Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8988/2022 30.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 cavabdeh Xətai rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı3, İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Kislotnı küçəsi ev 17,mən 11 saylı evin sökülməsinə görə Bakı şəhəri Cavabdeh tərəfindən hər birinə 30.000 manat olmaqla, ümumilikdə 150.000 manat məbləğində, mənəvi ziyana görə hər birinin xeyrinə 7.000 manat tutulmasını xahiş edir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçılar birgə ünvan 1 ünvanında qeydiyyatdadırlar və orada yaşayırdılar. Bu ünvan “Ağ şəhər” layihəsi aparılan ərazidə yerləşirdi. Mənzil nasaz vəziyyətdə olduğu üçün müvəqqəti olaraq qohumlarının evində yaşayıb imkan yaranacağı təqdirdə evi təmir etdirərək ora köçəcəklərini düşünürdülər. Lakin layihə çərçivəsində aparılan tikinti işləri zamanı qeyd olunan ünvan Xətai rayonu, İcra Hakimiyyətinin göstərişi ilə heç bir əsas olmadan tamamilə sökülmüş, yerində yeni binalar inşa edilmişdir. Ona görə də söküntü aparılarkən onlara xəbərdarlıq edilməmiş, yalnız bir gün mənzilə baş çəkməyə gələrkən onun yerli-dibli söküldüyünü, yerində tikinti işlərinin aparıldığının şahidi olublar. Bu ağıla gəlməz hərəkətlərin nəticəsində onların bəzi ev əşyaları ilə birgə, mənzilə dair müvafiq hüquqi sənədlər də məhv edilmişdir. Bu dəhşətli hadisədən sonra rayon İcra hakimiyyətinə müraciət edərək onlara məxsus mülkiyyətinin özbaşına, razılıq olmadan, kommersiya və ya əvəzçilik əsasında söküldüyü bildirilmiş, lakin qarşılığında laqeyd cavab alıblar. Belə ki, icra hakimiyyətindən onlara mənzilin sənədlərini arxiv məlumatın olmadığını bildirmişlər. Onlar isə sənədlərin söküntü aparılarkən mənzil qarışıq məhv edildiyini, torpağın altında qaldığını nəzərə çatdırmışlar. Hesab edilir ki, bu laqeyd və nifrət dolu münasibət onların qeyri-millət, rus olmaqlarından irəli gəlir. Çünki heç kimə qarşı belə münasibət bəslənmir və bəslənə də bilməz. Bu insani münasibətdən tamam uzaq, fərqli münasibətdir. Sanki düşməndən qisas alırlar kimi bir halla qarşılaşdıqları aşkar şəkildə özünü göstərir. Lakin bildirmək istəyirlər ki, onlar Azərbaycanlıdırlar. Bu torpaqda, bu vətəndə doğulub böyüyüblər. Eləcə də hazırda barəsində danışılan məlum mənzili də İddiaçı1 Borisovanın anasına 1964-cü ildə işlədiyi Q.Qarayev zavodundan ona verilmişdir. Mənzilin orderi rayon icrayyə komitəsi tərəfindən ona təqdim olunmuşdur. İddiaçı1 15 yaşından bu mənzildə yaşayıb, anası rəhmətə gedəndən sonra da o həmin mənzildə yaşayıb. Məlumat üçün bildirir ki, dörd övladı və nəvəsi də onunla bərabər həmin mənzildə yaşayıb, burada qeydiyyatda olublar. Ancaq müraciət etdiyi müvafiq dövlət orqanları onun vəziyyətinə laqeyd qalırlar. Xətai rayon İcra Hakimiyyəti, eyni zamanda müraciət etdiyi digər aidiyyəti orqanların ona ögey münasibətini gördükdən sonra məhkəməyə müraciət etmək tövsiyə ediblər.
3. Birgə iddiaçıların şəxsiyyət vəsiqəsi və Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı1 xx.xx.1949, İddiaçı3 xx.xx.1984, X1 xx.xx.1968, İddiaçı4 Rəhum qızı xx.xx.1979, İddiaçı2 xx.xx.1986, İddiaçı5 xx.xx.1987 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. İddiaçı1 qeyd edilən tələblə bağlı müxtəlif dövlət orqanlarına müraciət etmişdir.
5. İddiaçı1 Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına müraciətinə cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri Şaumyan rayon (indiki Xətai rayonu) XDS İK-nın 1965-1966-cı illərin arxiv fondunn sənəd materiallarında, X2 mənzil sahəsi verilməsi, adina order olması haqqında bir məlumat yoxdur.
6. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialın tərəfindən bildirilmişdir ki, filialda sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara, ad və soyadlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək imkan xaricindədir. Digər tərəfdən bildirilmişdir ki, vətəndaşlara mənzillərə görə verilən orderlər Dövlət Arxivinin Bakı filialında saxlanılmır.
7. İddiaçının müraciətinə cavab olaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərtilə, ərazidə köçürülmə işləri aparılır. Müraciətində qaldırılan məsələnin araşdırılması məqsədilə Bakı şəhər İH tərəfindən verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildiririk ki, mütəxəssislər tərəfindən yuxarıda göstərilən ərazidə qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı bir meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır.
8. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bildirilmişdir ki, Məsələ ilə əlaqədar xx.xx.2021-ci il tarixli, 2/23964-21 nömrəli məktubla Xətai Rayon İcra Hakimiyyətinə ünvanladığımız müraciətə verilmiş xx.xx.2021-ci il tarixli, A-226/2-152/2 nömrəli cavabda bildirilmişdir ki, vətəndaş İddiaçı1 ünvan 7 ünvanında qeydiyyatda olsa da, xx.xx.2013-cü il tarixində yazdığı izahata əsasən, həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən də uzun illər həmin ünvanda yaşamamışdır. Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır.
9. İddiaçının müraciətinə cavab olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən təkrarən bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli, 225 saylı sərəncamı ilə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatə etdiyi torpaq sahəsində “Bakı Ağ Şəhər” layihəsinin həyata keçirilməsi məqsədilə ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələri Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyə olunmuş müstəqil qiymətləndirmə şirkəti tərəfindən qiymətləndirilərək, sahiblərinə (mülkiyyətçilərinə) müvafiq kompensasiyalar ödənilmək şərtilə, ərazidə köçürülmə işləri aparılır. Müraciətdə qaldırılan məsələnin araşdırılması məqsədilə verilmiş tapşırıq əsasında, Xətai Rayon İcra Hakimiyyətinin həmin ünvanla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş cavab məktubuna əlavə edilmiş sənədlərə əsasən bildirilir ki, Xətai rayonu, Kislotnı küçəsi ev 17-də yerləşən 11 saylı mənzilin dam örtüyünün uçaraq yararsız vəziyyətə düşməsi ilə əlaqədar Siz 1991-ci ildən etibarən həmin ünvanda yaşamırsınız. Bundan əlavə, İddiaçı1 sözügedən mənzilə dair order sənədinin olmadığını yazılı surətdə öz ərizənizdə bildirmisiniz. Mütəxəssislər tərəfindən ünvanınızda qiymətləndirmə işləri aparılarkən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən sözügedən mənzilin qiymətləndirilməsinə əsas ola biləcək hər hansı bir meyarların müəyyən edilməsi, habelə mənzilə dair hər hansı hüquq müəyyənedici sənədlər aşkar olunmadığından, həmin mənzilin qiymətləndirilməsi və bu səbəbdən kompensasiyanın hesablanması mümkün olmamışdır.
10. “Ağ şəhər” layihəsi çərçivəsində İddiaçı1 məxsus fərdi yaşayış sahəsinin sökülməsi ilə bağlı kompensasiya tələbinə dair müraciətinə cavab olaraq Xətai rayon İcra Hakimiyyəti tərəfinədn bildirilmişdir ki, Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində ayrılmış 221 ha torpaq sahəsində Bakı "Ağ şəhər” layihəsinin həyata keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinin 10 iyun 2013-cü il tarixli 225 nömrəli Sərəncamı əsasında 2013-cü ildən başlayaraq ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin kompensasiya ödənilməklə köçürülməsinə başlanılmış və hazırda da davam etməkdədir. Sərəncamın icrası məqsədi ilə icra hakimiyyəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tövsiyyə olunmuş müstəqil qiymətləndirmə şirkətinə müraciət olunmuş, qiymətləndirmə işləri aparılmış, ətraf ərazidə yerləşən fərdi və qeyri-yaşayış sahələri qiymətləndirilərək kompensasiya məbləği sakinlərə təklif olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, o, ünvan 7 ünvanında qeydiyyatda olsa da, xx.xx.2013-cü il tarixində yazdığı izahata əsasən həmin mənzilin dam örtüyü və bir hissəsi uçduğundan yararsız hala düşmüş, bu səbəbdən də uzun illər həmin ünvanda yaşama Qiymətləndirmə işləri aparılarkən qeyd olunan mənzil yararsız halda olduğundan qiymətləndirilməsi mümkün olmamış və kompensasiya hesablanmamışdır.
11. Cavabdeh Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış iddiaya yazılı mülahizədə bildirilmişdir ki, Bakı Ağ Şəhər layihəsi ilə ilaqədar BŞİH-ti Başçısının 225 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Bakı Şəhərində sosial infastrukturun daha da inkişaf etdirilməsi, Milli parkın genişləndirilməsi, müasir tələblər səviyyəsində yenidən qurulması, ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin davam etdirilməsi ilə əlaqədar paytaxtda aparılan abadlıq və yenidənqurma işlərinin tərkib hissəsi olaraq Xətai Rayonunda da yolların, kamunikasiya xətlərinin və digər infrastrukturun yaxşılaşdırılması üçün Bakı şəhəri, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Y.Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Babək prospektinin birləşdirən yolun yaxınlığında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi zərurəti yaranmışdır. Göstərilən Sərəncamın icrası ilə əlaqədar olaraq köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 157 saylı Sərəncamı ilə təsdiq olunmuş komissiya yaradılmışdır. Xətai rayon İcra Hakimiyyəti tərəfindən yaradılan komissiya qeyd edilən ərazidə şəxsi mülkiyyətdə olan torpaq sahələrinin, şəxsi mülklərin, eyni zamanda yaşayış və qeyri-yaşayış sahələrinin siyahılaşdırılmasını apararkən kompensasiyanın ödənilməsi ilə bağlı əmlak sahiblərinə müqavilə bağlanılması üçün rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiyaya müraciət edilməsi tövsiyə olunmuşdur. Lakin, İddiaçı1 iddia ərizəsində qeyd etdiyi Kislotnu küçəsi ev 17, mənzil 11 ünvanına dair hüquqi sənədlərlə komissiyaya müraciət etmədiyindən rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması xahiş olunur.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi.
13. İddiaya yazılı münasibətini təqdim edən cavabdeh məhkəmə iclasında iştirak etmir.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü kompensasiya tələbi ilə bağlıdır.
15. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
17. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı qismində çıxış edən şəxslərin müştərək hüquqi marağı olduğundan birgə iddiaçı qismində çıxış edə bilərlər. Mübahisə ilə bağlı inzibati orqanın mövqeyi aydın olduğundan digər iddiaçıların tələbi üzrə cavabdeh inzibati orqana müraciətin və imtinanın olmaması səbəbindən həmin şəxslərə münasibətdə iddianın mümkün sayılmaması prosessual qənəat prinsipinə uyğun olmamaqla həddən artıq formallıq hesab oluna bilər. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (X3rşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar). Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir (“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2019-cu il tarixli Qərarı).
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. Məhkəmə hesab edir ki, iddiaçılar mənzil toxunulmazlığı və mülkiyyət hüququnun pozulması tələbini əsaslandırmamışlar.
20. X7 Konvensiyasının 8-ci maddəsinə əsasən, “mənzil” anlayışı şəxsin daimi yaşadığı və ya yetərli və davamlı əlaqəsinin olduğu məkanı bildirir (bax: Nimetz Almaniyaya qarşı iş; Prokopoviç Rusiyaya qarşı iş; Çapman İngiltərəyə qarşı iş; Loizidu Türkiyəyə qarşı iş; Ənnağı Hacıbəyli Azərbaycana qarşı iş; Xalikova Azərbaycana qarşı iş; Axverdiyeva Azərbaycana qarşı iş; X4rşı iş).
21. Hazırkı işin hallarında birgə iddiaçılar yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan savayı, iddia etdikləri mənzillə bağlılıqlarını ifadə edən hər hansı sübut məhkəməyə təqdim etməmişlər. Digər tərəfdən mənzilin “Bakı Ağ şəhər” layihəsi zamanı sökülməsi zamanı mənzildə uzun müddət yaşayışın olmaması işin mübahisəsiz halıdır.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
23. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
24. Mülkiyyət hüququnun pozulmasına münasibətdə isə məhkəmə qeyd edir ki, mülkiyyətin mövcudluğu sübut edən hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı belə sənədin mövcudluğu müəyyən edilməmişdir.
25. Odur ki, məhkəmə birgə iddiaçıların qeyd edilən mənzilə dair X7 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyət hüquqlarının və ya “qanuni gözləntinin” olması qənaətinə gəlmir.
26. X7 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
27. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə hesab edir ki, eyni yanaşma inzibati məhkəmə icraatı qaydasında çıxarılan məhkəmə aktına da şamil edilməlidir.
28. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
29. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
30. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “kompensasiyanın ödənilməsi tələbinə” iddialarda da İPM-in 14.3-cü maddəsi tətbiq oluna bilər.
31. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən kompensasiyanın ödənilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edilməmişdir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva