Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-895/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan. İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 3-cü şəxs qismində cəlb edilməklə “forma 88-in etibarlı hesab edilməsi üçün məktubun göndərilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarlı hesab edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub göndərilməsini Daxili İşlər Nazirliyinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-895/2020 saylı xx xxxx 2020-ci il tarixli qərardadı ilə Azərbaycan respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi SosialEkspertiza və Reabilitasiya Xidməti hazırki inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə ona 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. xx.xx.2019-cu il tarixdə elektron sisteməəlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum oldu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən əlillik vəziyyətinin sistemdə görünmədiyi barədə məlumat olmuş, həmin tarixdən pensiyası dayandırılmış və bildirilmişdir ki, 4110003AABQW nömrəli forma 88 Daxili İşlər Nazirliyindən elektron sistemə daxil edildiyi üçün etibarsız hesab edilmişdir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xx.xx.2019-cuildə müraciət etmiş, lakin cavabdeh “Vətəndaşların müraciətləri haqqında” Azəbaycan Respublikasının Qanunun 7-ci və 10-cu maddələriin tələblərini pozaraq müraciətinə cavab verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsinə elektron sistemdə imtina kimi göstərilməsi əsassız və qanunsuzdur. Bu səbəbdən də onun yenidən qiymətləndirməyə ehtiyac yoxdur, çünki, xx.xx.2017-ci ildə qiymətləndirilmiş və 5 il müddətinə yəni xx.xx.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar əlildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarsız hesab edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə ziddir və heç bir qanunda forma 88 etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2017-ci il tarixli sonuncu müayinəyə dair məlumatın verilməsinə dair 5 il müddətinə yəni xx.xx.2022-ci ilədək 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyinin bərpa edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyi tərəfindən 4110003AABQW nömrəli forma 88-in etibarlı sayılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktub göndərilməlidir. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri tərəfindən poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız tərtib edilmiş göndərişlərlə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsinə tərtib edilmiş göndəriş əsassız hesab edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin tərəflərin ümayəndələri məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, izahatları dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İşdə olan sənədlərdən görünür ki: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, 029-62021/5O-322 saylı məktubunda qeyd edilir ki, Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) poliklinikalarda tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Eksprtiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin eidlməsi üçün Forma 88 Tibb İdarəsinə bilavasitə tabe olan X4 tibbi şəhadətləndirilməsi əsasında tərtib edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında, daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in XHK-da tibbi şəhadətləndirilmədiyini nəzərə alaraq barəsində yazılmış Forma 88 əsassız hesab edilmişddir. Məhkəmə araşdırılması zamanı göndərilmiş sorğuya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi xx xxxxxx 2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin poliklinikalarının X2 tərəfindən əlillik dərəcəsinin təyin edilməsi üçün göndərişlər (Forma 88) DİN-in poliklinikalarında tibbi qeydiyyatda duran şəxslər barəsində tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, poliklinikalarının bu işə məsul vəzifəli şəxsləri tərəfindən poliklinikalarda tibbi qeydiyyatda durmayan vətəndaşlar barəsində əsassız tərtib edilmiş göndərişlərlə əlillik təyinatları aparılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda qeyd olunan vətəndaş İddiaçı daxili işlər orqanlarında xidmət etmədiyi və DİN-in poliklinikasında tibbi qeydiyyatda olmadığı üçün barəsində tərtib edilmiş göndəriş əsassız hesba edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetini xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyətin səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 36 saylı qərarı ilə «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə» təsdiq edilmiş və Əsasnamədə aşağıdakılar müəyyən olunmuşdur: - 1.4-ci bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK (tibbisosial ekspert komissiyaları) və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir; - 4.1-cü bəndinə əsaəsn, şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır; - 4.3-cü bəndinə əsasən, göndərişlər «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; - 4.5-ci bəndinə əsasən, hərbi-həkim ekspertizasının rəsmiləşdirdiyi göndərişlərin «Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri»nə elektron sənəd formasında daxil edilməsi mümkün olmadıqda, onlar kağız daşıyıcıları formasında imzalanır və dairəvi möhürlə təsdiq olunmaqla, hərbi-həkim ekspertizası tərəfindən Xidmətə təqdim edilir; - 4.9-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra — TSERAS) ötürülür; -4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndəriş, təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya, dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirlməsi məqsədi ilə TSEK-ə göndərişi vermiş səhiyyə müəssisəsin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir; -4.16. TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir.”. - 4.17. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. - 4.19. Hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. - 4.23-ci bəndinə əsasən, mürəkkəb ekspertiza, əlillik dərəcəsinin ağırlaşması, TSEK-in çıxaracağı qərarla konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları, Xidmət tərəfindən müayinənin keçirilməsini zəruri edən səbəbləri qeyd etməklə, TSERAS-a daxil edir. TSERAS tərəfindən bu məlumatlar həmin gün Xidmətə ötürülür; - 4.24-ci bəndinə əsasən, Xidmət bu Əsasnamənin 4.23-cü bəndində göstərilən hallar üzrə TSEK-in müraciəti əsasında növbəti iş günü araşdırma aparmaqla, qərar qəbul edir, bu barədə məlumatı dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək TSERASa daxil edir. -4.26-cı bəndinə əsasən əlilliyin təyin olunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Beləliklə, iddia tərəfindən təqdim edilmiş sənədlərdən və Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab məktublarından müəyyən olunmuşdur ki, İddiaçı ümumiyyətlə daxili işlər orqanlarında xidmət etməmiş və onun barəsində tibbi sənədlər Tibb İdarəsinə tabe olan müalicə-profilaktika müəssisələrində aşkar edilməmişdir. Həmçinin Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx xxxxxxx 2020-cu il tarixli 029-2663-1220 saylı məktubundan müəyyən edilir ki, Əmək və Əhalinin Sosial Müdadiəsi Nazirliyi tərəfindən daxil olmuş siyahıda adları qeyd olunan Oruclu X1 İşlər orqanlarında xidmət etməmiş və ona Nazirliyinin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlər etibarsız hesab olunmuşdur. Odur ki, İddiaçı 4110003AABQW nömrəli forma 88-in etibarlı hesab edilməsi üçün əsas yoxdur və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkət və hərəkətsizliyə yol verilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası qanunazidd hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 3-cü şəxs qismində cəlb edilməklə “forma 88-in etibarlı hesab edilməsi üçün məktubun göndərilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33-cü, 68-ci, 69-cu, 85-ci, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidməti 3-cü şəxs qismində cəlb edilməklə “forma 88-in etibarlı hesab edilməsi üçün məktubun göndərilməsi”tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-895/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-895/2020
16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver