Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8937/2024 16.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızınının katibliyi, İddiaçının qanuni nümayəndəsi İddiaçı katibliyi, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qızı xx.xx.2007-ci il təvəllüdlü X9 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Laçın rayonunun Vlibəyli kəndindən məcburi köçkün kimi qeydiyyata alınmışdır. Ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə müraciət edərək xx.xx.2007-ci il təvəlldülü X9 məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli, cavab məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların” 4.2.6 bəndinə əsasən məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilməsindən imtina edilmişdir. Həyat yoldaşı və o bu günədək Laçın rayonunun Vlibəyli kəndində qeydiyyatdadırlar. Hazırda qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi qanunda nəzərdə tutulmamışdır. Hesab edir ki, valideynlərinin hər ikisi “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilməlidir. Hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə Laçın rayonudur və övladları Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 1999-cu il 21 may tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, ‘Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. X10 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Komitənin sorğusuna cavab olaraq verilmiş məktuba əsasən, ünvan 1 ünvanı xx.xx.2004-cü il tarixdə X4 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı No-nun 4e-52 nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 adına özgəninkilləşdirilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırırıq ki, 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, xx.xx.2007-ci il təvəllüdlü X5 atası X11 o doğulmamışdan əvvəl, yəni xx.xx.2004-cü il tarixdən - xx.xx.2010-cu il tarixədək ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdur. Göründüyü kimi xx.xx.2003-cü il təvəllüdlü X5 atası X11 xx.xx.2004-ci il tarixdə ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2004-cü il tarixdən - xx.xx.2010-cu il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı yarımbəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Məhkəmənin diqqətinə çatdırırıq ki, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci bəndinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci bəndinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmədən iddiaçı X5cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsin verilməsi”nə dair iddia tələbi əsassız olduğu üçün rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8937/2024 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı əsl iddiaçı X15 ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, **********76 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, General Şıxlinski küçəsində yerləşən 0.0300 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 18 saylı DNKnın xx.xx.2008-ci il tarixli 40-01-18 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 102 ünvanında yerləşən qeyri- yaşayış sahəsi İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı NO-nun 4ə-1224 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. ünvan 4 ünvanı İddiaçı adına xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı NO-nun 48-53 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 721 saylı bağ evi və onun yerləşdiyi 0.2488 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə İddiaçı adiva qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı NO-nun 49-51 reyestr nömrəli, xx.xx.2017-ci tarixli bağışlama müqaviləsinə əsasən X25 xx.xx.2017-ci özgəninkiləşdirilmişdir. ünvan 5 ünvanı xx.xx.2004-co il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı NO-nun 40-52 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Sonradan həmin mənzil İddiaçı adına xx.xx.2017-ci il tarixdə təkrar qeydiyyata alınsa da, 2 saylı Bakı "ASAN Xidmət" mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 40-1389 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən yenidən X7 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 99 İddiaçı adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 6 ünvanı xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır ve hazırda da mülkiyyətindədir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ünvanında yerləşən 375 saylı mənzil (giriş 6) xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 4 ünvanı xx.xx.2017-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 52 saylı NO-nun 49-622 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. ünvan 5 ünvanı xx.xx.2019-cu il tarixdə X7 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 721 saylı bağ evi və onun yerləşdiyi 0.2488 ha torpaq sahəsi X7 adına xx.xx.2017ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-20011/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1971-ci il təvəllüdlü X16 xx.xx.1987-ci il taıixdən xx.xx.2004-cü il tarixədək ünvan 7 ünvanında, xx.xx.2004-cü il tarixdən xx.xx.2015-ci il tarixədək ünvan 8 ünvanında, xx.xx.2015-ci il tarixdən hazırədək Laçın rayonu, Vəlibəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Laçın Rayon İcra Hakimiyyətinin verdiyi xx.xx.2024-cü il tarixli, 5-64/2-230/2024 nömrəli məktubunda bildirilmişdir ki, X6 və onun övladı X2 rayonunun Vəlibəyli kəndində daimi qeydiyyatda olmaqla, hazırda məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində fərdi evdə müvəqqəti məskunlaşmışdır. X6 və onun övladı 2007-ci il təvəllüdlü X17 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qəydası”nın 2.1-ci bəndinə əsasən vahid aylıq müavinət almırlar. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli, **********91 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü X3 adına Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 99 Yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 284, M10, m2 və ünvan 6 Yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 10, M7, m1. X7 adına Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, 721 saylı bağ evi və həmin evin evin yerləşdiyi 0.2488 ha torpaq sahəsi, Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 33, 78 saylı mənzil qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. X5 və xx.xx.1963-cü il təvəllüdlü X3 adlarına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-36-3/2-A-41xx-xx/2024/3963 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq "məcburi köçkün" statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Bildiririk ki, xx.xx.2007-ci il təvəlludio X8 doğum tarixindən əvvəl qeydiyyatınız adınıza olan ünvan 10 ünvanında olduğundan övladınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilmesi Komitənin imkanı xaricindədir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçıların tələbi məcburi köçkün statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı tərəf məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş və cavabdehin verdiyi xx.xx.2023-cü il tarixli imtinasından sonra xx.xx.2023-cü il tarixdə iddia ərizəsini məhkəməyə təqdim etməklə 30 günlük iddia müddətini ötürməmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddia mahiyyət üzrə əsassızdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Göründüyü kimi məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X18 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinə istinad etmişdir. Həmin bənddə nəzərdə tutulmuşdur ki, “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İşin hallarından görünür ki, iddiaçı xx.xx.2007-ci il təvəllüdlü olmaqla Laçın rayonu, Vəlibəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının atası X1 rayonu, Vəlibəyli kəndindən məcburi köçkündür. Təqdim edilmiş əmlaka dair məlumatlardan müəyyən olunur ki, iddiaçının atası məcburi köçkün X4 adına ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2010-cu il tarixədək həmin ünvanda qeydiyyatda olmuş, xx.xx.2017-ci il tarixdə həmin mənzili iddiaçının anası (arvadı) X12 bağışlamışdır. Göründüyü kimi X11 xx.xx.2004-cü il tarixdə yaşayış sahəsi əldə etdiyi, xx.xx.2010cu il tarixədək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğu vaxtda X17 doğulmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) .... (....) Hazırkı işdən görünür ki, iddiaçıya və onun məcburi köçkün stastusunda olan atasına yuxarıda adı çəkilən Qaydasının 2.1-ci bəndinə əsasən vahid aylıq aylıq müavinət verilmir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, ev 136P, mənzil 99 Yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 284, M10, m2 və ünvan 6 Yeni qaydalarla: AZ 1032, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 10, M7, m1 iddiaçının atası X3 hazırda mülkiyyətindədir. Bununla da mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən X6 ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkün olduğundan ona və övladı olan hazırkı iddiaçıya vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı dövlətin təyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası aradan qalxmışdır. Başqa sözlə, məcburi köçkün statusunun verilməsi dövlət tərəfindən müvafiq təminat və güzəştlərin verilməsini təmin etdiyi halda, iddiaçının belə bir təminatlardan yararlana bilməsinin əsaslarının aradan qalxması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini də əhəmiyyətsiz edir və bu statusa olan hüquqi zərurəti aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X18 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8937/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8937/2024
16.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver