Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-899/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarışın və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportun onun mülkiyyətində olan “V” tikilisi və torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər sırasından X1 çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, cavabdehlər sırasından X3 xaric edilmiş və üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi iddiaçıya məxsusdur. Həmin əmlak iddiaçıya valideynlərindən miras əmlak kimi qalmışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, ona məxsus olan “V” tikilisinə və altındakı torpaq sahəsinə dair qonşusu X1 adına RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə qeydə alınmış Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçının mülkiyyətimdə olan “A” tikilisi babaları tərəfindən 1929-cu ildə, “V” tikilisi isə 1944-cü ildə tikilmişdir. Sevda Əliyeva “V” tikilisində iddiaçının razılığı ilə müəyyən müddət kirayəçi kimi yaşamış və sonralar həmin “V” tikilisinə bitişik iddiaçının torpaq sahəsindən kənarda kiçik ev tikmişdir. Onun istifadəsində olan ev özəlləşdirilərkən iddiaçının mülkiyyətimdə olan “V” tikilisi və torpaq sahəsi də ona verilmiş Çıxarışda və 1974-ci ildə vəfat etmiş atası Hüseyn Əli oğlunun adma xx.xx.2017-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda qeyri-qanuni olaraq Sevda Əliyevanın mülkiyyəti kimi göstərilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh X1 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə qeydə alınmış Dövlət reyestrindən Çıxarışı və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli Texniki Pasportu iddiaçının mülkiyyəti olan “V’ tikilisi və torpaq sahəsinə aid hissədə ləğv edilməsinə dair qərar qəbul edilməsi və DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə həmin qərarın icra edilməsi öhdəliyinin qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (“A” və “V” tikilisi) və həmin tikililərin yerləşdiyi torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, RX seriyalı, ******* saylı çıxarış verilmiş və xx.xx.2018-ci il tarixdə **********89-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (“A” tikilisi – 1, 2, 3 saylı otaqlar) və həmin tikilinin yerləşdiyi torpaq sahəsi üçüncü şəxs X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, RX seriyalı, ******* saylı çıxarış verilmiş və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə **********66-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı hazırda üçüncü şəxsin çıxarış və texniki pasportunu qismən, iddiaçının “V” tikilisi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə aid hissədə mübahisələndirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10-6309 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - X1 adına olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportun Hüseyn Əli oğlunun adına xx.xx.1963-cü il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. - X1 faktiki istifadəsində olan tikili və torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. - X1 adına olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin 1 və 2 saylı tikililərinin İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində “V” literli tikili kimi öz əksini tapdığı müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (“A” və “V” tikilisi) və həmin tikililərin yerləşdiyi torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (“A” tikilisi – 1, 2, 3 saylı otaqlar) və həmin tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının qonşusu olan üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda üçüncü şəxsin çıxarış və texniki pasportunu qismən, iddiaçının “V” tikilisi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə aid hissədə mübahisələndirir və bildirir ki, həmin hissədə iddiaçının çıxarış və texniki pasportunda da göstərilmişdir. Mübahisələndirilən halların və ümumiyyətlə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10-6309 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - X1 adına olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportun Hüseyn Əli oğlunun adına xx.xx.1963-cü il tarixdə tərtib edilmiş texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. - X1 faktiki istifadəsində olan tikili və torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. - X1 adına olan ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin 1 və 2 saylı tikililərinin İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş Texniki Pasport sənədində “V” literli tikili kimi öz əksini tapdığı müəyyən edilmişdir. Daha sonra ekspert rəyində göstərilənlərin və mübahisələndirilən digər halların aydınlaşdırılması üçün məhkəmə tərəfindən yerində müayinə keçirilmişdir. Məhkəmə tərəfindən ünvan 1 ünvana baxış keçirilərkən, ekspert rəyində göstərilənin əksinə, X1 faktiki istifadəsində olan tikili və torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan RX seriyalı, ******* saylı, xx.xx.2017-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, həmin texniki pasportda göstərilən “A” literli fərdi yaşayış evinin 1 və 2 saylı otaqları faktiki olaraq İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda göstərilən “V” literli tikili olduğu müəyyən edildi. Qeyd edilən xüsusatlar həm məhkəmə iclaslarında, həm də yerində müayinə zamanı üçüncü şəxs tərəfindən də təsdiq edilmişdir. İddiaçı faktiki istifadəsində olan tikili və torpaq sahəsinin yerləşmə vəziyyətinin, ölçüsünün və konfiqurasiyasının iş materiallarında olan RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmış çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş **********89-10301 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının texniki pasportunda göstərilən“V” literli tikilisinin üçüncü şəxsin texniki pasportunda göstərilən “A” literli fərdi yaşayış evinin 1 və 2 saylı otaqları ilə üst-üstə düşməsi həm ekspert rəyi ilə, həm də yerində müayinə ilə təsdiqini tapmışdır. Lakin həmin tikili ekspert rəyində göstərildiyi kimi üçüncü şəxsin deyil, iddiaçının istifadəsindədir və torpaq sahələrini ayıran hasardan texniki pasportda göstərildiyi kimi iddiaçıya aid hissədə yerləşir. Həmin tikilinin iddiaçıya məxsus olmasını üçüncü şəxs də təsdiq etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 adına ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (RX seriyalı, ******* saylı çıxarış) və atası Hüseyn Əli oğlunun adına xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********66-10301 reyestr nömrəli texniki pasportun İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən “V” tikilisi və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə (RX seriyalı, ******* saylı çıxarış və xx.xx.2018-ci il tarixdə tərtib edilmiş **********89-10301 reyestr nömrəli texniki pasport) aid (“A” literli fərdi yaşayış evinin 1 və 2 saylı otaqları) hissədə ləğv edilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-899/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-899/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver