Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-897/2020 28.01.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı “əmək pensiyası məbləğinin “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müəyyən edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ə N E T D İ : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə qarşı 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsində iddia qaldıraraq, ona pensiya təyin edərkən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçusunun pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dən dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifəsində uyğunlaşdırılması siyahısının 1.17 bəndinə əsasən Bakı şəhər X2 İcraiyyə Komitəsinin Aparatının Mənzil kooperativ idarə rəisinin müavini Bakı Şəhər İcra Hakimiyyəti aparatında bölmə rəhbərinin müavini vəzifəsinə uyğunlaşdırılmasına əsasən, hər il məzuniyyətə görə bir aylıq əmək haqqı miqdarında müavinət, qulluq stajina görə aylıq vəzifə maaşına 30% əlavəni, 3 vəzifə maaşı məbləğində mükafatı nəzərə alınmaqla müəyyən edilmiş orta əmək haqqının 80%-zi miqdarında təyin edilməsi və pensiya təyin edilməsində ona ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinin yaradılması barədə” **********0 saylı, 10 oktyabr 2019-cu il tarixli əmri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon və Səbail rayon şöbələrinin bazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsi yaradıldığından iddianın mümkün sayılıb-sayılmaması məsələsinə baxılması üçün məhkəmə iclasının vaxtı və yeri barədə məktub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı ərazi şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli (qərarı) əmri ilə güzəştli şərtlərlə yaşa görə pensiya təyinatına dair məsələlər xx.xx.2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edildiyindən 28 yanvar 2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclas protokoluna əsasən əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi iddiaçının razılığı ilə əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz edilmişdir. İşə Bakı İnzibati Məhkəməsində 2-1(112)-897/2020 nömrəsi ilə baxılmağa başlanılmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyədək cavabdeh inzibati orqana müraciətini təsdiq edən sübutu və eləcə də, cavabdehin imtina məktubu iş materiallarına əlavə edilmədiyindən 28 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılmışdır. 28 yanvar 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmuna uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, ona əvvəlki dövrdə əmək pensiyası təyin edilmiş və müəyyən dövr üçün pensiya ödənişləri aparılmışdır. Təyin edilmiş əmək pensiyasının məbləği hesablanarkən iddia tələbində qeyd etdiyi hallar nəzərə alınmadığından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətinə rəsmi olaraq cavab verilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə ünvanladığı yazılı ərizəsi sadə poçt göndərişi ilə göndərildiyindən ərizənin sonuncuya təqdim edilməsini təsdiq edən xəbərnaməni iş materiallarına əlavə etmək mümkün olmamışdır. İddia ərizəsində qaldırdığı məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə yazılı qaydada müraciət etməmişdir. İddiaçı izahatının sonunda işə mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya dair 27 yanvar 2020-ci il tarixli, **********2 nömrəli etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı qaldırdığı məsələ ilə bağlı məhkəməyədək nə əsl olmayan cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə, nə də sonradan əsl cavabdeh kimi məhkəmə icraatına cəlb edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməsini təsdiq edən sübutunu və həmin orqanların hər hansı birinin imtina məktubunu məhkəməyə təqdim edə bilmədiyinə görə, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının əsl və əsl olmayan cavabdeh tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. İşin yuxarıda qeyd edilən hallarına əsasən iddia mümkün sayılmadığından, iddiaçıya izah edilir ki, hazırki iddia tələbində qaldırdığı məsələlərin həlli üçün qanunvericiliklə zəruri hesab edilən sənədləri ərizəsinə əlavə etməklə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etməli, əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəmədə yenidən iddia qaldırmaq hüquqlarından istifadə edə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması ilə bağlı məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-897/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-897/2020
28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver