Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-895/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçının vəkili və nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 04 iyul 2017-ci il tarixdən başlayaraq təyin olunub ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçının 57 yaşı 04 iyul 2017-ci ildə tamam olmuşdur. Əmək kitabçası, diplom və hərbi biletlə təsdiq olunur ki, 01 sentyabr 1977-ci il tarixdən 14 iyul 1978-ci il tarixinədək (10 ay 13 gün) 12 №-li Bakı şəhər Texniki-Peşə Məktəbində təhsil almış, 14 avqust 1978-ci il tarixdən 15 yanvar 1979-cu il tarixinədək (5 ay 1 gün) Bakı Soyuducular zavodunda nəzarətçi, 15 yanvar 1979-cu il tarixdən 16 aprel 1979-cu il tarixinədək (3 ay 1 gün) həmin zavodda yığıcı-çilingər peşələrində işləmiş, 24 aprel 1979-cu il tarixdən 01 iyun 1981-ci il tarixinədək (2 il 1 ay 8 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 17 iyul 1981-ci il tarixdən 14 sentyabr 1982-ci il tarixinədək (1 il 1 ay 27 gün) “Azərneftmaştəmir” İstehsalat Birliyinin Bakı Polad Kanatlar zavodunda dolayıcı (sarıyıcı) köməkçisi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a- 15034 qeyd edilən peşə), 16 noyabr 1982-ci il tarixdən 01 sentyabr 1983-cü il tarixinədək (10 ay 15 gün) “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı, 09 sentyabr 1983-cü il tarixdən 07 yanvar 1985-ci il tarixinədək (1 il 3 ay 28 gün) “Azərneftmaştəmir” İstehsalat Birliyinin Bakı Polad Kanatlar zavodunda dolayıcı (sarıyıcı) (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a-15034 qeyd edilən peşə), 17 yanvar 1985-ci il tarixdən 07 sentyabr 2000-ci il tarixinədək (15 il 7 ay 20 gün) “Azərelektromaş” İstehsalat Birliyinin Bakı “Elektromaşın” zavodunda elektrik maşınlarının elementlərinin sarıyıcı (dolayıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a-15034 qeyd edilən peşə), 27 sentyabr 2000-ci il tarixdən 01 iyun 2001-ci il tarixinə (8 ay 4 gün) və 02 iyul 2001-ci il tarixdən 22 noyabr 2001-ci il tarixinədək (4 ay 20 gün) “LTB” firmasında dolayıcı (sarıyıcı), 23 noyabr 2001-ci il tarixdən 17 may 2005-ci il tarixinədək (3 il 5 ay 14 gün) "xxxx" ASC-də 7№-li Elektrik mühərriklərinin təmiri sahəsində dolayıcı (sarıyıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a- 15034 qeyd edilən peşə), 23 may 2005-ci il tarixdən 18 may 2007-ci il tarixinədək (1 il 11 ay 25 gün) "xxxx" ASC-nin 1 saylı sexində dolayıcı (sarıyıcı) (Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 2 №-li əlavə, 2 №-li siyahısı üzrə kod: 2160000a- 15034 qeyd edilən peşə), 01 fevral 2008-ci il tarixdən 22 oktyabr 2012-ci il tarixinədək (4 il 8 ay 21 gün) "xxxx" ASC-də dolayıcı (sarıyıcı) işləmişdir. 23 noyabr 2012-ci il tarixdən bu günə kimi isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Zuğulba” İqamətgahında (şöbə statusunda) mühəndis kommunikasiyaları şəbəkəsinin mütəxəssisi işləyir. Beləliklə də, 01 yanvar 2006-cı il tarixinə kimi ümumi iş stajı 27 il 9 ay 9 gün, "xxxx" ASC-də elektrik mühərriklərinin təmiri sahəsində dolayıcı işlədiyi 3 il 5 ay 14 gün müddətdən əmək haqqı almadığı 2 il 3 ay 14 gün müddət çıxılmaq şərti ilə isə 25 il 5 ay 25 gün təşkil etmişdir. 01 yanvar 2006-cı il tarixinə kimi yığılmış 25 il 5ay 25 gün ümumi iş stajının 19 il 10 ay 23 gününü “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlvə edilmiş 2 nömrəli Siyahının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla nəzərdə tutulmuş xüsusi ilə zərərli və ağır peşə hesab olunan məftil və tros dolayan (sarıyıcı) işləməklə qazanmışdır. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan sənədləri təqdim etməklə cavabdehə 02 fevral 2021-ci il tarixli müraciətinə 17 mart 2021-ci il tarixli **********4 saylı məktubla güzəştli iş stajının olmaması bəhanəsi ilə imtina edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcısı) çalışarkən mikalent, corab şəkilli qaytan, izoləedici yapışqan lent (tərkibinə aviasiya yağı və kükürd daxildir), şüşə lent, şüşə tekstolit, parafin, əyiltkən şüşə mikanit və şüşə tekstolit kimi zərərli materiallarla işləməyi təsdiq olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 16 mart 2020-ci tarixli 10 saylı genişləndirmə arayışına əlavə olan 07 aprel 2021-ci il tarixli 09 saylı arayışı ilə elektrik maşınlarının elementlərinin sarıyıcısı peşəsinin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əlavənin 2 nömrəli Siyahısının Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid XV fəslində 2160000a-15034 kodla müəyyən edilmiş məftil və tros dolayanlar peşəsinə uyğun olması bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etirazda bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında" qanun iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İddiaçının xx.xx.1978-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-xx.xx.2000-ci il tarixləri ərzində "xxxx" ASCdə elektrik maşınlarının elementlərinin sarıyıcısı, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri ərzində "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində sarıyıcı vəzifəsində işləmişdir. Filialın aidiyyəti mütəxəssisləri tərəfindən xx.xx.2001-xx.xx.2005-ci illər üzrə iddiaçının qeyd olunan iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi zamanı sarıyıcı vəzifəsinin ağır və zərərli vəzifə hesab edilmədiyi üçün güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmadığı müəyyən edilmişdir. Bundan başqa iddiaçıya yalnız 2002-ci il üzrə əmək haqqı hesablandığı aşkar edilmişdir. Qeyd edilən faktlar "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Həmçinin, xx.xx.1985-xx.xx.2000-ci illər ərzində iddiaçının "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşmür. Belə olan halda, iddiaçı “ƏPQ” ilə tələb edilən 12 il 6 ay güzəştli iş stajı müddətini tamamlamamışdır. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər, (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Sonda iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmuşdur. - Cavabdehin imtina məktubunda bildirilmişdir ki, iddiaçının təqdim etdiyi 14 avqust 1978-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" ASC-nin elektrik mühərriklərinin təmiri sahəsində sarıyıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində qeyd olunan iş stajına dair məlumatlarının yerində dəqiqləşdirilməsi zamanı işlədiyi sarıyıcı vəzifəsinin ağır və zərərli vəzifə hesab edilmədiyi üçün güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olmadığı müəyyən edilmişdir. Bundan başqa ona yalnız 2002-ci il üzrə əmək haqqı hesablandığı aşkar edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən faktlar "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli aktı ilə təsdiq edilmişdir. Eyni zamanda xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəblərdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - İddiaçıya məxsus ИТ-İ № ******* saylı xx.xx.1978-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiqlənərək tərcümə edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1978ci il tarixdən Bakı Soyuducular Zavodunda texniki nəzarət şöbəsinə 2-ci dərəcəli nəzarətçi təyin edilmiş (Əmr №176/k xx.xx.1978), xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixə qədər quraşdırma sexində 1-ci dərəcəli quraşdırıcı-çilingər işləmiş (Əmr №12/k xx.xx.1979), xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə qədər Qala filialının buraz sahəsində iplik əyirənin köməkçisi (əmr 12/əmr xx.xx.1981-ci il), xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər “Xəzər dəniz neft-qaz sənayesi” Ümumittifaq sənaye birliyinin neft və qaz çıxarma üzrə idarəsinin Hərbiləşdirilmiş Mühafizə Dəstəsində atıcı (Əmr №96, xx.xx.1982), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə qədər Qala filialının buraz sexində iplik əyirənin köməkçisi (əmr №70, xx.xx.1983), xx.xx.1985-ci ildən “Elektromaşına” Bakı zavodunda 1 saylı sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı (dolayıcı) şagirdi (əmr № 8/k xx.xx.1985), xx.xx.1985-ci ildən həmin sexdə elektrik maşınlarının elementlərinin 1-ci dərəcəli sarıyıcısı (dolayıcı) (əmr №24/k xx.xx.1985), xx.xx.1988-ci ildən elektrik maşınlarının elementlərinin 2-ci dərəcəli sarıyıcı (dolayıcı) (əmr №017/pr, xx.xx.1988), xx.xx.1994-cü il tarixdən xx.xx.2000-ci il tarixədək elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəli sarıyıcı (əmr №86\ist. xx.xx.1994), xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ATB firmasında elektrik mühərrikləri təmir sexində sarıyıcı (əmr №7, xx.xx.2001), xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək ATB firmasında elektrik mühərrikləri təmir sexində sarıyıcı (əmr №8, xx.xx.2001), xx.xx.2001-ci il tarixdən 17 may 2005-ci il tarixədək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) Acıq Səhmdar Cəmiyyətinin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı (əmr №45, xx.xx.2001), xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı vəzifəsində (əmr № 21k, xx.xx.2005) işləmişdir. - İddiaçıya məxsus 4552 saylı attestatın surətindən görünür ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixə qədər 12 nömrəli texniki peşə məktəbində təhsil almışdır. - İddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər həqiqi hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 19 saylı xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı Bakı Elektik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi işə qəbul edilmişdir (əmr № 8/k xx.xx.1985-ci il). xx.xx.1983-cü ildə həmin sexdə, elektrik maşınlarının elementlərinin sarıyıcısı uzrə 1-ci dərəcəni almışdır (əmr № 24/k xx.xx.1985). xx.xx.1988ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almışdır (protokol № 017/ist. xx.xx.1988), xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almışdır (əmr № 86\ist. xx.xx.1994), xx.xx.2000-ci ildə işdən azad edilmişdir (əmr №109/k xx.xx.2000-ci il). Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. xx.xx.1985-ci ildən xx.xx.2000-ci illər ərzində işin gedişatında aşağıda adları çəkilən materiallarla işləmişdir. 1.Mikalent - 174 LFS-TT QOST 4268-79. 2. Corab şəkilli qaytan AS-4 (b)TY-17 RSFSR-44,5873-79. 3. İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4. Şüşə lent LES,01820 QOST-5937-81. 5. Şüşə tekstolit ST-L- QOST126552-74. 6. Parafin QOST-23683-79. 7. Əyiltkən şüşə Mikanit - Q2FKP-20 - 0,25,8727-78. 8. Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli izolyasiyaçıların elektrik maşınlarının elementlərinin sarıyıcılarının əməyi işəmuzd qiymətləndirilmişdir. - "xxxx" ASC-nin 125/020 saylı xx.xx.2002-ci il tarixli məktubu ilə məhkəmənin sorgusu üzrə bildirilmişdir ki, iddiaçı 23 noyabr 2001-ci il tarixdən (əmr №45, 26 noyabr 2001-ci il) 17 may 2005-ci il tarixindək (əmr №25 , 18 may 2005-ci il) "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) Acıq Səhmdar Cəmiyyətinin 7 nömrəli elektrik mühərriklərinin təmiri sahəsində 3-cü dərəcəli sarıyıcı vəzifəsində işləmişdir. Əmək haqqı cədvəlinə əsasən işlədiyi müddət ərzində 2001-ci ilin noyabr- dekabr aylarında və 2002-ci ilin 12 ayı ərzində əmək haqqı almış və bu məbləğdən Dövlət Sosial Müdafiə Fonduna müvafiq ödənişlər köçürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li əlavə 2 №-li siyahısı üzrə XV fəsildə Elektrotexnika istehsalat və elektrotexniki avadanlıqların təmiri sahəsində kod: 2160000a - 15034 - lə qeyd edilmiş məftil və tros dolayanlar peşəsi güzəştli iş stajı hesab edilir. - "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, iddiaçı 2001-ci ilin noyabr-dekabr aylarında, 2002-ci ildə həmin müəssisədə əmək haqqı almışdır. - Azərbaycan Respublikası "xxxx" ASC-nin məhkəmənin sorgusu üzrə verilmiş 33 saylı xx.xx.2021-ci il tarixli məktubundan və əmək haqqı barədə arayışdan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək elektrik maşınlarının elementlərinin (elektrik mühərriklərinin məftillərinin dolaqlarının) sarıyıcısı işləmiş və işlədiyi dövr ərzində əmək haqqı almışdır. - "xxxx" ASC-nin məhkəmənin sorgusu üzrə verilmiş 15 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC 1961-ci ildən 1 kvt dan-1000 kvt-a qədər elektrik mühərriklərinin istehsalı və təmiri ilə məşqul olmuşdur. İddiaçı da Azəıelektromaşın EİB nəzdində Bakı Elektik Təmiri zavoduna xx.xx.1985-ci ildə 1 saylı sexə elektrik maşınlarının elementlərinin sarıyıcısı şagirdi kimi qəbul edilmiş (əmr №8/k xx.xx.1985-ci il), xx.xx.1985cü ildə həmin sexdə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 1-ci dərəcəni almış (əmr №24/k xx.xx.1985) xx.xx.1988-ci ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 2-ci dərəcəni almış (protokol № 017/ist. xx.xx.1988), xx.xx.1994-cü ildə elektrik maşınlarının elementlərinin sarıyıcısı üzrə 3-cü dərəcəni almış (əmr № 86\ist. xx.xx.1994), xx.xx.2000-ci ildə Azərb. Resp.ƏM-nin 75-cı maddəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir (əmr№109/k xx.xx.2000- ci il). Hal-hazırda “Bakı Elektromaşın” zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlanır. Müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) aşağıdakı işləri yerinə yetirmişdir. Gücü 100 kvt dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda) edir. Bu işlərin yerinə yetirilməsində aşağıdakı material və avadanlıqlardan istifadə edilir. 1.Mikalent - 174 LFS-TT QOST 4268-79. 2. Corab şəkilli qaytan AS-4 (b)TY-17 RSFSR-44,5873-79. 3. İzoləedici yapışqan lent- LSEPLO,17-2 OTY;TY-16-503,01674 (kompaundun tərkibinə aviasiya yağı və kükürd daxildir). 4. Şüşə lent LES,01820 QOST-5937-81. 5. Şüşə tekstolit ST-L- QOST126552-74. 6. Parafin QOST-23683-79. 7. Əyiltkən şüşə Mikanit - Q2FKP-20 - 0,25,8727-78. 8. Şüşə tekstolit STER-2 QOST-126552-74. Yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir. İş materiallarından məlum olur ki, iddiaçı 12 il 06 aydan artıq güzəştli iş stajının, 25 ildən artıq ümumi iş stajının olmasını, eyni zamanda xx.xx.2017-ci il tarixdə 57 yaşının tamam olmasını əsas gətirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, lakin sonuncu iddiaçının, ümumiyyətlə, güzəştli iş stajının olmadığını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixədək iddiaçının pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən müvafiq iş stajını topladığından və müvafiq qanunla tələb olunan yaşa çatdığından hazırkı mübahisəyə həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı olmalı, bunun 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Bununla baglı məhkəmə cavabdehin “xx.xx.1985-xx.xx.2000-ci illər ərzində iddiaçının "xxxx" ASC-də elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşməməsi” ilə baglı dəlillərini məhkəmə əsassız hesab edir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a a) fəhlələr yarımbölməsində 2160000a—15034 kod ilə məftil və tros dolayanlar peşəsi təsbit olunmuşdur. İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2000-ci il tarixədək Bakı Elektik Təmiri zavodunun 1 saylı sexində elektrik maşınlarının elementlərinin sarıyıcısı (15 il 05 ay 26 gün), xx.xx.2001-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" (Bakı Elektrik Maşınları Zavodu) ASC-nin 7 nömrəli elektrik mühərriklərinin təmiri sexində sarıyıcı (3 il 05 ay 25 gün), xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-də 1 saylı sexdə 3-cü dərəcəli elektrik maşınları elementlərinin sarıyıcısı (7 ay 9 gün) vəzifələrində işləməklə xx.xx.2006-cı il tarixədək 19 il 08 ay 25 gün əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışmaqla tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajını toplamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının "xxxx" ASC-dəki ümumi iş stajı 3 il 5 ay 6 gün, əmək haqqı ödənilən iş stajı isə 1 il 2 ay olmuşdur. Belə ki, "xxxx" ASC-nin 125/34 saylı xx.xx.2021-ci il tarixli arxiv arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı 2001-ci ilin noyabr – dekabr aylarında, 2002-ci ildə həmin müəssisədə əmək haqqı almışdır. Belə olan halda iddiaçının güzəştli iş stajı 19 il 08 ay 25 gün – (3 il 05 ay 25 gün – 1 il 2 ay) = 17 il 05 ay hesablanmalıdır. Elektrik maşınlarının elementlərinin sarıyıcısı vəzifəsinin 2 nömrəli siyahıdakı peşələr ilə üst-üstə düşməməsi ilə baglı cavabdehin dəlillərinə gəldikdə isə, məhkəmə qeyd edir ki, işəgötürənin məhkəmə sorgusuna cavabından da göründüyü kimi müəssisədə işləyən sarıyıcılar (dolayıçılar, izolyasiyaşılar) eyni işləri yerinə yetirir, yəni gücü 100 kvt-dan yuxarı olan elektrik mühərriklərinin dolanması, sarınması və izolə edilməsi texnoloji prosesinə əsasən sarıyıcı və dolayıcı xüsusi texnoloji qaydalarla izolyasiya materiallarının konstruktor sənədlərinə uyğun kəsir, izolyasiya materiallarını və dolaq naqillərini stator nüvəsi içliyinin yuvalarına yerləşdirir, sarğı qruplarının alın hissələrini fazalar arası izolə edir və dolağın alın hissəsini şüşə lilli iplə banda) edir, yüksək gərginlikli elekrik mühərriklərinin elementlərinin sarıyıcılarınin (dolayıcılarının və izolyasiyaçıların) zərərli əməyi mükafatlı və işəmuzd qiymətləndirilmiş, zərərli iş şəraitinə görə əlavə məzuniyyət verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının çalışdıgı elektrik maşınlarının elementlərinin sarıyıcı peşəsi 2 nömrəli Siyahının XV. Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsində 2160000a a) fəhlələr yarımbölməsində 2160000a—15034 kod ilə məftil və tros dolayanlar peşəsi ilə eynilik təşkil edir. İddiaçının ümumi iş stajına gəldikdə iş materiallarındakı sənədlər (diplom, hərbi bilet və əmək kitabçaları) əsasında xx.xx.2006-cı il tarixə qədər tələb olunan 25 ildən artıq olduğu müəyyən edilmişdir. Ümumiyyətlə, isə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı nə imtina məktubunda, nə də ki məhkəməyə təqdim edilmiş etirazda mübahisələndirilməmişdir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Bundan başqa, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə görə vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə görə 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiq baxımından qiymətləndirildikdə iddiaçının güzəştli şərtlətlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında” Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Məhkəmə cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının, 12 il 6 aydan artıq güzəştli iş stajının olmasını və 57 yaşının xx.xx.2017-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. Yuxarıda göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığı üçün məhkəmə iddiaçının hazırkı tələbinin əsaslı və qanuni olduğunu hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-895/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-895/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver