Məhkəmə qərarları › İş №2-1(112)-8964/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8964/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8964/2021 12.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Mizəbala oğlunun Cavabdeh qarşı 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə çıxarışın ləğv edilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Mizəbala oğlu Cavabdeh qarşı 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi işə cəlb edilməklə Cavabdeh adına Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 01.11.2013-cü il tarixli, seriya RX ******* nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş üzrə mümkünlük iclası 12.10.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Şaumyan rayon (Xətai) ZAQS Şöbəsinin 07 aprel 1985-ci il tarixli lll-JQ 470567 nömrəli nigahın bağlanması haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlü İddiaçı, 11.08.1957 ci il təvəllüdlü X4 ilə 07 aprel 1985-ci ildə qeydiyyat kitabında 402 nömrə ilə qediyyata alınaraq nikahları rəmiləşmişdir. Birgə nigahdan 18.11.1985-cı il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan Əliyeva (Sultanova) Leyla Böyükağa qızı, 28.12.1986-cı il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan X8 və xx.xx.1991 ci il təvəllüdlü ünvan 2 ünvanda qeydiyyatda olan X7 anadan olmuşdur və hal-hazırda da, hər üç övladları qeyd olunan ünvanda qeydiyyatdadırlar. Ailələrinin böyük olmasını nəzərə alaraq, mənzil şəraitini yaxşılaşdırmaq qərarına gəlmişlər, həyat yoldaşı X4 və onun birgə nigah dövrü əldə etdiyi gəlirdən 2011-ci ildə Təfəkkür univerisitetinə qəbul olmuş və 1-ci kursda oxuyan heç bir yerdən gəliri olmayan, valideyinlərinin himayəsində yaşayan oğulları Cavabdeh adına mənzil almağı ailə üzvərinin razılığı əsasında razılaşmışlar. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.11.2007-ci il tarixli, seriya MH № ******* olan çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov küçəsində istifadədə olan 0.07129 ha torpaq sahəsində yerləşən 20 nömrəli, 9 mərtəbəli binanın girişində, 4-cü mərtəbəsində, 66.8 kv.m ümumi, 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 61 nömrəli mənzil tam mülkiyyət hüquqi üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 580 nömrəli reyestr kitabının 53307 nömrəli vərəqində qeydiyyata alınmış mənzili almaq qərarına gəlmişlər. X5 adına olan yaşayış evi (№ VOEN:********** olan) X1 vasitəçiliyi ilə 21 dekabr 2011-ci il tarixdə X9 ilə İddiaçı arasında mənzilin satış qiymətinin 69 000 (altmış doqquz min) ABŞ dollarına razılaşaraq, beh müqaviləsi bağlamış, 23 dekabr 2011-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında həmin mənzilin beh müqaviləsi ilə razılaşdırılmış qiymətə yəni 69 000 (altmış doqquz min) ABŞ dollarına tam ödəyərək, əvvəldən ailə üzvləri lə razılaşdırdıqları kimi oğlu Cavabdeh adına rəsmiləşdirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli, 01.11.2013-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən tam hüquq sahibliyi ilə oğlu X2 adına rəsmiləşdirilmişdir. İşin faktiki hallarından görünür ki, Cavabdeh mübahisləndirilən əmlakın alınması zamanı heç bir vəsait xərcləməmişdir. Eyni zamanda, iddiaçı olaraq onun tərəfindən əmlakın alınması üçün sərf edilmiş pul vəsaiti həyat yoldaşı X4 ilə birgə nikah dövründə əldə edilmiş qazanc hesabına alınmışdır. Ona görə də, bu mənzildə hər iki qız övladının Əliyeva Leyla (Sultanova) Böyükağa qızının və X6 həmin əmlakın alınmasında iştirakları olduğundan həmin əmlakdan pay almaq hüququna malikdirlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili isə gəlmişdir. Məhkəmə işə iddiaçının və 3cü şəxsin nümayəndəsinin iştirakları olmadan, hazırlıq icraatı mərhələsində məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili idida tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin mahiyyətindən müəyyən edilir ki, İddiaçı, ünvan 3 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus 61 saylı mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 31.01.2012-ci il qeydiyyat tarixli çıxarışı mübahisələndirir. İş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh adına sözügedən çıxarışın verilməsinə əsas olmuş sənəd, həmin mənzilin əvvəlki mülkiyyətçisi X9 ilə Cavabdeh arasında bağlanmış AN-İ seriyalı, ******* nömrəli “daşınmaz əmlakın alğısatqı müqaviləsi” olmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə qeyd edilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisə predmetini təşkil edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 31.01.2012-ci il qeydiyyat tarixli çıxarış mülki-hüquqi əqd (alğı-satqı müqaviləsi) əsasında verildiyindən, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmə eləcə də, qeyd edir ki, hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə müvafiq surətdə araşdırılarkən, iddiada cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi əvəzinə hazırda mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh göstərilmişdir. İddiaçıya formal xətaların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 48.1-ci maddələrinə müvafiq olaraq qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması, natamam faktiki məlumatların tamamlanması, eləcə də, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması barədə hüquqi yardım məktubu göndərilmiş, lakin, məhkəmə zərfi iddiaçı ünvanda olmadığından məhkəməyə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisənin məhkəmə aidiyyəti mülki məhkəmə icraatına aid olduğundan, iddiaçıya formal xətaların aradan qaldırılması üçün yenidən hüquqi yardım məktubu göndərilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddia tələbi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar