Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8990/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməyi öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək ailə tərkibi özü, oğlu və gəlini olmaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı şəhid X18 ilə 1988-ci il tarixdə nikah bağlanmışdır, birgə nikahdan 3 uşaqları var. İddiaçının əri X18 xx.xx.1994-cü il tarixdə ermənilərə qarşı döyüşlərdə həlak olmuşdur. X18 Azərbaycan Respulikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona şəhidlik statusu verilmişdir. İddiaçının şəhid ailəsi kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. X12 şəhidlik statusu verilsə də, iddiaçı onun həyat yoldaşı kimi həmin statuslardan istifadə edə bilmir. İddiaçı şəhid ailəsi kimi ev növbəsinə dayanmaq üçün Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin icra hakimiyyəti iddiaçını növbəyə götürməkdən imtina etmiş, əsas olaraq iddiaçının xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonunda qeydiyyata düşməyini qeyd etmişdi. İddiaçı qeyd olunan ünvanda 15 ilə yaxın müddətdir ki, övladları ilə birlikdə yaşayır. İddiaçının X2 2011-ci ildən Bakı şəhərində yerləşən "xxxx" MMC-də işləyir. Bu onu göstərir ki, iddiaçının ailəsibiz uzun müddətdir ki, Bakı şəhərində yaşayır və müəyyən səbəblər üzündən də qeydiyyata düşə bilməmişdirlər. Cavabdeh orqan imtinada iddiaçının Kürdəmir rayonu Topal Həsənli kəndində xx.xx.2024-cü il tarixli şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasını qeyd edilmişdir. Həmin torpaq sahəsi iddiaçının həyat yoldaşının atasından miras qalmışdır və hazırda iddiaçının ailəsinin istifadəsində deyildir. İddiaçının ailəsi iddiaçı və üç övladdan ibarətdir. X2 üçüncü qrup əlildir və ailəlidir. İddiaçıya məxsus ev olmadığından uzun illər ünvan 2 ünvanında yerləşən qohuma məxsus evdə yaşayırlar. İddiaçı və ailəsi hal-hazırda da həmin mənzildə yaşayır və mənzil şəraitləri cox ağır vəziyyətdədir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli 5-10/1-B-31-068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil sahəsilə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın Rayon İcra Hakimiyyətinə təqdim etdiyi sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçının adına ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının isə adına ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.13 ha olan torpaq sahəsi mövcuddur. Mülkiyyət hüquqları əsasında adına torpaq sahəsi olduğu halda bir şəxs necə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində hesab oluna və dövlət hesabına ona kirayə xərcləri ödənilə bilər? Vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə belə halları (mənzil şəraitinin süni pisləşdirilməsi hallarını) aşkarlamaqdan ötrü ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub-olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Həmçinin, nəzərinizə çatdırırıq ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024cü il tarixdən qeydiyyata düşmüşdür. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli 153 nömrəli Fərmanının 1.3.7-ci yarımbəndində isə Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müəyyən edilməsi tapşırılmışdır. Lakin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası indiyədək Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir. “Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimlənə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə isə Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar həmin Məcəlləyə uyğunlaşdırılanadək ona zidd olmayan hissədə tətbiq edilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmalarını tənzimləyən normativ hüquqi aktlardan biridə qüvvədə olan XX çağırış Bakı Şəhər Xalq Deputatları Sovetinin 4-cü sessiyasının xx.xx.1988-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dır. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası Nazirlər Kabineti tərəfindən indiyədək təsdiq edilmədiyindən yuxarıda qeyd olunan Qaydalar Mənzil Məcəlləsinə zidd olmayan hissədə tətbiq olunmuş və həmin Qaydaların 8-ci bəndinə əsaslanaraq iddiaçının müraciəti cavablandırılmışdır. Belə ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamış və bu barədə iddiaçıya ətraflı izahat verilmişdir. Cavabdeh izah edir ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış, Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya qanunvericiliyin tələbləri izah olunmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasını, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericlikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin qərarın 4.1-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. AR İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılması barədə məhkəmə qərardad qəbul edir. Qeyd olunan qanunvericiliyin tələblərinə görə iddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmçinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
5. Cavabdeh Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçının adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3-30/2-B0105-8/2024 **********80 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən ünvan 3ində xx.xx.2001-ci il tarixli JN-122F saylı şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququna dair 0,13 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Eyni zamanda bildirilir ki, qüvvədə olan Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1989-cu il tarixli Qərarına əsasən təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” əsas götürülməklə Azərbaycan Respublikası Prezidentinin miivafıq Sərəncamlarının icrasını həyata keçirmək məqsədilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Belə ki, Qaydaların 8-ci bəndinə əsasən vətəndaşlar Bakı şəhərində qeydiyyata düşdükdən və 7 (yeddi) il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota götürülürlər. Təqdim edilən sənədlərdən Bakı şəhəri, Binəqədi rayonunda xx.xx.2024-cü il tarixdən qeydiyyata düşdüyü müəyyən edilmişdir. İddiaçının adına mülkiyyət hüququ əsasında həyətyanı torpaq sahəsi olduğundan və eyni zamanda Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatı 7 (yeddi) il olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır. Gələcəkdə mövcud qanunvericiliyə əlavə və dəyişiklik olduğu təqdirdə müracətiniz əsasında məsələyə yenidən baxılacaqdır.
6. Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli Arayışda qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü) və X13 (xx.xx.1993-cü il təvəllüdlü) ünvan 5 ünvanında qeydiyyatdadır.
7. X3, X33, X29 və X39 tərəfindən tərtib olunmuş Aktda qeyd edilmişdir ki, İddiaçı, X13 və X14 xx.xx.2024-cü il tarixdən Aydınbəyov küçəsi, ev 136, m6 ünvanına qeydiyyata düşmələrinə baxmayaraq may 2017-ci il tarixdən adi çəkilən ünvanda yaşayırlar.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X15 Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən 3.80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X15 adına Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən ümumi birgə payda olan 5.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-559 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir, lakin Kürdəmir rayon DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-255 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X15 adına Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən fərdi yaşayış evi (ümumi birgə payda) qeydiyyatdan keçmişdir, lakin Kürdəmir regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-328 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının oğluna (X8) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, X4 adına Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0225 ha və 0.015 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X4 adına Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən ümumi birgə payda olan 5.86 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid ləğv edilmiş DTXK tərəfindən JN-559 nömrəli xx.xx.1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir, lakin Kürdəmir rayon DNK-nın xx.xx.2014-cü il tarixli, 4Ə-255 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X4 adına Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən fərdi yaşayış evi (ümumi birgə payda) qeydiyyatdan keçmişdir, lakin Kürdəmir regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-328 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir.
10. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçının gəlininə (X9) ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən 0.11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) X5 adı ilə bağlı JN-043F nömrəli xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. Həmçinin bildiririk ki, Kürdəmir rayonu, Topal-Həsənli kəndində yerləşən 5.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ümumibirgə əsaslarla (6 nəfər) X5 adı ilə bağlı JN-623 nömrəli xx.xx.1998-ci il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir, lakin Kürdəmir rayon notariat kontorunun notariusu X19 tərəfindən təsdiq edilmiş 4Ə-267 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Bağırova (Eyyubova) Ülviyyə Fəzayıl qızının adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir.
11. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında Çıxarışa əsasən X8 dəqqiləşdirilməmiş ensefalopatiya, X1, Orta dərəcəli loqonevroz kəkələmə, ağırlaşma xoşxassəli kəllədaxili hipertenziya, kəllə daxili hiperteniza diaqnozu ilə ümumi xəstəlik səbəbi ilə xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlillik təyin edilmişdir.
12. Bolluq LTD Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 185 nömrəli Arayışa əsasən X13 xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də yardımçı fəhlə işində işləyir.
13. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində Çıxarışa əsasən İddiaçı mülkiyyətində Kürdəmir rayonu, Topal-Həsənli kəndində kənd təsərrüfatı təyinatlı 3.80 kv.m torpaq sahəsi mövcuddur.
14. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli mətubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində İddiaçı verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
15. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X8 ünvanlanan xx.xx.2024-cü il tarixli mətubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində X8 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
16. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X10 ünvanlanan xx.xx.2024-cü il tarixli mətubda qeyd edilmişdir ki, hazırda Fondun mövcud informasiya sistemlərində X10 verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir.
17. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərardadı ilə X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3ində xx.xx.2001-ci il tarixli, JN-122F saylı şəhadətnaməyə əsasən ümumibirgə mülkiyyət hüququna dair 0.13 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ümumibirgə mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarxdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, həmin fərdi yaşayış evi Kürdəmir regional “ASAN xidmət" mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 4Ə-328 saylı bağışlanma müqaviləsinə əsaəsn X11 bağışlanılmışdır.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdən qeydiyyata alınmışdır.
21. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən İddiaçı, X13, X20, X27 birgə mülkiyyət üzrə onlara məxsus olan ünvan 3ində yerləşən ümumi sahəsi 108.8 kv.m olan fərdi yaşayış evi hədiyyə alan X6 mülkiyyətinə vermişdirlər.
22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi X6 adına xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır.
23. Binəqədi rayonu Xocasən Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 12 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı, X10, X8 Xocasən bələdiyyəsi tərəfindən mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır.
24. Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsində mövcud olan icarə müqavilələri kitabında və baza məlumatlarında X13, X16 və İddiaçı mülkiyyətində və icarəsində torpaq sahəsi yoxdur.
25. Binəqədi rayonu X17 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, ünvan 12 ünvanında qeydiyyatda olan vətəndaşlar İddiaçı, X8, X10 X17nin ərazi hüdudları daxilində torpaq sahəsi ayrılmamışdır.
26. Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, X4, X7 adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır.
27. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Arayışda qeyd edilmişdir ki, İddiaçı, X8, X10 M.Ə.Rəsulzadə Bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır.
28. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
29. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən üçüncü şəxs iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
30. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
31. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
32. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
33. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
35. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
36. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
37. İddia ərizəsinin məzmunundan göürünür ki, ailə tərkibi özü, oğlu və gəlini olmaqla yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil növbəsinə götürülməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
39. Məhkəmə müəyyən etməlidir ki, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasına “qanuni gözləntisi” varmı? Belə ki, X28 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
40. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
41. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
42. Cavabdeh orqan imtinanın və etirazın əsası olaraq ilk növbədə qeyd etmişdir ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin 08 aprel 1988-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”nın 8-ci bəndinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, ən azı son 7 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi qeydiyyatda olsunlar. Yaşayış müddəti Bakı şəhərində qeydiyyatın olması ilə müəyyən edilir. İddiaçının adına mülkiyyət hüququ əsasında torpaq sahəsi olmasına və Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatının 7 ili tamam olmadığına görə müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün olmamışdır.
43. Məhkəmə bununla bağlı qeyd edir ki, dövlət hər bir vətəndaşın rifahının yüksəldilməsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Cavabdeh qurumun imtina üçün müvafiq əsası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yeni Mənzil Məcəlləsində yaşayış sahəsinə ehtiyacı olan şəxslərin uçota alınmasını tənzimləyən normalar nəzərdə tutulmuşdur. Cavabdeh qurum yeni Mənzil Məcəlləsi xx.xx.2009-cu il tarixdə qüvvəyə minəndən sonra faktiki olaraq əhəmiyyətini itirən Bakı Şəhər Xalq Deputatları Sovetinin xx.xx.1988-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları”na istinad etməklə iddiaçının fərdi vəziyyətinə mütənasib olmayan, onu əlverişsiz vəziyyətə salan qənaətə gəlmişdir. Belə ki, Mənzil Məcəlləsi vətəndaşlara uçota alınma haqqında ərizələri (qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada) yaşayış yeri üzrə deyil, digər yer üzrə vermək imkanlarını da nəzərdə tutmuşdur (Mənzil Məcəlləsinin 51.3-cü maddəsi).
44. Məhkəmə nəzərə alır ki, yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən şəxs kimi uçota alınmaq üçün Bakı şəhərində qeydiyyatda olma müddəti ilə bağlı tələb hazırda qüvvədə olan yeni Mənzil Məcəlləsində nəzərdə tutulmamışdır (Mənzil Məcəlləsinin 48-ci maddəsi) və yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinanın əsası kimi müəyyən edilməmişdir (Mənzil Məcəlləsinin 53.1-ci maddəsi).
45. Buna baxmayaraq məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi İddiaçı adına xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır. - xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən hədiyyə verən İddiaçı, X13, X20, X27 birgə mülkiyyət üzrə onlara məxsus olan ünvan 3ində yerləşən ümumi sahəsi 108.8 kv.m olan fərdi yaşayış evi hədiyyə alan X6 mülkiyyətinə vermişdirlər. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3ində yerləşən 108.8 kv.m fərdi yaşayış evi (ümumi birgə mülkiyyət) və 0.13 kv.m torpaq sahəsi X6 adına xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır.
46. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür.
47. Məhkəmə nəzərə alır ki, İddiaçı mənzil növbəsinə götürülməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmiş və cavabdeh orqan tərəfindən bildirilmişdir ki, iddiaçının mülkiyyətində (ümumbirgə) ünvan 3ində 0.13 ha həyətyanı torpaq sahəsi qeydiyyata alındığından müraciətin təmin edilməsi mümkün deyildir. Daha sonra iddiaçı birgə mülkiyyətdə olan daşınmaz əmlakı (ünvan 3ində yerləşən 0.13 ha torpaq sahəsi üzərində olan 108.8 kv.m sahəsi olan fərdi yaşayış evini) xx.xx.2024-cü il tarixdə özgəninkiləşdirmiş (bağışlanma müqaviləsi əsasında) və nəticədə yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlar kateqoriyasına daxil olmuşdur.
48. Məhkəmə hesab edir ki, məhz fərdi yaşayış evinin özgəninkiləşdirilməsi (cavabdeh tərəfindən imtina üçün əsas olaraq qeyd olunan halın aradan qaldırılması məqsədi ilə) iddiaçının yaşayış sahəsinə ehtiyacı olan vətəndaş hesab edilməsi ilə nəticələndiyindən müvafiq hərəkət vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnən niyyətli hərəkət kimi qəbul edilməlidir. Belə olan təqdirdə daşınmaz əmlakın özgəninkiləşdirildiyi xx.xx.2024-cü il tarixdən etibarən 5 il ərzində (xx.xx.2029-cu il tarixə kimi) İddiaçı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina etməkdə haqlı hesab edilə bilər.
49. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
50. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva