Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-896/2023 12.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinə müvafiq olaraq fərdi yaşayış evi növünə keçirilməsindən və həmin daşınmaz əmlakı fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qeyd edilən əmlakın texniki pasportunda olan torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi “4a” ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinə müvafiq olaraq fərdi yaşayış evi növünə keçirilməsindən və həmin daşınmaz əmlakı fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinasının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə qeyd edilən əmlakın texniki pasportunda olan torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi ünvanında yerləşən “4a” saylı daşınmaz əmlak üzərində mülkiyyət hüququ ********** nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Həmin daşınmaz əmlak əvvəllər Bakı şəhər İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti İdarəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli 30/4062 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən iddiaçının vəfat etmiş atası X2 mülkiyyətində olmuşdur. İstər qeyd edilən ilkin Qeydiyyat Vəsiqəsində, istərsə də həmin evə dair xx.xx.1992-ci il tarixdə tərtib olunmuş Texniki pasportda əmlakın növü kimi “fərdi yaşayış evi” qeyd edilmişdir Miras əmlak üzərində hüquqlar əvvəl qardaşı X4 və sonra iddiaçının adına dövlət qeydiyyatına alınarkən “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da daşınmaz əmlakın növünün ilkin qeydiyyatının əksinə olaraq səhvən “mənzil” kimi qeyd edilmişdir. Bu ziddiyyətin aradan qaldırılması üçün Dövlət reyestrindən Çıxarış üzərində müvafiq dəyişikliklərin həyata keçirilməsinə və texniki səhvin düzəldilməsinə dair müraciətinə cavab olaraq 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubu ilə bildirilmişdir ki, “qeyd edilən əmlakın fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq müvafiq sənədlər təqdim olunmamışdır”. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi qanunsuz və əsassız olaraq ünvan 2 ünvanında yerləşən əmlakın torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. İmtinanın əsaslandırılması barədə İdarənin rəisi Mustafa Rəşidovun xx.xx.2022-ci il tarixli **********76 saylı məktubunda daha əvvəl göndərilmiş və müvafiq sənədlərin təqdim olunması istənildiyi üçün imtina sayılmayan xx.xx.2021-ci il tarixli məktuba istinad edilmiş və təqdim etdiyi sənədlərə şamil edilməyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin məzmunu izah edilmişdir. Həmin imtina məktubunda ilkin qeydiyyat sənədləri ilə fərdi yaşayış evi olması təsdiq edilən və sonradan səhv və əsassız olaraq mənzil kimi göstərilən yaşayış evinin hansı inzibati aktla mənzilə çevrilməsi və hansı əsasla sonradan mənzil kimi qeydiyyata alınmasından bir cümlə də olsun yazılmamışdır. Cavabdehin ünvan 2 ünvanında yerləşən həyətyanı sahəyə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməsi qanunsuz və əsassız olmaqla iddiaçının hüquqlarını və qanunla qorunan maraqlarını pozur. İddiaçının cavabdehə təqdim etdiyi texniki pasport üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə aiddir və 2001-ci il yanvarın 1-dək tərtib olunmuşdur. Həmin texniki pasportda həyətyanı torpaq sahəsinin sxemi və ölçüsü də göstərilmişdir. Texniki pasport özündə qeydiyyata əsas üçün bütün tələbləri əks etdirməklə 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanla təsdiq edilmiş Siyahının 2.4-cü bəndində nəzərdə tutulmuş sənəddir. İlkin qeydiyyat sənədlərindən göründüyü kimi yaşayış evi olan, 1992-ci ildə rus dilində tərtib edilən qeydiyyat vəsiqəsində və texniki pasportda yaşayış evi kimi göstərilən daşınmaz əmlakın sonradan texniki səhv edilərək çıxarışda mənzil kimi yazılması fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Ona görə ki, daşınmaz əmlakın ilkin sənədləri onun mənzil deyil, yaşayış evi olduğunu göstərir. Qonşuluqdakı eyni birtipli layihə üzrə tikilmiş fərdi yaşayış evlərinin əksəriyyəti üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınarkən, verilmiş Dövlət reyestrindən çıxarışda və texniki pasportda daşınmaz əmlakın növü kimi “fərdi yaşayış evi” qeyd edilmişdir. Birtipli layihə üzrə inşa edilmiş, ortaq divara malik olduğu qonşusunda da çıxarış verilərkən fərdi yaşayış evi yazılmış və onun torpaq sahəsi özəlləşdirilmişdir. Ərazidə iddiaçının bağı ilə eyni layihədə olan evlərin demək olar ki hamısının torpaq sahələri özəlləşdirilmişlər. Eyni layihə üzrə eyni yaşayış massivindəki evlərin bəzilərinin yaşayış evi, bəzilərinin isə mənzil olması absurddur, cavabdehin iddiaçıya qarşı subyektiv, ədalətsiz münasibətidir. Divar qonşusu ilə dam örtüyü eyni deyil, qonşuda 1 metr daha yüksəkdir. Bunu hətta, müayinəyə gələn Reyestr Xidmətinin Xəzər rayon şöbəsinin nümayəndəsi yoxlama sənədində təsdiq etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
3. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, idarədə mövcud arxiv məlumatlarına əsasən sözügedən əmlak 2 otaqlı, ümumi sahəsi 54.6 kv.m yaşayış sahəsi 31.2 kv.m olmaqla mənzil kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Qeyd edilən əmlakın fərdi yaşayış evi kimi torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq müvafiq sənədlər təqdim olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən texniki pasport faktiki sahəyə uyğun deyil. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü faktiki 922 kv.m təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
5. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. 6.İddaçı tərəfindən məhkəməyə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********76 nömrəli və xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubları, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, ev 3A yerləşən fərdi yaşayış evinə dair RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti, 26 nömrəli, xx.xx.2022-ci il tarixli qeydiyyat vəsiqəsinin surətini, foto şəkilləri, yaşayış evinin texniki pasportu təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli, **********09 nömrəli məktubu ilə, ünvan 3 ünvanda yerləşən mənzilə dair sənədlərin surətlərinin və Seyid-X3 adına RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olmuş arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Məhkəmə sorğusu əsasında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli, **********01 nömrəli məktubu ilə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Şərq küçəsi, 4B saylı fərdi yaşayış evinə dair sənədlərin təsdiq edilmiş surətləri göndərilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti RX seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyatdan keçmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, çıxarışa əsasən yaşayış evi mənzil kimi qeydiyyata alınmışdır. Arxiv texniki pasporta əsasən yaşayış evi və torpaq sahəsi hasar daxilində ayrıca giriş darvazası olmaqla fərdi yaşayış evi kimi istifadə olunur. Faktiki evin damı ayrıdır. “Lenin” Ordenli və İ dərəcəli Vətən müharibəsi Ordenli “Azneft” İstehsalat Birliyi “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsi “Əzizbəyovneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 178 nömrəli “Mərdəkan qəsəbəsi, Şərq küçəsi N19-da keçmiş istirahət zonasının torpaq sahəsində mövcud olan bağçılıq tərəfdaşlığına əlavənin yaradılması barədə” Əmr-Qərarına əsasən, Birliyin Baş Direktoru A.A.Cəfərovun üstündə qətnaməsi olan “Azneft” İstehsalat Birliyinin 13 mart 1989-cu il tarixli yazılı göstərişinin əsasında keçmiş istirahət zonasının ərazisində yerləşmiş yaşayış binalarının qalıq dəyəri yenidən hesablanmaqla bağçılıq tərəfdaşlığının aşağıdakı üzvlərinə təyin olunmuş qaydada nağd pula satılsın – X5 – ev №4a, (inv 1/3310). Qalıq dəyəri – 7058 rubl, 20 qəp.
İV. Məhkəmənin mövqeyi
7. Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
8. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 9.“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8.0.5-ci bəndinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
10. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 10 mart tarixli Qərarında qeyd edilmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır.
11. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6).
12. İddiaçı hazırda daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1 -ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
13. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir.
14. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş müayinə (baxış) aktından da görünür ki yaşayış evi və torpaq sahəsi hasar daxilində ayrıca giriş darvazası olmaqla fərdi yaşayış evi kimi istifadə olunur. Faktiki evin damı ayrıdır.
15. Yaşayış evinin iddiaçıya ayrılması ilə bağlı arxiv sənədlərinə nəzər yetirdikdə, “Lenin” Ordenli və İ dərəcəli Vətən müharibəsi Ordenli “Azneft” İstehsalat Birliyi “Əzizbəyovneft” Neftqazçıxarma İdarəsi “Əzizbəyovneft” NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1989-cu il tarixli, 178 nömrəli “Mərdəkan qəsəbəsi, Şərq küçəsi N19-da keçmiş istirahət zonasının torpaq sahəsində mövcud olan bağçılıq tərəfdaşlığına əlavənin yaradılması barədə” Əmr-Qərarında həmin yaşayış evi iddiaçının atasına ayrılan zaman mənzil kimi deyil, ev kimi qeyd edilmişdir.
15. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin hüquq müəyyənedici sənədlərdə iddiaçının mülkiyyətində olan daşınmaz əmlak bağçılıq tərəfdaşlarına ayrılmış torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi olduğuna görə cavabdehin həmin əmlakı fərdi yaşayış evi kimi qeydiyyata almasından imtina etməsi əsaslı hesab edilə bilməz və həmin əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır. 16.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
17. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 2 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinə müvafiq olaraq fərdi yaşayış evi növünə keçirilməsindən və həmin daşınmaz əmlakı fərdi yaşayış evi kimi daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz hesab edilməli və ünvan 2 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. 18.Məhkəmənin 11 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 1 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi hissəsində iddiası mümkün sayılmamışdır. 19.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın ilkin qeydiyyat sənədlərinə müvafiq olaraq fərdi yaşayış evi növünə keçirilməsindən və həmin daşınmaz əmlakı fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz hesab edilsin və ünvan 2 ünvanında yerləşən **********86-05***-******* reyestr nömrəli daşınmaz əmlakın İddiaçı mülkiyyətində olan fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova