Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8979/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı minim avtomobili ilə təmin edilmə öhdəliyinin cavabdehə həvalə edilməsinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı onun minik avtomobili ilə təmin olunması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 44 günlük vətən müharibəsi dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı yaralanmışdır. Hərbi əməliyyatlar zamanı partlayış zamanı yaralanmış və o, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik Hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan verilmiş xx.xx.2021-ci il tarixli arayışla partlayış travması, hər iki budun, hər iki pəncənin çox saylı qəlpə yaralanması, sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının sağ ayağı barmaqları səviyyəsində geniş yumşaq toxuna deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksinal və orta falanqalarının, İV və V daraq sümüklərinin sümük deffektləri ilə sol ayağının İ-V daraq, V barmağının proksinal və orta falanqa sümüklərinin açıq qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin krişner milləri ilə intramedulyar osteosintezi və 5-ci barmağın daraq sümüyünün orta 1/3 dən amputasiyalı güdülü qoyulmuşdur. Bundan başqa, ona Azərbaycan Respublikasını Əmək və Əhalinin Müdafiəsi Nazirlyi tərəfindən xx.xx.2021-ci il tarixdə üçüncü dərəcəli əlillik verilmiş və əlilliyin müddəti miiddətsiz kimi götürülmüşdür. Yüngül işlərdə işləyə bilər kimi əmək zəmanəti verilmişdir. Barmağı amputasiya olunduğundan hazırda digər barmaqlarının amputasiya olunan barmaq tərəfə əyilmiş bu səbəbdən hazırda yeriməyə çətinlik çəkir. Bu səbəbdən, avtomobil ilə təmin olumaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müracəti əsasında ona 413 №-li qərara əsasən imtina verilmişdir. Hesab edir ki, 44 günlük vətən müharibəsində mina partlayışına düşərək ayaqlarından aldığı yaralar nəticəsində amputasiya olunaraq yeriməyə əziyyət çəkirsə avtomobillə təmin olunması labüddür. Cavabdeh Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Bakı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S90-S99 - Aışq-baldır oynağı və ayaq nahiyələrinin travmaları => S99 - Aşıq-baldır oynağı və ayağın digər...; Diaqnozun rnətni: Əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektlər ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq. Qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedyulyar osteosintezi, V barmağın dar.; Meayr: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3,M21.6,M24.6,Q72- Q72.7)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı “avtomobil və motorlu araba almaq üçün” müraciətinə xx.xx.2021-ci il tarixli, 0056003AAB60 saylı göndəriş əsasında baxılmış və Diaqnozun mətni: Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar, tsekin əlavə diaqnozu: sağ budun yuxarı 1/3-nin. Sol budun aşağı 1/3-nin sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi,”, 501 №-li əmrə əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər: Əks göstəriş yoxdur” səbəbi ilə imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MElS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. 3.3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. 3.4 Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq minik avtomobili və ya mühərrikli təkərli oturacaq təyini barədə qərar verildiyi gün Şəxsə dair məlumatlar MElS-dəki növbəlilik siyahısına daxil edilir. 3.5 Şəxs özünün növbəsi barədə məlumatları Nazirliyin “e-sosial” internet portalından əldə edə bilər. 3.6. Tibbi göstərişlərdə Şəxsin həm minik avtomobilinə, həm də mühərrikli təkərli oturacağa ehtiyacına göstəriş olduğu halda, Şəxsin seçimi ilə onlardan biri təyin edilir. 3.7. Şəxs bu Qaydanın 3.6-cı bəndinə uyğun olaraq hər iki reabilitasiya vasitəsini əldə etmək istədikdə, ikinci reabilitasiya vasitəsi ona ödənişli əsaslarla növbədənkənar verilir. 3.8. Tibbi göstəriş olduğu halda, Şəxs həm açıq məkanda (mühərrikli təkərli oturacaqla təmin edilənlər istisna olmaqla), həm də qapalı məkanda (otaqda) istifadə üçün, eləcə də sanitar təchizatlı mexaniki təkərli oturacaqla təmin olunur. Təkərli oturacaqlar təyin edilərkən, Şəxsin yaşı, çəkisi və boyu nəzərə alınır. 3.9. Bu Qaydanın 3.14-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, Şəxsə verilmiş minik avtomobilinin və ya mühərrikli təkərli oturacağın satılması və ya bağışlanması qadağandır. Minik avtomobilini idarə etmək hüququ həm Şəxsə, həm də onunla eyni yaşayış məntəqəsində yaşayan sürücülük vəsiqəsi olan ailə üzvünə verilir. 3.10. Minik avtomobili Nazirliyin mülkiyyətində saxlanılmaqla qeydiyyata götürülür. 3.11. Sosial Xidmətlər Agentliyinin tabeliyindəki sosial xidmət müəssisələrində tam dövlət təminatında olan Şəxslərə minik avtomobili verilmir. 3.12. Şəxs üçün mühərrikli və mexaniki təkərli oturacaqların idarə edilməsi bacarıqları üzrə təlimlər Agentlik tərəfindən təşkil edilir. 3.13. Mühərrikli təkərli oturacaq bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş istifadə müddəti bitdikdən sonra Agentliyin qərarı əsasında Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.14. Minik avtomobili verilmiş Şəxs vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətində qalır və vəfat etmiş Şəxsin ailə üzvündən birinin adına keçirilməklə qeydiyyatdan çıxarılır. 3.15. Minik avtomobili və ya mühərrikli təkərli oturacaq almış ailəsi olmayan Şəxs vəfat etdikdə, minik avtomobili Sosial Xidmətlər Agentliyi, mühərrikli təkərli oturacaq isə Agentlik tərəfindən götürülür və növbəlilik siyahısındakı ardıcıllığa uyğun olaraq digər Şəxsə verilir. 3.16. Şəxsə verilmiş mexaniki təkərli oturacaqlar istifadə müddəti başa çatmamışdan əvvəl yararsız vəziyyətə düşdükdə, Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında Mərkəzdə həmin reabilitasiya vasitələrinə 3 (üç) iş günü müddətində texniki baxış keçirilir, təmiri mümkün olmadıqda Mərkəzin tibbi-texniki komissiyası tərəfindən protokol tərtib edilməklə Mərkəz tərəfindən yenisi ilə əvəz olunur. 3.17. Hüququ yarandığı halda Şəxs minik avtomobili ilə təmin edilənədək, Sosial Xidmətlər Agentliyi tərəfindən onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin 20 faizi məbləğində pul kompensasiyası verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahida hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vərərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı icasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə hər hansı bir məlumat təqdim etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki: - Azərbaycan Respublikası vətəndaşının AA******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1997-ci il təvəllüdlüdür. - Azərbaycan Respublikası Medalının İ-1530 nömrəli Vəsiqəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2364 nömrəli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən iddiaçının sağlamlıq vəziyətini əks etdirən **********2 nömrəli, xx.xx.2021-ci il tarixli arayış verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair arayışa əsasən, iddiaçının əlillik vəziyyəti 5200003AAASL nömrəli forma 88 göndərişi əsasında xx.xx.2021-ci il tarixdə, diaqnoz: “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” olmaqla, müddətsiz, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx0002 nömrəli arayışa əsasən “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” diaqnozu, əlilliyin müəyyən olunması meyarı: 2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) müayinə məlumatlarına əsasən iddiaçıya 413 № qərarına əsasən avtomobil və motorlu araba ilə təmin dilməsinə tibbi göstəriş meyarı ilə imtina edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən, iddiaçının minik avtomobilinə tibbi göstərişin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitaisya Agentliyində baxılaraq bildirilmişdir ki, o, xx.xx.2021-ci ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbdən müddətsiz üçüncü dərəcə əlillik statusuna malikdir. Minik avtomobili hüququnun müəyyənləşdirilməsi məqsədi ilə Agentliyə dəvət olunmuşdur. Ona dair diaqnoz və onun ağırlaşması (Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi) Azərbaycan Respublikası Nazirlər Kabinetini 18 dekabr 2020-ci il tarixli 504 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas vermir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən **********4 nömrəli, xx.xx.2022-ci iltarixli məktubla minik avtomobili ilə təmin edilməsi ilə əlaqədar İddiaçı dair “Əlillik” altsistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. Sözügedən sənədlərə əsasən müəyyən edilmişdir ki, diaqnozun mətni - “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar”; TSEK-in əlavə diaqnozu : sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma deffektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağıın proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq qələli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, əlavə müayinələrin nəticələri: sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma deffektli qəlpə yaralanması olmaqla, 413 nömrəli qərara əsasən avtomobil və motorlu araba ilə təmin edilməsinə tibbi göstəriş meyarı əsas götürülməklə imtina edilmiş, səbəb kimi, 413 nömrəli əmrə əsasən avtomobl motorlu araba ilə təmin edilməsinə əks göstəriş olan xəstəliklər - əks göstəriş yoxdur əsas götürülmüşdür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəməicraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti təərfindən sonuncu müayinəyə dair məlumatın verilməsi barədə arayışdan müəyyən edilmişdir ki, iddiaçı onun avtomobillər təmin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən onun müraciətindən xx.xx.2021-ci il tarixli məktubla itina edilmişdir və sözügedən imtina məktubunda iddiaçıya şikayət vermə müddəti və qaydaları izah imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, iddiaçıya diaqnozun mətni - “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar” olmaqla xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlillik dərəcəsi təyin edilmişdir. Bundan sonra o, cavabdehə müraciət edərək, diaqnozun mətni - “əsas diaqnoz Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Mina partlayış yaralanması (xx.xx.2020) sağ budun yuxarı 1/3-nin, sol budun aşağı 1/3-nin, sol ayaq arxasının, sağ ayağın barmaqları səviyyəsində geniş yumşaq toxuma defektli qəlpə yaralanmasına, sağ ayağın İİİ barmağının proksimal və orta falanqalarının, İV, V daraq sümüklərinin sümük defektləri ilə, sol ayağın İ-V daraq, V barmağın proksimal və orta falanqa sümüklərinin açıq, qəlpəli, yerdəyişmiş sınığına görə aparılmış sınıq fraqmentlərinin kirşner milləri ilə intramedulyar osteosintezi, V barmağın dar”; əlilliyin müəyyən olunması meyarı: 2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72-Q72.7) olmaqla avtomobillə təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən onun müraciətindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarına istinad edilməklə imtina edilmişdir. Bundan sonra iddiaçı tərəfindən minik avtomobilinə tibbi göstərişin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət edilmiş, onun müraciəti baxılması üçün Agentliyə göndərilmiş və sonuncu tərəfindən iddiaçının müraciəti cavablandırılaraq bu dəfə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020ci il tarixli, 501 saylı qərarına istinad edilməklə diaqnozun və onun ağırlaşmasının minik avtomobilinə tibbi göstərişin təyininə əsas verməməsi əsası ilə imtina edilmişdir. Halbuki, iddiaçıya müəyyən olunmuş əlillik meyarı (2.3 üçüncü dərəcəli əlillik = ˃ 2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı ətraf funksiyasının pozulması ilə (M21.3, M21.6, M24.6, Q72- Q72.7)) “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarının 5.2.3.11-ci bəndində (hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6)) meyarı avtomobilin verilməsi üçün əsasdır) öz əksini tapmış, bundan əlavə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda və məhkəməyə təqdim edilmiş etirazda istinad edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın 3.3-cü bəndində də göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” müddətsiz üçüncü dərəcə əlildir. Göründüyü kimi, iddiaçının mövcud əlillik vəziyyətinə əsasən onun minik avtomobili ilə təmin edilməsi hüququna malik olan şəxs kateqoriyasında olması istər “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli, 30 dekabr 2015-ci il tarixli Qərarında, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın müvafiq bəndləri ilə öz təsdiqini tapır. Belə olan təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”-nın 1.1-ci bəndinə əsasən “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” (bundan sonra – Qayda) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyi olan şəxslərin (bundan sonra – Şəxs) reabilitasiya vasitələri ilə təmin edilməsinin şərtlərini və qaydasını müəyyən edir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbisosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X4 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X2 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstə-qilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi hazırki iş üzrə, İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələblərinə əsasən, iddiaçı tərəfindən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilməmiş, lakin, cavabdeh inzibati orqan tərəfindən iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkəsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı minik avtomobili ilə təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8979/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8979/2022
20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver