Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8952/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: X2) qarşı “mənzilin iddiaçıya aid hissəsinin ayrılıqda rəsmiləşdirilməklə çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına ünvan 1 ünvanı üzrə hüquqi əsasda mənsub olduğu 2 otaqlı şəxsi mənzilinə ayrılıqda xüsusi mülkiyyət hüququ olmaqla rəsmiləşdirilərək çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində cavabdeh və onun hüquqi ünvanı göstərilmədiyindən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırkı iş üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini göstərməklə, ünvan 2 ünvanı üzrə öz adına hüquqi əsasda mənsub olduğu 2 otaqlı şəxsi mənzilinə ayrılıqda xüsusi mülkiyyət olmaqla rəsmiləşdirilməsi-çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi cavabdeh qismində, X2 isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2003-cü ildən notarial qaydada alqısatqı yolu ilə rəsmiləşdirilərək aldığı şəxsi mükiyyəti olan ünvan 3 ünvanında 4 nəfər ailə tərkibi ilə birlikdə yaşayır. Ümumi sahəsi 40,6.kv.m olan mənzil həm əsas giriş qapısı, həm də mənzilə məxsus mətbəx və sanitar qovşağı ayrıca olmaqla 22, 0 kv.m sahəyə məxsus 2 yaşayış otağından ibarətdir. Bu faktı ərazi üzrə 105 saylı MKİS tərəfindən təsdiqlənmiş şəxsi mülkiyyətin plan-sxemi sübut edir. Eyni zamanda həmin mənzili ona satan X2 ilə arasında bağlanmış olan ikitərəfli könüllü, müstəqil razılaşmaya əsasən hüquqi qaydada təsdiqlənir ki, X2, 2003-cü ildə ünvan 3 ünvanında yerləşən şəxsi mülkiyyətində olan 5 otaqlı mənzilin notariat qaydasında alqı-satqı yolu ilə 22.0 kv.m. yaşayış sahəsinə malik 2yaşayış otağından ibarət mənzili ona həmin binanın layihəsi üzrə mənzilə məxsus həm əsas giriş qapısı, həm də mənzilə məxsus mətbəx və sanitar qovşağı ayrıca mənzilin plansxemi üzrə ümumi sahə 40.6 kv.m. olmaqla aralarında bağlanan ikitərəfli razılaşmaya uyğun olaraq satmışdır və hazırda onun adına qeyd edilən həmin 2 otaqlı mənzilin ayrıca xüsusi mülkiyyət olmaqla rəsmiləşdirilərək çıxarışın verilməsinə heç bir etirazı yoxdur. Eyni zamanda onun şəxsi mülkiyyətçi qismində sahibi olduğu mənzilin adına ayrılıqda işıq, su, qaz kommunal xidmətləri mövcuddur.. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********93 saylı iddiaya etirazını məhkəməyə təqdim etmiş və göstərmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, mənzilin ümumi kommunal şəraiti vahiddir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən mənzilə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, mənzildə rekonstruksiya işləri aparılmışdır. Digər payçıya məxsus iki yaşayış otağından ümumi dəhlizə çıxan giriş qapısı bağlanmışdır. Həmin sahələrə giriş üçün balkon sahəsi bağlanaraq qapı quraşdırılmışdır. Nəticədə payçılara məxsus sahələr bir-birindən təcrid edilmişdir. Aparılmış yenidən qurma (rekonstruksiya) işləri ilə bağlı iddiaçı tərəfindən müvafiq hüquqmüəyyənedici sənədlər İdarəyə təqdim edilməmişdir. Bununla bağlı iddiaçıya **********58 saylı, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli, **********14 nömrəli cavab məktubları ünvanlanmışdır. Həmçinin, iddia tələbində qeyd olunan Bakı Şəhəri, Suraxanı rayonu, Samir Cəfərov küçəsi ev 3, 31 saylı mənzil hazırda İddiaçı (2 otaq) və X1 (3 otaq) paylı mülkiyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində isə göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhz göstərilənlərə əsasən iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 851 saylı Sərəncamı ilə Günəşli qəsəbəsi, Seyhan-Baxça küçəsi, 3 nömrəli evin 31 saylı mənzili əvəzsiz olaraq X1 şəxsi mülkiyyətinə verilmişdir. xx.xx.2003-cü il tarixli, 186339 saylı Müqavilədən görünür ki, X2 Bakı şəhəri, Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsi, ev 3, mənzil 31-də yerləşən ümumi sahəsi 96,60 kv.m, yaşayış sahəsi 68.03 kv.m olan 5 otaqdan yaşayış sahəsi 22,0 kv.m olan 2 otağını İddiaçı satmışdır. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanındakı 96.73 kv.metr sahəsi olan 31 saylı mənzil paylı mülkiyyət hüququ əsasında iddiaçının (2 otaq) və üçüncü şəxs X1 (3 otaq) mülkiyyətindədir. Həmin mənzilə dair işdə olan xx.xx.2021-ci il tarixli texniki pasportdan müəyyən edilir ki, mənzildə 5 yaşayış otağı, 1 mətbəx, 2 sanitar qovşaq mövcuddur. İşdə olan üçüncü şəxs R.Babayevanın notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsində göstərilmişdir ki, X2 2003-cü ildə 5 otaqlı mənzilin 2 otağını notariat qaydasında İddiaçı satmışdır. Hər iki mənzilə 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. Həm 3 otaqlı, həm də 2 otaqlı mənzilin ayrıca giriş-çıxış qapıları var. Layihə üzrə mənzilin əsas giriş qapısı İddiaçı məxsusdur. İşdə olan cavabdehin xx.xx.2021-ci il tarixli, **********58 nömrəli məktubunda göstərmişdir ki, mənzilin ümumi kommunal şəraiti vahid olduğundan bölgü sxeminin tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli məktubundan görünür ki, iddiaçının xx.xx.2021-ci il tarixli təkrar müraciətinə baxılmış, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı iddiaçının müraciətinə **********58 nömrəli, xx.xx.2021-ci il tarixli məktubda cavab verilmiş, lakin müvafiq çatışmazlıqlar aradan qaldırılmamışdır. İddiaçı hazırda bu imtinaları mübahisələndirməklə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 2 otağın fiziki cəhətdən bölündüyünü iddia edərək onun payının müstəqil daşınmaz əmlak kimi qeydə alınmasını və bu barədə reyestrdən çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, 31 saylı mənzilin vahid daşınmaz əmlak olması, iddiaçı və üçüncü şəxsin payları müəyyən edilməklə onların paylı mülkiyyətində olması, əmlak bölgüsü ilə bağlı payçılar arasında hər hansı bir mübahisənin olmaması işin mübahisəsiz halıdır. Cavabdehin imtina məktublarından və iddiaçının məhkəmə iclasındakı izahatlarından məlum olur ki, 31 saylı mənzilin iki giriş-çıxış qapısı var, ikinci qapı sonradan açılmışdır, hər bir payçıya məxsus hissə üzrə ayrı-ayrılıqda mətbəx, sanitar qovşaq mövcuddur və buna müvafiq olaraq hər bir pay üzrə otaqlara ayrılıqda sayğac quraşdırılmışdır. Eyni zamanda işdə olan Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli M- 22-091 nömrəli məktubundan görünür ki, ümumi kommunal şəraiti vahid olan mübahisəli mənzildə özbaşına yenidənqurma işləri aparılaraq iki hissəyə bölünmüş və əlavə giriş qapısı açılmışdır. Göründüyü kimi, sənəd üzrə 31 saylı mənzilin otaqlarının fiziki bölgüsünün aparılması müəyyən olunmasa da, fakitiki olaraq həmin yaşayış sahəsində onun texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidənqurma və (və ya) yenidənplanlaşdırma işləri aparılmış, paylar naturada ayrılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – MM): - 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində (yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması) müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. - 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə görə həmin Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Sadalanan normalardan müəyyən olunur ki, qanunvericiliyə əsasən yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yenidənqurma və yenidənplanlaşdırmalar üçün yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanlarının qərarı olmalıdır. Əgər belə dəyişiklik artıq edilmişsə, onda əmlakda aparılmış bu dəyişikliklər yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Lakin işdən bu qaydalara əməl olunması, yəni iddiaçının və üçüncü şəxsin paylı mülkiyyətində olan əmlakda aparılmış dəyişikliklərin yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılması müəyyən olunmur. Belə olan halda aydın olur ki, iddiaçı və üçüncü şəxsə məxsus payların ayrılmasının rəsmiləşdirilməsi üçün ilk əvvəl həmin dəyişikliklər səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməli, yalnız bundan sonra ayrılmış paylara dair yeni qeydiyyatın aparılması və çıxarışın verilməsi üçün cavabdehə müraciət edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, mübahisəli daşınmaz əmlakda aparılmış özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma səlahiyyətli orqan tərəfindən rəsmiləşdirilməmişdir, iddiaçının hazırkı məzmunda iddiası mümkün sayıla bilməz. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı cavabdehə qarşı eyni məzmunlu tələblə xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2- 1(112)-3592/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə yuxarıda qeyd olunan əsaslara görə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verməmiş, qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin işdən görünür ki, iddiaçı həmin qərardadda istinad olunan halları aradan qaldırmadan və iddianın mümkünlüyü üçün zəruri olan şərtlərə əməl etmədən yenidən eyni iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8952/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8952/2022
30.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver