Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8974/2023 26.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı əmək pensiyasının yendiən hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddia tələbi “Laçın rayonunda yerləşən X5 Mallar Mağazasında işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin aidiyyəti qurum tərəfindən pensiya təyin edilərkən iddiaçının iş stajı düzgün nəzərə alınmamış, müəyyən dövrlər sosial iş stajına daxil edilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş “Güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında” xx.xx.2022-ci il tarifdi imtina məktubunda Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1993-cü il tarixində açılmış əmək kitabı səhifələrində xx.xx.1982xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın rayonu “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifədə işlədiyi qeyd olunmuş və buna dair arxiv olunmuşdur. Lakin Laçın rayon Dövlət Arxivinin arayışında bildirilmişdir ki, xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixinə kimi Laçın rayonu “Raypo” İstehlak Cəmiyyətində müdir və satıcı işləməyi barədə arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğal altında qaldığı qeyd olunmuşdur. Qeyd oluan səbəbdən arxiv arayışım təqdim edə bilmədiyindən cavabdeh iddiaçıya imtina vermişdir. Halbuki DSMF tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4-cü maddəsində qeyd edildiyi kimi “Sosial sığorta haqqında” qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasmda işləyənlərin 2006- cı il yanvarın 1-dək olan dövr üzrə iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və dövlət arxivinin arayışı) həmin sənədlərin mötəbərliyinə əsaslı şübhəli olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçı inzibati orqanın bu qərarı ilə razı deyil. İddiaçı onkoloji xəstədir. Mədəsi əməliyyatla götürülüb.
4. Cavabdehin məhkəməyə təqdim etdiyi etirazda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edilmişdir ki, icraatında olan 2-1(112)-8974/2023 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, 1982-1992-ci illərdə işlədiyi dövrün əmək stajına daxil edilərək güzəştli şərtlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiçaya bildirilmişdir ki, 25 oktyabr 1993-cü il tarixində açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyinin qeyd olunduğunu, lakin xx.xx.1982-ci il tarixinə aid qeydin həmin tarixdə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından müraciəti müsbət həll etmək mümkün olmamışdır. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi dövləri nəzərə alaraq güzəşt şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanmasını məhkəmədən xahiş etmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələr" də həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələr və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 1996ci il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itdikdə, yararsız hala salındıqda, işçi işə yenidən bərpa edildikdə qanunvericiliklə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Həmin qaydaların 7.1-ci bəndinə əsasən bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. Həmin qanunun 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxivinin 20 iyul 2022-ci il 23 nömrəli məktubunda bildirilir ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehiak Cəmiyyətində müdir- satıcı vəzifəsində işləməsi ilə bağlı arxiv sənədləri 18 may 1992-ci il Ermənistan silahlı qüvvələrinin işğalı ilə əlaqədar işğalda qalmışdır. İş materiallarında görünür ki, 25 oktyabr 1993-cü ildə açılmışdır, xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir- satıcı vəzifəsində işlədiyini iddia etdiyi dövrlərin arxiv sənədləri olmadığı halda hansı əsaslarla əmək kitabçasına qeyd edildiyi əsaslı şübhələr yaradır. Beləliklə, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehiak Cəmiyyətində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmadığından həmin dövrləri nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunamüvafiq hesab edilmir.
5. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının yenidən hesablanmasının mümkün olmaması haqqında məktubda qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən iddiaçıya 7 yanvar 2022-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 1 iyun 2021-ci il tarixindən hesablanmışdır. Eyni zamanda bildirilmişdir ki, Mərkəzii Filiala təqdim etdiyini 25 oktyabr 1993-cü il tarixində ИТ-İ ******* nömrəli əmək kitabçasının 42 və 43-cü səhifələrində xx.xx.1982-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işlədiyi qeyd olunub. Göründüyü kimi, xx.xx.1982-ci il tarixinə aid qeydin həmin taridə mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Bu səbəblərdən də həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının ərizəsində göstərdiyi əsaslarla yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
6. Cavbdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli fərdi şəxsi hesabı haqqında məktubda qeyd edilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı il 1 yanvar tarixdən başlayaraq aparıldığından 2006-cı il tarixdən əvvəlki dövrlər üzrə məlumatlarının təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4-cü maddəsində qeyd edildiyi kimi “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin 2006-cı il yanvarın 1-dək olan dövr üzrə iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir.
7. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçının xx.xx.1982-ci ildən xx.xx.1992-ci il tarixə kimi Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir və satıcı işlətməyi barədə arxiv sənədləri 1992-ci il may ayının 18-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar işğalda qalıb.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********0 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarda qeyd edilmişdir ki, pensiya hüququnun yarandığı tarixi xx.xx.2021-ci il tarixindən 282,83 pensiya məbləği təyin edilmişdir. (Ümumi iş stajı – 25 il 22 gün, güzəştli iş stajı – 17 il 7 ay 3 gün)
9. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X3 Rəhbəri tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, həqqiətə işğala qədər Laçın rayonunda yerləşən “X5 mallar” mağzası Azərittifaqın tabeliyində olmuşdur. Hal-hazırda həmin ticarət obyeti X2 görünür. İşğal dövründə bütün obyektlər və sənədlər erməni işğalçıları tərəfindən məhv edildiyi üçün 1961-ci il təvəllüdlü İddiaçı həmin müəssisədə işləyib-işləməməsi barədə məlumat təqdim edə bilməmişdirlər.
10. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti baçısı aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən Laçın Rayonu İcra Hakimiyyəti başçısının Şəlvə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023cü il tarixli, 5-64/46-3-2-237/2023 nömrəli arayışına bildirilmişdir ki, Laçın rayonunun Şəlvə kənd ərazi dairəsinin Şəlvə kəndində daimi qeydiyyatda olan İddiaçı həqiqətən 1992-ci il 18 may tarixədək mövcud olmuş Laçın Rayon İstehlak Cəmiyyətinin “X5 mallar mağazası”nda 1982-1992-ci illərdə müdir-satıcı vəzifəsində işləmişdir. Laçın Rayon İstehlak Cəmiyyətinin 1982-1992-ci illərdəki fəaliyyətinə dair sənədləri 1992-ci ilin may ayında Laçın rayonu ərazisinin bütünlüklə erməni silahlı quldur dəstələri tərəfindən işğalı zamanı işğal zonasında qalmış və erməni vandalları tərəfindən məhv edilmişdir.
11. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
13. İddia öhdəliyin icrası növündə iddiadır.
14. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Cavabdehin imtinasının (etiraz) əsas dəlili olaraq bildirilmişdir ki, xx.xx.1982 – xx.xx.1992ci il tarixləri arasındakı dövr ərzində “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı işlədiyi dövrü mövcud olmayan Azərbaycan Respublikasına aid etibarsız möhürlə təsdiqlənməsi yuxarıda qeyd olunan dövrə dair məlumatların həqiqiliyinə əsaslı şübhələr yaratdığından həmin dövrü sosial sığorta stajına daxil etmək mümkün deyildir.
18. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Laçın Rayonu İcra Hakimiyyəti baçısı aparatının məktubu ilə Azərbaycan Respublikası Laçın rayon İcra Hakimiyyəti başçısının Şəlvə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı təqdim edilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, iddiaçı həqiqətən Şəlvə kənd mağazasında müdir-satıcı vəzifəsində işləmişdir.
19. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Laçın rayon “Raypo” İstehlak Cəmiyyətində müdir-satıcı vəzifəsində işləməyi əmək kitabçası ilə birlikdə Laçın rayon İcra Hakimiyyəti başçısının Şəlvə kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı ilə də təsdiq olunmuşdur. Odur ki, həmin dövrün iddiaçının sosial sığorta stajına əlavə edilərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün qanuni əsas mövcuddur.
20. Odur ki, cavabdeh qurumun iddiaçıya xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək faktiki olaraq mövcud olan sosial sığorta stajını nəzərə almaması qanuni hesab edilə bilməz. Belə ki, faktiki olaraq iddiaçının işlədiyi dövr həm iddiaçının əmək kitabçasında olan qeyd ilə, həm də məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arayışla təsdiq olunmuşdur. İnzibati orqanın heç bir araşdırma aparmadan iddiaçının əmək pensiyasının yenidən hesablanması tələbinə imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi hesab edilməlidir.
21. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
22. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
23. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
24. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva