Məhkəmə qərarları › İş №2-1(112)-9/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9/2025 14.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X41 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi X20, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əzim-zadə Məmməd İbrahimxəlil oğlunun vəkili X7, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Əzim-zadə Məmməd İbrahimxəlil oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı3, İddiaçı2 nümayəndəsi qismində vəkili X22 iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər İddiaçı3, Əzim-zadə Məmməd İbrahimxəlil oğluna, X3, Cavabdeh2, X4 qarşı “kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması” tələbinə dair ilkin iddiası, iddiaçılar İddiaçı3, Əzim-zadə Məmməd İbrahimxəlil oğlu, X8, Cavabdeh2, X2 cavabdeh İddiaçı1nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasına və İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “İddiaçı2 ilə Cavabdeh2 arasında rəsmi ailə münasibətləri pozulduğundan həmin yaşayış sahəsi söküldükdən sonra İddiaçı2 iki övladı ilə birlikdə Cavabdeh2 ayrı yaşayacağını nəzərə almaqla gələcəkdə həmin şəxslərin mənzil şəraitinə ehtiyaclarını təmin etmək məqsədi ilə Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinə görə İddiaçı1 tərəfindən hesablanmış 71.192 manat kompensasiya daxilində İddiaçı2 və iki övladına çatacaq məbləğin ayrıca hesablanıb ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayonunda Sovetski adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 1 ünvanının alınması ilə əlaqədar Cavabdeh1 və İddiaçı3 birlikdə 63.692 manat, Cavabdeh2 71.192 manat, X21, X11ma (X5) ilə birlikdə 105.801 manat, ümumilikdə qeyd edilən ünvana 240.685 manat kompensasiya təklif edilmiş, lakin onlar həmin kompensasiyanı qəbul etməkdən imtina etmişlər. İddiaçı Bakı şəhəri İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, İddiaçı3, X8 və X11ma qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağh cavabdehlərə 229185 manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan İddiaçı2 həmin iş üzrə cavabdehlərdən Cavabdeh2 həyat yoldaşıdır. İki övladı ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində yaşadıqları, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağh Cavabdeh2 İddiaçı1 tərəfindən 71.192 manat kompensasiya hesablanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3697/2017 saylı 18 may 2017- ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin X1 mülkiyyətində olan 1/2 hissəsinə köçürülməsi qət edilmişdir. Eyni zamanda, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5253/2019 saylı 16 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə Əzimzadə (Axundova) Nəsrin Nazim qızı arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 1652 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X23 və xx.xx.2013-cü il təvəllüdlü X13 anaları - iddiaçı Əzimzadə (Axundova) Nəsrin Nazim qızının yanında saxlanması qət edilmişdir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3697/2017 saylı 18 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində yaşadıqları, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsinə köçürülmüş və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək dövlət tərəfindən İddiaçı2 həmin yaşayış sahəsində yaşamaq hüququ tanınmışdır. Onu da qeyd edir ki, İddiaçı2 ilə iki övladı və Cavabdeh2 yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62,9 kv.m-dən ibarət olan yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış olsa da, dövlət həmin yaşayış sahəsinin alınmasına görə qeyd olunan şəxslərə kompensasiya hesablamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3697/2017 saylı 18 may 2017- ci il tarixli qətnaməsinə əsasən İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin X1 mülkiyyətində olan 1/2 hissəsinə köçürülməsi qət edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019-cu il tarixli xx.xx.2019-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı3, X8 və X6 cavabdeh qismində cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1592/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Əzim-zadə X28 və qeyrilərinin vəsatəti rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2441/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1, X9, Cavabdeh2, X10 tərəfindən verilmiş apelıyasiya şikayəti təmin edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-1592\22019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1645/2022 saylı qərarı ilə iddiaçının kasasiya şikayəti təmin olunmamışdır, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 2356/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(112)-4859/2020 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4859/2020 saylı (İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 81 saylı evin 2-ci mərtəbəsində, sahəsi 62.9 kv.m-dən ibarət olan yaşayış sahəsinə istifadə hüququ tanımış iddiaçı və iki övlasının həmin yaşayış sahəsinin sökülməsinə və yaşayış sahəsinə istifadə hüququndan məhrum olduğuna görə cavabdeh tərəfindən həmin yaşayış sahəsinə görə iddiaçının keçmiş yoldaşı Cavabdeh2 hesablanmış kompensasiya iddiaçı və iki övladına kompensasiyanın ayrıca hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh İddiaçı1nə həvalə edilməsi tələbinə dair) və 2-1(112)-100/2020 saylı (İddiaçı1 Cavabdeh2 qarşı “kompensasiya” tələbinə dair) inzibati işlər birləşdirilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər Əzim-zadə X24 (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1, X8, Cavabdeh2, İddiaçı2, X2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-2906/2021 saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-2906/2021 saylı qərardadı ilə iddiaçı Bakı şəhəri İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı İddiaçı3, Cavabdeh1, X8, Cavabdeh2, X10, X25, X29, X14, X26 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatın ləğv edilməsi” barədə iddiası mümkün sayılmamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(112)-121/2021 nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 cavabdehlər Əzim-zadə X24 (üçüncü şəxs: Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair ilkin iddiası, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Cavabdeh1, X8, Cavabdeh2, İddiaçı2, X2 cavabdeh Bakı şəhəri Yasamal Rayon Hakimiyyətinə qarşı “torpağa, yaşayış və qeyri-yaşayış sahələrinə görə kompensasiyanın tələb edilməsi” iddia tələbinə dair iş üzrə icraat Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-121/2021 saylı inzibati işə baxılıb qurtaranadək dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-25/2023 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(112)-25/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertiza təyin edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(112)-12/2024 nömrəli qərardadı ilə iş üzrə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Bakı şəhəri İddiaçı1 iddianın dəyişdirilməsi barədə ərizəsi təmin edilmiş, ilkin iddia üzrə iddiaçı dəqiqləşdirilmiş şəkildə, “ünvan 3 ünvanında yerləşən daşınmaz mlaka sahibliyi alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 5 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 711.340 (yeddi yüz on bir min üç yüz qırx) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə iş üzrə qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Əzim-zadə Məmməd İbrahimxəlil oğlu, X8, Cavabdeh2 və X2 qarşılıqlı iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Əzim-zadə Məmməd İbrahimxəlil oğlu, X8, Cavabdeh2 və X2 qarşılıqlı iddia üzrə iddia tələbi dəqiqləşdirilmiş şəkildə, “ünvan 2 ünvanında yerləşən fərdi evin 230,4 kv.metrdən ibarət torpaq sahəsinin hər kv.metri üçün 7000 AZN-dən hesablanmaqla–1.612.800 AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın faktiki mövcud olan 206,20 kv.m sahəsinə görə hər kv.m üçün 5000 AZN olmaqla- 1.031.000 AZN, beləliklə əsas kompensasiya olaraq cəmi-2.643.800 AZN-in, çətinliyə görə əsas kompensasiyanın 10%-i həcmində-264.380 AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensiyanın 10%-i həcmində- 264.380 AZN əlavə kompensasiyanın və əsas kompensasiyanın 20% həcmində-528.760 AZN əlavə kompensasiyanın, cəmi 3.701.320 AZN məbləğin ödənilməsinin cavabdeh İddiaçı1nə həvalə edilməsi” kimi icraata qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmış, mütəxəssis rəyinin verilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinə tapşırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə ilkin iddia üzrə iddiaçı Bakı şəhər İddiaçı1 iddia tələbi “ünvan 3 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan İddiaçı1 tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq əldə olunmasının təsdiq edilməsi və ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın və torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 1100000,0 (bir milyon bir yüz min) manat məbləğində kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması və həmin ünvanda yaşayan şəxslərin çıxarılması barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2-1(112)-9/2025 nömrəli qərardadı ilə qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı3, Əzim-zadə Məmməd İbrahimxəlil oğlu, X8, Cavabdeh2, X2 iddia tələbi “mövcud bazar qiymətləri əsas götürülməklə qanuni mülkiyyətdə olan mülkün - ünvan 2 ünvanında yerləşən 0.023040 ha torpaq sahəsinin hər sot üçün 370.000 AZNdən hesablanmaqla - 851.400 (səkkiz yüz əlli bir min dörd yüz manat) AZN, mülkiyyətdə və istifadədə olan daşınmaz əmlakın evin (binanın) faktiki mövcud olan 20620 sahəsinə görə hər kv.m üçün 4200 AZN olmaqla -866.040 (səkkiz yüz altmış altı min qırx manat) AZN, beləliklə, əsas kompensasiya olaraq cəmi -1.717.040 ( bir milyon yeddi yüz on yeddi min qırx manat) AZN-nin, çətinliyə görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın, mövcud inflyasiyaya görə əsas kompensasiyanın 10 faizi həcmində - 171.707 (yüz yetmiş bir min yeddi yüz yeddi manat) AZN əlavə kompensasiyanın və "Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 №-li Fərmanının 2.3. bəndinə əsasən (dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.) əsas kompensasiyanın 20 faizi həcmində - 343,408 (üç yüz qırx üç min dörd yüz səkkiz manat) AZN əlavə kompensasiyanın, cəmi 2.403.862 (iki milyon dörd yüz üç min səkkiz yüz altmış iki manat) AZN pul məbləğinin onlara ödənilməsinin alan orqana - bu iddia üzrə cavabdeh İddiaçı1nə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İlkin iddia üzrə İddiaçı1 nümayəndəsi X30 məhkəmə iclasında iddia İddiaçı2 daha əvvəl ümumi qaydada müraciətinin olduğunu, hesablanacaq kompensasiya zamanı onun və övladlarının nəzərə alınmaqla ayrıca məbləğ ödənilməsi ilə bağlı müraciət edildiyini bildirmişdir. İddiaçı2 nümayəndəsi qismində vəkili X31 cavabdeh orqana müraciətdə və hazırki iddiada kompensasiyanın dəqiq məbləğilə bağlı qeydlər olmadığını, belə ki, mülkiyyətçilərə ödəniləcək məbləğlə bağlı mübahisə olduğundan, həmin məbləğ dəqiqləşdikdən sonra istifadə hüququ olan şəxs kimi dəqiqləşmiş kompensasiya məbləği tələb etmək barədə düşünüldüyünü bildirmişdir. I. İddianın mümkünlüyü Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) İddiaçıların hazırkı iddiası İPM-in 2.2.7-ci maddəsində nəzərdə tutulmuş inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı2 iş üzrə cavabdeh İddiaçı1nə dəqiqləşmiş kompensasiya məbləği barədə müraciəti mövcud deyildir. 2020-ci il tarixli müraciəti isə, “hesablanmış kompensasiya daxilində ona və iki övladına çatacaq məbləğin ayrıca hesablanıb ödənilməsi“ barədədir. Habelə, hazırki icraat çərçivəsində iddia tələbi üzrə ona və iki övladına ayrıca ödənilməsi tələb olunan kompensasiya məbləği iddia verilən 2020-ci il tarixdən bəri dəqiqləşdirilməmişdir. İddiaçı qeyd edilən dəqiqləşmənin mülkiyyətçilərə ödəniləcək kompensasiya bəlli olduqdan sonra verilmə mümkünülüyünü qeyd etmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə faktiki olaraq mülkiyyətçilərlə hazırki İddiaçı2 arasındadır və sonuncunun hüquqi marağı kompensasiya almış mülkiyyətçilərə qarşı kompensasiya tələbinə dair iddia qaldırmaqla təmin oluna bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35.3, 54.3 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı2 cavabdeh İddiaçı1nə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540cı məhəllə) şikayət verilə bilər. X44

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar