Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8949/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X7ə qarşı “əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2025-ci il tarixli göndəriş tarixindən 10 gün müddətində əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) 2 il müddətinə təyin edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci iləədk N saylı hərbi hissə tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edərək, xx.xx.1992-ci il tarixdə ağır yaralanmışdır. Cəbrayıl rayon Böyük Mərcanlı hospitalında xx.xx.1992-ci il tarixədək müalicə almışdır. (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin 87 saylı, xx.xx.2015-ci il tarixli ARAYİŞİ). 1993-cü il tarixdən “Şizoforeniya paranoid forma (9B)” diaqnozu ilə X6 Dispanserində 2 saylı psixiatrik Xəstəxanasında müalicə almışdır. Bu barədə 26 saylı şəhər poliklinkanın 21 fevral 2015-ci il tarixli arayışında da qeyd edilmişdir. xx.xx.2015-ci il tarixdə ona əziyyət çəkdiyi xəstəliklərlə bağlı ikinci dərəcə əlillik təyin edilmiş və həmin tarixdən əlilliyə görə müavinət verilməyə başlanılmışdır. Bundan sonra təkrar müayinə zamanı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyinin müddəti əlavə müalicəyə ehtiyacının olması əsası ilə dayandırılsa da, xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyi və həmin əlilliyə görə müvafiq müavinət bərpa edilməmişdir. İkinci dərəcəli əlilliyinin xx.xx.2021-ci il tarixdə bərpa edilməsi ilə təsdiq edilir ki, əlavə müalicəyə ehtiyacının olması əsası ilə təyin edilmiş əlilliyinin müddətinin uzadılmadığı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə də əlil olmuşdur, əlavə müalicə isə hər hansı nəticə vermədiyindən ikinci dərəcəli əlilliyi bərpa edilməmişdir. Göründüyü kimi, sağlamlıq vəziyyəti ikinci dərəcə əlillik verilməsinə əsas olsa da, Tibbi-Sosial Ekspert Komissiyası əlavə müalicə təyin etmək yolu ilə bu qüsurun aradan qaldırıla biləcəyi imkanını dəyərləndirmiş, lakin bu müsbət nəticə verməmişdir. Daha sonra təkrarən yəni ikinci dəfə cəhd olunmuş lakin müsbət rəy verilməmiş şablon olaraq təkrar müayinə qeyd edilmişdir. Əlavə müalicənin uğursuz olduğu Reablitasiya mərkəzi tərəfindən ikinci dərəcə əlilliyi bərpa edilməmişdir. Hazırda da, təkrarən bütün sənədləri qaydasında olmağına baxmayaraq xx.xx.2025-ci il tarixdə də imtina edilmişdir ki, Diaqnoz əlillik əlaməti təyin etməməsi ətraflı Diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul etmişdir. Həmin imtina məktubu ona rəsmi bildirişdə də gəlməmişdir. “Dost-xidməti” mərkəzində xx.xx.2025-ci il tarixdə saat 09:35:46 elektron formada verilmişdir. Bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinə dair məlumatın verilməsi qeyd edilmişdir. Baş-beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları. Yaddaşın enməsi ilə (MMSE- 24). Yüngül koqnitiv pozuntusu ilə ikinçi dərəcəli əllilikdən hazırda da, əziyyət çəkir. Həmçinin, Polikilinkalarda əlilliyi aşkar olaraq elektron formada göndərilsə də, nədənsə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti imtinada isə eyni şablon formasında olan təkrar müayinə qeyd edilir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti əlilliyi ilə bağlı imtina məktubu tam qanunsuzdur. Belə ki, bu günə kimi də Baş-beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şaxsiyyət dəyişikliyi, tez- tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları. Yaddaşın enməsi ilə (MMSE-24). Yüngül koqnitiv pozuntusundan faktiki olaraq ikinci qrup əlildir və əziyyət çəkir. Həmçinin, bu barədə Səhiyyə Nazirlyinin stasionar üzrə daxil olan xx.xx.2015-ci il və 23 aprel2018-ci il tarixli, və 25 fevral 2020-ci il və xx.xx.2021-ci il və xx.xx.2022-ci il və xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubunda da, qeyd edilmişdir ki, forma 88 T00247541RFM Baş-beyin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi, tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları. Yaddaşın enməsi ilə (MMSE-24). Yüngül koqnitiv pozuntusu ilə ikinçi dərəcəli əllilikdən hazırda da, əziyyət çəkir.
4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFJA nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-13289/2023). Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2025-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-4531/2025). Vətəndaş 3- 17-4/1-16204/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8949/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2015-ci il tarixli 217 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin odlu silah yarası. Beyin silkələnməsi, orta ağır dərəcə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, yaddaş zəifliyi, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlara allergiyası olduğundan daha çox təbii otlarla müalicə almağa üstünlük verdiyini, dərman preparatını yalnız yatmazdan öncə və beyni qidalandırmaq məqsədi ilə qəbul etdiyini bildirmiş, medikamentoz preparatların adını söyləyə bilməmişdir. Psixi statusunda nevrastik əlamətlər, klinik olaraq sadəcə aqressiv danışıq müşahidə edilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Təqdim olunan tibbi sənədlərdə qeyd olunan diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2025-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yorğunluq, daimi başağrıları, yüksək arterial təzyiq, ürəyində sıxılma hissi, sağ yuxarı ətrafında keyimə, çox danışdığı zaman təngnəfəslik yaranmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qəbul etdiyi dərmanların adlarını xatırlamadığını, təzyiqə qarşı limonun daha yaxşı təsir etdiyini, hərbi biletindəki tərxis olunması haqda qeydə görə heç bir işə götürülmədiyini bildirmişdir. Təqdim etdiyi klinik və anamnestik məlumatlar arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı arterial təzyiqi 140/90 mm cv st, saturasiyası SpO2 97%, nəbzi 88 vurğu kimi müəyyənləşdirilmişdir. Psixi statusu: müayinə zamanı ünsiyyətdə sərbəst, təfəkkürü ardıcıl, spesifik, subyektiv əsəbilik və yuxusuzluqdan şikayətlənmişdir. 2013-cü ildən xəstə olduğunu bildirmiş, ambulator reseptdə qəbul etdiyi dərmanların adlarını qeyd edə biməmişdir. Mühakiməsi tam, maraqlara və situasiyaya uyğun olmuşdur. Psixiatrik stasionar müraciətləri 2023 və 2024-cü ildə bir ədəd olmaqla gündüz stasionarından ibarət olmuşdur. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticəsinə əsasən psixiatrik tibbi müayinə nəticələrində qeyd olunan üzvi fon öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq və başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, həmin vaxtdan şizofreniya diaqnozu ilə qeydiyyatda olduğunu bildirmişdir. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Müayinə prosesində yuxusuzluq, unutqanlıqdan şikayyət etmişdir. Təqdim etdiyi tibbi sənədlərdə F.20. və son illər F.07 qeyd olunmuş, lakin hər iki diaqnoz əyani müayinədə öz təsdiqini tapmamışdır. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticəsində yaşla bağlı dəyişikliklər qeyd olunmuşdur. 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8263/24 nömrəli Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi. Tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” kimi qeyd edilmişdir. Respublika Neyrocərrahiyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Kortikal sulkus giruslarda subaraxnoidal sahələrin bir qədər genişlənməsi. Hər iki beyin yarımkürəsində qliotik ocaqlar. Arxa kəllə çuxurunda araxnoidal kista” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2015-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015ci il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyinatına əsas vermir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmaması - Səbəb: “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 26 fevral 2025-ci il tarixli, 3- 17-4/3-3-1461/2025 saylı qərarına əsasən:
23. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli 2786003AAFJA nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2023-cü il tarixli 0236003AAJQV nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz təstiqini tapmır barədə qərar verilmişdir. (ESDAS 3-17-4/3-1-13289/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2015-ci il tarixli 217 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin odlu silah yarası. Beyin silkələnməsi, orta ağır dərəcə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, yaddaş zəifliyi, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlara allergiyası olduğundan daha çox təbii otlarla müalicə almağa üstünlük verdiyini, dərman preparatını yalnız yatmazdan öncə və beyni qidalandırmaq məqsədi ilə qəbul etdiyini bildirmiş, medikamentoz preparatların adını söyləyə bilməmişdir. Psixi statusunda nevrastik əlamətlər, klinik olaraq sadəcə aqressiv danışıq müşahidə edilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Təqdim olunan tibbi sənədlərdə qeyd olunan diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yorğunluq, daimi başağrıları, yüksək arterial təzyiq, ürəyində sıxılma hissi, sağ yuxarı ətrafında keyimə, çox danışdığı zaman təngnəfəslik yaranmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qəbul etdiyi dərmanların adlarını xatırlamadığını, təzyiqə qarşı limonun daha yaxşı təsir etdiyini, hərbi biletindəki tərxis olunması haqda qeydə görə heç bir işə götürülmədiyini bildirmişdir. Təqdim etdiyi klinik və anamnestik məlumatlar arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı arterial təzyiqi 140/90 mm cv st, saturasiyası SpO2 97%, nəbzi 88 vurğu kimi müəyyənləşdirilmişdir. Psixi statusu: müayinə zamanı ünsiyyətdə sərbəst, təfəkkürü ardıcıl, spesifik, subyektiv əsəbilik və yuxusuzluqdan şikayətlənmişdir. 2013-cü ildən xəstə olduğunu bildirmiş, ambulator reseptdə qəbul etdiyi dərmanların adlarını qeyd edə biməmişdir. Mühakiməsi tam, maraqlara və situasiyaya uyğun olmuşdur. Psixiatrik stasionar müraciətləri 2023 və 2024-cü ildə bir ədəd olmaqla gündüz stasionarından ibarət olmuşdur. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticəsinə əsasən psixiatrik tibbi müayinə nəticələrində qeyd olunan üzvi fon öz təsdiqini tapmamışdır. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8263/24 nömrəli Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi. Tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Kortikal sulkus giruslarda subaraxnoidal sahələrin bir qədər genişlənməsi. Hər iki beyin yarımkürəsində qliotik ocaqlar. Arxa kəllə çuxurunda araxnoidal kista” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Sol qulaqcıq cuzi genişlənib (4.1 sm) Septumun hipertrofiyası (1.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, diastolik funksiya relaksativ tipdə pozulub, seqmentar divar hərəkət pozuntusu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=60 %)” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Yuxarıda qeyd olunan həkim-ekspertlər tərəfindən aparılan müayinə nəticələrinə əsasən və 187 nömrəli qərara əsasən əlillik təyinatına əsas verə biləcək nevroloji və psixi ağırlaşmalar (üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi) təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
7. Məhkəmənin iş üzrə 06 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının təsiri dərəcəsinin (faizlə) qeydə alınması barədə rəy verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir.
8. Cavabdehin 25 iyun 2025-ci il tarixli 3-17-4/2-16303/2025 saylı məktubu ilə bildirilmişdir ki, məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 25 iyun 2025-ci il 3-17-4/2-16303/2025 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2025-ci il tarixindən diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-4613/2025 saylı 11 iyun 2025-ci il tarixli qərarına əsasən:
4. Bakı şəhər sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 2786003AAFJA nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-13289/2023). Sonuncu dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2025-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-4531/2025). Vətəndaş 3- 17-4/1-16204/2025 nömrəli məktubla DTSERA-ya daxil olmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8949/2025 nömrəli qərardadına əsasən əyani müayinəyə dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərardadı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası xx.xx.2015-ci il tarixli 217 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol kürək nahiyəsinin odlu silah yarası. Beyin silkələnməsi, orta ağır dərəcə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, yaddaş zəifliyi, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında medikamentoz preparatlara allergiyası olduğundan daha çox təbii otlarla müalicə almağa üstünlük verdiyini, dərman preparatını yalnız yatmazdan öncə və beyni qidalandırmaq məqsədi ilə qəbul etdiyini bildirmiş, medikamentoz preparatların adını söyləyə bilməmişdir. Psixi statusunda nevrastik əlamətlər, klinik olaraq sadəcə aqressiv danışıq müşahidə edilmiş, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Təqdim olunan tibbi sənədlərdə qeyd olunan diaqnozlar obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yenidən, vətəndaş xx.xx.2025-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı yuxusuzluq, əsəbilik, yorğunluq, daimi başağrıları, yüksək arterial təzyiq, ürəyində sıxılma hissi, sağ yuxarı ətrafında keyimə, çox danışdığı zaman təngnəfəslik yaranmasından şikayətlənmişdir. Anamnestik məlumatlarında qəbul etdiyi dərmanların adlarını xatırlamadığını, təzyiqə qarşı limonun daha yaxşı təsir etdiyini, hərbi biletindəki tərxis olunması haqda qeydə görə heç bir işə götürülmədiyini bildirmişdir. Təqdim etdiyi klinik və anamnestik məlumatlar arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı arterial təzyiqi 140/90 mm cv st, saturasiyası SpO2 97%, nəbzi 88 vurğu kimi müəyyənləşdirilmişdir. Psixi statusu: müayinə zamanı ünsiyyətdə sərbəst, təfəkkürü ardıcıl, spesifik, subyektiv əsəbilik və yuxusuzluqdan şikayətlənmişdir. 2013-cü ildən xəstə olduğunu bildirmiş, ambulator reseptdə qəbul etdiyi dərmanların adlarını qeyd edə biməmişdir. Mühakiməsi tam, maraqlara və situasiyaya uyğun olmuşdur. Psixiatrik stasionar müraciətləri 2023 və 2024cü ildə bir ədəd olmaqla gündüz stasionarından ibarət olmuşdur. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticəsinə əsasən psixiatrik tibbi müayinə nəticələrində qeyd olunan üzvi fon öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilik, yuxusuzluq və başağrılarından şikayətlənmişdir. Anamnestik məlumatlarında 1993-cü ildə travma aldığını, həmin vaxtdan şizofreniya diaqnozu ilə qeydiyyatda olduğunu bildirmişdir. Psixi status: bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Müayinə prosesində yuxusuzluq, unutqanlıqdan şikayyət etmişdir. Təqdim etdiyi tibbi sənədlərdə F.20. və son illər F.07 qeyd olunmuş, lakin hər iki diaqnoz əyani müayinədə öz təsdiqini tapmamışdır. Təqdim olunmuş başbeynin instrumental müayinə nəticəsində yaşla bağlı dəyişikliklər qeyd olunmuşdur. 2 nömrəli X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd edilmişdir. 2 nömrəli X1 xx.xx.2024-xx.xx.2024-cü il tarixli 8263/24 nömrəli Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində kəskin şəxsiyyət dəyişikliyi. Tez-tez təkrarlanan dekompensasiyalarla kobud davranış pozuntuları, yaddaşın enməsi ilə” kimi qeyd edilmişdir. Respublika Neyrocərrahiyə Xəstəxanasının xx.xx.2024-cü il tarixli Beynin MRT müayinəsinin nəticəsi “Kortikal sulkus giruslarda subaraxnoidal sahələrin bir qədər genişlənməsi. Hər iki beyin yarımkürəsində qliotik ocaqlar. Arxa kəllə çuxurunda araxnoidal kista” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. TSEK-in müayinəyə dair məlumatına əsasən xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnozun öz təqsdiqini tapmaması - Səbəb: “Diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilməsi olmuşdur.
10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-psixiatriki ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7in ekspertlərinə həvalə edilmişdir: xx.xx.1972-ci il təvəllüdlü İddiaçı əyani müayinə olunmaqla onda XBT 10 kodu F07.0 “üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. XBT 10 kodu F07.8 “baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. XBT 10 kodu F06 “baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti.
11. “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən məhkəməpsixiatrik ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli 2825 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” (F07.0) aşkar olunur. Bunun anamnestik məlumatlar – İİ Qarabağ müharibəsində döyüş zamanı kəllə-beyin travması alması, bundan sonra psixi vəziyyətində dəyişikliklərin yaranması, SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də müayinə və müalicədə olması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətləri və aşkar olunan əlamətlər -təfəkkürünün müfəssəlliyi və rigidliyi, bir mövzudan digərinə keçməkdə çətinlik çəkməsi, əhvalruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən qıcıqlanması, davranışı üzərində nəzarətinin zəifləməsi, maraq dairəsinin məhdud olması, koqnitiv funksiyalarının zəifləməsi və s. sübut edir. İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci, 2-ci və 3-cü suallara cavab: Yoxlanılan şəxs İddiaçı hal-hazırda “Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu ” (F07.0) aşkar olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəlləbeyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Qərarda qoyulmuş sualların digər hissəsi şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi” X7 səlahiyyətlərinə aiddir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
15. İddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir.
16. Əlillik altsistemindən görünür ki, xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Həmin imtinanın səbəbi: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
17. Məhkəmə gedişində iddiaçının əyani müayinədən keçirilməsi ilə əlaqədar aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2025-ci il tarixdə əlillik təyin edilməsindən imtina olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə 3-17-4/3-3-4613/2025 saylı 11 iyun 2025-ci il tarixli qərarı qəbul edilmişdir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
19. Hazırkı iddia məcburetmə haqqında iddiadır.
20. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
21. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2016-cı il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində xx.xx.2016-cı il tarixli göndəriş əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi olmuşdur - xx.xx.2025-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində xx.xx.2025-ci il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası, diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: “Diaqnoz əlilik əlaməti təyin etmir” barədə qərar qəbul edilməsi olmuşdur.
25. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə uyğun olaraq 5 il müddətinə ikinici dərəcə əlillik təyinatı aparılmışdır.
26. Sonuncu dəfə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur.
27. Qərardan narazı qalan iddiaçı cavabdehin qərarını ləğv edilməsi və müvafiq dərəcəli əlilliyinin təyin edilməsini xahiş edir.
28. Məhkəmənin xx.xx.2025-ci il tarixdə iddiaçının əyani müayinə olunması barədə qəbul etdiyi qərardad əsasında cavabdeh tərəfindən iddiaçının əlavə əyani müayinəsinin araşdırılması aparılaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnozun öz təsdiqini tapmaması barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir.
29. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətlərinin aşkar edilməməsi, psixiatrik tibbi müayinə nəticələrində qeyd olunan üzvi fon öz təsdiqini tapmaması, bir sözlə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması – klinik olaraq öz təsdiqini tapmaması əsas gətirilmişdir.
30. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 2825 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “Əsas diaqnoz: F07.0 - Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” xəstəlikləri mövcuddur. Onda olan həmin xəstəliklər anamnestik məlumatlar, həmçinin müayinə zamanı təqdim etdilən şikayətlər və aşkar olunan əlamətlər əsassnda müəyyən edilərək Bakı 2 nömrəli X2 tərtib edilmiş xx.xx.2025-ci il tarixli, T00247541RFM saylı (Forma TQS №-088) göndərişində stasion müayinələrinin nəticəsi olaraq XBT 10 kodu ilə qeyd edilmiş həmin diaqnozlar təsdiq edilmişdir. Eyni zamanda ekspert rəyi bir daha göstərir ki, üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil və üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən nəticələrindən biri hesab olunur.
31. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş “F07.0 - Üzvi (kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd - Psixi və davranış pozuntuları – 7.6.2-ci yarımbənd – “üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” xəstəliyi əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.
32. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.
33. Odur ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2025-ci il tarixli göndəriş əsasında əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) 2 il müddətinə təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
34. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbi ilə xx.xx.2025-ci il tarixli göndəriş tarixindən 10 gün müddətində əlillik dərəcəsinin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisinin) 2 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva