Məhkəmə qərarları › İş №2-1(112)-8959/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8959/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8959/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın artırılması, pensiya kapitalının birdəfəlik ödənilməsi, və kompensasiyanın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərziəsi ilə müraciət edərək: - Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə pensiyasının müvafiq olaraq artırılması və yığılmış pensiya kapitalının birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması; - Cavabdehin üzərinə ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın, ona vurduğu fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq 100000 (bir yüz min) manat kompensasiyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1975-1995-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində xidmət etmişdir. Ehtiyatda olan polis polkovnik-leytenantdır. Birinci Qarabağ müharibəsi veteranıdır. Ona 06 aprel 1995-ci il tarixində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xidmət illərinə görə pensiya təyin eduilib. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007-ci il tarixindən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyam həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təyin edilib ödənilir.İlk illər 01 mart 2018-ci il tarixinədək təminat xərcliyimin (640,25 manat) 68 faizi 435,37 manat məbləğində pensiya hesablanaraq ona ödənilmişdir. Qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyində xidmətə qəbuldan əvvəl də 1966-cı ildən etibarən xx.xx.1974-ci il tarixinədək müxtəlif işlərdə işləmiş, o dövrdə müəyyən illərdə kifayət qədər əmək stajı yığılmışdır ki, nədənsə həmin illərin əmək stajı ona pensiya təyin edilərkən nəzərə alınmamışdır. Həmçinin DİN-dən istefa verdikdən sonra da faktiki əmək fəaliyyətini müxtəlif sahələrdə hüquqşünas və digər vəzifələrdə davam etdirmişdir. Nəzərə alınmışdır ki, DİN-dən xx.xx.1995-ci il tarixində istefa vermiş, həmin dövrdən son zamanlaradək yenə də müxtəlif sahələrdə əmək fəaliyyətini davam etdirmişdir, əlavə əmək stajı, pensiya kapitalı toplamışdır. İlkin olaraq DİN-dən istefa etdikdən sonra onun pensiya təminatı hüququ pozulub, layiqli pensiya ilə təmin edilməmişdir. 2022-2023-cü illərdə sonrakı illərdə artımlar nəzərə alınmaqla hər ay 670 manat təqaüd almışdır. O vaxt həmin məbləğin tam reallığı əks etdirmədiyini, bugünkü bazarla uyğunsuzluq təşkil etdiyini və daha layiqli konstitusion pensiya təminatı hüququnun cavabdeh tərəfindən pozulduğunu cavabdehə rəsmi qaydada bildirmişdir. O zaman cavabdehin əməkdaşları rəsmi müraciətindən sonra DİN-dən istefa verdikdən sonrakı işlədiyim dövrdə təxminən 10000 manat civarında əlavə pensiya kapitalının toplandığını bildirsələr də, reallıqda həmin pulun nə birdəfəlik, nə də hissə-hissə ödəməkdən qanunsuz və əsassız imtina olundu. O zaman bu səbəbdən cavabdeh orqana müvafiq ərizə ilə müraciət edərək pensiya təminatı hüququnun yüksəldilməsini xahiş etmişdir. Lakin cavabdeh qanunsuz, əsassız və ədalətsiz olaraq onuun pensiyanın artırılmasından qeyri-qanuni, qeyri-insani imtina etmişdir. DİN-dən əvvəlki və sonrakı illərdə işlədiyini, toplanmış pensiya kapitalını belə nəzərə almamış,özünəməxsus bəhanələrlə layiqli pensiya təminatı hüququmu təmin etməkdən yayınmışdır. Cavabdeh özü DİN-dən pensiyaya çıxdıqdan sonrakı iş yerlərində 10000 manat (əslində bu rəqəm də reallığı əks etdirmir, hesablamalarına görə sonrakı pensiya kapitalı daha qat- qat çoxdur) təşkil etdiyini təsdiqləsə də həmin məbləği belə ödəməkdən yayınmışdır. Əslində cavabdeh özünün qeyri-qanuni və qeyri-insani hərəkətləri və həkətsizliyilə çıxılmaz duruma salmış, onun və himayəndə olan ailə üzvlərinin təminatını qəsdən aşağı salmışdır. İddiaçı özünün ahıl yaşlarında ömrünü Vətəninə, xalqına həsr etmiş bir Azərbaycan vətəndaşı və yaşamaq, təhlükəsiz yaşamaq, layiqli yaşamaq onun və ailə üzvlərinin konstitusion tam hüququdur. Ona görə də cavabdehin bu hərəkətlərini və hərəkətsizliyini anlaşılmaz olmaqla qanunsuz, ədalətsiz, qeyri-humanist və qəbuledilməz hesab edərək 2023-cü iiin sentyabr ayında bu məsələ ilə əlaqədar cavabdehə qarşı Bakı İnzibati Məhkəməsinə adekvat iddia tələbilə müraciət etmişdir. O zaman Bakı İnzibati Məhkəməsində cavabdehin nümayəndəsi faktiki haqlı olduğunu təsdiqləmişdir və onun toplanmış pensiya kapitalının birdəfəlik deyil, hissə-hissə ödənilməsinə razılıq vermişdir. İşə baxan hakim cavabdehin nümayəndəsinin etirafından sonra işin mümkün müsbət həlli variantı olaraq ona bu təkliflə razılaşmağı tövsiyə etmişdir. İddiaçı əvvəl halal pulun olan toplanmış pensiya kapitalının cavabdeh tərəfindən birdəfəlik ödənməsində israrlı olsa da, lakin sonradan mövcud gerçəkliyi nəzərə alaraq məhkəmənin təklifilə razılaşmalı olmuşdur. Doğrudan da, bir müddət cavabdeh orqan tələbini qismən də olsa icra etdi, özü də son məktubunda göstərdiyi kimi 1 yanvar 2024-cü il tarixindən müvafiq indeksləşdirilmə ilə əlaqədar pensiyası 841,97 manat müəyyən edilmişdir və xx.xx.2024 - xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 230,01 manat) pensiyanın (841,97 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Başqa sözlə, həmin dövrdə hər ay 1071,98 manat məbləği almışdır. Ona görə də konstitusion layiqli həyat, layiqli pensiya təminatı və konstitusion məhkəmə təminatı hüquqlarından yararlanaraq cavabdehə qarşı həqiqi pensiya sığorta kapitalının dürüst, doğru və dəqiq hesablanaraq ona birdəfəlik ödənilməsi, cavabdehin ona vurduğu fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində pulun cavabdehdən tutularaq ödənilməsi barədə iddia tələbilə inzibati məhkəməyə müraciət etməkdə qərarlıdır.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 6 aprel 1995-ci il tarixindən 26 il xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq, 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən əmək pensiyası həmin tarixdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ödənilir. Əmək pensiyandakı sonrakı artımlar nəzərə alınmaqla 1 mart 2018-ci il tarixinədək “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyanı 26 il xidmət müddəti üçün təminat xərcliyinin (640,25 manat) 68 faizi (20 ilə görə 50 faiz, 6 ilə görə 18 (6x3) faiz)-435,37 manat məbləğində müəyyən edilərək ödənilib. 1 mart 2018-ci il tarixindən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyanı təminat xərcliyinə uyğun olaraq (681,50 manat) 460,95 manat müəyyən edilib. Əmək pensiyanın işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 12 fevral 2022-ci il tarixində Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1 -ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət ədilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına uyğun olaraq aşağıdakı qaydada hesablanıb: Əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 1 avqust 2016-cı il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2151,36 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (2151,36:72 ay (144 ay-72 ay))=29,88 manat) 12 fevral 2019cu il tarixinədək (Mərkəzi Filiala müraciət etdiyi 12 fevral 2022-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiyanın (460,95 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 490,83 (460,95+29,88) manat məbləğində müəyyən edilib. Bundan başqa, 1 sentyabr 2019-cu il tarixindən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən sonuncu xidmət keçdiyiniz vəzifənizə uyğun vəzifə maaşınız 435,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavəsi 147,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 800,25 manat təşkil edir. Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən, əmək pensiyanı təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsinin 1 yanvar 2024-cü il tarixinədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: -20 il xidmət müddətinə görə təminat xərcliyinin 50 faizi; -20 ildən artıq xidmət müddətinin (6 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (6x2) təminat xərcliyinin 12 faizi; Əmək pensiyanın müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62 faiz təşkil edir. Qeyd olunanları nəzərə alaraq, 1 sentyabr 2019-cu il tarixinədək olan təminat xərcliyin (681,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı təminat xərcliyin (800,25 manat) arasındakı fərq məbləğinin (118,75 manat) 62 faizi-73,63 manat 1 sentyabr 2019cu il tarixinədək olan pensiyanın (490,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanı 564,46 manat məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanı həmin tarixdən 620,91 manat, Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 712,18 manat məbləğində müəyyən edilib. Növbəti dəfə işdən azad olunduğu 24 iyul 2023-cü il tarixinədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3239,28 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 -ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (3239,28:72 ay (144 ay-72 ay))=44,99 manat) həmin tarixədək hesablanmış pensiyanın (712,18 manat) üzərinə əlavə edilərək əmək pensiyanın həmin tarixdən 757,17 (712,18+44,99) manat məbləğində müəyyən edilib. 1 yanvar 2024-cü il tarixindən müvafiq indeksləşdirilmə ilə əlaqədar əmək pensiyası 841,97 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, keçmiş müddət üçün hesablanmış ümumilikdə 2300,10 manat fərq məbləği xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 230,01 manat) pensiyanın (841,97 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Məlumat üçün bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirilməsi ilə əlaqədar cari ilin 1 yanvar tarixindən hesablanmaqla əmək pensiyası hazırda 910,16 manat təşkil edir.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iş materiallarına əsasən xx.xx.1949-cu il təvəllüdlü İddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-A- 47367/2025 nömrəli məktubu ilə iddiaçıya əmək pensiyasının hesablanması qaydası haqqında ətraflı məlumat verilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək:

1. pensiya məbləğinin artırılması:

2. yığılmış pensiya kapitalının birdəfəlik ödənilməsi:

3. ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazı təqdim etmiş və hesab edilmişdir ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Bildirilmişdir ki, İddiaçı 06 aprel 1995-ci il tarixdən 26 il xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 01 yanvar 2007 ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu (bundan sonra Fond) həyata keçirdiyindən iddiaçının əmək pensiyası həmin tarixdən X4 tərəfindən ödənilir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01 mart 2018-cı il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası 26 il xidmət müddəti üçün təminat xərcliyinin (640,25 manat) 68 faizi (20 ilə görə - 50 faiz, 6 ilə görə - 18 (6x3) faiz) 435,37 manat məbləğində müəyyən edilərək ona ödənilmişdir. 01 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası təminat xərcliyinə uyğun olaraq (681,50 manat) 460,95 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı əmək pensiyasının işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 12 fevral 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən, Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır:

1. iddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 01 avqust 2016-cı il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2151,36 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (2151,36:72 ay (144 ay-72 ay))=29,88 manat) 12 fevral 2019-cu il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi 12 fevral 2022-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiya məbləğinin (460,95 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 490,83 (460,95+29,88) manat məbləğində müəyyən edilmişdir.

2. Bundan başqa, 01 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 435,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 147,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat məbləğində olmaqla cəmi təminat xərcliyi 800,25 manat məbləğində təşkil etmişdir.

3. Qanunun 26.3-cü maddəsinin 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci ii iyulun 1-i tarixə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. 01 yanvar 2023-cü il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən, İddiaçı əmək pensiyası təminat xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsinin 01 yanvar 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyasında nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə - təminat xərcliyinin 50 faizi; - 20 ildən artıq xidmət müddətinin (6 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (6x2) təminat xərcliyinin 12 faizi əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62 faiz təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, 01 sentyabr 2019-cu il tarixədək olahləminat xərcliyi (681,50 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyinin (800,25 manat) arasındakı fərq məbləğinin (118,75 manat) 62 faizi - 73,63 manat 01 sentyabr 2019-cu il tarixədək olan pensiya məbləğinin (490,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 564,46 manat məbləğində müəyyən edilmişdir. Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 620,91 manat Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 712,18 manat məbləğində müəyyən edilmişdir Növbəti dəfə işdən azad olunduğu 24 iyul 2023-cü il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3239,28 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (3239,28:72 ay (144 ay-72 ay))=44,99 manat) həmin tarixədək hesablanmış pensiya məbləğinin (712,18 manat) üzərinə əlavə edilmiş və iddiaçının əmək pensiyası həmin tarixdən 757,17 (712,18+44,99) manat məbləğində müəyyən edilmişdir. 01 yanvar 2024-cü il tarixdən müvafiq indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 841,97 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı keçmiş müddət üçün hesablanmış ümumilikdə 2300,10 manat fərq məbləği xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissəhissə (hər ay 230,01 manat) pensiyasının (841,97 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Son olaraq bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirılməsi ilə əlaqədar cari ilin 01 yanvar tarixdən hesablanmaqla iddiaçının əmək pensiyası hazırda 910,16 manat məbləğində təşkil etməkdədir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək: İddiaçının iddia tələbinin birinci hissəsinə münasibətdə bildirilmişdir ki:

1. iddiaçıya pensiya məbləğinin iddia tərizəsində qeyd etdiyi əsaslarla artırılması üçün heç bir hüquqi əsasın olmadığı;

2. şəxsin fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalının birdəfəlik ödənilməsi qanunvericiliklə nəzərdə tutulmadığı tərəfimizdən sübuta yetirilmiş hesab edilməlidir. İddiaçının iddia tələbinin ikinci hissəsinə münasibətdə bildirilmişdir ki:

1. “İnzibati icraat haqqında’’ Azərbaycan Respublikasının Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Lakin iş üzrə əlavə edilmiş materiallardan göründüyü kimi İddiaçı mövcud tələblə (maddi və mənəvi ziyanın ödənilməsi) bağlı inzibati orqana müraciət etməmiş və birbaşa məhkəməyə iddia ərizəsi ünvanlamışdır.

2. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddələrin məzmunundan göründüyü kimi mülki hüquqi məsuliyyətin yaranması üçün ilk öncə zərər vurulması faktı mövcud olmalı, həmin dəymiş zərər bilavasitə təqsirli hərəkətin nəticəsi olmalı, zərərlə nəticə arasında səbəbli əlaqə olmalıdır.

3. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin Qərara əsasən, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumların və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqgəti olarag məhdudlaşdırılması və ya həmin hüguglardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş Verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması (sübutedici nəyinsə olması yəni resept yaxud psixiatr yardımlı və bununları sübut edən nələrsə) və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Lakin göstərilən hallardan heç birinin təzahürü iddiaçıya münasibətdə mövcud olmamış və mövcud olsa belə sübuta yetirilməmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin artırılması və yığılmış pensiya kapitalının birdəfəlik ödənilməsi; ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq 100000 (bir yüz min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(112)-8959/2025 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, nəzərə alınmayan dövrlər mövcuddur.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, hazırda 910 manat əmək pensiyası alır. 2300 manat əskikvermə səbəbi ilə 10 ay ərzində hər ay 230 manat əmək pensiyasına əlavə edilməklə ödənilmişdir. 1995-ci il tarixindən əmək pensiyası təyin edilmişdir və mübahisələndirilən dövr yoxdur. Əlavə olaraq bildirmişdir ki, sığorta kapitalının birdəfəlik ödənilməsi qanuvericiliyə uyğun olaraq mümkün deyildir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

9. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə tələbin özlüyündə hüquqi müdafiə ehtiyacı yoxdur.

10. Cavabdeh tərəfindən bildirilmişdir ki, İddiaçı 06 aprel 1995-ci il tarixdən 26 il xidmət müddəti üçün xidmət illərinə görə pensiya təyin edilmişdir. İddiaçının əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01 mart 2018-cı il tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən, əmək pensiyası 26 il xidmət müddəti üçün təminat xərcliyinin (640,25 manat) 68 faizi (20 ilə görə - 50 faiz, 6 ilə görə - 18 (6x3) faiz) 435,37 manat məbləğində müəyyən edilərək ona ödənilmişdir. 01 mart 2018-ci il tarixdən sonuncu xidmət etdiyi orqan tərəfindən Mərkəzi Filiala daxil olmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən əmək pensiyası təminat xərcliyinə uyğun olaraq (681,50 manat) 460,95 manat məbləğində müəyyən edilmişdir. Daha sonra İddiaçı əmək pensiyasının işləyən əmək pensiyaçısı kimi topladığı pensiya sığorta kapitalına görə yenidən hesablanması üçün 12 fevral 2022-ci il tarixdə Mərkəzi Filiala müraciət etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri nəzərə alınmaqla İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına görə əmək pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixdəki yaşına uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: İddiaçıya əmək pensiyası təyin edildikdən sonra işdən azad olunduğu 01 avqust 2016cı il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2151,36 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (2151,36:72 ay (144 ay-72 ay))=29,88 manat) 12 fevral 2019cu il tarixədək (Mərkəzi Filiala müraciət etdiyi 12 fevral 2022-ci il tarixindən üç il geriyə) mövcud olmuş pensiya məbləğinin (460,95 manat) üzərinə əlavə edilərək əmək pensiyası həmin tarixdən 490,83 (460,95+29,88) manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, 01 sentyabr 2019-cu il tarixdən sonuncu xidmət keçdiyi orqan tərəfindən Mərkəzi Filiala təqdim olunmuş aylıq vəzifə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 435,00 manat, rütbə maaşı 154,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25 faizi miqdarında əlavə 147,25 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat məbləğində olmaqla cəmi təminat xərcliyi 800,25 manat məbləğində təşkil etmişdir. - 20 ildən artıq xidmət müddətinin (6 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (6x2) təminat xərcliyinin 12 faizi əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 62 faiz təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq 01 sentyabr 2019-cu il tarixədək olan təminat xərcliyi (681,50 manat) ilə 01 sentyabr 2019-cu il tarixdən sonrakı təminat xərcliyinin (800,25 manat) arasındakı fərq məbləğinin (118,75 manat) 62 faizi - 73,63 manat 01 sentyabr 2019-cu il tarixədək olan pensiya məbləğinin (490,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 564,46 manat məbləğində müəyyən edilmişdir. Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçı əmək pensiyası həmin tarixdən 620,91 manat Qanunun 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 712,18 manat məbləğində müəyyən edilmişdir Növbəti dəfə işdən azad olunduğu 24 iyul 2023-cü il tarixədək işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış‘3239,28 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1 ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (3239,28:72 ay (144 ay-72 ay))=44,99 manat) həmin tarixədək hesablanmış pensiya məbləğinin (712,18 manat) üzərinə əlavə edilmiş və iddiaçının əmək pensiyası həmin tarixdən 757,17 (712,18+44,99) manat məbləğində müəyyən edilmişdir. 01 yanvar 2024-cü il tarixdən müvafiq indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 841,97 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, İddiaçı keçmiş müddət üçün hesablanmış ümumilikdə 2300,10 manat fərq məbləği xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə (hər ay 230,01 manat) pensiyasının (841,97 manat) üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Son olaraq bildirilmişdir ki, Qanunun 29-cu maddəsinə əsasən əmək pensiyalarının indeksləşdirılməsi ilə əlaqədar cari ilin 01 yanvar tarixdən hesablanmaqla iddiaçının əmək pensiyası hazırda 910,16 manat məbləğində təşkil etməkdədir.

11. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının işlədiyi dövrlər nəzərə alındığı və hərbi qulluqçu kimi təminat xərcliyinə müvafiq olaraq pensiya təyin edildiyi üçün hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir.

12. X6 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X3rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

13. Odur ki, məhkəmə hesab edir ki, hazırki iş üzrə “real və ciddi” mübahisə mövcud deyildir. Belə ki, cavabdeh orqan tərəfindən iddiaçının pensiya hüquqlarına hər hansı müdaxilə həyata keçirilmişir.

14. Məhkəmə hesab edir ki, iddia tələbi yığılmış pensiya kapitalının hesablanaraq birdədəlik ödənilməsi hissəsində də mümkün sayılmamalıdır.

15. Belə ki, “Əmək pensiyaları haqqında” Qanundan: 1.0.1.əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.13. əmək pensiyasının yığım hissəsi - fərdi şəxsi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; 1.0.14. gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir;

16. Odur ki, məhkəmə qeyd edir ki, əmək pensiyası qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanlarının pensiya kapitallarında yığılmış vəsait əsasında ödənilən aylıq pul ödənişidir. 17.Yəni iddiaçı hazırda əmək pensiyaçısıdır və ona ödənilən aylıq pensiya məbləği (pul ödənişi) də məhz müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlər (pensiya kapitalı) hesabına təmin edilir.

18. Odur ki, iddia tələbi qeyd edilən hissədə mümkün sayılmamalıdır.

19. Məhkəmə hesab edir ki, iddia tələbi əsas hissədə mümkün sayılmadığından yəni cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə olmadığından ondan doğan mənəvi zərərlə bağlı tələb də mümkün sayılmamalıdır.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar