Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8943/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi və yeni şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında akt qeydində doğum tarixinin xx.xx.1964-ci il, doğum yerinin Bakı şəhəri, adının İddiaçı, anasının adının X1, anasının milliyətinin azərbaycanlı yazılması və yeni şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş və doğum faktı Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1965-ci il tarixli 156 nömrəli aktla dövlət qeydiyyatına alınaraq şəhadətnamə verilmişdir. Doğumu haqqında verilmiş şəhadətnamədə doğum tarixi xx.xx.1964-ci il, doğum yeri Bakı şəhəri, tam adı İddiaçı, anasının adı X1, anasının milliyəti azərbaycanlı yazılmış, ata haqqında məlumatlar qrafası (valideynlərinin nikahı olmadığı üçün) boş saxlanılmışdır. Lakin göstərilən səbəblərdən hazıradək Azərbaycan Respublikasının vətəndaşı üçün müəyyən edilmiş formada şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Belə ki, bir müddət öncə şəxsiyyət vəsiqəsi almaq üçün ASAN Xidmət Mərkəzinə müraciət etmiş, lakin həmin vaxt doğum haqqında akt qeydinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində mövcud olmadığı məlum olmuşdur. Bundan sonra doğum haqqında akt qeydinin informasiya sisteminə daxil edilməsindən ötrü doğum haqqında şəhadətnamə vermiş Yasamal Rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qurumdan verilmiş rəsmi cavabda doğum haqqında akt qeydinin şöbənin arxivində və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində aşkar olunmadığı bildirilmişdir. Surətlərini iddia ərizəsinə əlavə etdiyi AZB 135278 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, doğum faktı Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1965-ci il tarixli 156 nömrəli aktla dövlət qeydiyyatına alınmış və Dövlət Miqrasiya Xidmətinin 17 fevral 2023-cü il tarixli arayışı ilə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyyəti tanınmışdır. Qeyd olunan bu iki sənəd qanunvericiliyin tələbi baxımından Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini almağı üçün yetərlidir. Lakin informasiya sistemində doğum haqqında məlumatın olmaması şəxsiyyət vəsiqəsi almağına maneə yaratmış, digər tərəfdən isə Yasamal Rayon Qeydiyyat Şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkarlanmadığı üçün bu məlumatın sistemə inteqrasiya edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-15-156 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, tələbinin əsası kimi baxışa təqdim etdiyi sənədlər sırasında şəxsiyyəti təsdiq edən sənəd olmamış, həmçinin verdiyi məlumatda şəxsiyyət vəsiqənin ümumiyyətlə olmadığı bildirilmişdir ki, bu səbəbdən tələbinin icrasını təmin etmək mümkünsüz olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 164-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunma faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Azərbaycan Respublikası Nazirləı Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.8-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Göstərilənlərə əsasən doğum haqqında akt qeydinin bərpa edilməsi tələbinin icrasından imtina olunur və müraciətə baxılmasının nəticəsindən subordinasiya və məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eyni zamanda Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.2ci maddəsinə görə itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-873/15/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, doğum haqqında şəhadətnamə xx.xx.1965-ci il tarixdə 156 saylı akt ilə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və A3B 135278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında akt qeydi Yasamal rayonu qeydiyyat şöbəsində və “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti”ndə aşkar edilməmişdir. Azərbaycan Respublikasının “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi şəxsiyyətin müəyyən edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-440/15/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən Yasamal rayon qeydiyyat şöbəsi doğum akt qeydinin bərpa edilməsi, bərpa edildikdən sonra şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi üçün aidiyyətı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 50067/m nömrəli xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Vİİ-ЖГ seriyalı 430429 saylı xx.xx.2001-ci il tarix nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X3 nikaha daxil olmuşlar. İddiaçı tərəfindən təqdim edilmiş AZB seriyalı 135278 saylı xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş AZ seriyalı ******* saylı xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş AA seriyalı, 390943 nömrəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsində iddiaçının doğum tarixi xx.xx.1694-cü il adı isə X2 qeyd edilmişdir. (etibarlılıq müddəti xx.xx.2001-xx.xx.2011) İddiaçı tərəfindən təqdim edilmiş НЗ seriyalı, ******* saylı Hərbi biletdə iddiaçının doğum tarixi xx.xx.1964-cü il adı isə X2 qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3341/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı adların eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırda iddia tələbi doğum haqqında akt qeydinin bərpa edilməsi və doğum haqqında yeni şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiadır. Məhkəmə qeyd edir ki, iddiaçının özünə aid olduğunu bildirərək təqdim etdiyi sənədlərdə onun adı müxtəlif formalarda – X5, İddiaçı kimi, doğum tarixi kimi isə fərqli tarixlər – xx.xx.1964-cü və xx.xx.1964-cü illər göstərilmişdir. Həmçinin iddiaçının özü tərəfindən AZ seriyalı ******* saylı xx.xx.1965-ci il tarixli və AZB seriyalı 135278 saylı xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamələr təqdim edilmiş, hər iki sənəddə onların verilməsi üçün əsas kimi cavabdeh qurumda mövcud olmayan xx.xx.1965-ci il tarixli 156 nömrəli doğum akt göstərilmişdir. Belə olan halda iddiaçının təqdim etdiyi sənədlərdə olan uyğunsuzluqlar onun tərəfindən təqdim edilmiş iki müxtəlif vaxtlarda müxtəlif adlarla verilmiş şəhadətnəmələrin mötəbərliyinə şübhə yaradır. Bununla əlaqədar məhkəmənin xx.xx.1967-ci il tarixli 156 saylı doğum akt qeydinin və eləcə də, iddiaçının adına hər hansı doğum akt qeydinin olub-olmaması barədə məlumatın olduğu təqdirdə həmin sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin tələb edilməsinə dair sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının adına doğum akt qeydinin mövcud olmaması bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh qurumda iddiaçıya dair doğum akt qeydinin mövcud olmaması onun iddiaçının tələbi əsasında bərpasını da mümkünsüz edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 4-cü bəndində qeyd olunur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinin tələbində əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə yaşadığı yer üzrə ümumi məhkəməyə “hüquqi əhəmiyyəti olan (doğumun qeydə alınması) faktın müəyyən edilməsi haqqında” ərizə ilə müraciət etməklə nail ola bilər. Məhkəmə həmçinin qeyd edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı mövcuddur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 13250/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamə verilməsi (doğum haqqında şəhadətnamənin bərpa edilməsi) və həmin şəhadətnamənin “Vətəndaşlıq vəziyyəti akt”larının reyestri xidmətinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmamaışdır. Qərardad qanuni qüvvəsini almışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiəsi vasitələri izah edildiyindən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova