Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-899/2022 17.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 (Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X3 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (baş mütəxəssis, ünvan 2i ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürülməsi ilə bağlı tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasından qeyri-qanuni tutulmuş 24453.94 manat məbləği bərpa edərək hesabına köçürməyi, 2013-cü il 1 dekabr tarixdən 2018-ci il 30 aprel tarixədək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin ona qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun cavabdehlər sırasından çıxarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə “iddiaçının pensiyasından qeyriqanuni tutulmuş 24453,94 manat məbləği bərpa edərək onun hesabına köçürməyi, eyni zamanda ona pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyması barədə qərar qəbul edilməsi”nə dair iddia ərizəsinə əlavə icraata qəbul edilmişdir. Həmçinin, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin “iddiaçıya pensiya hesablanarkən ixtisas dərəcəsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə də nəzərə alınmaqla pensiyanın qanunvericiliyin tələbinə uyğun yenidən hesablanması” hissəsində mümkün sayılmaması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı 2000-ci ilin avqust ayının 1-dən səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsinin hakimi vəzifəsindən azad edilib. 2003-cü ildən Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona sabiq hakim kimi pensiya təyin edilmişdir. Pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmadığından və qanunla nəzərdə tutulan əmək pensiyasına əlavələr nəzərə alınmadığından iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Ali Məhkəmə hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əməkhaqqı məbləğində müavinətin və hakimlik stajının hər 5 ilinə görə, hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) pulun iddiaçının hakim kimi pensiya hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2-1(82)-4740/2017 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon Şöbəsi apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin inzıbati-iqtisadi Kollegiyasının 2018-ci il 25 yanvar tarixli 2-1(103)-413/2018 saylı qərarı ilə 2 saylı Bakı İnzıbati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2-1(82)-4740/2017 saylı qərarı dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının pensiyası yenidən hesablanmış qeyri-qanuni olaraq 24453,94 manat onun pensiyasından tutulmuşdur. 2020-ci ilin oktyabr ayında heç bır xəbərdarlıq edilmədən cavabdeh tərəfindən pensiya köçürülmədiyi üçün iddiaçı tərəfdən ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 2021-ci il 5 yanvar tarixli ********** nömrəli məktubla onun pensiyasından tutulma barədə cavab məktubu göndərmişdir. Hesablama düzgün aparılmadığından 2021-ci il 1 fevral tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyanın düzgün hesablanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının pensiya məbləği xx.xx.2013-cü ildən 30.11 2020-ci ilə qədər düzgün hesablanmamışdır. “Azərbaycan Respublikasının Arbitraj Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarına (1992-ci il 25 fevral tarixli 78 nömrəli) uyğun olaraq Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin sədrinin, onun müavinlərinin və hakimlərinin maddi təminatı, tibbi və məişət xidmətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq vəzifəli şəxsləri üçün müəyyən edilən qaydada həyata keçirilirdi. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə (1997-ci il 10 iyun tarixli 310-İQ nömrəli) əsasən Ali Məhkəmənin sədrinə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı həcmində vəzifə maaşı təyin edilmişdir. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununa (2013-cü il 17 dekabr tarixli 841- İVQD nömrəli) görə Azərbaycan Respublikası Milli Məclisi sədrinin aylıq vəzifə maaşı 2250 manat həcmində müəyyən edilmişdir. Beləliklə iddiaçının vəzifə maaşı 1800 manat təşkil edir (2250 manatın 80% = 1800 manat). Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2013-cü il 1 dekabr tarixindən etibarən hər 5 il üçün 15% məbləğində vəzifə maaşıma 45% artıq olmamaqla 810 manat, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergidən azad olunan 25% miqdarında 450 manat əlavə verilməlidir. Beləliklə əmək haqqının cəmi 3060 manat təşkil edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqları vaxt 2 aylıq əmək haqqı məbləğində, həmçinin 109-cu maddəsinə görə hakimlərə müalicə olunmaları üçün 2 aylıq əmək haqqı məbləğində pul təminatı verilir. Beləliklə məzuniyyət və müalicə üçün verilən məbləğ hər ay üzrə 1020 manat təşkil edir (3060 x 4 : 12 =1020). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən məzuniyyətə çıxarkən və tibbi müalicə üzrə verilən əlavələr vəzifə maaşından deyil əmək haqqından hesablanır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı və həmin Fondun Xəzər rayon şöbəsi tərəfindən atamın pensiyası hesablanarkən yanlışlığa yol verilmişdir. Faktiki olaraq iddiaçının pensiyası 3264 manat təşkil edir. Əlavə olaraq ona Mərkəzi Filial tərəfindən 13624 manat qaytarılmalıdır (262manat x 52 ay = 13642 manat). Hakimlərin məzuniyyətə çıxarkən və müalicə olunmaları üçün verilən müavinətlər Mərkəzi Filial tərəfindən hesablanmamışdır. Ərizəsinə cavab məktubunda Mərkəzi Filialın göstərdiyi hesablanma qaydası məlum deyil. Həmin məbləğ 1033 manat təşkil etməlidir (3101 x 4 = 12404 : 12 = 1033). İddiaçının pensiya məbləği 3307 manat təşkil etməlidir. Mərkəzi Filialın 2019-cu il 1 sentyabr tarixindən 2020-ci il 30 noyabr tarixədək apardığı hesabat da həqiqətə uyğun deyil. Belə ki, 1980 manat vəzifə maaşının 45% 891 manat, 25% isə 495 manat edir. Ümumi əmək haqqı 3366 manat təşkil edir. Məzuniyyətə çıxarkən verilən müavinət və müalicə üçün verilən məbləğ 1122 manatdır (3366 x 4 12 = 1122). Orta əmək haqqı 4488 manat onun 80 % isə 3590 manatdır. Mərkəzi Filial tərəfindən ona məxsus pensiya 132 manat əskik hesablanmışdır (3590 - 3458 = 132). Göstərilən müddət ərzində 1980 manat qeyri-qanuni tutulmuşdur. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, 2021-ci il 19 aprel tarixində Azərbaycan Respublikasının Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək pensiyanın düzgün hesablanmaması nəticəsində 13624 manat məbləğində fərqin və pensiyanın düzgün hesablanmaması nəticəsində qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin qaytarılmasını xahiş etmişdir. İddia ərizəsinə əlavə olaraq 2021-ci il 11 iyun tarixdə ixtisas dərəcəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavənin hesablanaraq ödənilməsini xahiş etmişdir. Tərəflər arasında mübahisə yaranmasının əsas səbəbləri Mərkəzi Filial tərəfindən bəzi hüquqi aktların nəzərə alınmaması, onların düzgün tətbiq edilməməsi və hesab səhvlərinə yol verilməsidir. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 29 iyul tarixli 250 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin ixtisas dərəcələri haqqında Əsasnamə”nin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə, Azərbaycan Respublikası Alı Arbitraj Məhkəməsinin hakimlərinə ali, birinci və ikinci ixtisas dərəcələri verilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ixtisas dərəcələri hakimlərə ömürlük verilir. “Azərbaycan Respublikası Ali Arbitraj Məhkəməsinin hakimlərinə ixtisas dərəcəsi verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 6 dekabr tarixli 766 nömrəli qərarı ilə ona ikinci ixtisas dərəcəsi verilmişdir. “Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqa verilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 4 noyabr tarixli 364 nömrəli qərarının 1 -ci bəndinə görə Azərbaycan Respublikası məhkəmələrinin beşinci ixtisas dərəcəli hakimlərinə Azərbaycan Respublikasında müəyyən edilmiş minimum əmək haqqının bir misli məbləğində, dördüncü ixtisas dərəcəli hakimlərinə iki misli məbləğındə üçüncü ixtisas dərəcəli hakimlərinə üç misli məbləğində, ikinci ixtisas dərəcəli hakimlərinə dörd misli məbləğində, birinci ixtisas dərəcəli hakimlərinə beş misli məbləğində, alı ixtisas dərəcəli hakimlərinə altı misli məbləğində əlavə haqq verilir. “Azərbaycan Respublikasının Ali Məhkəməsi hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 19 oktyabr tarixli 1160 nömrəli Sərəncamının 1-ci hissəsi ilə Azərbaycan Respublikası Alı Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə müəyyən edilmişdir. Yuxarıda qeyd edilən hüquqi aktların tələblərinə görə hakimlərə məzuniyyət və müalicə üçün müavinət onların iki aylıq əmək haqqı məbləğində verilir. Göründüyü kimi həmin məbləğlər vəzifə maaşı məbləğində deyil əmək haqqı məbləğindən hesablanır. Bunlar isə başqa başqa məvhumlardır və bir birindən ciddi surətdə fərqlənir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 31 yanvar 2012-ci il tarixində hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları nəticəsində məlum olmuşdur ki, hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən etibarən onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1490,20 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-670,59 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-372,55 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 720,26 manat olmaqla orta aylıq əmək haqqı 3253,60 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3253,60 manat) 80 faizi-2602,88 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 3002,88 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 21200,00 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1824,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə-820,80 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-456,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 881,60 manat olmaqla orta aylıq əmək haqqı 3982,40 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (3982,40 manat) 80 faizi-3185,92 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 3307,52 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1945,60 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiz vəzifə üzrə vəzifə maaşı 1980,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəz-891,00 manat, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vergidən azad olunan vəzifə maaşının 25 faizi miqdarında əlavə-495,00 manat, hakimlərə məzuniyyətə çıxarkən verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan müavinət və hakimlərə müalicə olunmaları üçün verilən iki aylıq əmək haqqı məbləğindən hesablanan pul təminatı 957,00 manat olmaqla orta aylıq əmək haqqı 4323,00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 19 il 5 ay 22 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (4323,00 manat) 80 faizi-3458,40 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 51876,00 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 53184,34 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 1308,34 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2013-30.11,2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabddeh oran xx.xx.2021-ci il tarixli **********6 nömrəli məktubla iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. İş materiallarından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon şöbəsi tərəfindən 31 yanvar 2012-ci il tarixində hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İşdə olan 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2- 1(82)-4740/2017 saylı qərarından görünür ki, İddiaçı iddiası təmin edilərək, Ali Məhkəmə hakimlərinə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əməkhaqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əməkhaqqı məbləğində müavinətin və hakimlik stajının hər 5 ilinə görə, hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) pulun iddiaçının pensiya hüququ yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xəzər rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 25 yanvar tarixli 2-1(103)- 413/2018 saylı qərarına əsasən 2 saylı Bakı İnzibatı-İqtisadi Məhkəməsinin 2017-ci il 13 noyabr tarixli 2-1(82)-4740/2017 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin bərpa edilərək onun hesabına köçürülməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********7 saylı məktub əsasında ona imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********7 saylı imtina məktubundan görünür ki, iddiaçıya xx.xx.2013-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 24453,94 manat artıq pensiya məbləğinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsait iddiaçıya Fondun Xəzər rayon şöbəsi tərəfindən keçmiş dövr üzrə hesablanmış fərq məbləğindən çıxılmışdır. Qalan 8621,26 manat fərq məbləği 2020-ci ilin dekabr ayından etibarən hissə-hissə pensiyasının (3458,40 manat) üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsində deyilir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə vurğulayır ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb- alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətəbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.9-cu maddəsinə əsasən aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı pensiyasından 24453,94 manat məbləğində pul əsassız olaraq tutulduğundan, həmin məbləğ bərpa edilməli və onun hesabına geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı pensiyasından qeyri-qanuni tutulmuş 24453,94 manat məbləğin bərpa edilərək onun hesabına köçürülməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-899/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-899/2022
17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver