Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8999/2025 05.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N №-li hərbi hissədə zabit kimi xidmət keçərkən 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. İddiaçının xidmət keçdiyi N №-li hərbi hissədən yuxarı komandanlığa (N №-li hərbi hissəyə) və N №-li hərbi hissədən isə müvafiq sənədlər müharibə veteranı adının verilməsi üçün AR Müdafiə Nazirliyi nəzdində yaradılmış Komissiyaya daxil olsa da, iddiaçıya müharibə veteranı adının verilməsinin razılaşdırılması üçün sənədlər AR Nazirlər Kabinetinə göndərilməmişdir. Müraciətə cavab olaraq AR Müdafiə Nazirliyi Katibliyindən verilən xx.xx.2024- cü il tarixli məktubla bildirilmişdir ki, “Sizin müraciətinizə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”sı tərəfindən baxılmışdır. Məlumat üçün bildiririk ki, sizə “Müharibə Veteranı” statusunun verilməsi üçün təqdim olunmuş sənədlər Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiva”da baxılmış və müsbət rəy verilərək razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir”. Lakin uzun müddət sənədlərinin göndərilmədiyini görərək iddiaçı xx.xx.2024-cü il tarixdə yenidən AR Müdafiə Nazirliyinə və AR Müdafiə Nazirliyinin Hüquq İdarəsinə müraciət etmişdir. Bu dəfə də AR Müdafiə Nazirliyindən iddiaçıya verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilir ki, “Sizin tərəfinizdən Müdafiə Nazirliyinə ünvanlanmış müraciət Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılıb. Məlumat üçün bildiririk ki, Sizə “Müharibə Veteranı” statusunun verilməsi üçün təqdim olunmuş sənədlər Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmış və müsbət rəy verilərək razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir”. Lakin iddiaçıya məlumdur ki, sənədləri bu günədək AR Nazirlər Kabinetinə göndərilməmişdir və AR Müdafiə Nazirliyi iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsində maraqlı deyil.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Müharibə Veteranı” statusunun verilməsi üçün təqdim olunmuş sənədlər Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmış və müsbət rəy verilərək razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı “Müharibə Veteranı” statusunun verilməsi üçün təqdim olunmuş sənədlər Müdafiə Nazirliyinin “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”da baxılmış və müsbət rəy verilərək razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı iddia ərizəsinə münasibət barədə ərizədə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal- hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə (hazırkı halda Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”) əsasən verilir. İş materiallarında olan Müdafiə Nazirliyi Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3- 25-2/2-94xx-xx/2024 nömrəli və xx.xx.2025-ci il tarixli 3-25-N/2-Q-307- 20/2025 nömrəli məktublardan görünür ki, müharibə veteranı adının verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılmışdır və razılaşdırılması üçün sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcəkdir. Göründüyü kimi, iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməmiş, müsbət rəy verilərək razılaşdırılması üçün sənədlərin Nazirlər Kabinetinə göndəriləcəyi qeyd edilmişdir. Sənədlər müvafiq növbələr üzrə mərhələli şəkildə Nazirlər Kabinetinə göndərilir. Odur ki, hazırda cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmədiyindən, iddia tələbinin “iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi” olaraq qeyd edilməsinin əsası yoxdur. Bu öhdəliyin realizəsindən və ya müharibə veteranı adının verilməsi ilə bağlı işə mahiyyəti üzrə baxılmasından o zaman söhbət gedə bilər ki, cavabdeh tərəfindən imtina xarakterli rəy verilmiş olsun (Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda istinad olunan normasına əsasən). Məlum olduğu kimi, belə rəy mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, “iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub- olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir; məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilməməsini...yoxlamalıdırlar; iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl etməsi və s.) də mövcudluğu yoxlanmalıdır; inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 -ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
6. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
7. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
8. Həmin Əsasnamənin 10-cu və 11-ci bəndlərinə əsasən: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında ...Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
9. İddianın növü öhdəliyin icrasında dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsi verilməsi üçün təqdim edilən döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) ya orqanlara döyüş əməliyyatlarında iştirak etmək, yəni döyüş əməliyyatlarının icrası təşkilini və ya bu əməliyyatlara rəhbərliyi həyata keçirmək, döyüş tapşırığının və döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növ üzrə tapşırıqların (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat tibbi təminat) yerinə yetirilməsi üçün ezam olunmuş mülki şəxs barədə Arayış-Məlumata əsasən: Hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə Soyadı, adı, atasının adı: İddiaçı Rütbəsi: ehtiyatda olan kapitan Vəzifəsi: MXKHƏ-nin 156-cı maddəsinin J bəndinə əsasən ehtiyata buraxılıb Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə Rütbəsi: Kapitan Vəzifəsi: 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) texniki istismar hissəsinin rəisi borttexnik atıcı təlimatçı) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2006-cı il №189-xx.xx.N № Ezam olunduğu hərbi hissə: N nömrəli hərbi hissə, N nömrəli hərbi hissə (X3) Ezam olunduğu hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): X4, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il 02N №-li əmri, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il 02 №-li əmri, Müdafiə Nazirinin xx.xx.2021-ci il 062 №-li əmri. Ezam olunduğu hərbi hissələrə daxil olması və çıxması (nizami hissə üzrə əmrlərin nömrələri və tarixlərigöstərilməklə): xx.xx.2020 №274; xx.xx.2020 №296 Ezamiyyət vəsiqəsində aparılan qeydlər (hərbi hissələr, daxil olması və çıxması tarixi göstərilməklə): N nömrəli hərbi hissə (X3) 23.10.202-xx.xx.2020 döyüş əməliyyatlarında iştirak etmək məqsədi ilə Ezam olunmasının səbəbi və məqsədi, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Dəllər manevir aerodri döyüş əməliyyatları yerinə yetirən aciasiya texnikasına tələb olunan lazımı avadanlıqlarla (yanacaq və yağ sürtük materialları vəs.) ilə təmin edilməsinə nəzarət etmək. Döyüş uçuşu yerinə yetirən vertolyotların gecə və gündüz qısa zaman ərzində uçuşqabağı baxışın keçirilməsi. Döyüş uçuşunun yerinə yetirəndən sonra həmən vertolyotlara uçuş sonrası baxışların keçirilməsi, yaranan çatışmazlıqların və nasazlıqların qısa bir zamanda aradan qaldırılmasına nəzarət etmək. Aviasiya texnikasının döyüş uçuşunu nasazlıq yaranmadan effektiv şəkildə döyüşdə tapşırığının yerinə yetirə bilməsi üçün vertolyotun bütün sistem və avadanlıqlarının normal işinə nəzarət etmək və yoxlamaq. Aviasiya texnikasında çatışmayan və yaxud reqlament tələb edən işlərin görülməsi barədə sifarişlərin dəqiqləşdirilərək mühəndis aviasiya təminatı üzrə xidmətə çatdırmaq. Aviasiya texnikasının mühafizə olunmasının nəzarət etmək. Hansı ərazilərə ezam olunub (ezamiyyət vəsiqəsi əsasında): Goran
12. N nömrəli hərbi hissə komandirinin xx.xx.2006-cı il tarixli 189 nömrəli Əmrindən Çıxarışa əsasən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 72-ci maddəsinin müvafiq olaraq 2006-cı ildə X5 Təlim Mərkəzinin ixtisas kurslarını bitirmiş adları çəkilən zabitlər xx.xx.2006-cı il tarixindən şəxsi heyətin ad siyahısına salınmışdırlar, bütün növ təminatlara qoyulmuşdurlar, iş və vəzifələrinin qəbuluna başlamışdırlar: - Leytenant İddiaçı, N saylı hərbi hissənin vertolyot eskadrilyasının radioelektron avadanlıqları xidmət qrupun baş texniki
13. 843-cü Aviasiya bazası Komandirinin xx.xx.2020-ci il tarixli 02 nömrəli Əmrindən Çıxarışa əsasən aşağıda adları qeyd olunan hərbi qulluqçular döyüş əməliyyatlarında iştirak etmişdirlər: Sıra Vəzifəsi Hərbi rütbəsi Soyadı, adı, atasının adı sayı 3-cü aviasiya eskadrilyası (Mİ-17- 1V) aviasiya manqasının texniki-
124. kapitan İddiaçı istismar hissəsinin rəisi-bort-texniki (atıcı-təlimatçı)
14. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 289 nömrəli Əmrindən Çıxarışa əsasən 23 oktyabr 2020-ci il tarixdən getmiş hesab edilmişdirlər. Azərbaycan Respublikası X4-Hərbi Hava Qüvvələri Komandanının 26 sentyabr 2020-ci il tarixli 025 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissənin aşağıda adları qeyd olunan hərbi qulluqçuları döyüş əməliyyatlarında iştirak etmək məqsədilə döyüş əməliyyatları bitənədək adları qeyd olunan hərbi hissələrə ezam olunmuşdurlar. Əsas: Azərbaycan Respublikası X4-Hərbi Hava Qüvvələri Komandanın 26 sentyabr 2020-ci il tarixli 025 nömrəli əmri.
73. Kapitan İddiaçı, 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) aviasiya manqasının texniki istismar hissəsinin rəisi-bort-texnik atıcı təlimatçı, ezamiyyətə, N nömrəli hərbi hissənin X3na. 30 gün müddətinə Əsas: Kapitan Z.Feyzullayevin raportu Uçuş heyəti xx.xx.2020-ci il tarixdən uçuş norması ilə 417 H/h-də qazan təminatından çıxarılmışdır.
15. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli Əmrindən Çıxarışa əsasən N nömrəli hərbi hissənin hərbi qulluqçuları xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin “GORAN” aviasiya komendantlığına gəlmiş hesab edilmişdirlər:
54. kapitan İddiaçı Əsas: N nömrəli hərbi hissə komandirinin məktubu (d.o.8432)
16. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 3N nömrəli Əmrindən Çıxarışa əsasən N noyabr 2020-ci il tarixdə gəlmiş və vəzifələrinin icrasına başlamış hesab edilmişdirlər: N. kapitan İddiaçı, 3-cü aviasiya eskadrilyasının (Mi-17-1V) aviasiya manqasının texniki istismar hissəsinin rəisi-bort-texnik atıcı təlimatçı, ezamiyyətdən, N nömrəli hərbi hissənin X3ndan Əsas: xx.xx.2020-ci il tarixli 7587 nömrəli ezamiyyət vəsiqəsi Uçuş heyəti xx.xx.2020-ci il tarixdən uçuş norması ilə 417 H/h-də qazan təminatına qoyulmuşdurlar.
17. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 46 nömrəli Əmrindən Çıxarışa əsasən kapitan İddiaçı, 3-cü aviasiya eskadrilyası (Mİ-17-1V) aviasiya manqasının texnikiistismar hissəinin rəisi-bort texniki (atıcı-təlimatçı), Azərbaycan Respublikası Müdafiə Nazirinin 03 fevral 2022-ci il tarixli 0116 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2022-ci ilin növbəti məzuniyyəti 45 təqvim günü verilməklə, 07 aprel 202-ci il tarixindən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi Rayon İdarəsinə göndərilmişdir. X4-Hərbi Hava Qüvvələri komandanın 31 dekabr 2021-ci il tarixli 0301 nömrəli əmri ilə Aviasiya ixtisası üzrə “1-ci məharət dərəcəsi” təsdiq edilmişdir. Kapitan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli qərarı ilə 2022-ci ilin yanvar-mart aylarındakı xidmətinə görə nəzərdə tutulmuş birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. Kapitan İddiaçı ehtiyata buraxılması ilə əlaqədar 2 (iki) aylıq maaş miqdarda birdəfəlik pul müavinəti ödənilmişdir. 2022-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli 0116 nömrəli əmrindən çıxarış
18. N nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı N nömrəli hərbi hissənin mülki işçisi İddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur.
IV. Məhkəmənin mövqeyi
19. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir.
21. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin on birinci yarımbəndinə əsasən, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
22. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır.
23. 1-ci hala münasibətdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakı faktı təsdiq olunmaqla, iddiaçının təminata götürüldüyü hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə olduğu müəyyən edilir (N nömrəli hərbi hissə komandirinin xx.xx.2006-ci il tarixli əmri əsasında şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 289 nömrəli əmri əsasında döyüş əməliyyatlarında iştirak etmək məqsədilə N nömrəli hərbi hissənin X3na ezam edilmiş; N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 46 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlarından azad edilmişdir və xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak edib. Qeyd edilən hallar arxiv arayışı, N nömrəli və N nömrəli hərbi hissə komandirlərinin əmrində çıxarışlar ilə təsdiq olunur).
24. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının məhkumluğu, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat olmadığı müəyyən edilmişdir.
25. Məhkəmə nəzərə alır ki, cavabdeh orqan tərəfindən məhkəməyə ünvanlanan məktublarda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı “Müharibə veteram” adının və vəsiqəsinin verilməsi üçün toplanılmış sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın iclasında baxılaraq müsbət qərar qəbul edilmişdir və razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndəriləcək. Buna baxmayaraq, qeyd edilən müddətdə mübahisənin məhkəmədənkənar həlli mümkün olmamışdır.
26. Qeyd edilən halların müəyyənləşdirilməsi iddianın təmin edilərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərlidir. Məhkəmə qeyd edir ki, birinci Qarabağ müharibəsindən fərqli olaraq ikinci Qarabağ müharibəsinin iştirakçılarına müharibə veteranı adı və vəsiqəsi müvafiq siyahı Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Yəni bu proses müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı vahid inzibati icraatın tərkib hissəsidir. Bununla belə, yekun olaraq (müvafiq razılaşdırmadan sonra) müvafiq ad və vəsiqə məhz Müdafiə Nazirliyi tərəfindən verildiyindən məhkəmə hesab edir ki, iddia tələbi məhz müharibə veteranı adı və vəsiqəsinin verilməsi kimi təmin edilməlidir.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
28. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
29. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
30. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
31. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün adının Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalı, cavabdehin imtinası qanunsuz hesab edilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva