Məhkəmə qərarları › İş №2-1(112)-8961/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8961/2021

18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8961/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərarının (inzibati aktın) qanunsuz hesab edilərək ləğv edilməsi və cavabdeh vergi orqanının üzərinə ona tətbiq edilmiş 4000 manat vergi borcunun (sanksiyasının) silinməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati-Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1843/2019 saylı, 22 aprel 2019-cu il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentinin 14.01.2019-cu il tarixli **********6938 nömrəli Qərarının (inzibati aktın) qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi icraata qəbul edilmiş, həmin tarixdə də iş ərazi aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” 23 oktyabr 2019-cu il tarixli, 845 saylı Fərmanı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş, bu əsasla da iş üzrə cavabdeh Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamenti məhkəmə iclas protokoluna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsi ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 14.01.2019-cu il tarixli, **********6938 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb olunmuşdur. İnzibati akt özü-özlüyündə vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan qanunsuz hesab edilərək ləğv edilməli və nəticə etibarı ilə tətbiq edilmiş 4000 manat vergi sanksiyası silinməlidir. Belə ki, inzibati aktın qəbul edilməsinə əsas olmuş 27.11.2018-ci il tarixli aktdan görünür ki, vəzifəli şəxs tərəfindən heç bir araşdırma aparılmadan qərəzli şəkildə guya iddiaçıya məxsus obyektdə 4 nəfər şəxsin əmək müqaviləsi olmadan işlədiyi və vergidən yayınma hallarına yol verildiyi müəyyən edilmişdir. Halbuki iddiaçıya məxsus obyektdə 3 nəfər şəxs çalışır və onlarla arasında 25.11.2018-ci il tarixdə, yəni qeyd olunan akt tərtib edilməmişdən 2 gün əvvəl müqavilə bağlanmışdır. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı özbaşınalıq edərək heç bir qanuna sığmayan pozuntuya yol verərək iddiaçının hüquqlarını pozmuş və nəticə etibarı sahibkar olaraq iddiaçının işgüzar nüfuzuna xələl gətirmişdir. İddia ərizəsi məhkəmənin icratına qəbul olunduqdan sonra İPM-in 47-49-cu maddələrinə əsaslanaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi cavabdehdən tələb olunmuşdur. Cavabdeh etirazında bildirmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X17 üzrə Baş İdarəsinin 27.11.2018-ci il tarixli **********4386 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən 27.11.2018-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Bünyadzadə 232 qarşısında yerləşən “Murad Paşa” dönərxanasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, verg ödəyicisi barəsində 27.11.2018-ci il tarixli VN-11 seriyalı 009749 nömrəli aktın tərtib edildiyi, aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı, bir nüsxəsinin qəbul edilmədiyi, nəzarət tədbiri zamanı vergi ödəyicisi və aktda adları qeyd olunmuş şəxslər (X14, X15, X16 və X8) izahat verməkdən imtina etmişlər. Bu barədə 27.11.2018-ci il tarixli sərbəst formada akt tərtib olunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt Baş İdarənin 30.11.2018-ci il tarixli **********211100 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərdə sonuncu ünvan kimi qeyd olunmuş ünvanına və elektron qutusuna göndərilmiş, məktub elektron qutuda 16.11.2019-cu il tarixdə saat 03:04:10-da oxunmuşdur. Həmçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin aşkar edilməsi ilə bağlı tərtib edilmiş 27.11.2018-ci il tarixli VN-11 seriyalı 009749 nömrəli aktda baxılması ilə bağlı vergi ödəyicisinə bildiriş göndərilərək 28.12.2018-ci il tarixdə saat 11:00-da (otaq 101) Baş idarəyə dəvət olunmuş, qeyd olunan tarixdə vergi orqanına gəlməmiş, tərtib olunmuş akt əsasında Baş İdarə tərəfindən 14.01.2019-cu il tarixli **********911100 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə Baş İdarənin 14.01.2019-cu il tarixli **********911100 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda məktubun vergi ödəyicisi tərəfindən 16.11.2019-cu il tarixdə saat 02:55:00-da oxunduğu müəyyən edilmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Sonda iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, “Murad Paşa” dönərxanasında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 4 nəfər işçisi olmuş, X5 tanımır, X15 dostudur, X14 və X16 isə işçiləridir, onların əmək müqavilələrini də sistemə yükləmişdir. Lakin cavabdeh orqan bunu bilə-bilə qərəzli olaraq barəsində əsassız cərimə qərarı qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 26.09.2018-ci il tarixli iddiaçı ilə X2 arasında bağlanmış icarə müqaviləsindən görünür ki, X1 rayonu Dadaş Bünyadzadə küçəsi ev 232-nin qarşısında yerləşən qeyriyaşayış sahəsini iddiaçıya icarəyə vermişdir. - X11, X12, X6 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, fiziki şəxslərlə baglanmış əmək müqaviləsi bildirişləri sistemə 28.11.2018-ci il tarixdə daxil edilmiş və həmin tarixdə imzalanmışdır. - cavabdehin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 27.11.2018-ci il tarixli **********43891 və **********4389 nömrəli tələbnamələrdən görünür ki, iddiaçıdan elektron informasiya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktları), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, “Nəzarət kitabçası”, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatların 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamenti Bakı şəhəri Binəqədi rayonu ünvanında təqdim olunması tələb olunmuşdur. - cavabdehin 27.11.2018-ci il tarixli **********4392 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarından görünür ki, İddiaçı (VÖEN: **********) elektron informasiya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktları), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, «Nəzarət kitabçası», bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatlar götürülməsi, əşyaların nümunə kimi götürülməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 43-cü maddəsinin müddəalarına uyğun olaraq həyata keçirilməsi qərara alınmışdır. - cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 27.11.2018-ci il tarixli **********4386 saylı qərarından görünür ki, iddiaçıya məxsus obyektdə (“Murad Paşa” Dönərxana) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə 27.11.2018 il tarixdən 16.12.2018 il tarixədək operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY181320106 saylı çıxarışdan görünür ki, 27.11.2018-16.12.2018-ci il tarixlərdə İddiaçı (VÖEN: **********) məxsus obyektdə (“Murad Paşa” Dönərxanası) operativ vergi nəzarətinin həyata keçirilməsi reyestrdə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən tərtib edilmiş Seriya VN-11 009749 nömrəli aktdan və ona 009749 nömrəli əlavədən görünür ki, İddiaçı (VÖEN: **********) işlətdiyi “Murad Paşa” Dönərxanasında operativ vergi nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 dörd nəfər fiziki şəxsi - X13, X15, X16 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə barəsində Vergi Məcəlləsinin 58.10-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı aktı və akta əlavəni heç bir səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. - Cavabdehin yoxlamanı aparmış əməkdaşları tərəfindən tərtib edilmiş 27.11.2018ci il tarixli aktdan görünür ki, İddiaçı (VÖEN: **********) işlətdiyi “Murad Paşa” Dönərxanasında operativ vergi nəzarəti həyata keçirilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 dörd nəfər fiziki şəxsi - X13, X15, X16 və X5 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi aşkar olunmuşdur. Lakin obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər vergi ödəyicisinin təkidi ilə heç bir səbəb göstərmədən izahat verməkdən imtina etmişlər. Eyni zamanda vergi ödəyicisi yoxlama sənədləri ilə tanış edilməsinə baxmayaraq yoxlama sənədlərində bu barədə qeyd aparmaqdan və tərtib edilmiş yoxlama aktlarını imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. - Cavabdehin 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərarının təsdiq edilmiş surətindən məlum olur ki, həmin qərarla vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4.000 manat məbləgində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. - Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə sistemdən çıxarışdan görünür ki, X16 və X13 ilə baglanmış əmək müqavilələri bildirişləri sistemə 28.11.2018-ci il tarixdə daxil edilmiş və həmin tarixdə imzalanmışdır. - Cavabdehin “məsuliyyət qərarının və tələbnamənin göndərilməsi” haqqında 14.01.2019-cu il tarixli **********911100 saylı məktubundan görünür ki, vergi orqanının 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərarı həmin tarixdə iddiaçıya göndərilmişdir. - Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, vergi orqanının 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərarı iddiaçı tərəfindən 16.11.2019-cu il tarixdə saat 2:55-də oxunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı forma¬da ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşağıdakı maddələri bu işə tətbiq olunur: 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək. 23.1.5. Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüququdur. 43.1. Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə səyyar vergi yoxlaması və operativ vergi nəzarəti keçirildikdə yol verilir. 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (...) 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin 2019-cu il yanvarın 1-dək qüvvədə olan redaksiyasına əsasən: 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin (həmin vaxt səlahiyyətli qurumu) 27.11.2018-ci il tarixli **********4386 saylı qərarı ilə iddiaçıya məxsus obyektdə (“Murad Paşa” Dönərxana) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə 27.11.2018- 16.12.2018-ci ilin dövrü əhatə etməklə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. 27.11.2018-cil tarixdə obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsin (X11, X12, X6) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilərək, vergi ödəyicisi barəsində VN-11 seriyalı 009749 nömrəli akt tərtib edilərək 4000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Akt əsasında qəbul edilmiş 14.01.2019-cu il tarixli **********911100 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla vergi ödəyicisinə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə həmin qərarı mübahisələndirərək, qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın 14.01.2019-cu il tarixli **********6938 nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Belə ki, cavabdehin (həmin vaxt səlahiyyətli qurumu) 27.11.2018-ci il tarixli **********4386 saylı qərarı ilə iddiaçıya məxsus obyektdə (“Murad Paşa” Dönərxana) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə 27.11.2018-16.12.2018-ci ilin dövrü əhatə etməklə operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır. “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 27.11.2018-ci il tarixli **********43891 və **********4389 nömrəli tələbnamələrlə iddiaçıdan elektron informasiya daşıyıcıların fiziki şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqavilələri (kontraktları), müəssisənin nümayəndəsinin səlahiyyətlərini təsdiq edən sənədlər və şəxsiyyət vəsiqəsinin surəti, “Nəzarət kitabçası”, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər, məlumatların 1 iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının ünvanına təqdim olunması tələb olunmuşdur. 27.11.2018-ci il tarixdə obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 4 (dörd) nəfər fiziki şəxsin (X11, X12, X6) işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş, vergi ödəyicisi barəsində VN-11 seriyalı 009749 nömrəli akt tərtib edilərək 4000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İddiaçı isə həmin aktı və akta əlavəni imzalamaqdan heç bir səbəb göstərmədən imzalamaqdan imtina etmişdir. Cavabdehin yoxlamanı aparmış əməkdaşları tərəfindən tərtib edilmiş 27.11.2018-ci il tarixli aktdan da göründüyü kimi iddiaçının təkidi ilə obyektdə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər heç bir səbəb göstərmədən izahat verməkdən belə imtina etmişlər. Eyni zamanda vergi ödəyicisi yoxlama sənədləri ilə tanış edilməsinə baxmayaraq yoxlama sənədlərində bu barədə qeyd aparmaqdan və tərtib edilmiş yoxlama aktlarını imzalamaqdan heç bir səbəb göstərmədən imtina etmişdir. Məhkəmədə iddiaçı həmin şəxslərdən - X13 və X16 ilə yoxlama keçirildiyi gündən (27.11.2018-ci il tarixli aktın tərtib edilməsindən) iki gün əvvəl, yəni 25.11.2018-ci il tarixdə əmək müqaviləsi bağlandığı barədə dəlillər irəli sürdüyünə baxmayaraq, həmin şəxslərlə əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində iddiaçının dəlillərinə zidd olaraq əksinə yoxlama aktı tərtib edildikdən sonra, 28.11.2018-ci il tarixdə imzalandıgı, X15 və X8 ilə iddiaçı arasında ümumiyyətlə heç bir əmək müqaviləsinin baglanmadıgı müəyyən edilmişdir. X9 iddiaçının dostu olması və X4 tanımaması barədə iddiaçının dəlillərinə gəldikdə isə, iddiaçı bu barədə yoxlama aparılarkən həmin dəlilləri irəli sürməmiş, aktla müəyyən edilmiş faktı təkzib etməmiş, bunun səbəblərini açıqlamamış, akta etiraz bildirmədən sadəcə olaraq heç bir səbəb göstərmədən imzalamaqdan imtina etmiş, həmçinin də məhkəmə araşdırması zamanı bu barədə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən qərar vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun tərtib olunmuş və əsaslandırılmışdır. Qərarda iddiaçıya hesablanmış vergi məbləğinin yaranma əsasları, işin faktiki və hüquqi halları və bu halları təsdiq sübutlar, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar göstərilmişdir. Odur ki, aşkar edilmiş fakta düzgün hüquqi qiymət verən cavabdeh orqan tərəfindən Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən iddiaçı barəsində cərimə sanksiyasının tətbiq edilməsi barədə düzgün olaraq vergi məsuliyyətinə cəlb etmə qərarı qəbul edilmişdir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, iddiaçının şikayətində sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə (izahatı) aktın ləgv edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hər tərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X17 üzrə Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X17 Departamentinin 14.01.2019-cu il tarixli **********6938 nömrəli Qərarının (inzibati aktın) qanunsuz hesab edilərək ləğv edilməsi barədə” iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar