Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-898/2020 17.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X3 (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş İdarəsinin hüquqşünası, ünvan 2 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun qarşı pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyə uyğun olaraq pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki, pensiya ala bilmir. Belə ki o, 1982-ci ildə Azərbaycan Respublikası “Azərbaycan X5” QSC-də, "xxxx" QSC-də, Yasamal rayonu 21 saylı MKİS-də, Yasamal rayonu, N.Aslanov adına 175 saylı məktəbdə və Bakı şəhər İcra Hakimiyyətinin nəzdində yerləşən Yaşıllaşdırma İdarəsində müxtəlif vəzifələrdə işləmişdir. Ancaq təəssüflər olsun ki, axırıncı iş yeri üzrə 14 oktyabr 2016-cı il tarixli arayışdan görünür ki, su basması nəticəsində ona aid sənədlər məhvə uğramış və yaşıllaşma trestində əmək kitabçası itmiş, ona görə də bugünə qədər pensiya ala bilmir. Cavabdeh təşkilata xx.xx.2019-cu il tarixdə müraciət etmiş, lakin cavabdeh təşkilat məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hazır ki Əmək Pensiyaları haqqında Qanunun 2017-ci il 10 mart tarixində edilmiş, 17-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliyinin 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırda kişilər üçün nəzərdə tutulan yaş həddi 64 yaş 6 ay olduğundan iddiaçının yaş hissəsində heç bir problem yaranmadığı halda təqdim etdiyi iş stajına dair sənədlərə görə Əmək Pensiyaları haqqında Qanunun 2017-ci il 10 mart tarixində edilmiş, 2017-ci il iyulun 1-dən qüvvəyə minmiş dəyişikliyində 25 il sığorta stajı nəzərdə tutulduğu halda iddiaçının isə sığorta stajı 1 il 5 ay 18 gün olduğundan əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. Beləliklə, idiacının stajı qanunda göstərilən stajı tamamlamadığından və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yetərli olmadığından əmək pensiyası hüququ yaranmır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materallarına əlavə edilmiş -iddiaçıya məxsus AZE seriyalı 13872554 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1954-cü il təvəllüdlüdür. -Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının əmək pensiyası təyin olunması barədə ərizəsinə baxılmış, əmək pensiyasına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindyi günədək sığortaolnanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, əmək fəaliyəti barədə sənədlərin üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. -Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının H-436-112 saylı 14 oktyabr 2016-cı il tarixli Arxiv Arayışından görünür ki, arxivin su basması nəticəsində Yaşıllaşdırma İdarəsinin bəzi sənədlərinin məhv olması əbəbindən idiaçının ərizəsinə müsbət cavab verilməmişdir. -Yasamal rayonu 21 saylı MKİS-in rəisi S.Nəbiyevin təsdiqlədiyi Arayışdan görünür ki, İddiaçı 01 oktyab 1987-ci il tarixdən (Əmr №25, xx.xx.1987-ci il) 01 aprel1989-cu il tarixə kimi (Əmr №10, xx.xx.1989-cu il) Yasamal rayonu 21 saylı MKİS-də dəmirçi işləmişdir. -Bakı şəhəri Yasamal rayonu, 175 saylı orta məktəbin 223 saylı 25 mart 2005-ci il tarixli Arayışından görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu, 175 saylı orta məktəbdə 01 noyabr 1991-ci il tarixdən (Əmr №9, xx.xx.1991-ci il) 10 fevral1992-ci il tarixə kimi (Əmr №9, xx.xx.1991-ci il) qazançı işləmişdir. -Azərbaycan Respublikası “Azərbaycan X5” QSC-nin 01/13-246 saylı 30 avqust 2016-cı il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci ildən (xx.xx.1982-ci il tarixli 109 nömrəli Əmr) xx.xx.1984- cü ilə kimi (xx.xx.1984-cü il tarixli 5 nömrəli Əmr) X4 Təmir-tikinti İdarəsində 2-ci dərəcəli fəhlə və xx.xx.1990-cu ildən (xx.xx.1990-ci il tarixli k- 43 nömrəli Əmr) xx.xx.1990-cı ilə kimi (xx.xx.1990-ci il tarixli k-121 nömrəli Əmr) “Paris Kommunası" adıa Gəmi təmiri zavodunun Ağac emalı sahəsində şagird-dülgər vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 nömrəli qərarına əsasən X5 Azərbaycan Dövlət X5 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 nömrəli və xx.xx.2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət X4 və X8 Donanmasının yenidən təşkili yolu ilə “Azərbaycan X5" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. - Azərbaycan Respublikası "xxxx" QSC-nin A/446 saylı 10 oktyabr 2018-ci il tarixli Arxiv Arayışından görünür ki, İddiaçı Bakı Metropoliteninin Yol və Tunel qurğuları üzrə 1983-cü ildə İ dərəcəli yol montyoru (xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul olunmuşdur (Əmr№ 1983-cü il); xx.xx.1986-cı il tarixdə İİ dərəcə verilmişdir (Əmr № 319/OK, xx.xx.1986-cı il); xx.xx.1986-cı il tarixdən işdən azad olunmuşdur (Əmr № 407, xx.xx.1986-cı il). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası “Azərbaycan X5” QSCdən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildən (xx.xx.1978-ci il tarixli 175/Л nömrəli əmr), xx.xx.1979-cu ilə kimi (xx.xx.1979-cu il tarixli 207/ Л nömrəli əmr) X6 Layihə- Axtarış və X1 qrupunda fəhlə, xx.xx.1982-ci ildən (xx.xx.1982-ci il tarixli 109 nömrəli əmr) xx.xx.1984-cü ilə kimi (xx.xx.1984-cü il tarixli 5 nömrəli əmr) X4 Təmir-tikinti İdarəsində 2ci dərəcəli fəhlə və xx.xx.1990-cu ildən (xx.xx.1990-ci il tarixli k-43 nömrəli əmr) xx.xx.1990-cı ilə kimi (xx.xx.1990-ci il tarixli k-121 nömrəli əmr) “Paris Kommunası” adına Gəmi təmiri zavodunun Ağac emalı sahəsində şagird-dülgər vəzifələrinə işə qəbul edilməsi və işdən azad olunması barədə əmrlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası “Azərbaycan X5” QSC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş əmrlərdən müəyyən edilir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildən (xx.xx.1978-ci il tarixli 175/Л nömrəli əmr), xx.xx.1979-cu ilə kimi (xx.xx.1979-cu il tarixli 207/ Л nömrəli əmr) X6 Layihə-Axtarış və X1 qrupunda fəhlə, xx.xx.1982-ci ildən (xx.xx.1982-ci il tarixli 109 nömrəli əmr) xx.xx.1984-cü ilə kimi (xx.xx.1984-cü il tarixli 5 nömrəli əmr) X4 Təmir-tikinti İdarəsində 2-ci dərəcəli fəhlə və xx.xx.1990-cu ildən (xx.xx.1990-ci il tarixli k-43 nömrəli əmr) xx.xx.1990-cı ilə kimi (xx.xx.1990-ci il tarixli k-121 nömrəli əmr) “Paris Kommunası” adına Gəmi təmiri zavodunun Ağac emalı sahəsində şagird-dülgər vəzifələrinə işləmişdir. Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Yaşıllaşdırma İdarəsinə işə qəbul edilməsi və işdən azad olunması barədə müvafiq sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında tələb edilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyində işləməmişdir. Yasamal rayonu 21 saylı MKİS-dən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.1987-ci il tarixdən (xx.xx.1987-ci il tarixli 25 nömrəli əmr) 01 aprel 1989-cu il tarixədək (xx.xx.1989cu il tarixli, 10 nömrəli əmr) Yasamal rayon 21 saylı Mənzil-Kommunal İstismar Sahəsində dəmirçi vəzifəsinə işə qəbul edilməsi və işdən azad olunması barədə göstərilən əmrlərin təsdiq edilmiş surətləri məhkəmə sorğusu əsasında tələb edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Yasamal rayonu 21 saylı MKİS-nin 03 mart 2020-ci il tarixli Arayışında İddiaçı xx.xx.1987-ci il tarixdən (xx.xx.1987-ci il tarixli 25 nömrəli əmr) 01 aprel 1989-cu il tarixədək (xx.xx.1989-cu il tarixli, 10 nömrəli Əmr) Yasamal rayon 21 saylı Mənzil-Kommunal İstismar Sahəsində dəmirçi vəzifəsində işlədiyi qeyd olunmuşdur. "xxxx" QSC-dən xx.xx.1954-cü il təvəllüdlü İddiaçı Bakı Metropoliteninin Yol və Tunel Qurğuları Xidmətində 1983-cü ildə İ dərəcəli yol montyoru (xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul olunması, xx.xx.1986-cı il tarixdən işdən azad olunması barədə (407 nömrəli, xx.xx.1986-cı il tarixli əmr) əmrlərin təsdiq edilmiş surətləri məhkəmə sorğusu əsasında tələb edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş "xxxx" QSC-nin 40N-10/3-291 saylı 10 mart 2020-ci il tarixli cavab məktubunda xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 26 may 1986-cı il tarixində Yol və Tunel Qurğuları Xidmətində İİ dərəcəli yol montyoru (tuneldə yalnız gecə işində, xüsusi zərərli əmək şəraiti) peşəsinə qəbul edilmiş (Əmr № 319/OK, xx.xx.1986-cı il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad olunduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsindən sorğu əsasında xx.xx.1954-cü il təvəllüdlü İddiaçı H.Aslanov adına 175 saylı orta məktəbdə xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, 9 nömrəli əmr) xx.xx.1992-ci il tarixə kimi (xx.xx.1992-ci il tarixli, 24 nömrəli əmr) qazançı vəzifəsinə işə qəbul edilməsi və işdən azad olunması barədə olan əmrlərin təsdiq edilmiş surətləri tələb edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin 1221-02/10 saylı 11 mart 2020-ci il tarixli cavab məktubunda İddiaçı H.Aslanov adına 175 saylı orta məktəbində ocaqçı vəzifəsinə təyin edilməsi və işdən azad edilməsi barədə əmrlərin təsdiq edildiyi qeyd edilsə də, lakin məhkəməyə ünvanlanan əmrlərdə yalnız İddiaçı işdən azad olunması barədə xx.xx.1992ci il tarixli, 24 nömrəli əmri göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarından müəyyən olundu ki, iddiaçı pensiyaçı deyil. O, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının əmək pensiyasına dair normativ hüquqi aktlara əsasən Qanunun qüvvəyə mindyi günədək sığortaolnanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, əmək fəaliyəti barədə sənədlərin üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edildiyinə istinad edərək, müraciətin təmin edilməsindən əsaslı olaraq imtina etmişdir. Belə ki, işin araşdırılan hallarından müəyyən edilmişdir ki, iddiaçının əmək stajı ona yaşa görə pensiya təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə nəzərdə tutulan 25 il əmək stajının olması tələbinə cavab vermir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçının Qanunun tələbinə əsasən yaş ilə əlaqədar uyğunsuzluğu olmasa belə, lakin minimum sosial sığorta stajının olması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Beləliklə, iddiaçıya əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından, iddiaçının tələbi əsassızdır. İddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı sübut edilmədiyindən, iddiaçının ona pensiya təyin edilməsinin mümkün olmamasının qanunauyğunluğu sübut edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-898/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-898/2020
17.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver