Məhkəmə qərarları › İş №2-1(112)-898/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-898/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-898/2021 20.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs “xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «sərəncamların ləğv edilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi RİH-ə qarşı «sərəncamların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi RİH başçısının 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamı ilə Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilmişdir. Bakı şəhəri Nəsimi RİH başçısının 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamında qeyd olunan ərazilərdəki söküntüyə icazə verilməsinə əsas kimi AR Nazirlər Kabinetinin 26 fevral 2006-cı il tarixli qərarı və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 nömrəli 2 iyun 2017-ci il tarixli razılaşma məktubu, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli, 25 sentyabr 2018-ci il tarixli 250 nömrəli sərəncamları, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 25217 nömrəli 26 aprel 2018-ci il tarixli ekspertiza rəyi göstərilmişdir. “xxxx” MTK Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli və 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamlarına əsaslanaraq hazırkı iddiaçıya və onun ailə üzvlərinə qarşı iddia qaldırmışdır. MTK iddiasında aylıq 1.000 manat kirayə haqqı ödəməklə qeyd olunan ünvanda gələcəkdə inşa ediləcək binanın 2-ci girişində, 5-ci mərtəbədə yerləşən (hazırkı iddiaçıya məxsus yaşayış evinin ümumi sahəsinə 20% əlavə etməklə) təmirli mənzillə təmin olunması şərti ilə onun azyaşlı uşaqları ilə birlikdə qeyd olunan fərdi yaşayış evindən çıxarılaraq həmin evin boşaldılması və evin sökülməsinin həmin MTK-ya həvalə olunması barədə qətnamə çıxarılmasını tələb etmişdir. 2020-ci ilin mart ayında qeyd olunan iddia tələbi üzrə mülki işin hazırlıq iclası keçirilmiş və o (hazırkı iddiaçı), həmin vaxt Bakı şəhəri Nəsimi RİH başçısının hazırda mübahisələndirilən sərəncamları barədə məlumat aldığından, mülki işin məhkəmə icraatında sözügedən sərəncamların surətlərini əldə etmişdir. Hesab olunur ki, Bakı şəhəri Nəsimi RİH başçısının 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli, 7 may 2018-ci il tarixli 158 nömrəli sərəncamları qanuni və əsaslı olmadığından ləğv edilməlidir. Ona (iddiaçıya) məxsus olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və bu barədə qeydiyyat vəsiqəsi verilmişdir. Üzərində yerləşdiyi torpaq sahəsinin planı və fərdi yaşayış evinin göstəriciləri isə, fərdi yaşayış evinə dair verilmiş texniki pasportda öz əksini tapmışdır. Beləliklə, qeyd edilən ev tam mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. Bakı şəhəri Nəsimi RİH-in mübahisələndirilən sərəncamları qüvvədə olan qanunvericiliyə, həmçinin AR Dövlət Şəhərsalma və Tikinti Məcəlləsinə və AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarına tamamilə ziddir. Belə ki, “xxxx” MTK AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarını və Bakı şəhəri Nəsimi RİH-in həmin sərəncamlarını əsas tutaraq onun (iddiaçının) ailə üzvləri ilə birlikdə əmlakına olan mülkiyyət və ondan istifadə hüququna xitam verilməsini və evin sökülməsini tələb edir. AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarının 1.1-ci bəndində Nəsimi rayonu üzrə XİX əsrin sonu və XX əsrin əvvələrində tikilmiş yaşayış binalarının sökülməsindən söhbət gedir. Həmçinin həmin qərarın 1.2-ci bəndində hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunverciliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrini əvəzləşdirilməsinə şərait yaradılmasına dair qərarda adları qeyd olunan RİH-lərinə müvafiq göstəriş verir. Lakin AR Nazirlər Kabinetinin 25 fevral 2006-cı il tarixli qərarını düzgün tətbiq etməyən Bakı şəhəri Nəsimi RİH hazırda mübahisələndirilən sərəncamları verərkən, səlahiyyətli şəxsləri vasitəsi ilə ərazidəki evlərə və torpaq sahələrinə, həmçinin iddiaçının şəxsi mülkiyyətində olan evinə baxış keçirməmiş, əmlakların hüquqi vəziyyətini araşdırmamış, onunla, həmçinin yaxın ətrafda yaşayan digər evlərin mülkiyyətçiləri ilə hər hansı bir danışıqlar aparmamış, bununla da kifayətlənməyib verilən səlahiyyətlərdən sui-istifadə edərək Nəsimi rayonu ərazisi üzrə aparılacaq tikintilərin layihələndirilməsini icarə əsasında nizamnamə kapitalı cəmi 100 manat təşkil edən “xxxx” MTK-nın istifadəsinə vermişdir. Bakı şəhəri Nəsimi RİH-in mübahisələndirilən sərəncamlarında AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.6-cı maddələrinə istinad edilmiş, burada da həmin normalarla qəbul edilən sərəncamlar tamamilə ziddiyyətlidir. Belə ki, əgər iddiaçıya məxsus evlərin sökülməsindən və onların yerində yeni yaşayış və ya qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsindən söhbət gedirsə, tikintiyə icazə ilə bağlı icraatda maraqlı şəxs olaraq onun iştirakı AR Şəhərsalma və Tikinti Məcəlləsinin 76-cı maddəsinə əsasən zəruri idi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən mütləq təmin edilməli idi. Bundan başqa, Bakı şəhəri Nəsimi RİH ərazi planlaşdırılması sənədlərinin layihələrini təsdiq etmiş və yeni yaşayış və ya qeyri-yaşayış binalarının tikintilərinin layihələndirilməsini “xxxx” MTK-ya həvalə etmişdir. Lakin RİH bu barədə həmin ərazidə mülkiyyət sahibləri olan şəxsləri (iddiaçını və yaxın qonşuları) məlumatlandırmadan gizli formada belə bir sərəncam qəbul etmiş, onların ərazi planlaşdırılması ilə bağlı öz mövqeyini ifadə etmək, etiraz və təklifləri bildirmək imkanından məhrum etmiş, onlarla hər hansı bir ictimai müzakirə keçirilməmiş, bununla da hüquqları və qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bakı şəhəri Nəsimi RİH-in 7 may 2018-ci il tarixli sərəncamında ərazidə yerləşən evlərin, o cümlədən qeyri-yaşayış sahələrinin, o cümlədən bizə məxsus olan yaşayış evləri və qeyei-yaşayış sahələrinin sökülməsinə və onların yerində çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsinə əsas kimi, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli razılaşma məktubuna istinad edir. «Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenininin 17 sentyabr 2018-ci tarixli 274 saylı Fərmanında AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılaşma məktubu ilə deyil, həmin Komitənin müvafiq rəyi əsasında tikintiyə icazə verilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi RİH-in həmin sərəncamlarında AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlt Ekspertiza Baş İdarəsinin 25217 saylı 26 aprel 2018-ci il tarixli ekspertiza rəyinə istinad edilmişdir ki, qeyd etdiyi təşkilatın hər hansı bir nümayəndəsi iddiaçının mülkiyyətində olan daşınmaz əmlaklara baxış keçirməmiş, belə bir təklifə də müraciət etməmişlər. Halbuki, ona məxsus olan fərdi yaşayış evi ümumi sahəsi 867,2 kv.m təşkil etməklə 3 mərtəbədən ibarətdir. Həmin evin tikilməsi üçün sərf edilən materiallar 1989-cu ildə Rusiya Federasiyasından gətirilmiş və öz şəxsi vəsaiti hesabına inşa edilmişdir, hazırda da tam təmirli vəziyyətdə və yaşayış üçün tam yararlı formadadır, ailə üzvləri ilə bərabər də ümumi birgə istifadəsindədir. “xxxx” MTK da ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qaldırılan iddia ərizəsində AR FHN TTND Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnistutunun 17 aprel 2017-ci il tarixli aktına istinad etmişdir ki, həmin aktda da iddiaçının yaşadığı evə deyil, ona məxsus fərdi yaşayış evindən tamamilə fərqli istiqamətdə, demək olar ki, iki küçə uzaq məsafədə yerləşən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, 941-ci məhəllədə yerləşən yaşayış binasına vizual texniki baxış keçirildiyi, həmin yaşayış binasının mövcud tkinti norma və qaydalarına uyğun olmadığı, mövcud şəhərsalma tələblərinə cavab vermədiyi, şəhərin ümumi görünüşünə xələl gətirdiyi qeyd edilmişdir. Hazırda da həmin yaşayış binası qeyd edilən MTK tərəfindən sökülmüş və yerində yeni yaşayış binası inşa edilmişdir. Bakı şəhəri Nəsimi RİH 25 sentyabr 2017-ci il tarixli 248 saylı sərəncamının icrası istiqamətində həmin sərəncama uyğun RİH ilə MTK arasında 9 oktyabr 2017-ci il tarixli müqavilə bağlanmış, həmin müqavilənin 1.2-ci bəndində Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsində tikiləcək binanın (yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin) RİH tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi həmin binanın ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra verilməsi göstərilmişdir. Müqavilənin 2.1-ci bəndinə görə isə, binaların tikintisi üçün zəruri ərazidə yerləşən mənzillərin sakinləri ilə bu müqavilənin imzalandığı tarixdən 2 ay müddətinə tam razılıq əldə edərək zəruri müqavilələr imzalamaq kimi bir öhdəlik “xxxx” MTK-nın üzərinə qoyulmuşdur. Lakin iddiaçının mülkiyyətində olan evlərə dair müqaviləni bağlayan və bu zaman onu da müqavilənin bir tərəfi kimi cəlb etməyə ehtiyac duymayan Bakı şəhəri Nəsimi RİH bununla da kifayətlənməmişdir. Belə ki, bu müqavilənin şərtlərini icra etməyən, yəni nəinki onunla, həmçinin yaxın ətrafda yaşayan heç bir qonşu ilə razılaşma əldə edib müqavilə bağlamayan “xxxx” MTK ilə növbəti dəfə razılığa gəlmiş və bu dəfə də 7 may 2018-ci il tarixli 158 saylı sərəncamını vermiş və Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsini icarə əsasında “xxxx” MTK-nın istifadəsinə vermişdir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 12, 13, 29-cu maddələrinə, AR Mülki Məcəllənin 152, 157.4, 178.1-ci maddələrinə, AR Şəhəralma və Tikinti Məcəlləsinin 25, 26-cı maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 62, 67-ci maddələrinə əsaslanaraq, İPM-in 45, 46, 70-ci maddələrini rəhbər tutaraq, məhkəmədən Bakı şəhəri Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 248 saylı və 7 may 2018-ci il tarixli 158 saylı sərəncamlarının ləğv olunması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdeh Bakı şəhəri Nəsimi RİH-in məhkəməyə ünvanlanmış 9 iyun 2020-ci il tarixli məktubunda iddia ilə bağlı aşağıdakılar bildirilir: - İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən 128 nömrəli mövcud fərdi yaşayış evinin mülkiyyətçisidir. “xxxx” MTK tərəfindən aylıq 1.000 manat məbləğındə kirayə haqqı ödənilməklə qeyd olunan ünvanda gələcəkdə inşa ediləcək 16 mərtəbəli (+ mansarda) binanın İİ girişində, 5-ci mərtəbədə yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin ümumi sahəsinə 20% əlavə etməklə təmirli mənzil verilməsi ilə bağlı razılaşma sazişi bağlamaqdan yayınır. İddiaçı mülkiyyətindəki 3 mərtəbəli, 372.0 kv.m sahəsi olan (çol divarları ilə birgə) sahənin əvəzinə ümumi qaydada hamıya təklif olunan 20% əlavə 450.0 kv.m mənzil sahəsi və 1.000 manat miqdarında kirayə haqqı təklif edilmişdir. Lakın o, bu təkliflə razılaşmayaraq, həmin ərazidə ümumi sahəsi 450 kv.m olan hazır təmirli mənzil və ya nəğd şəkildə kompensasiya tələb edir. Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud fərdi yaşayış evləri XX əsrin əvvələrində inşa edilmişdir, hal-hazırda şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti baş və mövcud şəhərsalma normalarına cavab verməyən fərdi yaşayış evlərinə aiddir. AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16.206 nəfərin yaşadığı 5.771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçüm tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin görünüşə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Bakı şəhəri Nəsimi RİH-ə həvalə edilmişdir. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 246 saylı sərəncamı ilə S.Vurğun prospekti, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin icarə əsasında “xxxx” MTK-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən “xxxx” MTK ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərin görünüşünə xələl gətirən, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300 – 1.000 manat miqdarında kirayə haqqlarının verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MTK-yə həvalə edilmişdir. “xxxx” MTK tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti (layihənin əhatə etdiyi ərazidə yaşayan 123 ailənin böyük əksəriyyəti 99 ailə) aylıq kirayə haqqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülməsinə razılaşma sazişlərini baqlanmışlar. Lakin iş üzrə iddiaçi İddiaçı “xxxx” MTK tərəfindən ona edilən ədalətli təkliflərə baxmayaraq razılaşma sazişi bağlamaqdan yayınır. Nəticə etibarı ilə həmin məhəllədən köçürülməsinə hazır olan 99 ailənin hüquqlarının pozulması davam edir və “xxxx” MTK Nəsimi RİH qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. AR FHN TTND X2 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 26 aprel 2018-ci il tarixli 25217 nömrəli rəyinə əsasən layihə üzrə S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə 1 ədəd 2 girişli, 15 mərtəbəli + mansarda, 2 ədəd 2 girişli 16 mərtəbə + mansarda, cəmi 336 mənzilli binalar və 150 yerlik uşaq bağçasının tikintisi nəzərdə tutulmuşdur. Hesab edilir ki, iddiaçının tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 64.1, 73-cü maddələrinə, İPM-in 2.2.5, 36, 47.2-ci maddələrinə, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 1.3, 4.17.3-cü bəndlərinə, AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin iş üzrə 12 iyun 2020-ci il tarixli qərardadı ilə “xxxx” MTK inizbati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X5 iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verilməsi və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tikintiyə icazə ilə bağlı icraat barədə maraqlı şəxslərə (yaxın qonşulara və qonşulara) məlumat verməyə və onları dinləməyə borcludur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən nəzərdə tutulan tikinti ilə bağlı maraqlı şəxsin özünün müraciət etdiyi halda da, müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum onu dinləməli və yazılı şəkildə ona məlumat verməlidir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən tikintiyə icazə qanunvericiliyə uyğun olaraq maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icratı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V,Çəmənzəminli küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında “xxxx” MTK-nın istifadəsinə verilsin. Sifarişçiyə tapşırılsın ki, sahəni yerində qəbul etsin, onun sanitar vəziyyətinə nəzarət elsin, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilsin, ərazinin və obyektin tikintisi üçün eskiz layihəsinin memarlıq-planlaşdırma bölməsini Rayon İcra Hakimiyyəti ilə razılaşdırsın, Aidiyyəti qurumların müvafiq rəyi alındıqdan sonra işçi layihəsinin memarlıq-planlaşdırma bölməsini razılaşdırılması üçün Rayon İcra Hakimiyyətinə təqdim etsin, Layihə təşkilatı layihə-axtarış işləri apararkən mühəndis kommunikasiyaları aşkar edildikdə, Baş plan işlənməzdən əvvəl əlaqədar təşkilatlarla razılaşdırılmaqla həmin kommunikasiyaların öz vəsaiti hesabına köçürülsün. Layihə sənədləri, mərhələsindən asılı olmayaraq, memarlıq fəaliyyəti ilə lısenziya əsasında məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməlidir. AR Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 saylı qərarının 1.1-ci bəndinə və AR Torpaq Məcəlləsinin 50, 51, 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Nəsimi RİH sifariş torpağın icarə müqaviləsinin bağlanmasını və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX Bakı Şəhər Ərazi İdarəsində hüququnun qeydiyyata alınmasını təmin etsin. Yuxanda qeyd edilən bəndlərin və eləcə də AR Şəhərsalma Tikinti Məcəlləsinin 77-ci maddəsinin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsi məsələsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılacaqdır. Torpaq sahəsi üzərində hüquqlara xitam verilməsinin müddəti AR Torpaq Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Tikinti obyektinin istismarına icazə verilməsi AR NK-nın 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli, 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərarlarına və AR Şəhərsalma və Tikinti Məcəlləsinin 101 – 104-cü maddələrinə əsasən RİH tərəfindən həyata keçirilsin. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi RİH-in 7 may 2018-ci il tarixli 159 nömrəli sərəncamı ilə aşağıdakılar qərara alınmışdır: - AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarını rəhbər tutaraq, “xxxx” MTK-nın müraciətini, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1, 75.6-cı maddələrini və AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02/05-1003 saylı 2 iyun 2017-ci il tarixli razılaşma məktubunu (təqdim olunmuş layihəyə əsasən), Bakı şəhəri Nəsimi RİH başçısının 248 saylı 25 sentyabr 2017-ci il tarixli və 250 saylı 25 sentyabr 2017-ci il tarixli sərəncamlarını, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin 25217 saylı 26 aprel 2018-ci il tarixli ekspertiza rəyini nəzərə alaraq, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış mövcud yaşayış evlərinin və qeyri-yaşayış obyektlərinin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilsin. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə aşağıdakılar barədə 25 fevral 2016-cı il tarixli 86 nömrəli qərar qəbul etmişdir (qərar hazırda qüvvədən düşmüşdür): - 1. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Cavabdeh, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Nərimanov Rayon icra Hakimiyyəti, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyəti və Hakimiyyəti aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: - (1.1) mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Suraxanı rayonu üzrə 3828 nəfərin yaşadığı, 1127 mənzildən ibarət olan uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, Xətai rayonu üzrə 6956 nəfərin yaşadığı 2016 mənzildən ibarət 99 yaşayış binasının, Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət 219 yaşayış binasının. Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının, Yasamal rayonu üzrə 1257 nəfərin yaşadığı 427 mənzildən ibarət 18 yaşayış binasının, Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, Pirallahı rayonu üzrə 3131 nəfərin yaşadığı 1174 mənzildən ibarət 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri - yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; - (1.2) mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; - (1.3) qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Məhkəmə qeyd edir ki, İddiaçı onun müvafiq daşınmaz əmlakın və həmin əmlakın yerləşdiyi torpaq sahəsi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, eləcə də mövcud olan belə sübutun alınmasına dair vəsatət də verməmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının ona məxsus yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə hüququ yaranmış olmur. Bundan başqa, nəzərə alınmalıdır ki, iddaçının ona məxsus yaşayış evindən kompensasiya ödənilməklə çıxarılması tələbi üzrə mülki iş aidiyyəti məhkəmənin icraatındadır və həmin iş üzrə evin sökülməsinin mümkünlüyü onun şəhərin ümumi görünüşünə xələl gətirməsi, qəzalı vəziyyətdə olub-olmaması, istismar müddətinin başa çatıb-çatmaması kimi əlamətləri nəzərə alınmaqla qiymətləndiriləcəkdir. Sərəncam qeyd olunan həmin kriteriyalara uyğun gələn tikililərin sökülməsini şərtləndirir. İddiaçının dəlili isə belədir ki, ona məxsus evin əlamətləri bu meyarlarla uzlaşmır. Ona görə də həmin sərəncam qanunvericiliyə, o cümlədən «İnzibati icraat haqqında» AR Qanununun 17, 67-ci maddələrinə zidd sayıla bilməz. Odur ki, hazırkı icraatda cavabdehin 7 may 2018-ci il tarixli 159 nömrəli sərəncamının iddiaçının hüquqlarını pozması qənaətinə gəlmək üçün əsas mövcud olmur. Belə olan halda, iddiaçının mübahisələndirdiyi hər iki sərəncam – 7 may 2018-ci il tarixli 159 nömrəli və 25 sentyabr 2017-ci il tarixli 248 nömrəli sərəncamlar qanuna zidd və onların qəbulu iddiaçının hüquqlarının pozulmasına səbıəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs “xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə və üçüncü şəxs “xxxx" Mənzil Tikinti Kooperativinə qarşı «sərəncamların ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar