Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-898/2025 09.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxs: “Azəriqaz” İstehsalat Birliyi) qarşı “mülkiyyət hüququnun tanınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində ayrılmış 0,06 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun tanınması və onun adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra – üçüncü şəxs) 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 37816 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0,06 hektar sahəsi olan 862 ç nömrəli bağ sahəsi ona ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi və üzərində inşa edilmiş ev onun istifadəsindədir və o, hal-hazırda orada yaşayır. İddiaçı sözügedən torpaq sahəsinə dövlət reyestrindən mülkiyyət hüququna dair çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “862ç” nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamış, həmin hissədə sxematik xəritədə bağ nömrəsi qeyd edilməmişdir. Bu səbəbdən torpaq sahəsinin naturada yerləşməsinin düzgünlüyünü aydınlaşdırmaq mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin 454 kv.m hissəsi qaz xəttinin mühafizə zonasında yerləşir. Torpaq sahəsi ilkin olaraq 51 saylı BTK nəzdində 1200 kv.m ölçüdə iddiaçının adına ayrılmış, sonradan öz ərizəsinə əsasən 600 kv.m hissəsi X4 adına müqavilə bağlanmış və iddiaçı tərəfindən göstərilən ərazinin cənubundan 40 metr məsafədə qeydiyyata alınmışdır. İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 0,06 ha qeyd edilsə də, faktiki olaraq 0.930 ha təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxsə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə Xidmət Fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş 68 nömrəli orderə əsasən Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarına əsasən iddiaçıya Şüvəlan bağlar sahəsində, 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 862 ç № li bağ sahəsi ayrılmışdır. X3 və istismarı birliyi ilə iddiaçı arasında bağlanmış 862 ç nömrəli bağın istifadəyə verilməsi haqqında 37816 nömrəli, xx.xx.2006-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, Şüvəlan qəsəbəsində 0,06 ha torpaq sahəsi olan 862 ç nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. Üçüncü şəxsin 12 iyun 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 862 “ç” saylı bağ sahəsinə (koordinatlar: 40.492092, 50.212524) iş üzrə iddiaçının nümayəndəsi Arif Ağayevin iştirakı ilə xx.xx.2024-cü il tarixində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin L=0,20 metr məsafə qarşısından “Azəriqaz” İB-yə məxsus, 2013-cü il tarixində istismara verilmiş 57 mm diametrlik, aşağı təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xətti və torpaq sahəsinin arxasından (həyətyani hissədən) “Azəriqaz" İB-yə məxsus, 2014-cü il tarixində istismara verilmiş 108 mm diametrlik, aşağı təzyiqli, dayaqlar üzərində quraşdırılmış yerüstü qaz xəttinin 3 metr hissəsi keçir. Torpaq sahəsinin L=19 metr məsafə kənarından SOCAR “Qaz İxrac” İdarəsinin balans və istismarında olan 530 mm diametrlik, yüksək təzyiqli, “28 May-Şimal DRES” adlı yerüstü qaz xətti keçir. X9 və Ekspertiza Mərkəzi MMC-nin 112 saylı, 10 iyun 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı X2 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş 16 iyun 2006-cı il tarixli 37816 saylı müqaviləyə əsasən İddiaçı istifadəsinə ayrılmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 862 “c" saylı bağ sahəsi kimi iddia olunan ərazi 862 “J” saylı bağın ərazisinə uyğun gəlir, dövlət mülkiyyətinə aiddir, sahəsi 0,1070 hektardır. Həmin bağ sahəsinin 0,077 hektarı yaxınlıqdan keçən qaz xəttinin mühafizə zolağına düşür. İddia olunan bağ sahəsinin digər bağ sahəsi bağların sxeminə əsasən 862 “J” saylı bağın ərazisinə uyğun gəlir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1993-cü il tarixli, 1496 saylı qərarı ilə 51 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 862J saylı bağ sahəsinə dair X5 adına 55 nömrəli order verilmişdir. Daha sonra həmin order və xx.xx.2012-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında 0,12 hektar torpaq sahəsi olan 862T (yeni ünvan) saylı bağ sahəsi xx.xx.2016-cı il tarixdə X5 adına ilkin qeydiyyata alınmışdır. Həmin məktuba əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, 862T saylı bağ sahəsi X7 tərəfindən X1 və sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh tərəfindən bağ sahəsinin plan sxemi və ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.7.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.7.). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İşdən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Apparatının Əhaliyə Xidmət, Fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar təsərrüfatı idarəsi tərəfindən verilmiş 68 nömrəli orderlə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli qərarına əsasən iddiaçıya Şüvəlan bağlar sahəsində, 51 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 862 ç № li bağ sahəsi ayrılmışdır. Sonradan iddiaçının razılığı ilə həmin bağ sahəsinin 0,06 hektar hissəsi X4 adına rəsmiləşdirilmişdir. X3 və istismarı birliyi ilə iddiaçı arasında bağlanmış 862 ç nömrəli bağın istifadəyə verilməsi haqqında 37816 nömrəli xx.xx.2006-cı il tarixli müqaviləyə əsasən həmin bağ sahəsinin 0,06 hektar hissəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən imtina edilmişdir. İmtinanın əsaslarını həmin bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmaması, torpaq sahəsinin 454 kv.m hissəsinin qaz xəttinin mühafizə zonasında yerləşməsi, bağ sahəsinin faktiki ölçüsünün 0,930 hektar təşkil etdiyi təşkil etmişdir. Məhkəmə qeyd edir ki, 862 ç nömrəli bağ sahəsi iddiaçı ilə səlahiyyətli orqan arasında bağlanmış icarə müqaviləsinə əsasən onun istifadəsinə verilmişdir və hal-hazırda qüvvədədir. İddiaçının göstərdiyi bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə göstərilməməsi onun iradəsindən asılı məsələ deyil və həmin uyğunsuzluğun aradan qaldırılması cavabdehin səlahiyyətlərindədir. Göründüyü kimi iddiaçı ona ayrılmış bağ sahəsini faktiki istifadə edir və həmin bağ sahəsinə hər hansı digər şəxsin iddiası mövcud deyil. Bağ sahəsi hər hansı şəxsə ayrılmış bağ sahəsi ilə üst-üstə düşmür. Torpaq sahəsinin qaz xəttinin mühafizə zolağına düşməsi ilə bağlı qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanının 2ci bəndində göstərilmişdir ki, Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Eyni zamanda ərazinin plan-sxemi və ortofoto görüntüsü ilə müəyyən edilir ki, 0,5 metrlik qaz xətti ilə bağ sahəsi arasında kifayət qədər böyük məsafə vardır. Üçüncü şəxsin məktubunda həmin qaz xətlərinin 2013 və 2014-cü illərdə istismara verildiyi qeyd edilmişdir. Bağ sahəsi isə iddiaçıya 1993-cü ildə ayrılmışdır. Üçüncü şəxsin məktubunda iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına hər hansı etriaz bildirilməmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bununla bağlı hər hansı fikir bildirməmişdir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə hesabe dir ki, iddia əsaslı hesab edilməli və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində iddiaçıya ayrılmış 0,06 hektar torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmalkın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-898/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-898/2025
09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver