Məhkəmə qərarları › İş №2-1(112)-8976/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8976/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8976/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 01 sentyabr 1979-cu ildə 11 №-li Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş, 1982-ci ildə həmin məktəbi bitirmişdir. xx.xx.1982-ci il tarixində Azərbaycan SSR Leninpromstroy Trestinin AE X5 Kontoruna 3-dərəcəli qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1982-ci il tarixində ona qaz qaynaqçısının 4-cü dərəcəsi verilmişdir. 20 oktyabr 1983-cü il tarixində həqiqi hərbi xidmətə çağırılmış, 17 noyabr 1985-ci il tarixində Sovet ordusu sıralarından təxris olunmuşdur. Hərbi xidmətdə olduğu dövrdə müxtəlif sahələrdə elektrik və qaz qaynaqçısı peşəsində işləmişdir. 18 noyabr 1985-ci il tarixindən xx.xx.1987-ci il tarixindək müxtəlif yerlərdə qaz qaynaqçısı vəzifəsində çalışmışdır. xx.xx.1988-ci il tarixində Bakı Xüsusi avtomobillər zavoduna “Buxar mexanikini qüvvəyə çevirən təsərrüfat sahəsinə dördüncü dərəcəli qaz qaynaqçısı kimi işə götürülmüş, xx.xx.1995-ci il tarixinədək qaz qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1995-ci ildə “Nəqliyyat sexinə sürücü kimi köçürülmüş, xx.xx.1998-ci il tarixinədək həmin vəzifədə işləmişdir. xx.xx.1998-ci ildən Dənizdə Neft və Qaz Hasilatı üzrə Bakı Texnoloji Nəqliyyat İdarəsinə B, C kateqoriyaları üzrə sürücü kimi işə qəbul olunmuşdur. xx.xx.2014-cü il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.2014-cü il tarixində ARDNŞ Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentinin 3 saylı avtomobil dəstəsinə sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Hal-hazırda avtomobil sürücüsü peşəsində işləyir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Onun 30 ildən çox əmək stajı vardır. Bu stajın 12 il 6 ayından çoxunu zərərli iş şəraitində işləmişdir. İddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin etmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmiş, İdarə onun 01 yanvar 2006-cı il tarixindək güzəştli iş stajının 12 il 6 aydan az olmasını əsas gətirərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Halbuki, onun güzəştli iş stajı 10 il 10 ay 27 gün yox, 12 il 11 ay 27 gündür. Belə ki, o, hərbi xidmətdə olduğu dövlərdə müxtəlif yerlərdə elektrik və qaz qaynaqçısı peşəsində işləmişdir. Ona görə də həmin dövr də onun güzəştli iş stajına daxil edilməlidir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, onun 25 ildən çox əmək stajı vardır. Bu stajın 12 il 6 ayından çoxunu zərərli iş şəraitində işləmişdir. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcuddur. Onun güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olduğu halda cavabdeh orqan ona pensiya təyin etməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, bu öhdəlik cavabdeh orqanın üzərinə məhkəmə qərarı əsasında qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 dekabr 2021-ci il tarixində daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək həmin Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetini 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 27 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşmə verərək onun 57 yaşının tamam olduğu gündən, yəni xx.xx.2021-ci tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş B 822531 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhəri 11 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1982-ci ildə elektrik qaz qaynaqçısı peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə hərbi xidmətə çağırılmış, xx.xx.1985-ci ildə tərxis edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə Azərbaycan SSR Leninpromstroy Trestinin AE X1 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1982-ci ildə elektrik qaz qaynaqçısının 4-cü dərəcəsi verilmiş, xx.xx.1983cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 24994 saylı Hərbi Hissədə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildə Bakı Xüsusi avtomobillər zavodunda buxarı mexaniki qüvvəyə çevirən təsərrüfat sahəsinə dördüncü dərəcəli qaz qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1988ci ildə qaz qaynaqçısının beşinci dərəcəsi verilmiş, xx.xx.1993-cü ildə zavodun adı Bakı Avtomobillər Zavodu adına dəyişdirilmiş, xx.xx.1995-ci ildə Nəqliyyat sexinə sürücü kimi köçürülmüş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci ildən Dənizdə Neft və Qaz Hasilatı üzrə Bakı Texnoloji Nəqliyyat İdarəsinə B, C kateqoriyaları üzrə sürücü kimi işə qəbul edilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsinin 4 saylı Texnoloji Nəqliyyat Departamentində 3 saylı avtomobil dəstəsinə 4-cü dərəcəli sürücü peşəsinə işə qəbul edilmiş, hal-hazırda avtomobil sürücüsü peşəsində işləyir (xx.xx.2021-ci il əmək kitabçası qeydinə əsasən). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2011-ci il tarixli, H-12696/25 arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o, həqiqətən 1979-cu il tarixində 11 №-li Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş və 1982-ci ildə həmin məktəbi əyani formada bitirmişdir İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, DA-01526-2021 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyi X3nun sənədləri arxivə dövlət mühafizəsinə verilməyib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli güzəştli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1988-ci ildə “Bakı İxtisaslaşdırılmış Avtomobillər” zavoduna İstilik-Təchizat sahəsinə 4 (dördüncü) dər. elektroqaz qaynaqçısı kimi işə qəbul edilmişdir (Əmr 13k xx.xx.1988-ci il); xx.xx.1988-ci il tarixdən 5 (beşinci) dər. el. qaz qaynaqçısı işi verilib (Əmr 224K xx.xx.1988-ci il); xx.xx.1992-ci il tarixdən 6 (altıncı) el. qaz qaynaqçısı işi verilib (Əmr 125K xx.xx.1992-ci il); xx.xx.1995-ci ildə Nəqliyyat sexinə sürücü kimi işə keçirilmişdir (Əmr 6k xx.xx.1995-ci il); xx.xx.1998-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr 29 k xx.xx.1998-ci il); İşlədiyi vaxtda onun əməyi zərərli şəraitə uyğun ödənilmişdir və əlavə məzuniyyət verilmişdir. Bu işlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarın 11 saylı siyahısının XXXİİİ bölmənin 23200000-19906 kodlu ixtisasına uyğun gəldiyi üçün İddiaçı Sali oğluna 11 saylı siyahı üzrə güzəştli təqaüdə çıxmağa imkan verir. xx.xx.1993-cü il tarixdən 212 saylı əmrlə “Bakı İxtisaslaşdırılmış Avtomobillər" Zavodu - “Bakı Avtomobil zavodu” adlandırılmışdır. xx.xx.2002-ci il tarixdən 4 saylı əmrlə “Bakı Avtomobil zavodu” "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Arxiv arayışı arxiv sənədlərinə əsasən verilir. Təqdim edilmiş inzibati icraat materiallarından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə 57 yaş üçün pensiya təyin edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2022-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetini 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, sizin 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 10 ay 27 gün (xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasının əsası iddiaçının güzəştli iş stajının qanunla tələb olunan müddətdən az olması ilə bağlı olmuşdur. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2.Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşin hallarından görünür ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet, diplom və əmək kitabçasının surətinə əsasən xx.xx.1979-xx.xx.1982-ci tarixədək təhsil dövrü 02 il 10 ay 17 gün, xx.xx.1983-xx.xx.1985-ci ilədək hərbi xidmət dövrü 02 il 27 gün, əmək fəaliyyəti dövrü xx.xx.1982-xx.xx.1983-cü ilədək 01 il 02 ay 15 gün, xx.xx.1985xx.xx.1987-ci ilədək 02 il, xx.xx.1988-xx.xx.1998-ci ilədək 10 il 04 ay 23 gün, xx.xx.1998xx.xx.2006-cı il tarixədək 07 il 25 gün olmaqla ümumilikdə 25 il 07 ay 17 gün təşkil edir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—11620 qaz qaynaqçıları, 23200000— 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşələr kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1982-ci ildə Azərbaycan SSR Leninpromstroy Trestinin AE X1 3-cü dərəcəli elektrik qaz qaynaqçısı kimi işə qəbul edilmiş, xx.xx.1982-ci ildə elektrik qaz qaynaqçısının 4-cü dərəcəsi verilmiş, xx.xx.1983cü ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 24994 saylı Hərbi Hissədə qaz qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1987-ci ildə işdən azad edilmişdir. Məhkəmə iddiaçının işləmiş olduğu Azərbaycan SSR Leninpromstroy Trestinin AE X3 və SSR N nömrəli hərbi hissədən hazırkı halda güzəştli arayışın əldə edilməsi mümkün olmasa da qeyd edilən xx.xx.1982-xx.xx.1983-cü ilədək və xx.xx.1985xx.xx.1987-ci ilədək peşələri “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—11620 qaz qaynaqçıları, 23200000— 19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun hesab edir. Qeyd edilməlidir ki, cavabdeh də iddiaçının həmin vəzifələrdə iş müddətinin güzəştli iş stajına daxil edilməsini mübahisələndirməmişdir. Eyni zamanda təqdim edilmiş güzəştli arayışa əsasən xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək Bakı avtomobillər zavodunda işlədiyi qaz qaynaqçısı peşəsini işəgötürən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısında XXXİİİ bölmənin 23200000- 19906 koduna uyğun hesab etmişdir. Beləliklə, iddiaçının elektrik qaz qaynaqçısı, qaz qaynaqçısı peşələrində işlədiyi dövrlər xx.xx.1982-xx.xx.1983-cü ilədək 01 il 02 ay 15 gün, xx.xx.1985-xx.xx.1987-ci ilədək 02 il, xx.xx.1988-ci ildən xx.xx.1995-ci ilədək 07 il 08 ay 15 gün olmaqla güzəştli iş stajının ümumilikdə 10 il 11 ay olduğu müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının güzəştli iş stajı qanunla tələb olunan müddətdən azdır. İddiaçının iddia etdiyi hərbi xidmətdə olduğu dövlərdə müxtəlif yerlərdə elektrik və qaz qaynaqçısı peşəsində işlədiyindən həmin dövrün onun güzəştli iş stajına hesablanması ilə bağlı dəlili ilə məhkəmə razılaşmır. Belə ki, əvvəla işçinin əmək fəaliyyəti dövrü hərbi biletlə deyil, əmək kitabçası ilə təsdiq olunur. İddiaçının hərbi bileti onun hərbi xidmətkeçməsini təsdiq etməklə yanaşı hərbi biletdə onun xidmət keçdiyi hərbi hissələrdə bilavasitə qaz qaynaqçısı peşəsində işlədiyi barədə qeydlər daxil edilməmişdir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının hərbi xidmətdə olduğu dövr onun əmək fəaliyyəti dövrü kimi deyil, onun konstitusion vəzifə olaraq hərbi xidmət keçmək vəzifəsini icra etməsi dövrü kimi qiymətləndirilir. İddiaçının müddətli hərbi xidmət zamanı əlavə olaraq qaz qaynaqçısı işlərini yerinə yetirməsi qəbul edilərsə belə bu fəaliyyət onun əmək fəaliyyəti dövrü kimi qiymətləndirilmədiyindən əlavə olaraq güzəştli iş stajı kimi də qəbul edilə bilməz. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 12 il 06 ay güzəştli iş stajına malik deyildir. Bu əsasdan, cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. Odur ki, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar