Məhkəmə qərarları › İş №2-1(112)-8953/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8953/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8953/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək barəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımın bərpası öhdəliyi Əmək və Əhalinin Sosial müdafiəsi tabeliyində Dövlət Sosial müdafiə Fondu üzərinə qoyulması xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh1 əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi “ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yaşayır. Naxçıvan MR-nın Şərur rayon ƏSMM tərəfindən 17 may 2005-ci il tarixindən 2-ci qrup ömürlük əlillik təyin edilmişdir. Eyni zamanda həyat yoldaşı X3 xx.xx.2008-ci il tarixdən Bakı şəhəri, Sabunçu rayon ƏSMM tərəfindən 2-ci qrup əlillik təyin edilmişdir. Oğlu xx.xx.1985-ci il təvəllüdlü X9 və nəvələri;- xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X10 onun himayəsində yaşayır. Ünvanlı Sosial Yardım Haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq xx.xx.2024-ci il tarixdən VEMATS tərəfindən 537,13 manat ünvanlı sosial yardım təyin edilmişdir. Qanunvericiliyə uyğun olaraq ailəmizin əmək qabiliyyətli üzvünün sahibkarlıq fəaliyyəti üzrə gəlirlərinə dair məlumatlar verilmişdir. xx.xx.2024-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ailəmizə verilmiş ünvanlı dövlət sosial yardımın verilməsi dayandırılmışdır. Səbəb olaraq 2024-ci ilin may ayı üçün Dövlət Vergi Xidmətinə ödənişin olmadığı səbəb kimi göstərilmişdir. Halbuki tərəfindən xx.xx.2024-ci il saat 09:09 tarixdə Kapital Bank ASC-dən Dövlət Vergi Xidmətinin 7.40 manat nağd ödəniş etmişdir. Tərəfindən qanunla müəyyən edilmiş öhdəliklər tam yerinə yetirilmişdir və hesab edir ki, ƏƏSMM-nin tabeliyində DSMF tərəfindən ünvanlı sosial yardımın verilməsinin dayandırılması barədə qərar tam əsassız və qərəzlidir. Bu səbəbdən də ailənin ünvanına təyin edilmiş bərpa edilməlidir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ünvanlı dövlət sosial yardımın təyin edilməsi haqqında məktubda qeyd edilmişdir ki, ailəyə ünvanlı dövlət sosial yardımın (ÜDSY) təyin edilməsinə köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialına (Filial) daxil olmuş xx.xx.2024-cü il tarixli müraciətə baxılmışdır. Bildirilmişdir ki, ÜDSY-nin təyin edilməsi ilə bağlı ailəni təmsil edən şəxs qismində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi **********59902 nömrəli müraciəti əsasında VEMTAS tərəfindən xx.xx.2024-cü il tarixindən aylıq 537,13 manat məbləğində ÜDSY təyin edilmiş və müraciətdə qeyd olunan əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Bundan sonra, ailənizin əmək qabiliyyətli üzvünün sahibkarlıq fəaliyyəti (VÖEN: **********) üzrə gəlirlərinə dair “Ərizə-bəyannamə”də qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edildiyinə görə ailəyə təyin edilmiş ÜDSY-nin verilməsi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Filialın əməkdaşı tərəfindən onunla telefon əlaqəsi (**********) saxlanılaraq ÜDSY- yə dair qanunvericilik ətraflı izah edilmiş və yardımın verilməsindən imtina edilməsinə səbəb olmuş uyğunsuzluğu aradan qaldıraraq yenidən elektron qaydada VEMTAS-a müraciət etmək tövsiyə olunmuşdur.

5. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində VEMTAS-a daxil etdiyi xx.xx.2024-ci il tarixli **********59902-197 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2024-cü il tarixindən aylıq 537,13 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailə üzvü - X1 fəaliyyəti (VÖEN:**********) üzrə gəlirlərinə dair ərizə-bəyannamədə qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edilmişdir. Bu səbəblə ailəyə təyin edilmiş sosial yardım ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və bu barədə vətəndaşın müraciətindəki əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində sosial yardım üzrə X8 və X13 (VEMTAS) yaradılmışdır. VEMTAS-da aparılan inzibati icraat ənənəvi inzibati icraatdan fərqlənməklə yanaşı inzibati aktın forması da özünəməxsusluğu ilə fərqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Sözügedən Qanunun 57.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Buna uyğun olaraq “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən sosial yardımın təyin edilməsi, dayandırılması və onun təyin edilməsindən imtina edilməsi məsələsi VEMTAS tərəfindən, yəni texniki qurğunun köməyi ilə həyata keçirilir. Həmin inzibati icraatın həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilmişdir. Həmin Qanunun 57.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, lakin inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda həmin aktların əsaslandırılmasına da ehtiyac olmur. Buradan da aydın olur ki, Qanunda inzibati aktlar yazılı formada təsbit edilməli inzibati akt və digər formalarda təsbit edilən inzibati aktlar olaraq təsnifatlaşdırılmışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarının 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə"də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Göründüyü kimi sosial yardımın dayandırılması barədə qərarın bilavasitə tərtib edilməsi Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmamışdır. Prezidentin Fərmanına əsasən yaradılmış VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə, eləcə də “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarında göstərilən qaydalar əsasında tənzimlənir. "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3-cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmış “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları ünvanlı dövlət sosial yardımının (bundan sonra - sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 3-cü maddəsinə görə Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır, (m. 3.1)VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir, (m. 3.2) Həmçinin VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir (m. 3.3). Həmin Qaydaların 4.2-ci maddəsinə görə sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir (m 4.3) : 4.3.1 Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2 əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3 seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4 əmək müqaviləsi barədə məlumatlar; 4.3.5 sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.5 ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3- cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna Təmsilçinin müraciəti əsasında yenidən baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 01 dekabr 2010cu il tarixli Qərarında qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddia tələbinin təmin edilməsini mümkünsüz edən həm də, bu növ münasibətləri tənzimləyən maddi huquq normalarıdır. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən göründüyü kimi dayandırılma qanunauyğun olmuş, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. İcraatda olan 2-1(112)-8953/2025 nömrəli iş üzrə İddiaçı "xx.xx.2023-cü il tarixdən etibarən ünvanlı dövlət sosial yardımın təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********860800 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

7. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********213300 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

8. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********951000 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

9. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********319200 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

10. "xxxx" ASC-nin ********* İD nömrəli əməliyyatına əsasən xx.xx.2024-cü il tarixində 7.40 manat Dövlət Vergi Xidmətinə ödənilmişdir. (Qəbz nömrəsi: **********)

11. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********374100 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

12. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********757100 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

13. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********265400 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

14. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********963400 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

15. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********148300 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

16. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********961600 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

17. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında **********037000 nömrəli qəbzə əsasən iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində 6.90 manat ödənilmişdir.

18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli məlumatların təqdim edilməsi barədə məktubda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımın bərpası” tələbinə dair inzibati iş üzrə məlumatların təqdim edilməsi ilə bağlı daxil olmuş xx.xx.2025-ci il tarixli 2-1(112)-8953/2025 nömrəli sorğunuza Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialında baxılmışdır. Həmin sorğunun birinci hissəsinə münasibətdə qeyd edirik ki, mövcud qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımının dayandırılmasına dair inzibati aktın qərar şəklində tərtib edilməsinə zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində sosial yardım üzrə X8 və X13 (VEMTAS) yaradılmışdır. VEMTAS-da aparılan inzibati icraat ənənəvi inzibati icraatdan fərqlənməklə yanaşı inzibati aktın forması da özünəməxsusluğu ilə fərqlənir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar (bu Qanunun 30.5-ci maddəsində müəyyən olunmuş hallar istisna olmaqla) müəyyən oluna bilər. Sözügedən Qanunun 57.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Buna uyğun olaraq “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanununun 6.3-cü maddəsinə əsasən sosial yardımın təyin edilməsi, dayandırılması və onun təyin edilməsindən imtina edilməsi məsələsi VEMTAS tərəfindən, yəni texniki qurğunun köməyi ilə həyata keçirilir. Həmin inzibati icraatın həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarında göstərilmişdir. Həmin Qanunun 57.5-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Qanunun 61-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır, lakin inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda həmin aktların əsaslandırılmasına da ehtiyac olmur. Buradan da aydın olur ki, Qanunda inzibati aktlar yazılı formada təsbit edilməli inzibati akt və digər formalarda təsbit edilən inzibati aktlar olaraq təsnifatlaşdırılmışdır. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarının 3.8-ci bəndinə əsasən VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Göründüyü kimi sosial yardımın dayandırılması barədə qərarın bilavasitə tərtib edilməsi Nazirlər Kabinetinin Qərarında nəzərdə tutulmamışdır. Beləliklə, Prezidentin Fərmanına əsasən yaradılmış VEMTAS vasitəsilə, yəni texniki qurğunun köməyilə aparılan inzibati icraat “İnzibati icraat haqqında”, “Ünvanlı dövlət sosial yardım haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə, eləcə də “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 5 fevral 2017-ci il tarixli 37 nömrəli Qərarında göstərilən qaydalar əsasında tənzimlənir. Məhkəmə sorğusunun ikinci hissəsinə münasibətdə qeyd edilir ki, vətəndaş İddiaçı ailəni təmsil edən şəxs qismində VEMTAS-a daxil etdiyi xx.xx.2024-ci il tarixli **********59902-197 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2024-cü il tarixindən aylıq 537,13 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4- cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailə üzvü - X1 fəaliyyəti (VÖEN: **********) üzrə gəlirlərinə dair ərizəbəyannamədə qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edilmişdir. Bu səbəblə ailəyə təyin edilmiş sosial yardım ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və bu barədə vətəndaşın müraciətindəki əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

21. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.

22. İddia mümkündür.

23. Məhkəmə qeyd edir ki, iddiaçı Naxçıvan MR ərazisində qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində qeydiyyatsız yaşayır və iddia ərizəsinə onun olduğu yer üzrə baxılması onun məhkəməyə çatım hüququnun təmin edilməsinə xidmət edir.

III. Məhkəmənin mövqeyi

24. Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. 60-cı maddə Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

25. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.6. ünvanlı dövlət sosial yardımı— aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. M a d d ə 3. Sosial yardım almaq hüququ olan ailələr Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. 8.2 Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir. 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaları: 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)https://e-qanun.az/framework/32084 yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. 27.İnzibati icraat haqqında Qanundan: 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

28. İddiaçı iddia tələbi ünvanlı dövlət sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, inzibati orqan ünvanlı sosial yardımın ödənilməsini dayandırmaqla faktiki olaraq müvafiq qərarını ləğv etmiş və inzibati orqanın müvafiq səlahiyyətini qanunla nəzərdə tutulmuş müddətlərdə həyata keçirmişdir.

29. Cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində VEMTAS-a daxil etdiyi xx.xx.2024-ci il tarixli **********59902-197 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2024-cü il tarixindən aylıq 537,13 manat məbləğində sosial yardım təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailə üzvü - X1 fəaliyyəti (VÖEN:**********) üzrə gəlirlərinə dair ərizə-bəyannamədə qeyd olunmuş məlumatların öz təsdiqini tapmadığı aşkar edilmişdir. Bu səbəblə ailəyə təyin edilmiş sosial yardım ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və bu barədə vətəndaşın müraciətindəki əks-əlaqə vasitəsinə məlumat göndərilmişdir. 30.Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normalarına uyğun olaraq ünvanlı dövlət sosial yardımın təyin edilməsi prosesində ailə üzvlərinin son 12 ay ərzində əldə etdiyi orta aylıq gəlir əsas götürülür. Bu tələbin mahiyyəti və tətbiq qaydası “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydaların 1.2-ci bəndinin dispozisiyasında açıq şəkildə əksini tapmışdır. Belə ki, həmin bəndin dispozisiyasındakı şərt ünvanlı dövlət sosial yardımının verilməsi prosesində həlledici və önəmli rol oynayır.

31. İş materiallarından aydın olur ki, iddiaçının oğlu - X9 ailə üzvü kimi qanunvericiliyin qeyd edilən tələbini ödəmir, yəni ünvanlı sosial yardım təyin edildiyi son 12 ay ərzində gəlir əldə etməsi müəyyən edilmir.

32. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri qanunsuz olmamışdır.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar