Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8934/2025 30.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yeni çıxarışın verilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından ləğv olunması və sxematik xəritəyə uyğun naturada yerləşən 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsinin koordinatlarına uyğun plan və ölçülərini tərtib edərək yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ona xx.xx.1975-ci ildə vəfat etmiş babası, X5 miras əmlak Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsi qalmışdır. İddiaçı və anası, X6 tərəfindən Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçməsinə və Çıxarışın alınmasına dair sənədləşdirmə işlərinin aparılması üçün xx.xx.2018-ci ildə X7 7E-7417 reyestr nömrəsi ilə qeyd olunmuş etibarnamə verilmişdir. Həmin etibarnamələrə əsasən X9 xx.xx.2021-ci ildə X8 adına olan 1945 nömrəli bağ sahəsinin Arxiv nüsxəsi əsasında başqa bir bağ sahəsinə **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış almışdır. X9 ona verilmiş səlahiyyətlərdən sui-istifadə edərək xx.xx.2021-ci ildə İddiaçı faktiki istifadəsində olan, bağların bölgüsünə dair sxematik xəritəyə uyğun naturada yerləşən bağ sahəsinə deyil, bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olmayan, başqa bir ərazidə yerləşən bağ sahəsinə dair İddiaçı və anası, X3 adına ümumi paylı mülkiyyət hüququ ilə **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış almış, həmin Çıxarış əsasında Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsinin koordinatlarını dəyişdirərək başqa bir bağ sahəsinə sürüşdürmüş və həmin bağ sahəsini 1945 saylı bağ sahəsi adı ilə yaxın qohumu X2. X1 işlərini özünə uyğun həll etdikdən sonra "Bağ sahələrinin, tikililərin uzun müddətli icarəyə verilməsi haqqında xx.xx.1967-ci il tarixli, 15327 nömrəli Müqavilənin əslini İddiaçı qaytararaq, 1945 saylı bağ sahəsini Dövlət Reyestrində qeydiyyatdan keçirə bilmədiyini deyərək onu aldatmışdır. xx.xx.2025-ci ildə İddiaçı nümayəndəsi tərəfindən araşdırılma aparılmış və xx.xx.1967-ci il tarixli. 115327 nömrəli müqavilənin arxiv nüsxəsi əsasında 1945 nömrəli bağ sahəsinin sürüşdürülərək, heç bir hüquqmüəyyənedici sənədi olmayan başqa bir bağ sahəsinə yerləşdirilməsi müəyyən olunmuşdur. xx.xx.2025-ci ildə İddiaçı ********** nömrəli ərizə ilə ƏMDX-nin DƏDK və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, 0,25 ha ərazisi olan 1945 saylı bağ sahəsinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatından ləğv olunmasını xahiş etmişdir. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2021- ci il tarixli, 4Ə-1041 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi, onun mümkün sayılaraq, mahiuyyəti üzrə baxılmasını və təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 1(82)-1312/2019 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş Bağlar massivində yerləşən, ümumi sahəsi 0,25 ha olan 1945 saylı bağ sahəsi üzərində mövcud vəziyyətə uyğun X4 mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin həmin qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Lehiş bağ massivində yerləşən ümumi sahəsi 0,25 ha olan 1945 saylı bağ sahəsi üzərində X8 mövcud vəziyyətə uyğun mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasoprtun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İşdən görünür ki, həmin qərar qanuni qüvvəsini almış, ünvan 3nə X4 mülkiyyət hüququ qeydə alınaraq, bu barədə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə vəfat etmiş- X8 ölmüş vərəsəsi: xx.xx.2002-ci il tarixdə vəfat etmiş X12 vərəsələri: Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X25 küçəsi, ev 17 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 2 ünvanında qeydiyyatda olan X6 və onlar miras əmlakdan ½ hissədə pay almalıdırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3nə X16 mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli satıcılar- İddiaçı, X6 ilə alıcı- X15 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar ümumi paylı mülkiyyət hüququ üzrə onlara məxsus olan ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsini alıcının mülkiyyətinə vermişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** nömrəli çıxarışdan görünür ki, ünvan 3nə X10 mülkiyyət hüququ qeydə alınaraq xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə aktından görünür ki, istifadəsiz bağ evi və həyət tikilisi mövcuddur. İddiaçl onun adına qeydiyyatdan keçən Ləhiş bağ sahəsi, 1945 saylı bağ sahəsinin ilkin qeydiyyatı zaman yerinə uyğun aparılmadığını bildirərək, fərqli başqa yeri göstərmişdir. Göstərilən torpaq sahəsinin mövcud vəziyyətinin koordinat cədvəli əlavə edilmişdir. Qeydiyyatdan keçən lehiş bağ sahəsi, 1945 saylı bağ sahəsinin yerinin və iddia edilib göstərilən yerin bağların yerləşməsinə dair sxematik xəritəyə uyğunluğuna aiddiyatı üzrə baxılması məqsədəuyğundur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-28577/2025 nömrəli məktubundan görünür ki, göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.25 ha olsa da, faktiki olaraq 0.1677 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi (istifadəsiz) və köməkçi tikili mövcuddur. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki iddia olunan sahənin "1945” saylı bağ sahəsinə aidiyyəti yoxdur. Belə ki, faktiki iddia olunan torpaq sahəsi 1600 nömrəsi ilə başlayan bağların əraziləridir. İddiaçı hazırda 1945 saylı bağ sahəsinin koordinatlarını dəyişdirərək başqa bir bağ sahəsinə sürüşdürüldüyünü iddia edərək, həmin bağa dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə bağlı aparılmış qeydiyyatın ləğv edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından görünür ki, 1945 saylı bağ sahəsinə mülkiyyət hüququ qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında qeydə alınmış, iddiaçı daha sonra həmin qeydiyyat əsasında bağ sahəsini digər şəxsə satmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli torpaq sahəsinə hüququn qeydə alınması qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında həyata keçirildiyindən məhkəmə hesab edir ki, fərqli torpaq sahəsinə hüququn qeydə alınması iddia olunursa, bu məsəslə həmin qərarın icrası qaydasında həll etməlidir. Əks hal, eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. Bundan əlavə, iddiaçı mübahisəli torpaq sahəsini digər şəxsə satdığından həmin əmlaka sahib olmaq, ondan istifadə etmək və barəsində sərəncam vermək hüquqlarını itirmişdir. Nə qədər ki, həmin alqı-satqı müqaviləsi qüvvədədir, iddiaçının bütün hüquqlarına xitam verilmiş daşınmaz əmlakla bağlı hər hansı bir iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaya ayrıca iddia icraatında baxılması mümkün hesab olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-8934/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8934/2025
30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver