Məhkəmə qərarları › İş №2-1(112)-8944/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8944/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8944/2024 09.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinə qarşı “borcun müqavilənin bağlandığı günün valyuta məzənnəsi ilə hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 4 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun müqavilənin bağlandığı günün valyuta məzənnəsi ilə hesablanmasına dair məcbur etmə haqqında qərar qəbul etməklə borcun məhkəmə qaydasında yenidən hesablanaraq müəyyən edilən müddətə qədər müvəqqəti olaraq pulun tutulmaya dair icra sənədinin dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı və oğlu X2 qarşı iddası üzrə iddiaçının oğlu ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsini ləğv etməklə iddiaçıdan və oğlundan müştərək qaydada bankın xeyrinə kredit müqaviləsi üzrə əsas borc 57597.16 ABŞ dolları, faiz borcu üzrə 3444.29 ABŞ dolları cərimə borcu isə 560 ABŞ dolları məbləğində cəmi 61601.45 vəsaitin ödəniş gününün rəsmi məzənnəsinə uyğun Azərbaycan Respublikası manatı ilə tutulması qət edilməklə 44853.79 ABŞ dolları məbləğində ödəniş isə ipoteka predmetinin satışında əldə edilən vəsait olduğundan qətnamənin icrası mərhələsində nəzərə alınaraq borcdan silinməsinə dair qətnamə qəbul etmişdir. Qeyd edilən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi uzun müddət icrasız qalmış və nəhayət 2023-cü ildə maşının satışından əldə olunmuş 44853.79 ABŞ dolları ipoteka pretmeti satışından əldə edilən vəsait olduğundan 2023-cü ilin avqust ayında Binəqədi Rayon İcra şöbəsi tərəfindən iddiaçının oğlunun olan borcundan silinmiş və cəmi borc 16747.66 ABŞ dolları borc qalmışdır. Həmin borcdan bir hissəsi krediti götürmüş oğlum Həsənov Yalçın tərəfinən ödənilmiş, onun ödəmə qabiliyyəti olmadığına görə mənim qeydiyyatda olduğum Nərimanov Rayon İcra Şöbəsinə göndərilmişdir. İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1 və 439.7-ci maddələrinin tələbləri kobud surətdə pozularaq mənim xəbərim olmadan və yaranmış borcun məbləği dəqiqləşdirilmədən mənim pensiyamdan 1000 manat vəsait qanunsuz olaraq tutulmuşdur. Nərimanov Rayon İcra Şöbəsi tərəfindən qeyd edilən maddələrin tələbləri kobud şəkildə pozlduğundan rəsmi qaydada tərəfimdən Nərimanov Rayon İcra Şöbəsinə müraciət edərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1, 439.7 maddələrinin tələblərinə uyğun olaraq borcun məbləğinin dəqiqləşdirilməsi və bundan sonra məhkəmə qərarının icraya yönəldilməsi xahiş edilmişdir. Lakin Nərimanov Rayon İcra Şöbəsi tərəfindən göstərilən maddələrin və eləcə də Konstitusiya Məhkəməsinin qeyd edilən maddələri şərhiylə bağlı və Azərbaycan Respublikası Konstitusiyasının Məhkəməsinin Pleminiumun 14 may 2015-ci il tarixli qərarının tələbləridə pozularaq müraciətimə imtina edilərək qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı banka olan borcun müqavilənin bağlandığı xx.xx.2008-ci il tarixə olan valyuta məzənnəsinə uyğun hesablanması mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1,ci maddəsinə əsasən pul oğdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici , fiziki və ya hüquqi şəxsdirsə tələblər pul öhdəliyini əgər bu qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri ( məzənnə) artmiş və ya azalmışsa və ya valyuta dəyişmişsə borclu ödənişi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qaydada nəzərdə tutulmamışdırsa öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirilməlidir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1362/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı olaraq banka olan borcunu müqavilənin bağlandığı xx.xx.2008-ci ildə olan valyuta məzənnəsinə uyğun hesablanması qanunla mümkün deyil.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək qüvvədə olan məhkəmə aktının icra olunmalı olduğunu bildirdi.

II. İddianın növü və mümkünlüyü

5. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

7. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

8. X5 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X5 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

9. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

10. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

12. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

13. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X5 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

14. İddia ərizəsinin məzmunundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin İddiaçı və X2 qarşı iddası üzrə X3 ilə bank arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsini ləğv etməklə İddiaçı və X1 müştərək qaydada bankın xeyrinə kredit müqaviləsi üzrə əsas borc 57597.16 ABŞ dolları, faiz borcu üzrə 3444.29 ABŞ dolları cərimə borcu isə 560 ABŞ dolları məbləğində cəmi 61601.45 vəsaitin ödəniş gününün rəsmi məzənnəsinə uyğun Azərbaycan Respublikası manatı ilə tutulması qət edilməklə 44853.79 ABŞ dolları məbləğində ödəniş isə ipoteka predmetinin satışında əldə edilən vəsait olduğundan qətnamənin icrası mərhələsində nəzərə alınaraq borcdan silinməsi qərara alınmışdır. İddiaçı isə hazırda Bakı Apellyasiya Məhkəməsinin 4 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun müqavilənin bağlandığı günün valyuta məzənnəsi ilə hesablanmasını tələb edir.

15. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli 10 nömrəli qərarından:

33. Məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

16. Məhkəmə hesab edir ki, iddiaçının arzuladığı məqsədə çatmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi xüsusiyyətləri nəzərə alınmaqla qüvvədə olan məhkəmə aktının (qərarının) izah edilməsi və ya qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı səlahiyyətli məhkəməyə müraciətdir.

17. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar