Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-899/2023 01.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə pensiyanın təyin edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 09 dekabr 2018-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı xx xxxxxx 1961-ci il tarixində doğulmuşdur. Əmək kitabçası və hərbi biletinin surətlərindən görünür ki, 11 iyul 1979-cu il tarixdən 10 may 1980-ci il tarixinədək (09 ay 29 gün) Ermənistan SSR “Zeytun” sovxozunda fəhlə vəzifəsində işləmiş, 01 aprel 1980-ci il tarixdən 23 aprel 1982-ci il tarixinədək (2 il 22 gün) Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 07 iyun 1982-ci il tarixdən 20 oktyabr 1982-ci il tarixinədək (04 ay 13 gün) Gürcüstan SSR “Elevatortikinti” trestində fəhlə, 01 noyabr 1982-ci il tarixdən 04 noyabr 1983-cü il tarixinədək (01 il 03 gün) Gürcüstan SSR “Gürcükəndtikintiquraşdırma” trestinin 25 saylı Xüsusi səyyar mexaniki kolonasında fəhlə, 22 mart 1984-cü il tarxdən 02 aprel 1984-cü il tarixinədək (10 gün) Gürcüstan SSR Mameuli rayon “Kəndyaşayışkommunal” təsərrüfat Biriyində fəhlə, 15 aprel 1984-cü il tarixdən 10 noyabr 1985-ci il tarixinədək (01 il 06 ay 25 gün) həmin idarədə bənna, 27 dekabr 1985-ci il tarixdən 11 aprel 1986-cı il tarixinədək (03 ay 14 gün) həmin idarədə fəhlə, 12 aprel 1986-cı il tarixdən 16 yanvar 1987-ci il tarixinədək (09 ay 04 gün) Gürcüstan SSR “Gürcüxüsusitikintitəmirquraşdırma” trestində bənna, 15 aprel 1987-ci il tarixdən 04 noyabr 1987-ci il tarixinədək (06 ay 19 gün) RSFSR-də Tatarıstan MSSR-in N- Oktyabrskiy Yİ-də bənna, 04 yanvar 1988-ci il tarixdən 17 oktyabr 1988-ci il tarixinədək (09 ay 13 gün) həmin vilayətin “Mamıkovskiy” sovxozunun tikinti briqadasında bənna, 04 sentyabr 1989-cu il tarixdən 16 noyabr 1992- ci il tarixinədək (03 il 02 ay 12 gün) “Bakısementtəmir” XB-də bənna, 16 noyabr 1992- ci il tarixdən 25 mart 1993-cü il tarixinədək (04 ay 19 gün) “Turan” KM-də bənna, 26 mart 1993-cü il tarixdən 15 iyun 1993-cü il tarixinədək (02 ay 19 gün) “Tərəqqi-Turan” KM-də bənna, 16 iyun 1993-cü il tarixdən 30 sentyabr 1997-ci il tarixinədək (04 il 03 ay 14 gün) “Şelflayihətikinti” zavodunda bənna, 04 sentyabr 1996-cı il tarixdən 10 avqust 1997-ci il tarixinədək (11 ay 06 gün) “Santa-Fe” korporasiyasının “Dədə Qorqud” qazma qurğusunda takelajçı, 11 avqust 1997ci il tarixdən 01 dekabr 1999-cu il tarixinədək (02 il 03 ay 19 gün) “Xəzər Qazma” şirkətində takelajçı 01 dekabr 1999-cu il tarixdən 06 fevral 2010-cu il tarixinədək (10 il 02 ay 05 gün) “Dədə Qoqud” qazma qurğusunda kran operatorunun köməkçisi və kran operatoru , 06 fevral 2010-cu il tarixdən 30 iyul 2020-ci il tarixinədək (10 il 05 ay 24 gün) “İstiqlal” qurğusunda takelajçı vəzifəsində işləmiş, 30 iyul 2020-ci il tarixdən bu günə kimi həmin qurğuda rəngsaz vəzifəsində işləyir. Hərbi biletinin surətindən (səhifə 7) görünür ki, 18 noyabr 1993-cü il tarixindən 22 sentyabr 1995-ci il tarixinədək (01 il 10 ay 04 gün) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Qanunvericiliyin tələblərinə görə həmin dövrdə iş stajı ikiqat ölçüdə hesablanmalı, yəni ümumi iş stajının üzərinə 01 il 10 ay 04 gün əlavə olunaraq hesablanmalıdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 24.0.1 maddəsinə əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qəran əsasmda) ikiqat ölçüdə əmək pensiyası hüququ verən sığorta stajına güzəştli şərtlərlə daxil edilir. Beləliklə, 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən artıq, yəni 26 il 04 ay 11 gün (24 il 06 ay 07 gün + 01 il 10 ay 04 gün) təşkil etmiş və həmin staj illərinin 21 il 01 ay 19 gün (12 il 6 aydan artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Əmək kitabçasının surətindən göründüyü kimi, 01 yanvar 2006-cı il tarixinədək 11 il 09 ay 05 gün bənna peşəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli, 320 saylı qırarına 2 №-li əlavədə 2290000a- 12680 kodu ilə qeyd edilmişdir. Həmçinin həmin tarixədək 03 il 03 ay 14 gün işlədiyi takelajçı peşəsi həmin əlavədə 2130100a kodu ilə və 06 il 01 ay işlədiyi kran operatoru (qaldırıcıların maşinisti) peşəsi 2130200a-1402 kodu ilə qeyd edilmişdir. Bu isə ümumilikdə 21 il 01 ay 19 gün güzəştli staj deməkdir. Bununla da həmin qanunvericliyin tələblərinə cavab verən ümumi və xüsusi iş stajlarını toplamış, bu səbəbdən də 57 yaşına çatdığı 09 dekabr 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə dənizdə iş növbəsində olacağından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda göstərilənləri müdafiə edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz və etiraza əlavə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli cavab məktubuna əsasən müəyyən edilir ki, müraciətin müsbət həlli mümkün olmamışdır. Məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (xx.xx.2017- ci il tarixədək qüvvədə olmuş) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (57 yaş), 2) azı 25 il sığorta stajı olduqda, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Birinci şərt: Qanunun bu normasının xx.xx.2017-ci il tarixədək qüvvədə olduğunu nəzərə alsaq, deməli bu norma 57 yaşı həmin tarixədək (xx.xx.2017) tamamlanmış şəxslərə şamil edilir. Lakin iddiaçının 57 yaşı xx.xx.2018-ci il tarixdə tamam olması səbəbindən qeyd edilən şərt ödənilmir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (hazırda qüvvədə olan) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilmiş “X4 Ltd” şirkətinin iddiaçıya dair 25 yanvar 2022-ci il tarixli arayışında qeyd edilən xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997- xx.xx.1999-cu il, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində işlədiyi takelajçı, xx.xx.1999xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində işlədiyi kran operatoru vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (1 il 2 ay 1 gün (xx.xx.2020- xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-7220/2022 nömrəli Qərardadı ilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş yeni arayışlar cavabdeh inzibati orqana yenidən baxılması üçün göndərilmişdir. Qərardad əsasında qeyd olunan arayışlara baxılaraq, iddiaçıya xx.xx.2023-cü il tarixli 3- 17-1/2-M-12453/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) qaldırıcıların maşinistləri, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) bənna briqadalarında və kompleks briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalar, ümumi peşələr bölməsində (35) təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar peşələri nəzərdə tutulmuşdur. “Bakıxüsusisementtəmirtikinti" KM-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışında iddiaçının xx.xx.1989 - xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərə əsasən iddiaçının işlədiyi bənna peşəsinin sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla, təsdiq olunmuş Siyahıda nəzərdə tutulan bənna briqadalarında və briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. "X4 Ltd” şirkətinin 7 sentyabr 2022-ci il tarixli arayışında xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1999xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində kran operatorunun köməkçisi və kran operatoru; xx.xx.2020-ci il tarixdən bu günədək isə rəngsaz peşəşində işlədiyi qeyd olunmuşdur. Takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təşdiq olunmuş Siyahının 10-cu bölməsində nəzərdə tutulmamışdır. Kran operatoru yə kran operatorunun köməkçisi vəzifələri isə yuxarıda qeyd olunan qaldırıcılarının maşinistləri vəzifəşinə uyğun deyil. Rəngsaz peşəsinin isə təhlükəliliyi 3-cü sinifdən aşağı oİmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsazlara aid olubolmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda SOCAR tərəfindən teqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışda İddiaçı xx.xx.1993-xx.xx.1997-ci illərdə təmir müəssisəsi və təmir-tikinti sahəsində 5-ci dərəcəli bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin qeyd olunan güzəştli arayış 28 aprel 2022-ci il tarixli 175 nömrəli NK Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsaşən tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin sözügedən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının hansı-bölmə, bənd, şifr, siyahısında sadalandığı göstərilməmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verdiyi imtina məktubu. - xx.xx.1961-ci il təvəllüdlü İddiaçı AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti. - iddiaçıya məxsus HЗ ******* nömrəli Hərbi Biletin surəti. - iddiaçının iş stajını təsdiq edən xx.xx.1980-ci il tarixli əmək kitabçasının tərcümə və təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ Rayon İdarəsinin 1530 və 1531 nömrəli arayışlarının surəti. - M/V 013197 nömrəli vəsiqənin surəti. - “X4 Ltd” şirkətinin xx.xx.2022-ci il tarixli arayışı. - Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş inzibati icraat materialları. -“Bakıxüsusisementtəmirtikinti" KM-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışı. - “X4 Ltd” şirkətinin 7 sentyabr 2022-ci il tarixli arayışı. - SOCAR tərəfindən teqdim olunmuş xx.xx.2022-ci il tarixli arayış. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “İddiaçı dair məhkəmə qərardadının icrası haqqında” məktub.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanını (ünvan 1 edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu vaxtdan, yəni 09 dekabr 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. xx.xx.2022-ci il tarixli imtina məktubu və iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (1 il 2 ay 1 gün (xx.xx.2020xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) olması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur. Belə ki, məhkəmə ilk öncə iddiaçının tələb olunan ümumi iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, hərbi xidmət müddətinin əmək stajına daxil edilməsi məsələsi təhsil aldığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə... İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, hərbi xidmət dövrü və Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövr nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək 25 ildən çox (26 il 06 ay 11 gün) ümumi iş stajı mövcud olmuşdur. Məhkəmə iddiaçının tələb olunan güzəştli iş stajına malik olması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarında olan “Bakısementtəmirtikinti" KM-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı “Bakısementtəmirtikinti" KM-nin 2 saylı sahəsinə xx.xx.1989-cu il tarixdən 3-cü dərəcəli bənna peşəsinə işə qəbul edilib. (Əsas: xx.xx.1989-cu il tarixli 63-K saylı Əmr). xx.xx.1992-ci il tarixdən AR ƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilib. (Əsas: xx.xx.1992-ci il tarixli 80-K saylı Əmr). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin a bəndinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən İddiaçı zərərli bənna peşəsi üzrə güzəştli şərtlərlə ümumi iş stajı 03 il 02 ay 12 gün təşkil edir. İş materiallarında olan “X4 Ltd” şirkətinin 7 sentyabr 2022-ci il tarixli arayışında göstərilmişdir: “Verilir İddiaçı ondan ötrü ki, o X5 Ltd şirkətində Yarım Dalma üzən X2 dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Takelajçı vəzifəsində işləyir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 nömrəli qərarına əsasən, 1 saylı siyahı 10-cu bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş staji 24 (iyirmi dörd) il 11 (on bir) ay 15 (on beş) gün təşkil edir. Ss Əmək İşlədiyi tarix İşlədiyi Vəzifəsi, ixtisasın kodu kitabçasında müddəti il ay qeydiyyat No gün 1 30-31 xx.xx.1996- 00.11.24 Takelajçı 10.08. 1997 2 32 xx.xx.1997- 02.03.20 Takelajçı xx.xx.1999 3 33 xx.xx.1999- 06.08.21 X3- (qaldırıcıların xx.xx.2006 maşinistləri)10.2 (b) 4 34 xx.xx.2006- 03.06.26 Kran Operatoru (qaldırıcıların xx.xx.2010 maşinistləri) 10.2 (b) 5 35 xx.xx.2010- 10.05.24 Takelajçı xx.xx.2020 6 36 xx.xx.2020 01.04.08 Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar - 35 bölmə İNTERSEAL GREY-670 STORM GREY - 670 K 724 ALÜMİNİUM - 670 RED-990 WHİTE-990 BLACK-990 QATMALAR: THİNNER - 220 THİNNER-713 THİNNER-822
İş materiallarında olan SOCAR tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı “Şelflayihətikinti” LSTB-nin Ehtiyat hissələri, qeyri standart avadanlıqları və Xalq İstehlakı malları zavoduna xx.xx.1993-cü il tarixdən Təmir müəssisəsi və təmir tikinti sahəsinə 5-ci dərəcəli bənna peşəsinə işə qəbul edilib. (Əsas: xx.xx.1993-cü il tarixli 64/K saylı Əmr). xx.xx.1997-ci il tarixdən AR ƏM-nin 37-ci maddəsinə əsasən işdən azad edilib. (Əsas: xx.xx.1997-ci il tarixli 28K saylı Əmr). Məhkəmə yuxarıda qeyd edilən arayışlarla bağlı qeyd etməyi zəruri hesab edir ki, “Bakıxüsusisementtəmirtikinti" KM-nin xx.xx.2022-ci il tarixli 27 nömrəli arayışında iddiaçının xx.xx.1989-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Təqdim edilmiş sənədlərə əsasən iddiaçının işlədiyi bənna peşəsinin sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla, təsdiq olunmuş Siyahıda nəzərdə tutulan bənna briqadalarında və briqadaların xüsusi bənna manqalarında daim işləyən bənnalara aid olub-olmamasını müəyyən etmək mümkün deyil. "X4 Ltd” şirkətinin 7 sentyabr 2022-ci il tarixli arayışında xx.xx.1996-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2010-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində takelajçı, xx.xx.1999-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində kran operatorunun köməkçisi və kran operatoru; xx.xx.2020-ci il tarixdən bu günədək isə rəngsaz peşəşində işlədiyi qeyd olunmuşdur. Takelajçı vəzifəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahının 10-cu bölməsində nəzərdə tutulmamışdır. Kran operatoru və kran operatorunun köməkçisi vəzifələri isə yuxarıda qeyd olunan qaldırıcılarının maşinistləri vəzifəsinə uyğun deyil. Rəngsaz peşəsinin isə təhlükəliliyi 3-cü sinifdən aşağı oİmayan zərərli maddələri tətbiq etməklə məşğul olan rəngsazlara aid olub-olmamasını müəyyən etmək mümkün deyil. Eyni zamanda SOCAR tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli arayışda İddiaçı xx.xx.1993-xx.xx.1997-ci illərdə Təmir müəssisəsi və təmir- tikinti sahəsində 5-ci dərəcəli bənna peşəsində işlədiyi qeyd olunmuşdur. Lakin qeyd olunan güzəştli arayış 28 aprel 2022-ci il tarixli 175 nömrəli Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə əsasən tələb olunan rekvizitlərə cavab vermir. Həmin arayışda qeyd edilən vəzifənin sözügedən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının hansı-bölmə, bənd, şifr, siyahısında sadalandığı göstərilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarları ilə təsdiqlənmiş siyahılarda göstərilməmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan güzəştli iş stajına malik olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən çox güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olsa da, 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı , iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 09 dekabr 2018-ci il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev