Məhkəmə qərarları › İş №2-1(112)-8974/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8974/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8974/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək barəsində yeni məlumat vərəqinin tərtib olunaraq (Prezident əlavəsi və yüksəkliyə görə əlavə göstərilməklə) DSMF-yə göndərilməsi vəzifəsinin cavabdeh AR Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2003-cü il tarixdən AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlamış və AR Müdafiə Nazirinin xx.xx.2024-cü il tarixli, 057 №-li əmrinə əsasən N №-li hərbi hissə komandirinin N №-li, xx.xx.2024-cü il tarixli əmrilə xx.xx.2024-cü il tarixdən “mayor” hərbi rütbəsində hərbi hissənin “Nizami hissə rəisi” vəzifəsindən “Hərbi XidmətKeçmə Haqqında Əsasnamə”nin 157-ci maddəsinin “B” bəndinə (“xəstəliyə görə” ) müvafiq olaraq istefaya buraxılmışdır. O N №-li hərbi hissənin “Nizami hissə rəisi” vəzifəsində xidmət keçərkən xx.xx.2023- cü il tarixdə komanda üzrə raportla müraciət edərək “Hərbi XidmətKeçmə Haqqında Əsasnamə” nin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı xahiş etmişdir. Lakin yuxarı komandanlıq tərəfindən onun ehtiyata buraxılmağı süni şəkildə uzadılmışdır. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılmaqdan əvvəl hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına şəhadətləndirilmək üçün göndərilmiş, Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə şəhadətləndirilmiş və hərbi xidmətə yararsız hesab edilmişdir. Hərbi hissə komandanlığı bu dəfə də onu hərbi xidmətə yararsız olduğuna görə ehtiyata buraxılmağı üçün müvafiq prosessual hərəkətlər etməmiş, yalnız iddiaçının israrlı təkidlərindən sonra AR Müdafiə Nazirliyinə hərbi hissə tərəfindən ehtiyata buraxılmağı üçün təqdimat göndərilmiş və onun istefaya buraxılmağı barədə AR Müdafiə Naziri xx.xx.2024-cü il tarixli müvafiq əmr imzalamışdır. Hərbi xidmətdən vaxtında ehtiyata buraxılmadığına görə o yüksək məbləğdə əmək pensiyası almaq hüququndan məhrum olmuşdur. Belə ki, iddiaçının xidmət keçdiyi N №-li hərbi hissə xx.xx.2023-cü ilədək Kəlbəcər rayonun Çopurlu yaşayış məntəqəsində yerləşirdi və hərbi hissənin hərbi qulluqçularına (o, cümlədən iddiaçıya) Prezident əlavəsi və yüksəkliyə görə əlavə ödənilirdi. Lakin hərbi hissə xx.xx.2023-cü il tarixdə yeni dislokasiya yerində (Şəmkir şəhəri) fəaliyyətə başladı və Prezident əlavəsinin və yüksəkliyə görə əlavənin ödənilməsi də dayandırılmışdır. Məlumdur ki, hərbi qulluqçulara əmək pensiyası onlara ehtiyata buraxıldığı an aldıqları aylıq pul təminatının növləri nəzərə alınmaqla təyin edilir. Lakin ehtiyata (istefaya) buraxılmağı hərbi hissə komandanlığı tərəfindən vaxtında rəsmiləşdirilmədiyinə görə o hərbi hissənin yeni dislokasiya уerinə köçdükdən sonra ehtiyata (istefaya) buraxılmışdır. Və yeni dislokasiya yerində Prezident əlavəsi və yüksəkliyə görə əlavə iddiaçıya ödənilmədiyinə görə bu əlavələr onun pensiya təyin olunması üçün DSMF-yə göndərilən məlumat vərəqində öz əksini tapmamışdır. İddiaçının AR Silahlı Qüvvələrində vaxtında ehtiyata (istefaya) buraxılmamağı və nəticədə müvafiq əlavələrin əmək pensiyasına daxil edilməməsi faktına görə müvafiq inzibati araşdırma aparılması və barəsində yeni məlumat vərəqinin tərtib olunaraq (Prezident əlavəsi və yüksəkliyə görə əlavə göstərilməklə) DSMF-yə göndərilməsində köməklik göstərilməsi xahişi ilə iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin AR Müdafiə Nazirliyi tərəfindən ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtinanı əsassız və qanunsuz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı istefada olan mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 057 nömrəli 15 yanvar 2024-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında “ Əsasnamənin 157-cı maddəsinin ”b” bəndinə (xəstəliyə görə) müvafiq olaraq N nömrəli hərbi hissənin nizami hissə rəisi vəzifəsindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq hərbi hissə komandirinin N nömrəli 06 aprel 2024-cü il tarixli əmrilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmışdır. İddiaçı həqiqi hərbi xidmətdən buraxıldığı günə, yəni xx.xx.2024-cü il tarixə, təminat xərcliyi (pul təminatı) xx.xx.2024-ci il tarixdə N nömrəli hərbi hissədən verilmiş MN N nömrəli "pul attestatı"nda olan məlumatlara əsasən: vəzifə maaşı - 700,00 manat, rütbə maaşı - 150,00 manat, xidmət illərinə görə 25 faiz əlavə - 2N,50 manat, Prezident əlavəsi 20 faiz - 140, manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası isə 64,00 manat təşkil etmişdir. Bu səbəbdən qeyd etdiyimiz məlumatlar tərəfimizdən tərtib olunmuş MN-21592 nömrəli xx.xx.2024-ci il tarixli "məlumat vərəqi"ndə əks olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara-Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır.Bu səbəbdən də, iddiaçı ehtiyatda olan mayor İddiaçı pensiya təyin olunması üçün tutduğu sonuncu vəzifənin, yəni N nömrəli hərbi hissənin nizami hissə rəisi vəzifəsinin, təminat xərcliyi barədə məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq bildiririk ki, İddiaçı pensiyasının yenidən hesablanması üçün yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 göndərilməsi tələbi qanuna müvafiq deyildir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı N nömrəli hərbi hissənin nizami hissə rəisi vəzifəsi üzrə təminat xərcliyini əks etdirən yeni məlumat vərəqinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 göndərilməsi tələbinin əsassız olduğuna görə rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə olunmuş N nömrəli hərbi hissənin nizami hissə üzrə rəisi mayor İddiaçı xx.xx.2023-cü il tarixli hərbi hissənin komandirinə ünvanladığı raportunda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağım üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli 1N30 nömrəli İddiaçı haqqında xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı. "Xəstəliklər cədvəli"nin 13a, 43c, 44c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikas, Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli N nömrəli N nömrəli Hərbi Hissə Komandirinin ƏMRİ-ndən çıxarışa əsasən N nömrəli hərbi hissənin nizami hissə rəisi mayor İddiaçı, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilməsi, 2023-cü ilin hesabından 43 (qırx üç) təqvim günü, 2024-cü ilin hesabından 11 (on bir) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə. 06 aprel 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinə göndərilməsi, mayor İddiaçı 2024-cü ilin yanvar-fevral aylarındakı xidmətinə göndərilməsi, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatı tam həcmdə ödənilməsi, mayor İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq vəzifə və rütbə maaşının beş misli miqdarında birdəfəlik pul müavinətin və 2024-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilməsi, 2024-cü ilin növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməsi qərara alınmışdır.Əsas: Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 057 nömrəli əmrindən çıxarış (daxilolma № 14) və üzülüşmə vərəqəsi № 1. İş materiallarına əlavə olunmuş Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 11.03..2024-cü il tarixli 3-25-19/2-Y-3xx-xx/2024 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 1-ci bəndində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər- Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması müəyyən edilmişdir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Yuxarıda göstərilənlərə əsasən bildiririk ki, Sizə Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə əmək pensiyasının təyin ounması məqsədi ilə tərəfimizdən tərtib ediləcək “Məlumat vərəqi”ndə Sizin hərbi xidmətdən buraxıldığınız günə tutduğunuz sonuncu vəzifə üzrə aldığınız təminat xərcliyiniz (pul təminatı) və xidmət müddətləri haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X5 təqdim ediləcəkdir. Əlavə olaraq bildiririrk ki, müraciətinizdə qeyd etdiyiniz digər məsələlərlə bağlı, o cümlədən yuxarı komandanlığına təqdim etdiyiniz raporta əsasən ehtiyata buraxılmamağınızın səbəbin öyrənilməsi və bu faktla bağlı inzibati araşdırılmasının təşkil edilməsi üçün Sizə aidiyyəti üzrə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş idarəsinə və Hüquq İdarəsinə müraciət etməyiniz məsləhət görülür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üzrə yeni məlumat vərəqinin tərtib edilməsi bağlı hərəkətlər isə öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. İşin hallarından görünür ki, N nömrəli hərbi hissənin nizami hissə üzrə rəisi mayor İddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 057 nömrəli əmri ilə Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 157-ci maddəsinin "b" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmış, N nömrəli Hərbi Hissə Komandirinin xx.xx.2024-cü il tarixli N nömrəli əmri ilə 06 aprel 2024-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə istinad edərək iddiaçının ehtiyata buraxılarkən son tutduğu vəzifənin təminat xərcliyinə uyğun olaraq məlumat vərəqi tərtib etmiş və pensiya təyinatı üçün Dövlət Sosial Müdafiə Fonduna göndərmişdir. Hazırkı iddiasında iddiaçı xx.xx.2023-cü il tarixli raportla cavabdehə müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırdığını, lakin raportuna vaxtında baxılmadığı, müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 057 nömrəli əmri ilə ehtiyata buraxıldığını, ehtiyata buraxılan zaman isə yüksək məbləğdə əmək haqqı əsasında məlumat vərəqinin tərtib olunaraq pensiya təyinatı üçün müvafiq quruma göndərilmədiyini iddia edir. Belə ki, iddiaçının ehtiyata buraxılma üçün may 2023-cü ildə vəsatət qaldırarkən xidmət keçdiyi hərbi hissə xx.xx.2023-cü ilədək Kəlbəcər rayonun Çopurlu yaşayış məntəqəsində yerləşmiş və hərbi hissənin hərbi qulluqçularına əlavələr ödənilmişdir. Lakin ehtiyata buraxılma barədə əmr verildiyi zaman hərbi hissə yeni dislokasiya yerində fəaliyyətə başlamış və bu əsasdan hərbi qulluqçulara qeyd edilən əlavələrin ödənilməsi dayandırılmışdır. Belə olan halda iddiaçı ona həmin dövrdə əlavələr nəzərə alınmaqla yeni məlumat vərəqinin verilməsini mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli raportla cavabdehə müraciət həqiqi hərbi xidmətdən öz arzusu ilə ehtiyata buraxılmağı barədə vəsatət qaldırmış olsa da ehtiyata buraxılmamış, raportuna vaxtında baxılmaması və ya ehtiyata buraxılmaması ilə bağlı hərəkətsizlik göstərilməsindən şikayət etməmiş, məhkəmədə müvafiq iddia qaldırmamışdır. İddiaçının ehtiyata buraxılmağı müdafiə nazirinin xx.xx.2024-cü il tarixli 057 nömrəli əmri ilə olmuş, eyni zamanda hərbi xidmətdən buraxılmanın səbəbi öz arzusu ilə deyil, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli şəhadətləndirməsindən sonra xəstəliyə görə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - digər qurumlarla yanaşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Göründüyü kimi qanunvericilik bir qayda olaraq təminat xərcliyinin hesablanmasını hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə -yəni ehtiyata buraxılarkən son tutduğu vəzifəyə uyğun aldıqları vəzifə maaşı və əlavələrin məbləğindən (sonrakı artımlar da nəzərə alınmaqla) hesablamanı tələb edir. Cavabdeh inzibati orqan iddiaçının ehtiyata buxarıldığı günə fevral 2024-cü il tarixə pul attestatını hesablamış və həmin pul attestatına müvafiq olaraq xx.xx.2024-cü il tarixli məlumat vərəqi tərtib etmişdir. Beləliklə, iddiaçı barəsində məlumat vərəqinin məhz ehtiyata buraxılarkən sonuncu tutduğu vəzifənin təminat xərcliyindən hesablamanın aparılması qanunvericiliyin sadalanan tələblərinə uyğun olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçı ilə bağlı ƏPQ-nun yuxarıda qeyd edilən 20.18-ci maddəsinin dispozisiya şərtləri mövcud olmadığından iddiaçının keçmiş dövr təminat xərcliyi əsasında yeni məlumat vərəqəsini tələb etmək hüququ da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “yeni məlumat vərəqəsinin tərtib olunması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar