Məhkəmə qərarları › İş №2-1(112)-8965/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8965/2022

18.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8965/2022 18.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri İstintaq və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 və Katibliyin Satınalmalar iş şöbəsinin baş zabiti kapitan X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı “qərarın təqdim edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən dövlət satınalmalarının vahid internet portah üzərindənhəyata keçirilən “mebel inventarların satınalınması"na dair açıq tenderin nəticələsinə dair qərarının verilməsi barədə öhdəliyin cavabdehin və onun təşkil etmiş olduğu Tender Komissiyasının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətitərəfindən xx.xx.2022 - ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən maliyyələşməsi həyata keçirilən “mebel inventarların satınahnması”nadair dövlət satınalmalarının X3 açıq tenderin 37938 nömrəli müsabiqə üzrə keçirilməsi barədə elan verilmişdir. Şirkət sözügedən tendərə iştrakçı kimi qatılaraq müsabiqədə iştirak etmək üçün tələb edillən lazımı sənədləri internet portalı üzərindən Tender Komissiyasına təqdim etmişdir. Eyni zamanda Tender Komissiyası tərəfindən şərtlər toplusunda tələb olunan sənədlər təqdim edilməklə, komissiya tərəfindən verilən digər suallara qaşılıqlı olaraq zamanıda cavab verilmişdir. xx.xx.2022-ci il tarixdə 2 saylı iclas protokolu ilə tender üzrə zərfin açılışı zamanı ən az qiymət təklifi şirkətimiz tərəfindən verilməsi məlum olmuşdur. Bundan sonra Tender Komisiyası tərəfindən tenderin əsas şərtlər toplusunda göstərilmiş təkliflərin qüvvədə olma müddətinin bitməsinə 10 bank günü qalanadək iştirakçılar tərəfindən verilmiş təkliflərin qiymətləndirilməsini bitirməklə qərar qəbul edilməsi iclas protokolunda qeyd edilmişdir. xx.xx.2022-ci il tarixdə 2 saylı iclas protokolu ilə tender üzrə zərfin açılışından bu günə kimi tender komissiyasına X5 üzərindən etmiş olduqları müraciətlərin heç birinə cavab verilməmişdir. Belə ki, Tender Komissiyasına xx.xx.2022-ci il tarixdə saat 11:40-da dövlət satınalmalarının X6 ındaniştirakçı kimi “Salam hər vaxtiniz xeyir. Göndərilən protokolda ən az qiymət təklifi verən bizim şirkət olub. Bizə nə vaxt məlumat veriləcək qalib olduğumuz haqda? Əvvəlki tenderdə qəlib baxış keçirilmişdi fabrikə. Sonra müqavilə gəlmişdi. Əsas şərtlər toplusunda aprelin sonu çatdırma yazıldığına görə sənədləşmə tez olsun ki çatdıra bilək" tərəfımizdənelektron məktub göndərilmişdir. Komissiya bu müraciətimizə cavab verməmişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 16:53 -da dövlət satınalmalarının X3n “ Salam, Zərflərin açılmasından 28 iş günü keçməsinə baxmayaraq nəticəyə dair hər hansı bir qərar haqqında heç bir məlumat verilməyib. Dövlət satınalmalar haqqında qanunun 37 maddəsinin 3-cü bəndinə əsasən 30 bank iş gününün bitməsinə 10 gün qalmış nəticələr bilinməli idi. Qanunvericiliyə uygun olaraq nəfərdə tutulmuş müddətin gecikməsinin və tender nəticələrinin gecikməsi səbəbləri barədə ətraflı məlumat verilməsi məzmunlu məktub göndərilmişdir. Komissiya bu müraciətlərinə də cavab verməmişdir. xx.xx.2022-ci il tarixdə dövlət satınalmalarının X3n şirkətimizin iştirakçı olaraq verilmiş təklifinin tenderdən kənarlaşdırlması barədə məlumat yerləşdirilmişdir. Bir gün sonra, yəni xx.xx.2022-ci il tarixdə komissiya X3 şirkətimizin təklifinin kənarlaşdırılması barədə yerləşdirmiş olduğu məlumatı silərək yenidən zərflərin açılışı prosesinin getməsini qeyd etmişdir. Komissiya tərəfindən yol verilən mütəmadi pozğuntuların qarşısın almaq və ədalətli tender keçirilməsinə köməklik edilməsi barədə teleqramlar göndərilmişdir. Eyni zamanda dövlət satınalmalarının X3n tender Komissiyasına xx.xx.2022-ci il tarixdə saat 11:52-də belə bir müraciət edilmişdir ki, dünənki portalda olan məlumata görə M- KONTAKT MMC-nin tenderdən kənarlaşdırılması yazılmışdır, bugün səhər onun yenidən dəyişdirilib zərflərin açılışı yazıldı. Bu anlaşılmazlıgın səbəbinin izah edilməsi xahiş edilir. Komissiya bu müraciətə də cavab verməmişdir. Növbəti dəfə xx.xx.2022-ci il tarixdə saat 10:23 - də belə bir müraciət ediki, zərflərin açılışından aylar keçsə də, hələ də qərar barədə məlumat verilməyib. Bu müraciətə nəhayət ki, Komissiya tərəfindən xx.xx.2022-ci il tarixdə saat 11:07-də belə bir cavab göndərilmişdir: Hörmətli iddiaçı tezliklə tender proseduru barədə qərar veriləcəkdir. Tender Komissiyası tərəfindən kobud qanun pozğuntuları edilməklətender təkliflərinin yekununa dair əsaslandırılmış qərar hələ də bizlərə təqdim edilməmişdir.

3. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında Dövlət Sərhəd Xİdmətinin hərbi hissələrinin tikilməsi planlaşdırıldığını nəzərə alaraq bir çox maddi dəyərlilərin, eləcə də inventarlarının satınalması planlaşdırılmış, Dövlət satlnalmalarının X3 28 yanvar 2022-ci il tarixdə “Mebel inventarlarının satılnalması ilə bağlı” elektron açıq tender proseduru elan edilmişdir. Elan edilmiş açıq tender proseduru ilə bağlı maddi dəyərlilər üzrə Dövlət Sərhəd Xidmətinin saxlanılmasına dair büdcə xərc maddəsində olan maliyyə vəsaiti ilə bağlı yaranmış çətinliklə əlaqədar iş həcmi cədvəlində və əsas şərtlər toplusunda azaldılmalar edilmiş, portalda müvafiq bölmələrə yerləşdirilmiş, eyni zamanda bu dəyişikliklər barədə sual cavablar bölümündə bildirişlər yerləşdirilmişdir. İddiaçı MMC tərəfindən X5 vasitəsilə və telefon zənglərilə suallar verilmiş və mütəxəssislərin cavabları iddiaçıya, eyni zamanda digər iddiaçılara bildiriş formatında göndərilmişdir. Zərflərin açılışı zamanı İddiaçı MMC-nin tender təklifinin 1.240.903,09 manay, "xxxx" MMC-nin tender təklifinin 1.414.820,00 manat, "xxxx" MMC-nin tender təklifinin 1.581.255,08 manat olduğu məlum olmuşdur. İddiaçı MMC-nin tender təklifində dair təqdim etdiyi sənədlər öyrənilmiş, tender təklifinin qüvvədə olma müddəti zərflərin açıldığı gündən sonra 40 bank günü, "xxxx" ASC tərəfindən təqdim olunmuş SBGO/280222/265 nömrəli tender təklifinin təminatının qüvvədə olma müddətinin 61 bank günü (xx.xx.2022-ci il tarixə kimi) olduğu (70 bank günü olmalı halda) və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin tələbləri pozulduğu müəyyən edilmişdir. Daha sonra X5 vasitəsilə tender təklifinin təminatının qüvvdədə olma müddətinin uzadılması və ya yeni təminatın alınması Qanunun 36.1-ci maddəsinin 36.1-ci maddəsinə zidd olduğu bildirilmişdir. Həmin maddəyə əsasən, Tender təkliflərinə baxılmasını, onların qiymətləndirilməsini və müqayisəsini asanlaşdırmaq məqsədi ilə satınalan təşkilat malgöndərənlərdən (podratçılardan) öz tender təkliflərinə dair izahat verməsi üçün sorğu edə bilər. Qiymətlərin dəyişdirilməsi və formal tələblərə uyğun gəlməyən tender təklifinin həmin tələblərə uyğunlaşdırılmasına yönəldilmiş dəyişikliklər də daxil olmaqla, tender təklifinin mahiyyətini dəyişdirmək məqsədi daşıyan heç bir sorğuya, təklifə və ya icazəyə yol verilmir. “Mebel inventarlarının satınalması ilə bağlı” keçirilmiş tender prosedurunun müvafiq xərc maddəsinə uyğun maliyyə vəsaitinin yetərli olmaması səbəbindən maliyyələşdirilməsidayandırılmışdır. Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası “Dövlət satınalmaları” haqqında Azərbaycan Respublikası Qanunun 11.2-ci maddəsinin 3-cü halını rəhbər tutaraq elektron açıq tender prosedurunun ləğv edilməsi ilə bağlı qərar qəbul etmiş, razılaşdırlması məqsədilə 10 may 2022-ci il tarixli 50/424 nömrəli məktub Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmiş və Dövlət Nəzarət Xidməti tərəfindən 22 iyun 2022-ci il tarixli AİBNDX-11/11-5/1495s nömrəli məktubla təsdiqlənmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi iştirak etmir. Elektron məhkəmə portalı vasitəsilə təqdim edilmiş müraciətdə iclasın təxirə salınması xahiş edilir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndələri iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş edirlər.

6. Məhkəmə hesab edir ki, təqdim edilən sənədlər işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması üçün yetərlidir.

II. İddianın mümkünlüyü

7. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

8. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:

1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır...

10. Məhkəmə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

11. Dövlət Sərhəd Xidmətinin tələbatına uyğun olaraq Lot 53 “Mebel inventarları”nın satılnalması məqsədi ilə 02 mart 2022-ci il tarixdə keçirilmiş elekton açıq tender proseduru ilə bağlı tender təkliflərinin qiymətləndirilməsinə dair iclasın xx.xx.2022-ci il tarixli 146 nömrəli protokoluna əsasən tender təklidləri təhlil edilən zaman İddiaçı MMC-nin tender təklifinin qüvvədə olma müddətinin 40 bank günü, tender təklifinin təminatının ("xxxx" ASC tərəfindən təqdim olunmuş PB-OUT-01094-2022 nömrəli xx.xx.2022-ci il tarixli bank təminatı) qüvvədə olma müddətinin 61 bank günü olduğu müəyyən edilmişdir. Tender təklifi təminatının 9 (doqquz) bank günü az olduğundan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin, əsas şərtlər toplusunda tələb olunan mənşə sertifikatını təqdim etmədiyindən Qanunun 36.5.3-cü maddəsinin tələbləri pozulmuşdur. Həmin protokola əsasən Dövlət Sərhəd Xidmətinin saxlanması üzrə nəzərdə tutulmuş müvafiq xərc maddəsində olan maliyyə vəsaitinin yetərsiz olması səbəbilə müvafiq xərc maddəsi üzrə Dövlət Sərhəd Xidmətinə öhdəlik (borc) götürməmək məqsədilə tender predmetinin maliyyələşdirilməsi dayandırılmışdır. Bununla əlaqədar Lot 53 “Mebel inventarlarının” satınalması üzrə elektron açıq tender prosedurunun “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2ci maddəsinin tələblərinə uyğun olaraq dövlət mənafeyinin qorunması məqsədilə ləğv olunması barədə qərar qəbul olunmuşdur.

12. Həmin protokol üzrə tender komissiyyasının qərarı razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirlyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilmişdir. Xidmətin xx.xx.2022-ci il tarixli məktubu ilə mebel inventarlarının satın alınması məqsədilə elekton satınalma vasitəsilə keçirilmiş açıq tender prosedurundan müsabiqə predmetinin maliyyələşdirilməsinin dayandırılması səbəbindən bütün tendet təkliflərinin rədd edilməsinə dair tender komissiyasının qərarına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respyblikası Qanununun 11.2-ci maddəsinə əsasən etiraz edilmədiyi bildirilmişdir.

13. Odur ki, məhkəmə hesab edir ki, Lot 53 “Mebel inventarlarının” satınalması üzrə elektron açıq tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən ləğv olunduğundan iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.

14. Odur ki, iddiaçı cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır.

15. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması hüquqi müdafiəyə ehtiyacı olmadığından iddiaçının məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. İddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsini də məhkəmə mümkün hesab etmir.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar