Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8972/2022 22.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı kirayə pulu ilə təmin olunması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Başçısının 330 №-li xx.xx.2021-ci il tarixli sərəncamı ilə o, 4 nəfər ailə tərkibilə xx.xx.2017-ci il tarixindən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Lakin kirayədə yaşasa da ona kirayə haqqı ödənilmir. xx.xx.2022-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmişdir. Lakin müraciətinə Ş-21-068 №-li, xx.xx.2022-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 26 may 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Bakı şəhəri Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhər Cavabdeh nümayəndəsi X10 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildə, Qobustan rayonu, Nərimankənd kəndində doğulmuşdur. AZE seriyalı 13276015 №li li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X1 xx.xx.1976-cı ildə Şamaxı rayonunda doğulmuşdur. Vİİ-ЖГ seriyalı 379599 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.1999-cu ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1999-cu ilin oktyabr ayının 02 günündə 20 nömrə ilə qeyd edilmişdir. Nikah bağlanandan sonra ərə Şaqavatov, arvada Şaqavatova soyadı verilmişdir. AZE seriyalı 12378220 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 xx.xx.2002-ci ildə, Qobustan rayonunda doğulmuşdur. AZE seriyalı 12288956 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx.xx.2004-cü ildə, Qobustan rayonunda doğulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik” səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Bakı şəhəri 03 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, kirayə verən X9 ilə kirayəçi İddiaçı arasında bağlanmış 28 iyun 2019-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)”dən müəyyən olunur ki, kirayə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 173 kv/m., yaşayış sahəsi 117,3 kv/m., yardımçı sahəsi 55,7 kv/m. olan 9 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsindən aşağıda göstərilən hissəsi (hissələri 1/8 hissəsi) kirayə verilmişdir. Kirayə verilən sahənin istifadəsinə görə “Kirayə götürən” İddiaçı Kinnyaz oğlu “kirayə verən” X2 aylıq 400 manat (dörd yüz manat) kirayə haqqı ödəyir. İddiaçının hazırkı tələblə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, yaşayış yeri üzrə Cavabdeh Başçısının xx.xx.2021-ci il tarixli, 330 nömrəli sərəncamı əsasında xx.xx.2017-ci tarixindən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısına daxil edilmişdir. Kirayə haqqı “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yalnız ehtiyatda olan hərbi qulluqçu kimi mənzil uçot siyahısına alınan vətəndaşlara ödənilir. Xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil uçot siyahısında olduğundan ona kirayə haqqı ödənilməsi ilə bağlı xahişinin yerinə yetirilməsi mümkün deyildir. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; Bakı şəhəri Cavabdeh 1278/d nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş; - Cavabdeh Başçısının xx.xx.2017-ci il tarixli, 338 nömrəli sərəncamının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür və ehtiyatda olan gizir kimi mənzil uçot siyahısına alınmışdır. - 142 №-li xx.xx.2020-ci il tarixli sərəncamı ilə İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılaraq, Cavabdeh Başçısının 338 nömrəli, xx.xx.2017-ci il tarixli Sərəncamı ləğv olunmuşdur. - 245 №-li xx.xx.2020-ci il tarixli sərəncamla İddiaçı 4 nəfər ailə tərkibi (özü, arvadı Şaqavatova Atlas, qızı Şaqavatova Roza, qızı Şaqavatova Aysu) ilə yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülmüş və İİ qrup ümumi əlillərin güzəştli mənzil-uçot siyahısına daxil olmuşdur. - 330 №-li, xx.xx.2020-ci il tarixli sərəncamla Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 245 nömrəli sərəncama dəyişiklik edilmiş, İddiaçı mənzil növbəsi xx.xx.2017-ci il tarixdən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil-uçot siyahısına keçirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilmiş 1583 №-li, xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 1977-ci il təvəllüdlü ehtiyatda olan gizir İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158-ci maddəsinin “b” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum olunduğu üçün) əsasən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. İddia mümkündür. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı müvəqqəti mənzilin kirayəsi üçün kirayə pulunun ödənilməsini xahiş etmiş, cavabdeh iddiaçının müraciətindən imtina etmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə kirayə pulunun ona ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin; - 1-ci bəndinin birinci cümləsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. - 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). - 10-cu bəndinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində –75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. Həmin Qərarın 2-ci bəndində qeyd edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bakı şəhər Cavabdeh Başçısının 330 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı ilə Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 245 nömrəli sərəncamına dəyişiklik edilərək, İddiaçı mənzil növbəsinin xx.xx.2017-ci il tarixdən xidməti vəzifəsini yerinə yetirərkən əlil olanların güzəştli mənzil-uçot siyahısına keçirildiyni və onun ehtiyatda olan gizir kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon İdarəsində hərbi qeydiyyatda olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı ailə üzvləri ilə birgə yaşayış sahəsi ilə təmin olunanadək cavabdeh tərəfindən kirayə haqqı ilə təmin olunmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ailə üzvləri (arvadı xx.xx.1976-cı il təvəllüdlü X1; qızı xx.xx.2002-ci il təvəllüdlü X7 və qızı xx.xx.2004-cü il təvəllüdlü X8) ilə birlikdə yaşayış sahəsi ilə təmin olunanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li, xx.xx.2012-ci il tarixli Qərarına uyğun olaraq kirayə haqqı ilə təmin olunması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-8972/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8972/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver