Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8932/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi” barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Qusar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində düzəliş edilərək “Həmidə” adının “Xalidə” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Qusar rayonunda doğulmuşdur. Şəxsiyyət vəsiqəsində adı "Xalidə” kimi göstərilmişdir. Həmçinin, ona məxsus olan digər sənədlərdə, o cümlədən nikahın bağlanılması haqqında 1-ЖЕ№ 305285 nömrəli Şəhadətnamədə, П-ЖГ№ 252290 nömrəli boşanma haqqında şəhadətnamədə, 1У-ЖГ№ 367045 nömrəli, oğlu X5 doğum haqqında şəhadətnaməsində ana qrafikasında, У-ЖГ№ 344940 nömrəli, oğlu X6 doğum haqqında şəhadətnaməsində ana qrafikasında və digər sənədlərində adı "Xalidə" kimi göstərilmişdir. Lakin, Qusar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində adı "Xalidə" əvəzinə "Həmidə" kimi göstərilmişdir. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydində müvafiq düzəlişin edilməsi ilə bağlı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, 3 saylı Bakı “Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsi tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh 3 saylı Bakı “Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-62-132/2025 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh orqanın imtinası ilə bağlı iddiaçı bildirir ki, ona məxsus olan bütün sənədlərdə adı “Xalidə" kimi göstərilmişdir. Qusar rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət, təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarının pozulması qanunvericiliyin tələblərinə ziddir. Hesab edir ki, doğum haqqında akt qeydində düzəliş edilməsi üçün yetərli əsaslar mövcuddur. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı təqdim edilmiş yazılı münasibətdə qeyd edilmişdir ki, vətəndaşa məxsus ilkin doğum haqqında şəhadətnamədə və şəhadətnamənin verilməsinə əsas olmuş akt qeydinin arxivdə saxlanılan nüsxəsində vətəndaşın vətəndaşın adının “Həmidə” qeyd olunduğu görünür. Onun hansı əsasla “Xalidə” kimi şəxsiyyət vəsiqəsi əldə etməsini araşdırmaq mümkün olmamış və bu səbəbdən də müraciət təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh (nümayəndəsi) hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia ərizəsi onun mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh 3 saylı Bakı Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. -Qusar rayonu Hil kənd soveti tərəfindən tərtib edilmiş, iddiaçıya məxsus xx.xx.1955-ci il tarixli, 63 saylı doğum haqqında akt qeydinin surətindən görünür ki, qeydin uşaq haqqında məlumat qrafasında iddiaçının adı “Həmidə” kimi qeyd edilmişdir. Ataanası haqqında məlumat qrafasına əsasən X3, anası X2r. -Qusar rayonu Hil kənd soveti tərəfindən xx.xx.1955-ci il tarixdə verilmiş ИЖ 323293 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1955-ci il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 63 nömrəli qeydiyyat aparılmışdır. X3, anası X2r. -3 saylı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Qusar rayonunun Hil kəndində doğulmuşdur. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, 305285 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı “Xalidə” olaraq qeyd edilmişdir (xx.xx.1955-ci il təvəllüdlü, İlyasova (Mustafayeva) Xalidə İlyas qızı). -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, 1052 №-li nikahın pozulması haqqında (boşanma haqqında) akt qeydinin surətindən görünür ki, X7 ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmişdir. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli, İİ-ЖГ 252290 №-li nikahın pozulması haqqında (boşanma haqqında) şəhadətnamənin surətindən görünür ki, X7 ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.1990-cı ildə, 1052 №-li qeyd aparılmışdır. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, 2143 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, X9 xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası X7, anası İddiaçıdır. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, 3243 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, X10 xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X7, anası İddiaçıdır. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli, 367045 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası X7, anası İddiaçıdır. -Bakı şəhəri Oktyabr rayon (indiki Yasamal rayon) VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1977-ci il tarixli, 344940 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası X7, anası İddiaçıdır. İşin faktiki hallarından görünür ki, iddiaçı bir sıra hüquqmüəyyənedici sənədlərdə adının “Xalidə” kimi yazıldığına istinad edərək doğum akt qeydində müvafiq dəyişikliyin aparılmasını istəyir. O, mövcud tələbi ilə bağlı 3 saylı Bakı Cavabdehnə müraciət etsə də, sonuncu tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı bu səbəbdən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların mövcudluğu, eləcə də aidiyyəti şəxslər arasında mübahisənin olmaması halı ilə səciyyələndirmişdir. Hazırkı iş üzrə iddiaçının şəxsiyyətini təsdiq edən vəsiqəsində, nikah haqqında və nikahın pozulması haqqında şəhadətnamələrində, o cümlədən övladlarının doğum haqqında qeydiyyat sənədlərində adı “Xalidə” göstərildiyindən, arzulanan dəyişiklikliyin aparılması üçün kifayət qədər əsaslar var və hər hansı ziddiyyətli məqam mövcud deyil. Əks yanaşma həddən artıq formallıq hesab oluna bilər və müvafiq dəyişikliyin həyata keçirilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, məhkəmənin qənaəti belədir ki, iddiaçının doğum haqqında akt qeydində müvafiq dəyişikliyi etmək öhdəliyi cavabdehin üzərinə qoyulmalı, cavabdeh qurumun imtinası “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17, 19, 24-cü maddələrinə zidd olduğundan qanunsuz hesab edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qusar rayon Hil kənd soveti tərəfindən tərtib olunmuş xx.xx.1955-ci il tarixli, 63 nömrəli doğum haqqında akt qeydinin “uşaq haqqında məlumat” bölməsinin ad qrafasında “Həmidə” adının dəyişdirilib “Xalidə” kimi qeyd edilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-8932/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8932/2025
20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver