Məhkəmə qərarları › İş №2-1(112)-8979/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8979/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8979/2025 23.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil Sərvər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m ölçüdə, 4697 saylı bağ sahəsinin X6 qızına məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X13 İcraiyyə Komitəsinin “Vətəndaşlara bağ sahəsinin ayrılması barədə” 04 sentyabr 1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən İddiaçı 18 noyabr 1924-cü ildə anadan olmuş və 21 may 2014-cü il tarixdə vəfat etmiş ata nənəsi X6 qızına 19 oktyabr 1990-cı il tarixli, 14 nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m “4697” saylı bağ torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi nənəsi X6 qızı tərəfindən hasarlanmış və nəvəsi İddiaçı ailəsi tərəfindən 25 ilə yaxın müddətdə ailəsinin istifadəsində olmuşdur. Hər hansı 3-cü şəxs tərəfindən torpaq sahəsinə iddia tələbi yoxdur və olmamışdır. O, sözügedən torpaq sahəsinə dair zəruri sənədləri əlavə etməklə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinin dəqiq mövqeyini tanımadığından naturada yerini göstərmədiyi üçün İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə və texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Torpaq sahəsi istifadəsində deyil. Bundan əlavə, təqdim olunmuş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən “4697” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə 20 iyun 2003-cü il tarixli akt mövcuddur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş orderdə Bakı şəhər X13 İcraiyyə Komitəsinin 6/265 saylı qərarının tarixi ilə arxiv arayışında göstərilən eyni qərarın tarixi arasında uyğunsuzluq mövcuddur. Belə ki, orderdə qərarın tarixi “xx.xx.1990” olaraq göstərilsə də, arxiv arayışında – “xx.xx.1990” qeyd olunmuşdur. Təqdim edilən X7 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında ərizəçinin 200 nömrəli BTK-dan çıxarılaraq 84 nömrəli BTK-nın tərkibində keçirilməsinə dair ərizəsi mövcuddur. Elektron kadastr məlumatlarına əsasən tək koordinatlarla şərti göstərilən bağ sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Belə ki, hasarlanma işləri bölgüyə uyğun aparılmamışdır və bağın bir hissəsi sxematik xəritədə nəzərdə tutulmayan yoldur. Əlavə olaraq texnik baxış keçirilən zamanbağ sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq istifadə olunduğu və ərazidə tikinti işlərinin aparıldığı aşkar olunmuşdur. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır. Hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanunsuz və əsassızdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbi ilə bağlı İdarəyə rəsmi müraciəti daxil olmamışdır. X5 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 4697 nömrəli torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və **********76 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdımra nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinin dəqiq mövqeyini tanımadığı, naturada yerini göstərmədiyi üçün İdarənin mütəxəssisləri tərəfindən çöl ölçmə və texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır (torpaq sahəsi istifadədə deyil). Bundan əlavə, təqdim olunmuş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarına əsasən “4697” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə xx.xx.2003-cü il tarixli akt mövcuddur. Qeyd olunanlarla yanaşı, təqdim olunmuş orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 6/265 saylı qərarının tarixi ilə arxiv arayışında göstərilən eyni qərarın tarixi arasında uyğunsuzluq mövcuddur. Belə ki, orderdə qərarın tarixi “xx.xx.1990” olaraq göstərilsə də, arxiv arayışında “xx.xx.1990” qeyd olunmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdeh tərəfindən iddiaçının müraciətindən təmin edilməsindən **********70 nömrəli məktubla imtina edilmişdir.

8. İş materiallarına bağın yerləşmə cizgisi təqdim edilmişdir.

9. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2025-ci il tarixli, 3-48-2F/2-Ə-999-8-1000/2025 nömrəli məktubla keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990-cı il tarixli 6/265 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir. Həmin Qərara əsasən Ləhiş sahəsində 12 nömrəli kooperativdə X4 bağ sahəsi ayrılmışdır.

10. Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin X7 və X14 bağlar sahəsindəki 12 nömrəli kooperativ tərəfindən verilmiş 14 nömrəli, 19 sentyabr 1990-cı il tarixli orderə əsasən X4 Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 6/265 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 12 nömrəli kooperativ nəzdində 0.12 ha torpaq sahəsi olan “4697” nömrəli bağ ayrılmışdır.

11. 1 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 may 2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 013119 nömərli “Ölüm haqqında şəhadətnamə”yə əsasən X6 qızı xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin 05 ayının 31-i günündə, 233 nömrə ilə qeyd edilmişdir.

12. Bakı şəhəri 29 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 08 yanvar 2025ci il tarixli, 53 nömrəli məktubla bildiirlmişdir ki, xx.xx.1924-cü ildə anadan olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X6 qızının vəfatından sonra miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 4697 nömrəli bağ evinə və 0.12 ha torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün nəvəsi –İddiaçı müraciət etmişdir. Vərəsəyə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün bağ sahəsinə dair vəfat etmiş şəxsin adına hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməsi xahiş edilmişdir.

13. xx.xx.2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.m, faktiki ölçüsü 1310 kv.m-dir. Göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə tikili yoxdur. Göstərilən sahənin koordinatları əlavə olunmuşdur. Bağ sahəsinin yerləşməsinə elektron baza məlumatlarına əsasən baxılması məqsədəuyğundur.

14. Məhkəmənin soğrusuna əsasən cavabdeh tərəfindən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını, koordinatları, ortofoto görüntüsünü və vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin qonşuluğunda dövlət qeydiyyatından keçmiş (**********58 və **********729 reyestr nömrəli) əmlaka dair sənəd surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

15. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

16. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

18. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

19. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

21. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə (Hüquqi dövlətin ümumi prinsipləri) əsasən: 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11-ci maddəsinə əsasən (Qanunçuluq prinsipi). 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası). 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

24. İşin hallarından göründüyü kimi, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 6/265 nömrəli qərarına əsasən iddiaçının mərhum nənəsinə Ləhiş bağ massivində 12 nömrəli kooperativ nəzdində bağ sahəsi ayrılmışdır. Həmin Qərara əsasən 12 nömrəli kooperativ tərəfindən mərhum X4 0.12 ha ölçüdə, 4697 nömrəli bağ sahəsi ayrılması barədə 14 nömrəli order verilmişdir. İddiaçı sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən iddiaçı tərəfindən təqdim edilmiş “14” saylı orderin arxiv nüsxəsinin İdarənin arxiv qovluğunda aşkar edilməməsinə, İdarənin arxiv məlumatlarına əsasən “4697” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə xx.xx.2003-cü il tarixli aktın mövcud olmasına, təqdim olunmuş orderdə Bakı şəhər İcraiyyə Komitəsinin 6/265 saylı qərarının tarixi ilə arxiv arayışında göstərilən eyni qərarın tarixi arasında uyğunsuzluğun mövcud olmasına, orderdə qərarın tarixi “xx.xx.1990” olaraq göstərilməsinə baxmayaraq arxiv arayışında “xx.xx.1990” qeyd olunmasına istinad edilməklə imtina edilmişdir.

25. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçıya ayrılmış bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi hazırki iddianın təmin olunmaması üçün əsas ola bilməz. Belə ki, məhkəmə araşdırması zamanı işdəki sənədlərlə müəyyən olunmuşdur ki, Bakı şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 6/265 nömrəli qərarına əsasən iddiaçının mərhum nənəsinə ayrılmış bağ sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.12 ha təşkil etməklə, həmin vaxdan mübahisəsiz olaraq iddiaçının nənəsinin və onun ailəsinin istifadəsindədir. İddiaçının hüquqmüəyyənedici sənəddə göstərilən ölçüdən əlavə istifadəsində olan torpaq sahəsinə dair hər hansı bir iddiası yoxdur. Sözügedən qərarın arxiv nüsxəsi və həmin qərar əsasında verilmiş orderin əsli iddiaçıda mövcuddur və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin tələblərinə əsasən həmin sərəncam və order mötəbər qiymətləndirilməlidir. İddiaçının mərhum nənəsinə torpaq sahəsi ayrılması barədə qərarın arxiv nüsxəsi mövcud olduğu təqdirdə, orderdə qərarın tarixinin “xx.xx.1990” qeyd edilməsi texniki səhv kimi qiymətləndirilməlidir. Bundan əlavə, İdarənin arxiv məlumatlarına əsasən “4697” saylı torpaq sahəsinə dair orderin ləğv olunmasının məqsədəuyğun hesab edilməsi barədə xx.xx.2003-cü il tarixli aktın mövcud olmasına istinad edilsə də, cavabdeh tərəfindən bununla bağlı müvafiq təsdiqedici sənədlər (inzibati akt və s.) məhkəməyə təqdim edilməmişdir. Bununla da, iddiaçının mərhum nənəsinə mübahisəli torpaq sahəsinin ayrılması barədə qərar (inzibati akt) və onun əsasında verilmiş order qanunla müəyyən olunmuş qaydada geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən, beləliklə, hüquqi qüvvəsini saxladığından hüquqi cəhətdən etibarlı sayılır. Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Lakin, cavabdeh tərəfindən hüquqların qeydə alınmasını istisna edən imtinanın halları əsaslandırılmamış və bu halların hüquqların dövlət reyestrində qeydiyyatı aparmağa hansı əsasla manəə törtədiyi göstərilməmişdir.

26. Göründüyü kimi, cavabdehin dəlilləri əsassız olmaqla iddiaçının hüquqlarını əsassız yerə məhdudlaşdırmışdır.

27. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum nənəsi X1 torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).

30. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X6 qızının vərəsəsi İddiaçı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

31. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.

32. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

33. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.

34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1200 kv.m torpaq sahəsi olan “4697” saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X6 qızına) məxsus olmasına dair arayışın (çıxarışın) İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar