Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8984/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “vəsiqənin etibarlı hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında, döyüş əməliyyatlarında iştirakını nəzərə alaraq 02N25N saylı vəsiqəsinin etibarlı hesab edilməsi öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.N992-ci ildə N saylı hərbi hissədə xidmətə başlayaraq yaşadığı Zəngilan rayonunun erməni silahlı birləşmələrinin silahlı hücumlarına qarşı döyüş əməliyyatlarında N994-cü ilin noyabr ayınadək iştirak etmişdir. Xidməti dövrdən sonra yaşadığı Binəqədi rayon hərbi komisarlığı tərəfindən ona 02N25N saylı veteran vəsiqəsi verilmişdir. Lakin buna baxmayaraq təxminən 20 ildən sonra 20N8ci ildə ona məlum olmayan naməlum tarixdə verilmiş veteran vəsiqəsi etibarsız hesab edilmişdir. xx.xx.N998-ci il tarixində verilmiş 02N25N saylı vereran vəsiqəsi üçün hər ay ayrılan 80 manat Prezdent təqaüdü uzun illərdir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin xx.xx.2025-ci il tarixli 3-25-29/2- 707/2025 nömrəli arxiv məktubundan da göründüyü kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin yanvar-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi xidmətinə dair məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ərizə təqdim edərək, göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iş üzrə müharibə veteranı vəsiqəsinin etibarlı hesab edilməsi tələbinə dair iddiaya cavab verməli olan şəxs olmadığından iddia tələbi ona münasibətdə mümkün hesab edilməməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi iddiaya etiraz edərək, tələbin Nazirliyə münasibətdə mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən iddiaçıya verilmiş 02N25N saylı xx.xx.N998-ci il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi verilmişdir. Binəqədi Rayonunun Hərbi Komissarlığı üzrə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunmuş şəxslərin adlı siyahısından görünür ki, N96N-ci il təvəllüdlü İddiaçı xx.xx.N992- xx.xx.N993-cü illərdə N nömrəli hərbi hissədə xidmət etdiyinə görə xx.xx.N998-ci il tarixli NN nömrəli protokola əsasən ona müharibə veteranı statusu verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 30 iyul 2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı müavinət işinin tərkibində olan məlumata əsasən ona xx.xx.2005-ci il tarixindən müharibə veteranları üçün nəzərdə tutulan müavinət təyin edilmişdir və Nazirliyin elektron məlumat bazasında olan məlumata əsasən xx.xx.20N0-cu il tarixinədək ödənilmişdir. Xətai şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 04/N890 nömrəli, xx.xx.2005-ci il tarixli qərarından görünür ki, müharibə veteranına görə iddiaçıya xx.xx.2005-ci il tarixdən ömürlük 55000 manat müavinət təyin edilmişdir. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı “Müharibə Veteram” adının və vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatları aparılan zaman avqust N992-ci il - aprel N993-cü il tarixlərdən sonra N nömrəli hərbi hissədə xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığına görə vətəndaş İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin yanvar-dekabr N992-ci il, yanvar-dekabr N993-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, döyüş əməliyyatlarında iştirak etməsi və yaralanması barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissənin əsgər heyətinin əlifba qeydiyyatı kitabları və hərbi hissənin “Yaralıların qeydiyyatı” kitabı Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İddiaçı hazırda ona N998-ci ildə verilən müharibə veteranı statusunun etibarlı sayılmasını xahiş edir və cavabdeh qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İPM-in 35.N-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq N.N, N.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Hazırkı iddianın mümkünlüyünü yoxlayan məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə veteranı statusunun verilməsi və ya onun bərpası ilə bağlı hər hansı bir səlahiyyətə malik olmadığından o, hazırkı məzmunda tələbə cavab verən orqan deyil. Buna görə də iddiaçının tələbi həmin orqana münasibətdə mümkünsüzdür. İddiaçının tələbinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə yönəlməsinə gəldikdə, məhkəmə hesab edir ki, həmin orqan da iddiaya cavab verməli orqan deyil. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”sinə əsasən həmin Əsasnamənin N-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi,...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. İddiaçı Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət keçdiyindən, hazırkı halda ona müharibə veteranı adının verilməsi və ya bərpası Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid məsələdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi hazırkı halda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon şöbəsinə münasibətdə də müvafiq səlahiyyətli orqan olmaması ilə bağlı mümkünsüzdür. İddia tələbinin Müdafiə Nazirliyinə yönəlməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı hazırda 02N25N saylı vəsiqəsinin etibarlı hesab edilməsini xahiş etsə də, əslində müharibə veteranı statusunun bərpası və vəsiqənin dublikatının verilməsini xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.N-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, N ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil N0 iyun 20NN-ci il tarixli N43-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır). Göründüyü kimi, iddiaçı xx.xx.20N0-cu il tarixdən etibarən müharibə veteranı statusuna görə hər hansı müavinət almamış, bu hal ona məlum olmuş, o, bununla bağlı inzibati orqanın hərəkətini həmin dövrdə qüvvədə olmuş MPM-nin tələbinə uyğun olaraq iddia müddəti çərçivəsində mübahisələndirməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni N yanvar 20NN-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 0N yanvar 20NN-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Məhz qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi iddianın mümkünlük şərtlərinə cavab vermir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra N0 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ənbərova
Məhkəmə qərarları › İş №2-1(112)-8984/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8984/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver