlü (kitabda təvəllüdÜ 1915-ci il göstərilmişdir) X9 Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1942-ci il tarixdə X13 illərində səfərbər edilərək hərbi xidmətə göndərilməsi və 1942-ci ildə itkin düşməsi haqqında məlumat vardır; - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağiriş üzrə Dövlət Xidmətindən iddiaçının elektron poçt qutusuna göndərilmiş xx.xx.2019-cu il tarixli məktubun çıxarışından görünür ki, onun Xidmətin elektron saytına daxil olmuş müraciətinə cavab olaraq bildirilmişdir ki, keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində müharibələrdə və ya hərbi münaqişələrdə (döyüş əməliyyatlarında) iştirak edərək həlak olmuş (ölmüş), həmçinin, xəbərsiz itkin düşmüş hesab edilmiş şəxslərə “şəhid” adının və ailəsinə “şəhid ailəsi” statusunun verilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. İş materiallarından və işin faktiki hallarından müəyyən edilir ki, iddiaçının atası X1 rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1942-ci il tarixdə X13 illərində səfərbər edilərək hərbi xidmətə göndərilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2976/2019 saylı qətnaməsi ilə X9 “X13”ndə (1941-1945-ci illərdə) ölmüş elan edilməsi qət edilmiş, sonradan həmin məhkəmənin 22 iyul 2019-cu il tarixli 2(004)- 2976/2019 saylı qərardadı ilə qətnaməyə onun nəticə hissəsinin ikinci abzasındakı “X14 “X13”ndə (1941-1945-ci illərdə) ölmüş elan edilsin” sözlərinin “X14 “X13”ndə - 01 sentyabr 1943-cü il tarixdə ölmüş elan edilsin” kimi başa düşülməsi şəklində izah verilmiş, qətnamə icra edilmiş, X9 adına ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçı atasının SSRİ Silahlı Qüvvələrinin tərkibində 1943-cü illərdə “X13”ndə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və şəhid olması barədə ilkin arayışın verilməsi barədə aidiyyəti qaydada müraciət etmiş, lakin məsələ iddiaçıya münasibətdə öz həllini tapmamış, imtinaya əsas kimi qanunvericilikdə SSRİ Silahlı Qüvvələrinin tərkibində “X13”ndə iştirak etmiş (ölmüş və ya itkin düşmüş) şəxslərə “şəhid” statusunun verilməsi qaydalarının nəzərdə tutulmadığı göstərilmişdir. Azərbaycan Respublikasında Vətənə sədaqət müqəddəsdir. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər (Konstitusiyanın 74-cü maddəsinin İ hissəsi və 76-cı maddəsinin İ hissəsi). «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Azərbaycan Respublikasının 09 oktyabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin məqsədidir. Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəni Azərbaycan Respublikasının müdafiəçisidir. Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan Dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən, bütün qüvvəsini və lazım gəldikdə, canını əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur. Silahlı Qüvvələri formalaşdıran hərbi qulluqçuların hərbi vəzifələri «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanununda əksini tapmışdır. Həmin Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında» 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayinədək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -1.2.5. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər; -1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Nazirlər Kabinetinin 05 mart 1999-cu il tarixli 35 saylı və 22 may 2006-cı il tarixli 131 saylı Qərarları ilə Qaydaların 1.2.6-cı bəndinə «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası əlavə edilmişdir. Göründüyü kimi, şəhid adının verilə biləcəyi şəxslərin kateqoriyaları qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” 30 dekabr 2008-ci il tatixli Qərarındakı hüquqi mövqeyinə görə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Məhkəmə bununla baglı qeyd edir ki, iddiaçının mərhum atası X11 şəhid adının verilməsi üçün onun ölkənin ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmasının müəyyən edilməsi tələb olunur. Göstərilən normativ-hüquqi aktların mənası onu təsbit edir ki, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Məhkəmə hesab edir ki, qeyd olunan maddi hüquq normalarındakı “həlak olma” anlayışının düzgün təfsir edilməsi üçün həmin anlayışa qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik pirinsipi baxımından yanaşılmalıdır. Hüquqi müəyyənlik prinsipi isə digər kriteriyalarla yanaşı ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Yəni, şəxsin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olması və ya onun həmin döyüşlərdə aldığı yaralardan sonradan vəfat etməsi hüquqi müəyyənlik prinsipi baxımından məzmunca eyni anlayışdır və mübahisəli hüquq münasibətlərinə eyni qaydada tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddianın qaldırılmasında əsas məqsəd iddiaçının atası X9 “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın müvafiq tələblərinə uyğun olaraq şəhid olması barədə arayışın və ona şəhid statusunun verilməsindən ibarətdir. Təsadüfi deyildir ki, iddia ərizəsində də məhz həmin qanunvericilik aktlarına istinad edilmişdir. Halbuki, qanunvericilikdə SSRİ Silahlı Qüvvələrinin tərkibində “X13”ndə iştirak etmiş (ölmüş və ya itkin düşmüş) şəxslərə “şəhid” statusunun verilməsi nəzərdə tutulmamışdır və yuxarıda göstərilənlərdən də aydın olduğu kimi şəxsin şəhid hesab edilməsi üçün şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında birbaşa səbəbli əlaqə olmalıdır. Beləliklə, məhkəmənin qənaəti belədir ki, “X13”ndə iştirak etmiş (ölmüş və ya itkin düşmüş) şəxslərə “şəhid” statusunun verilməsi üçün müvafiq arayışların verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddia tələbi təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, “atasının SSRİ Silahlı Qüvvələrinin tərkibində 1943-cü illərdə “X13”ndə döyüş tapşırığını yerinə yetirərkən itkin düşməsi və şəhid olması barədə ilkin arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) günmüddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar