Məhkəmə qərarları › İş №2-1(112)-8987/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8987/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8987/2021 07.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı nümayəndəsi və vəkili-X1, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun 19 fevral 1987-ci il tarixdən 01 avqust 2005-ci il tarixə kimi Quba 2716 saylı müəssisədə işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddiaçının vəsatətinə əsasən əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) ilə əvəz olunmaqla, məhkəmənin 29.06.2021-ci il tarixli qərardadı ilə hazırki işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən ona 60 yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 1959-cu il il təvəllüdlüdür, müxtəlif sahələrdə işləmişdir. Hal-hazırda Neft Şitkətində işləyir.19.02.1982-ci il tarixli, 13 nömrəli əmrə əsasən Quba 2716 saylı Avtomobil müəssisəsinə 2-ci dərəcəli sürücü vəzifəsinə qəbul olunmuşdur. 01.08.2005-ci il tarixli əmrə əsasən öz xahişi ilə Quba 2716 saylı Avtomobil dəstəsindən sürücülük vəzifəsindən azad olunmuşdur. Quba 2716 saylı Avtomobil dəstəsinə qəbul olunması və işdən azad olunması barədə əmək kitabçasının 6- 7-ci qrafalannda möhürlə təsdiq olunmuş yazılı qeydlər vardır. Pensiya yaşı ilə əlaqədar cavabdeh inzibati orqan ona yazılı cavab vermişdir ki, Quba 2716 saylı Avtomobil dəstəsində işləməsi ilə əlaqədar əmək haqqı cədvəlləri müəyyən edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı 04.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin . və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 26 iyun 1980-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 19.02.1982-01.08.2005-ci il tarixləri arasındakı dövr ərzində “Quba 2716 saylı avtomobil dəstəsi”ndə sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisədə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq “Quba 2716 saylı avtomobil dəstəsi”nin sənədlərinin arxivə təhvil verilmədiyi və müəssisənin sənədlərinin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmadığından iddiaçının ümumi iş stajı 25 ildən az (16 il 5 ay 17 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı Nazim Ağa oğlu X5rşı iddiasının rədd edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı və onun nümayəndəsi və vəkili X3 ayrı-ayrılıqda iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi-X8 məhkəmə iclasında yazılı etiraza uyğun verdiyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, onun və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyaı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Quba şəhərində doğulmuş İddiaçı Quba şəhəri, Ərdəbil küçəsi, ev 4 ünvanda qeydiyyatdadır. İT-İ seriyalı ******* nömrəli 25.05.1975-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən İddiaçı 22.03.1977-ci ildə Bakı elektrik maşınqayırma zavodunun Quba filialına İ-dərəcəli ştampçı vəzifəsinə qəbul olunmuşdur (Əmr 16, 04.04.1977-ci il); 15.06.1977-ci ildə Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən öz istəyi ilə xaric edilmişdir (Əmr 41, 08.07.1977-ci il); 01.08.1980-ci ildə “Yolnəqliyyattikinti” trestinin avtobazası “Yolnəqliyyattikinti” trestinin təlim məntəqəsində sürücülərin kursuna qəbul olunmuşdur, 08.02.1981-ci ildə kursu bitirdikdən sonra 1 saylı avtokolona 3-cü dərəcəli sürücü kimi qəbul olunmuşdur (Əmr 5/Л, 15.01.1981-ci il); 08.02.1981-ci ildə işdən xaric edilmişdir ( Əmr 13/Л, 12/2-1982-ci il); 19.02.1982-ci ildə Quba 2716 Avtomobill dəstəsi Avtobus parkına 2-ci sinif sürücü vəzifəsinə qəbul olunmuşdur ( Əmr 13 лс, 9/02-1982-ci il); 01.08.2005-ci ildə öz xahişi ilə işdən azad olunmuşdur ( Əmr 1202/k, 29.11.2013-cü il); 07.10.2006-cı ildə avtomobil nəqliyyatı və xüsusi texnika sexinin sementləyici aqreqatlar üzrə dəstəsinə 4-cü dərəcəli quyuların smetlənməsi üzrə maşinist qəbul edilmişdir (Əmr 252 k, 06.10.2006-cı il); 01.12.2008-ci ildə avtomobil nəqliyyatı və xüsusi texnika sexinin sementləyici aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatçı motorçusu peşəsinə keçirilmişdir (Əmr 342 k, 01.12.2008-ci il); 30.11.2013-cü ildə başqa işə keçirilməsilə əlaqədar əmək müqaviləsi ləğv edilmişdir (Əmr 586-k, 29.11.2013-cü il); 01.12.2013-cü ildə Bağlanmış əmək müqaviləsi şərtlərinə uyğun olaraq 5 saylı texnoloji nəqliyyat sexinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə qəbul edilmişdir (Əmr 1202/k, 29.11.2013-cü il); 01.02.2014-cü ildə 4 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6cı dərəcəli sementləyici aqreqatın motorçusu vəzifəsinə keçirilmişdir ( Əmr 192-k, 03.02.2014-cü il); 31.02.2014-cü ildə işdən azad olunmuşdur ( Əmr 1509, 31.07.2014-cü il); 01.08.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyat Departamenti 3 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatı motorçusu pşəsinə qəbul edilmişdir (Əmr 145, 01.08.2014-cü il). Azərbaycan Respuublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsi tərəfindən verilmiş 28.11.2019-cu il tarixli 227-ci arayışdan görünür ki, İddiaçı keçmiş SSRİ Silahlı Qüvvələrində 05.1978-ci ildən 05.1980-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Resublikası Dövlət Neft Şirkətinin (SOCAR) 11.04.2019-cu il tarxli **********80020123X000111 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 01.12.2013-cü il tarixindən ARDNŞ “Azneft" X2 Departamentinin 5 saylı texnoloji nəqliyyat sexinin aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbui olunmuş (əmr № 1202/k 29.11.2013-cü il), 01.02.2014-cü il tarixindən SOCAR-ın Nəqliyyat Departamentinin 4 saylı texnoloji nəqliyyat bölümünün 2 saylı avtomobil dəstəsinə 6-cı dərəcəli sementləyici aqreqatın motorçusu peşəsinə keçirilib (əmr № 192-k 03.02.2014-cü il), 31.07.2014-cü il tarixindən AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir (əmr № 1509-k 31.07.2014-cü il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a" bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 01.12.2013-cü il tarixindən 31.07.2014-cü il tarixinədək- 8 aydır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 May “Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 27.04.2019-cu il tarixli 01-01ink/98 saylı əmək haqqı barədə arxiv arayışının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 2006cı il üzrə 1137,70 manat; 2007-ci il üzrə 5072,33 manat; 2008-ci il üzrə 8296,68 manat; 2009-cu il üzrə 7896,32 manat; 2010-cu il üzrə 7142,54 manat; 2011-ci il üzrə 8618,83 manat əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 may “Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 27.04.2019-cu il tarixli 01-01ink/97 saylı əmək haqqı barədə arxiv arayışının təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 2012ci il üzrə 10402,70 manat, 2013-cü il üzrə 10106,55 manat əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi 28 may “Neft və Qazçıxarma İdarəsi” tərəfindən verilmiş 22.11.2019-cu il tarixli 01-01ink/221 saylı məktubda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən 07.10.2006-cı il tarixdən 3 ay sınaq müddəti ilə Avtomobil nəqliyyatı və xüsusi texnika sexinin Sementləyici aqreqatlar üzrə dəstəsinə 4-cü dərəcəli quyuların sementlənməsi üzrə maşinist peşəsinə işə qəbul olunmuşdur (əmr № 252k 06.10.2006-cı il) 01.12.2008-ci ildə Avtomobil Nəqliyyatı və xüsusi texnika sexinin sementləyici aqreqatlar üzrə dəstəsinə 5-ci dərəcəli sementləyici aqreqatın matorçusu peşəsinə keçirilmişdir (№342k 01.12.2008-ci il) 29.11.2013-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə götürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilib .(əmr 586k/29.11.2013-cü il). İxtisas Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 № li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən güzəştli sayılır. Siyahının 10.2-ci bölməsinin “a” bəndinə əsasən güzəştli staj peşəsinə əsasən 07.10.2006-cı il tarixdən 29.11.2013-cü il tarixinədək 07 il 01ay 22 gün. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Nəqliyyat İdarəsi 5 saylı Texnoloji Nəqliyat Departamenti tərəfindən verilmiş 01.005.2020-ci il tarixli 680 nömrəli arayışda qeyd olunmuşdur ki, İddiaçı SOCAR Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentinin, 3 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsinin 2 saylı avtomobil dəstəsinə 01.08.2014-cü ildən (Əmr № 145/k 01.08.2014-cü il) sementləyici aqreqatın motorçusu peşəsinə işə qəbul edilib. İddiaçı 5 saylı Texnoloji Nəqliyyat Departamentində işlədiyi müddət 5 il, 9 ay Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" na əsasən ona yaşına görə güzəştli şərtlərlə pensiya təyin olunması hüququ verir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 21.01.2021-ci il tarixli **********6 saylı imtina məktubunda göstərilmişdir ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1 -ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda həmin Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi 26 iyun 1980-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 19.02.1982-01.08.2005-ci il tarixləri arasındakı dövr ərzində “Quba 2716 saylı avtomobil dəstəsi”ndə sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin müəssisədə əmək stajının dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu verilmiş, cavab olaraq “Quba 2716 saylı avtomobil dəstəsi”nin sənədlərinin arxivə təhvil verilmədiyi və müəssisənin sənədlərinin yerləşdiyi ünvanı müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də yuxarıda qeyd olunan dövrü sosial sığorta stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 25 ildən az (16 il 5 ay 17 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər -60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar –55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 60 yaşına çatması, 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının (xüsusi) minimum 12 il 6 ay olması, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi işin mübahisəsiz hallarına aiddir. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür və onun 60 yaşı 06.09.2019-cu il tarixdə tamam olmuşdur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: 10.2-ci bəndi Neft, qaz və qaz kondensatının hasilatı-a) fəhlələr (sementləşdirici aqreqatların motorçuları və quyuların sementlənməsi üzrə maşinistlər): nəzərdə tutulmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının 19.02.1982-01.08.2005-ci il tarixləri arasındakı dövr ərzində “Quba 2716 saylı avtomobil dəstəsi”ndə sürücü vəzifəsində işlədiyi dövrlərlə bağlı müəssisədə əmək stajının dəqiqləşdirilməsinin mümkün olmaması qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmış 2817 saylı 15.07.1998-ci il tarixli nizamnamənin surətindən görünür ki, "xxxx" X12 Cəmiyyəti Azərbaycan Republikası Dövlət Əmllak Komitəsinin 891 №li 16.06.1998-ci il tarixli sərəncamı ilə yaranmışdır. Cəmiyyət Quba Sərnişin Avtonəqliyyat müəssisəsinin bazasında yaradılmış və onun hüquqi varisidir. "xxxx" X12 Cəmiyyəti tərəfindən verilmiş 29.11.2019-cu il tarixli 07 №li arayışda göstərilmişdir ki, İddiaçı 19.02.1982-ci ildə 13 nömrəli əmrlə Quba 2716 avtomobil dəstəsində avtobus parkına İİ dərəcəli sürücü işinə qəbul edilmişdir. 01.08.2005-ci ildə 10 nömrəli əmri ilə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Belə olan halda məhkəmənin qənaətinə görə İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesablanmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana 28 sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1959-cu ildə doğulmuş İddiaçı 60 yaşının tamam olduğu 06 sentyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar