Məhkəmə qərarları › İş №2-1(112)-8994/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8994/2021

27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8994/2021 27.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə “əlilliyinin səbəbinin dəyişdirilməsi” iddia tələbi üzrə inzibati işə açıq şifahi məhkəmə baxışı iclasında məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddiaçıya verilmiş 3-cü dərəcəli əlilliyin səbəbi kimi yazılan “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” sözündə düzəliş edilərək əlilliyin səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” kimi yazılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və iddiaçıya əlilliyin təyin edilməsi barədə 30.04.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, iddia tələbi dəqiqləşdirilmişdir. İddia ərizəsində bildirilmişdir ki, cavabdeh 30.04.2021-ci il tarixdə iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik təyin etmiş, əlilliyin səbəbi kimi “hərbi xidmət dövrü ilə əlaqədar” yazılsa da, iddiaçı bu nəticə ilə razı deyil. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 1776 saylı, 28.12.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir: “Mingəçevir ŞHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və 01.11.2001-ci ildən 07.12.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi, sol diz oynağının daxili meniskektomiyas (15.11.2001) əməliyyatı” və 11.12.2017-ci ildə MN MHR-nin hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zaman təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” və 11.12.2017-ci ildə MN MHP-nin diaqnoz ”Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərara alınmışdır. Yəni həm birinci, həm də ikinci diaqnoz qoyulmuşdur. Cavabdeh əlilliyin səbəbini 1-ci “Hərbi travmadır, hərbi vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi yazmaq əvəzinə 2-ci diaqnozu əlilliyin səbəbi kimi yazmışdır. Cavabdehin əlilliyin səbəbi üzrə gəldiyi nəticə əsassızdır. Buna görə iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti 20 nömrəli Bakı şəhər Poliklinikasının 16.10.2019-cu il tarixli 2756003AAD33 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S83 - Diz oynağının kapsul-bağ aparatının çıxığı, gərilmə və hədd...; Diaqnozun mətni: Əsas diaqnoz S83.2 Meniskin təzə cırılması, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət.(15.11.2001); Göndərişin natamam doldurulması - Səbəb: sol diz oynağında hərəkətlərin (açma .bükmə ) məhdudluq dərəcələri qeyd edilməyib” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin Poliklinikanın 17.12.2019-cu il tarixli 2756003AAD5J saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S80-S89 - Diz və baldırın travmaları => S82 - Baldır sümüklərinin sınığı, aşıq-baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanma tarixi 2001-ci il yazılmasına baxmayaraq 2019-cu ilə kimi müalicə olunması haqqında məlumat yoxdur son bir ildə müalicə olunması qeyd edilməyib xəstənin ixtisaslaşmış tibb müəsisəsində müayinə və müalicə olunması məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. 13.03.2020-ci ildə sözügedən poliklinikanın 2756003AAD9A saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının bükücü açıcı kontrakturası,daimi ağrı sindromu. Sol diz oynağının artrozo-artiriti osteofitləri. Xroniki residivləşən qastrit. Oynaqda ağrı. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Veqetativ-damar distoniyası; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Xəstənin aktiv əmək müqaviləsi var, lakin xəstəlik vərəqəsində olma günləri barədə məlumat qeyd edilməyib (0 gün)” səbəbi ilə imtina verilmişdir. Sözügedən poliklinikanın 20.11.2020-ci il tarixli 2756003AAEDY saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının artrozo-artriti osteofitləri. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Sol diz oynağının bükücü açıcı kontrakturası, daimi ağrı sindromu, açma-bucağı 150 dərəcə və bükmə bucağı 130 dərəcə. Xroniki residivləşən qastrit. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Veqetativ-damar distoniyası. Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması.; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: “Xəstənin əmək müqaviləsi olduğu halda xəstəlik vərəqələri qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir. 04.12.2020-ci il tarixli 2756003AAEEL saylı göndərişi əsasında baxılmış və “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Sol diz oynağının artrozo-artriti osteofitləri. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. (15.11.2001). Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması. Sol diz oynağının bükücü açıcı kontrakturası, daimi ağrı sindromu. Xroniki residivləşən qastrit. Veqetativ-damar distoniyası. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001); Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: “İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə” diaqnozu ilə “Xəstənin 14.03.2020-ci il tarixində sürücülük vəsiqəsi almasının mümkünsüz olması araşdırılsın” səbəbi ilə imtina verilmişdir. Poliklinikanın 30.04.2021-ci il tarixli 2756003AAES6 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 - Eşitmənin konduktiv və neyrosensor itirilməsi => H90.3 - Eşitmənin neyrosensor tipli iki ...; Diaqnozun mətni: Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Nevrasteniya, Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Digər posttravmatik qonartrozlar, Sol diz oynağının artrozo-artiriti osteofiltləri; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddiaya baxılmadan dayandırılması barədə müvafiq qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilənlərə uygun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilmiş etiraza uygun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. - İş materiallarında olan 30.04.2021-ci Tibbi-sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçıya 30.04.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirllməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Digər posttravmatik qonartrozlar. Sol diz oynağının artrozo-artiriti osteofiltləri.” diaqnozu əsasında Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)” müddətsiz olaraq üçüncü dərəcəli əlillik təyin edilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.12.2018-ci il tarixli 1776 nömrəli qərarından görünür ki, Mingəçevir ŞHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və 01.11.2001-ci ildən 07.12.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi. Sol diz oynağının daxili meniskektomiyası (15.11.2001) əməliyyatı” və 11.12.2017-ci ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Nəsimi rayon idarəsinin 20.07.2018-ci il tarixli 11 nömrəli göndərişi, 20.07.2018-ci il tarixli 163 nömrəli arayışı, MN MHKH-dan verilmiş 07.12.2001-ci il tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş 11.12.2017-ci il tarixli 880 nömrəli xəstəlik haqqında şəhadətnamə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibali-İqtisadi məhkəməsinin 30.11.2018-ci il tarixli №2-1(81)-4363/2018 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” və 11.12.2017-ci ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik - diaqnoz: “İki tərəfli xroniki koxlear nevrit. İki tərəfli neyrosensor davamlı ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə. Eşitmənin protezləşməsi. Vertebrogen mənşəli xroniki bel-oma radikuliti, remissiya mərhələsində. Sidik turşulu diatez. Kroniki qastrit, remissiya mərhələsində. Xroniki qeyrispesifik prostatit, natamam remissiya mərhələsində” (MN MHP-dan verilmiş 11.12.2017-ci il tarixli 880 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. Müdafiə Nazirliyinin MHHK-nın 19.09.2018-ci il tarixli 1382 nömrəli qərarı ləğv edilir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 30.11.2018-ci il tarixli 2-1(81)-4363/2018 saylı qərarından görünür ki, İddiaçı verilmiş 19.09.2018-ci il tarixli 1382 saylı Qərarda dəyişiklik edilərək aldığı travmanın səbəb-əlaqəsinin «Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır» kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və X3 (TSERAS) çıxarışlardan görünür ki, iddiaçı barəsində tərtib edilmiş 2756003AAES6 saylı Forma 88 saylı göndərişdə iddiaçıya əsas diaqnoz: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə, ağırlaşma: H90.3 Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, İki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə, yanaşı xəstəliklər: M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının artrozo-artiriti osteofiltləri. F48.0 Nevrasteniya, Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom S83.2 Meniskin təzə cırılması, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. (15.11.2001) Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması, M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının bükücü açıcı kontrakturası,daimi ağrı sindromu,açma-bucağı 150 dərəcə və bükmə bucağı 130 dərəcə, K29.3 Xroniki səthi qastrit, Xroniki residivləşən qastrit, F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Veqetativ-damar distoniyası, Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001) xəstəlikləri diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia mahiyyətcə iddiaçıya təyin edilmiş əlilliyinin səbəbinin dəyişdirilməsindən ibarətdir. Məhkəmədə işin araşdırılan hallarından müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 30.11.2018-ci il tarixli 2-1(81)-4363/2018 saylı qərarı ilə iddiaçıya verilmiş 19.09.2018-ci il tarixli 1382 saylı Qərarda dəyişiklik edilərək aldığı travmanın səbəb-əlaqəsinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi yazılması vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.12.2018-ci il tarixli 1776 nömrəli qərarı ilə qərara alınmışdır ki, Mingəçevir ŞHK tərəfindən 1995-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında aldığı və 01.11.2001-ci ildən 07.12.2001-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travmanın nəticəsi - diaqnoz: “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi. Sol diz oynağının daxili meniskektomiyası (15.11.2001) əməliyyatı” və 11.12.2017-ci ildə MN MHP- nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhər Nəsimi rayon idarəsinin 20.07.2018-ci il tarixli 11 nömrəli göndərişi, 20.07.2018-ci il tarixli 163 nömrəli arayışı, MN MHKH-dan verilmiş 07.12.2001-ci il tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş 11.12.2017-ci il tarixli 880 nömrəli xəstəlik haqqında şəhadətnamə, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibali-İqtisadi məhkəməsinin 30.11.2018-ci il tarixli №2-1(81)-4363/2018 nömrəli Qərarı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır" və 11.12.2017-ci ildə MN MHPnın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş xəstəlik diaqnoz: “İki tərəfli xroniki koxlear nevrit. İki tərəfli neyrosensor davamı ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə. Eşitmənin protezləşməsi. Vertebrogen mənşəli xroniki bel-oma radikuliti, remissiya mərhələsində. Sidik turşulu diatez. Xroniki qastrit, remissiya mərhələsində. Xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində” (MN MHP-dan verilmiş 11.12.2017-ci il tarixli 880 nömrəli xəstəlik haqqında şəhadətnamə, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”. İddiaçıya 30.04.2021-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbi ilə “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirlməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli astenonevrotik sindrom. Digər daqiqləşdirilmiş carrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Digər posttravmatik qonartrozlar. Sol diz oynağının artrozo-artiriti osteofitləri.” diaqnozu ilə müddətsiz olaraq üçüncü dərəcəli əlillik müəyyən edilmişdir. İddiaçı barəsində verilən əlilliyin təyinatı qərarında “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbində düzəliş edilərək “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar” dəyişdirilməsini xahiş etsə də, xahişi təmin edilməmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyanın (2 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Fakültativ Protokoluna müvafiq bəyanatla qoşulmuşdur) 28-ci maddəsində qeyd edilmişdir ki, İştirakçı dövlətlər əlillərin və onların ailələrinin yetərli qidalanma, geyim və yaşayış yeri daxil edilməklə qənaətbəxş həyat səviyyəsinə, həyat şəraitinin daim yaxşılaşdırılmasına olan hüququnu tanıyır və əlillik əlamətinə görə diskriminasiyaya yol vermədən bu hüququn təmin və təşviq edilməsi üçün zəruri tədbirləri görür. O cümlədən, əlillərin pensiya müavinətlərindən və proqramlarından istifadə etmək imkanının təmin edilməsi üçün zəruri tədbirləri görür. Quberina (Guberina) Xorvatiyaya qarşı (CASE OF GUBERİNA v. CROATİA 22/03/2016 http://hudoc.echr.coe.int/eng?i=001-171698) işdə Avropa Məhkəməsi qeyd etdi ki, müvafiq qanunvericilik normalarında ümumi ifadələrdən istifadə edilsə də, digər qanunvericilik müddəalarında əlil şəxslərin tələbatlarının nəzərə alınması üçün zəruri tələblərə dair müəyyən istiqamətləndirici göstərişlər vardı. Bundan başqa, Əlillərin hüquqları haqqında BMT Konvensiyasını ratifikasiya etməklə cavabdeh dövlət cəmiyyətin həyatının bütün aspektlərində əlillərin tam və bərabərhüquqlu iştirakı ilə bağlı müvafiq prinsipləri, məsələn, əlillərin ağlabatan mənzil təminatı, hərəkət imkanları və ayrı-seçkiliyə məruz qalmaması kimi məsələləri nəzərə almağı öhdəsinə götürmüşdü. Çam (Çam) Türkiyəyə qarşı (CASE OF ÇAM v. TURKEY, ərizə № 51500/08 http://hudoc.echr.coe.int/eng?i=001-171664, 23.2.2016) işidə məhkəmə hesab etdi ki, əlilliyə əsaslanan ayrı-seçkilik bu insanlar üçün ağlabatan şəraitin yaradılmasından imtina edildiyi bütün hallara aiddir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun Preambulasına əsasən Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanuna əsasən: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır. 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqdır. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: (...) 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; (...) 1.5.2. xüsusi səbəblərdən: (...) 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; (...) 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26.12.2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş (11.01.2018-ci il tarixdə qüvvəyə minmişdir) “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən: 2.4. “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlillik” səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.4.1. 2.2-ci bənddə göstərilənlər istisna olmaqla, xəsarət hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi ilə əlaqədar alınmışsa; (...) 2.5. “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. 2.7. “Ümumi xəstəliklə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; 2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; 2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa. 2.8. Bu Təlimatın 2.2-ci və 2.4-cü bəndlərində göstərilmiş əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi Hərbi-Həkim Komissiyasının (bundan sonra –HHK) qərarında müvafiq olaraq “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” rəylərindən biri şəklində verildikdə müəyyən edilir. 2.9. Bu Təlimatın 2.5-ci, 2.6-cı və 2.7-ci bəndlərində göstərilən əlillik səbəbləri xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında HHK qərarına uyğun olaraq müəyyən edilir. 2.10. Xəsarətin alınma şəraiti və səbəbi ştatlı HHK tərəfindən təsdiq edilmiş xəstəlik haqqında şəhadətnamədə və ya xəsarətin və xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinə dair qərarında, yaxud ştatdankənar HHK arayışında göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə (H90-90.8) 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); 3.1.20. bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal (C00-C97, Z98.8); Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Belə ki, iddiaçıya 30.04.2021-ci il tarixdə “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli İV(dörd) dərəcəli neyrosensor ağıreşitmə. Eşitmənin neyrosensor tipli iki tərəfli itirllməsi, iki tərəfli İV (dörd) dərəcəli neyrosensor ağıreşidilmə. Nevrasteniya. Nəzərə çarpan ifadəli asteno-nevrotik sindrom. Digər daqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət (15.11.2001). Digər posttravmatik qonartrozlar. Sol diz oynağının artrozoartiriti osteofitləri.” diaqnozu ilə müddətsiz olaraq təyin edilmiş üçüncü dərəcəli əlilliyin səbəbi məhz hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə” əlaqədardır. Beli ki, iddiaçının hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında travma alaraq əməliyyat olması faktı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.12.2018-ci il tarixli 1776 nömrəli qərarında öz əksini tapmış, qərarla iddiaçıya “Sol diz oynağının daxili meniskinin köhnəlmiş zədələnməsi. Sol diz oynağının daxili meniskektomiyası (15.11.2001) əməliyyatı” və “Sağ mil sümüyünün tipik yerinin və dirsək sümüyünün bizəbənzər çıxıntısının köhnə kafi bitişmiş sınığı, funksiyanın pozulmaması ilə” diaqnozu qoyulmuşdur ki, həmin diaqnozun da “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən” alması müəyyən edilmişdir. Həmin qərarla həmçinin iddiaçıya 11.12.2017-ci ildə MN MHP-nın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı “İki tərəfli xroniki koxlear nevrit. İki tərəfli neyrosensor davamı ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 1 m məsafədən eşitməsi ilə. Eşitmənin protezləşməsi. Vertebrogen mənşəli xroniki bel-oma radikuliti, remissiya mərhələsində. Sidik turşulu diatez. Kroniki qastrit, remissiya mərhələsində. Xroniki qeyri-spesifik prostatit, natamam remissiya mərhələsində” diaqnozu da qoyularaq “Xəstəlikdir. Hərbi xidmət dövründə” alınması müəyyən edilmişdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya sonuncu əlillik təyin edilərkən səbəbi düzgün müəyyən edilməmişdir. İddiaçı eşitmə orqanlarında yaranan xəstəliyin məhz hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirilərkən alınmış hərbi travma ilə səbəbli əlaqəsi düzgün qiymətləndirilməmişdir. Belə ki, hətta iddiaçıya əlillik təyin edilərkən poliklinika tərəfindən göndərilmiş 2756003AAES6 saylı Forma 88 saylı göndərişdə xəstəliyin başlanma tarixi kimi 01.04.2001-ci il, yəni hərbi xidmət keçərkən 2001-ci ilin aprel ayında alınmış hərbi travmanın tarixi göstərilmişdir. Bundan başqa, həmin göndərişin ambulator tibbi yardım qrafasında iddiaçının 01.11.2001ci il tarixdən 07.12.2001-ci il tarixə qədər MN MHKH-da müalicə alması, ototoksit antibiotikləri uzun müddət qəbul etməsi göstərilmişdir. Həmçinin, iddiaçının 2001-ci ilin aprel ayında hərbi travma nəticəsində qazandığı “M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının artrozo-artiriti osteofiltləri, S83.2 Meniskin təzə cırılması, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət. Sol aşağı ətraf funksiyasının və yerişin kəskin pozulması, M24.5 Oynaqların kontrakturası, Sol diz oynağının bükücü açıcı kontrakturası,daimi ağrı sindromu,açma -bucağı 150 dərəcə və bükmə bucağı 130 dərəcə, Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol diz oynağının daxili meniskin yırtığına görə meniskektomiyadan sonraki vəziyyət” diaqnozu üzrə xəstəliklərin də tarixi 15.11.2001-ci ilə aid edilmişdir. Ən vacibi isə odur ki, bu xəstəliklərin səbəbli əlaqəsi iddiaçının əlilliyinin səbəbi kimi Azərbaycan Respublikası 1 saylı Bakı İnzibali-İqtisadi məhkəməsinin qanuni qüvvədə olan 30.11.2018ci il tarixli №2-1(81)-4363/2018 nömrəli qərarında öz əksini tapmış hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almış oldugu hərbi travma ilə baglılıgıdır. Məhkəmə qeyd edir ki, şəxsin xəsarət (yaralanma, travma, kontuziya) alması özüözlüyündə, həm də xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) alındığı vaxtdan dərhal sonra əlil olması nəticəsinə gəlməyə əsas vermir. Belə ki, həmin tibbi göstəriş (element) onun yaratdığı (onunla səbəbli əlaqədə olan, ondan doğan) sosial nəticələrlə (şəxsin həyat fəaliyyətinin məhdudlaşması, sosial yardıma və müdafiəyə ehtiyacı olması) birlikdə qiymətləndirildikdən sonra şəxs əlil hesab edilə bilər (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 2-ci maddəsi). Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28.12.2018-ci il tarixli 1776 nömrəli qərarı ilə müəyyən edilmiş xəstəliklər səbəb əlaqəsinə və bundan irəli gələn sosial nəticələrinə görə əlaqəli olduğundan cavabdeh əsassız olaraq iddiaçıya əlillik təyinatı apararkən əlilliyin səbəbini “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışdır” deyil, “hərbi xidmət dövrü” kimi göstərmişdir. Beləliklə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyin təyin edilməsi barədə 30.04.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi yazılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85,110-cu maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddia tələbi təmin edilsin. İddiaçı əlilliyin təyin edilməsi barədə 30.04.2021-ci il tarixli qərarda dəyişiklik edilərək, əlillik səbəbinin “Hərbi travmadır, hərbi xidməti vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar