Məhkəmə qərarları › İş №2-1(112)-8936/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8936/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8936/2021 08.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi gəmi kapitanı, işləmir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu vaxtdan (23.02.2018-ci il tarixindən) 19.09.1978-ci il tarixdən 24.10.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə ” iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “57 yaşının tamam olduğu vaxtdan (23.02.2018-ci il tarixindən) 19.09.1978-ci il tarixdən 24.10.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1978-ci ildə orta məktəbi bitirib 19.09.1978-ci ildə Şabran rayonu (Dəvəçi) qaz istismarı idarəsində ikinci dərəcəli çilingər olaraq işə qəbul olunmuş, 23.08.1979-cu ildə işdən ayrılmış, 1979-cu il tarixdən 1982-ci il tarixinədək Bakı gəmiçilik məktəbində əyani olaraq təhsil almışdır. Bu barədə iddiaçıya 25.12.1982-ci il tarixli, DT 068605 saylı diplom təqdim olunmuşdur. 12.02.1983-cü ildə X6ndə matros vəzifəsinə işə daxil olmuş, 29.10.1983-cü ildə öz xahişi ilə işdən azad olunmuş, 16.12.1983-cü ildə Siyəzən şəhər 1 nömrəli orta məktəbində hərbi rəhbər vəzifəsinə təyin olunmuş, öz xahişi ilə 28.08.1985-ci ildə işdən azad olunmuş, 28.05.1985ci ildə X12 donanmasında matros vəzifəsinə təyin olunub kapitan vəzifəsinə kimi yüksəlmiş, 01.10.2002-ci ildə öz xahişi ilə işdən azad olunmuş, 04.11.2002-ci il 13 nömrəli Tikinti Quraşdırma idarəsinə 68 nömrəli əmrlə baş mexanik vəzifəsinə təyin olunmuş, 24.10.2005-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə görə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. İddiaçının iş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmişdir. İddiaçının 25.01.1978-ci il tarixdən 31.03.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə əmək fəaliyyəti ilə məşğul olmağına dair qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Belə ki, əmək kitabçasında qeyd olunan dövrlər ərzində daima əmək fəaliyyəti ilə məşğul olmuş və bunun məntiqi nəticəsi olaraq vergi və sığorta ödənişlərini vaxtında ödəmişdir. O birbaşa olaraq sığorta üçün nəzərdə tutulmuş ödənişləri hesaba ödəyən vəzifəli şəxs deyil. Ödənişlər onun əmək haqqından çıxılaraq aidiyyatı üzrə sığorta hesabına yönəldirilməmişdir. İddiaçının adından sığorta üçün nəzərdə tutulmuş ödənişlər fərdi hesabına yönləndirilməmişdir. Bu bir vətəndaş kimi onun təqsiri üzündən həyata keçirilmədiyindən hesab edir ki, cavabdehin imtinası bu hissədə də əsassızdır. 28.05.1985-ci il tarixdən 01.10.2001-ci il tarixədək çalışdığı müxtəlif adlarda gəmi sürücüsü və maşinist vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarının 21 saylı bölmənin 21.1 bəndinin “b” yarımbəndinə əlavə edilən “üzən heyətdəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)” hissəsində birbaşa qeyd olunmuşdur. Buna əsasən iddiaçı müxtəlif vaxtlarda təqribən 26 ildən çox güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmışdır. İddiaçi 26 il ərzində əmək şəraiti xüsusilə ağır və ya zərərli olan vəzifələrdə çalışmışdır, belə olan halda ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, iddiaçı 01.04.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 39600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20140,72 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiаçı İddiaçı məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 229 nömrəli, 22.10.2020-ci il tarixli arayışına əsasən,1961-ci il təvəllüdlü istefada olan baş leytenant İddiaçı 01.09.1979-cu il tarixdən 31.12.1982-ci il tarixədək Bakı Dənizçilik Məktəbində əyani təhsil almış və SSRİ Müdafiə Nazirinin 14.03.1983-cü il tarixli, 60 saylı əmrinə əsasən “kiçik leytenant” rütbəsi verilmişdir. Azərbaycan Dövlət Dəniz Akademiyasının 03 noyabr 2020-ci il tarixli, arayışına əsasən, İddiaçı 1979-1983-cü illərdə Bakı dəniz yolları məktəbində əyani formada təhsil almışdır. Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Meliorasiya Tikinti Baş İdarəsi “Başazmeliorasiyatikinti” “Samur- Abşeronsutikinti” 1 nömrəli Tikinti trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin 17.02.2006-cı il tarixli, 14 nömrəli arayışına əsasən, X3 04.11.2002-ci il tarixindən 24.10.2005-ci il tarixinə kimi müəssisədə baş mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası “Azərbaycan X6” QSC-nin 01\17-254 nömrəli, 23.11.2020-ci il tarixli arxiv arayışına əsasən, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı Bakı Dənizçilik məktəbini bitirdikdən sonra 15.02.1983-cü ildən 19.10.1983-cü ilə kimi X4 “Həmid Sultanov”, “Marşal Vorobyov” gəmilərində matros vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərinə aid deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X12 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Şabran rayon Təhsil Şöbəsinin 167 nömrəli, 25 sentyabr 2020-ci il tarixli arayışına əsasən, İddiaçı 16 dekabr 1983-cü il tarixdən 26 fevral 1985-ci il tarixə kimi Siyəzən şəhər 1 nömrəli orta məktəbində hərbi rəhbər vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X7 İdarəsinin 24.09.2020-ci il tarixli arxiv arayışına əsasən, Socar “Azəriqaz” X2 X10 İdarəsinin arxiv fondunda saxlanılan “Dəvəçiqaz” Qaz İstismar kontorunun kadrlar üzrə əmrlərinə əsasən İddiaçı 19 sentyabr 1978-ci il tarixdən 23 avqust 1979-cu il tarixədək bu müəssisədə işləmişdir. “Azərbaycan X6” QSC X12 Donanmasının EN01/02-351 nömrəli 23.10.2020-ci il tarixli arxiv arayışına əsasən, İddiaçı 28.05.1985-ci ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsinin t/x “PS-158” gəmisinə 1-ci dərəcəli matros peşəsinə işə qəbul edilmiş, 23.11.1985-ci ildə “766” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. O, Donanmanın “PSK-28”, “MPK-470”, “PS-152”, “Geofizik”, “PS-158”, “PS-164” gəmilərində kapitanın 2-ci köməkçisi, kapitanın böyük köməkçisi, kapitan vəzifələrində işləmişdir. 01.10.2002-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (01.10.2002-ci il tarixli, 137-k nömrəli əmr) (öz xahişi ilə) işdən azad edilmişdir. Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər daim liman akvatoriyasından işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əməka pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b” yarımbəndi, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə qüvvədən düşmüş 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 28-ci bəndinin (Nəqliyyat) 28.3 “1” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə (üzən heyət – ind: ********) güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı 17 il 04 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli 539 nömrəli Fərmanına əsasən “Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli 6 nömrəli və 10.01.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X12 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçının Qaz istismar kontoru Dəvəçiqaz qəbul edilmədən əvvəl təcrübəsi olmayıb. Qaz istismar kontoru Dəvəçiqaz 19.09.1978-ci ildən 23.08.1979-cu ilədək 2-ci dərəcəli çilingər işləmiş, 01.09.1979-cu ildə Gəmi sürücüsü ixtisası üzrə 2-ci kurs kursantı olaraq qəbul olunmuş, 05.02.1983-cü ildə gəmi sürücüsü ixtisası üzrə tam kursunu başa vurmuş və KASPARA işə göndərilmiş, 15.02.1983-cü ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra nəqliyyat donanmasının gəmilərinə dənizçi kimi qəbul edilmiş, 19.10.1983-cü ildə Ümumittifaq şok komsomol tikinti sahəsinə getməsi ilə əlaqədar olaraq öz istəyi ilə işdən azad edilmiş, 16.12.1983-cü ildə 1 saylı Slavak şəhər orta məktəbin hərbi rəhbəri təyin edilmiş, 26.02.1985-ci ildə öz isdəyi ilə tutduğu vəzifədən azad edilmiş, 28.05.1985-ci ildə T\X PS 158 1 km dənizçi olaraq qəbul edilmiş, 23.11.1985-ci ildə 766 kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, 07.05.1986-cı ildə PSK 28 kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. X11 Nazirliyinin 220 saylı 29.04.1988-ci il tarixli əmrinə əsasən Dəniz X11 Cənub rayon idarəsi “Kaspneftqazdonanması” İdarəsi, Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənub ekspedisiya dəstəsi” Kaspneftqazdonanması” İdarəsinə çevrilmişdir. İddiaçı 05.02.1990-cı ildə MPK 470 kapitanın 2-ci köməkçisi, 30.06.1992-ci ildə PS-152 kapitanın böyük köməkçisi, Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə Cənub ekspedisiya dəstəsi – Dəniz neftqazdonanmasının Cənub idarəsi adlandırılmış, 15.10.1992-ci ildə t\x geofizik kapitanın böyük köməkçisi, 11.05.1993-cü ildə t\x PS-164 kapitanın böyük köməkçisi, 14.05.1993-cü ildə t\x PS-158 kapitanın böyük köməkçisi, 03.06.1993-cü ildə t\x PS-164 kapitanın böyük köməkçisi, 03.09.1993-cü ildə t\x PS 164 müvvəqəti kapitan, 21.10.1993-cü ildə t\x PS 164 kapitanın böyük köməkçisi, 31.05.1996-cı ildə t\x PS-164 kapitan, 01.10.2002-ci ildə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 04.11.2002-ci ildə 13 nömrəli Tikinti Quraşdırma idarəsinə baş mexanik vəzifəsinə təyin edilmiş, 24.10.2005-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən öz xahişi ilə vəzifədən azad edilmişdir. DT 068605 nörməli diploma əsasən, İddiaçı 1979-cu ildən 1982-ci ilədək Bakı Dənizçilik məktəbində texnik gəmi sürücüsü ixtisası üzrə tam kursu bitirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 18.06.2021-ci il tarixli, **********8 saylı “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40000,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20210,48 manat təşkil edir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaçından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır: 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Meliorasiya Tikinti Baş İdarəsi “Başazmeliorasiyatikinti” “Samur-Abşeronsutikinti” 1 nömrəli Tikinti trestinin 13 nömrəli Tikinti-Quraşdırma İdarəsinin arayışı, Azərbaycan Respublikası “Azərbaycan X6” QSC arayışı, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” X5 X7 İdarəsinin arayışı, “Azərbaycan X6” QSC X12 Donanmasının arayışı və əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında (********) nəzərdə tutulan- 1) üzən heyət və (********) nəzərdə tutulan Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla) peşələrində güzəştli iş stajı 12 il 06 aydan və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensyasının minimum məbləğindən aşagı olmayan pensiya təmintına imkan vermir. Halbuki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanununun qüvvəyə mindiyi günədək tam əmək stajına (25 il ümumi və 12 il 06 ay güzəştli ) malik olduğundan ona əmək pensiyası yaşa görə və staja görə sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində təsbit edilmiş müddəasına görə isə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının müəyyən məbləğdə mövcud olması tələbi məcburi şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ- hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 23 fevral 2018-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 01.04.2021-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı 57 yaşının tamam olduğu vaxtdan (23.02.2018-ci il tarixindən) 19.09.1978-ci il tarixdən 24.10.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq, QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu vaxtdan (23.02.2018-ci il tarixindən) 19.09.1978ci il tarixdən 24.10.2005-ci il tarixədək müxtəlif təsnifatlar üzrə vəzifələrdə işlədiyi illər sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar