Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-900/2020 03.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili X2, 3-cü şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsi işə cəlb edilməklə yeni məlumat vərəqəsinin verilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı xx.xx.2002-ci il tarixdə Qax rayon Polis Şöbəsinə cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edildiyi xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq, həmin vəzifəyə təyin edilməzdən əvvəl xidmət etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsinin vəzifə maaşı əsas götürülməklə 2007-ci ilin yanvar ayından yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-900/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2002-ci il tarixdə Qax rayon Polis Şöbəsinə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edildiyinin xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq barəsində yeni məlmat vərəqəsinin göndərilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-900/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmiş, iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X9 İdarəsi isə 3-cü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o. xx.xx.1977-ci il tarixdən xx.xx.2002-ci il tarixədək daxili işlər orqanlrında xidmət etmişdir. xx.xx.2002-ci il tarixdə Qax rayon Polis İdarəsinin əməliyyat müvəkkili vəzifəsindən təqaüdə çıxarılmışdır. Xidmət etdiyi dövrdə, yəni 1988-1997-ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Həmin vaxt ağır vəziyyət yarandığı üçün keçirdiyi stress və həyəcan sağlamlığına çox mənfi təsir edib və yüksək təzyiq, şəkər xəstəliyinə tutulmuşdur. Nəticədə hər iki gözünə qan sızmış və müxtəlif dövrlərdə əməliyyat olunmudur. Lakin, faydası olmadığı üçün “İ dərəcəli gözdən əlil” kimi tanınmışdır. Onda yaranmış şəkərli diabet və yüksək təzyiq xəstəliyi nəinki gözlərinə, bütün orqanlarına mənfi təsir göstərmiş, ürəyi də sıradan çıxarmışdır. Nəticədə ürəyinin düzgün işləməsi üçün əməliyyat edilib kardiostimulyator qoyulmuşdur. Bununla əlaqədar 2002-ci ilin noyabr ayında ərizə ilə xidmət etdiyi orqana müraciət edərək onu təqaüdə çıxarmalarını xahiş etsə də, xx.xx.2002-ci ildə Bakı şəhər Baş Polis İdarəsində CAİ-nin rəisi vəzifəsindən Qax rayon Polis Şöbəsinə Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə xidmət mənafeyi naminə təyin edilməsi barədə əmr verilmişdir. Lakin, səhhəti və xəstəliyi yüksək dağlıq ərazidə işləməsinə imkan vermirdi. Buna baxmayaraq, sonuncu vəzifəyə 1 günlük təyin edilmiş və xx.xx.2002-ci il tarixdə təqaüdə çıxarılmışdır. Sonuncu təyinatının xidmət mənafeyi naminə olduğunu nəzərə alaraq, cavabdehə müraciət edərək əvvəlki vəzifəsi üzrə pensiya təyin edilməsini xahiş etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi əvvəlki vəzifəsi üzrə məlumat vərəqəsinin daxil olmadığı bildirilmişdir. İmtinanı əsassız hesab etdiyi üçün məhkəməyə müraciət edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza əsasən, istefada olan polis polkovniki İddiaçı 1949-cu ildə Ordubad rayonunda anadan olmuş, xx.xx.1977-ci ildə daxili işlər orqanlarında xidmətə başlamış, müxtəlif vəzifələrdə xidmət etmiş, xx.xx.2000-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin X4 rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2002-ci il tarixdə xidmətdə yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin sərəncamına götürülmüş, xx.xx.2002-ci ildə Qax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin olunmuş, Daxili İşlər Nazirliyinin xx.xx.2002-ci il tarixli 2119ş/h nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən (səhhətinə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir. İddiaçı daxil iişlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının xx xxxxx 1992-ci il tarixli, 109 nömrəli Qanununun 40-cı maddəsinə əsasən əsasən xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 100 faizi hesabı ilə pensiya təyin edilmişdir. İddiaçı sonuncu xidmət yeri Qax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsi olduğundan onun pensiya təminatında bu vəzifəsinin pul təminatı əsas götürülmüşdür. İddiaçı iddia ərizəsində qeyd etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.18-ci maddəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır. İddiaçı Bakı şəhər Baş Polis İdarəsinin X4 rəisi vzifəsindən səhhətinə və ya yaşına görə azad edilmədiyindən həmin maddənin müddəalarını ona tətbiq etmək olmaz. 3-cü şəxs Dövlət X11 X9 İdarəsi məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdən, sonuncu tutduğu vəzifəyə uyğun olaraq (Qax rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili) səhhəti ilə əlaqədar olaraq tərxis edilərək əmək pensiyası təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 00****** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu il tarixdə Ordubad rayonu, Xurs kəndində anadan olmuşdur. İşdə olan 394 nömrəli, xx.xx.2002-ci il tarixli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamənin 12-ci bəndində - diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqınında XHK-nın qərarında şəkərli diabet orta ağırlıqda İİ tip. Diabetik angiopatiya. Anteno-nevrotik vəziyyət; 13-cü bəndində XHK-nın xidmətə yararlılıq haqqında qərarı: - “Xəstəliklər cədvəlinin” 13b maddəsinin İİ qrafasınaa və ƏTC-ə əsasən DİO-da xidmətə yararsızdır qeydləri aparılmışdır. İşdə olan Binəqədi rayon ƏƏSM tərəfindən verilmiş 079321 nömrəli vəsiqədən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən İ qrup gözdən əlildir. İşdə olan iddiaçıya məxsus xx xxxxxxxx 1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, xx.xx.2002-ci ildə Qax RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsindən daxili işlər orqanlarından xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunarkən xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının təqaüdünün yenidən hesablanması ilə əlaqədar daxil olmuş müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 0xx/xx-6223Q- 3219 nömrəli məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv şəxsi işi yenidən öyrənilmiş və müəyyən olunmuşdur ki, o, xx.xx.1977-ci ildə daxili işlər orqanlarında xidmətə qəbul olunmuş, xx.xx.2002-ci ildə Qax RPŞ-nin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili vəzifəsindən daxli işlər orqanlarında xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunarkən xidmət müddəti təqvimi hesablama ilə 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə 35 il, 05 ay, 09 gün təşkil etmişdir. İmtiyazlı xidmət illəri hesablanarkən mövcud qanunvericiliyə əsasən Naxçıvan Muxtar Respublikasında xidmət etdiyi illər (xx.xx.1988-xx.xx.1992) 1 ay 1 ay yarım kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinin qorunması dövrü (xx.xx.1992-xx.xx.1997) 1 ay 2 ay kimi və ali təhsil aldığı müddətin yarısı iş stajına daxil edilmişdir. İşdə olan 3-cü şəxs tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019cu il tarixli, ********** nömrəli “pensiya məbləğinin hesablanması haqqında” məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx xxxxxx 2002-ci il tarixində ona “polkovnik” rütbəsinə və “Qax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin Əməliyyat Müvəkkili” vəzifəsinə uyğun olaraq hərbi qulluqçu kimi xidmət illərinə (səhhəti ilə əlaqədar) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq x xxxxxx 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət X15 həyata keçirdiyindən ona əmək pensiyası həmin tarixdən etibarən İdarə tərəfindən ödənilir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla x xxxx 2018-ci il tarixinədək sonuncu vəzifəsinə uyğun olaraq təminat xərcliyinin (708.40 manat) 35 il 055 ay 09 gün xidmət müddətinə görə 100 faizi – 708.40 manat məbləğində pensiya qanunvericiliyiə uyğun olaraq hesablanaraq ödənilmişdir. xx xxxx 2018-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin x xxxx 2018-ci il tarixli, 3761 nömrəli Sərəncamına əsasən sonuncu vəzifəsinə uyğun olaraq vəzifə maaşının 330.00 manata artırılması ilə əlaqədar – rütbə maaşı 138.00 manat; xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə - 140.40 manat; məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə - 85.50 manat; ərzaq payı əvəzinə kompensasiya – 64.00 manat olmaqla cəmi təminat xərcliyi 754.90 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2018-ci il tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.5-ci bəndinə əsasən əmək pensiyası təminatı xərcliyinin sonrakı artımları zamanı, təminat xərcliyindəki faktiki artımın məbləği Qanunun 20.14.1-ci maddəsində nəzərdə tutulan qaydada 20 ildən yuxarı hərbi xidmətin güzəştli sayılan hissəsi ilə birlikdə hər il (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin artım məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla aşağıdakı kimi hesablanır: - 20 il xidmət müddətinə görə təminat xərcliyinin 55 faizi; 20 ildən artıq xidmət müddətinin (15 il) hər ili üçün 2 faiz tətbiq edilməklə (15 ₓ 2) təminat xərcliyinin 30 faizi; natamam ildəki iş stajı aylarının sayına (05 ay) mütənasib olaraq təminat xərcliyinin 0.84 faizi. Əmək pensiyasının müəyyən edilməsi üçün təminat xərcliyinin artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 85.8.4 faiz təşkil edir. Qeyd olunanları nəzərrə alaraq, xx xxxx 2018-ci il tarixinədək olan təminat xərcliyi (708.40 manat) ilə artımdan sonrakı təminat xərcliyinin (754.90 manat) arasındakı fərq məbləğinin (46.90 manat) 85.84 faizi – 39.92 manat pensiyasının (708.40 manat) üzərinə əlavə olunmaqla 748.32 manat məbləğində əmək pensiyası müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyası təyin edilməsi üçün X12 Təyinar İdarəsinə təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən İdarəyə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin xx xxxxxxx 2002-ci il tarixli, 1911ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı xx xxxxxxx 2002-ci il tarixdən Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilib, Azərbaycan Respublikası DİN-in sərəncamında saxlanılması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin xx xxxxxxx 2002-ci il tarixli, 1944ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası DİN-in sərəncamında olan polis polkovniki İddiaçı xx xxxxxxx 2002-ci il tarixdən Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin xx xxxxxx 2002-ci il tarixli, 2119ş/h nömrəli əmrdən çıxarışdan görünür ki, polis polkovniki İddiaçı Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, “istefada olan polis polkovniki” sayılmaqla, xx xxxxxx 2002-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) müvafiq olaraq xidmətdən xaric edilmişdir. xx xxxxxx 2002-ci il tarixə xidmət müddəti: təqvim hesablama ilə - 26 il, 02 ay, 24 gün, imtiyazlı hesablama ilə - 35il, 05 ay, 09 gün təşkil etmişdir. İşdə olan iddiaçıya məxsus pensiya işinə əlavə edilmiş cavabdeh tərəfindən Dövlət X11 X9 İdarəsinə göndərilmiş məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı - 26 il, 02 ay, 14 gün təqvimi xidmət ili; 09 il, 02 ay, 25 gün güzəştli xidmət ili, cəmi 35 il 05 ay 09 gün xidmət ili olmuşdur. Onun sonuncu tutduğu vəzifəsi Qax rayon Polis Şöbəsinin cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili olmuşdur. O, xx.xx.2002-ci il tarixdə səhhəti ilə əlaqədar xidmətdən tərxis olunmuşdur. Beləliklə, iddia ərizəsinin məzmunundan, tərəflərin məhkəmə iclasında iştirakı zamanı verdiyi izahatlardan, işdə olan sənədlərdən və iddiaçıya məxsus pensiya işindən müəyyən edilir ki, iddiaçı xx.xx.2002-ci il tarixdə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”-nin 135-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq (səhhəti ilə əlaqədar) DİO-dan xidmətdən xaric olmuşdur. Onun barəsində Daxili İşlər Nazirliyi tərəfindən məlumat vərəqəsi tərtib olunmuş, məlumat vərəqəsində iddiaçının 35 il 5 ay 09 gün xidmət ili ilə xx.xx.2002-ci il tarixdə ehtiyata buraxıldığı, ehtiyata buraxılarkən pul təminatı sonuncu tutduğu vəzifəyə - Qax rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsinə müvafiq olaraq qeyd edilmiş, həmin məlumat vərəqəsinə əsasən cavabdeh orqan tərəfindən iddiaçının pensiyası hesablanmış və hal-hazırdada iddiaçıya ödənilməkdə davam edir. İddiaçının iddia ərizəsində qeyd etdiklərindən və məhkəmə iclaslarında verdiyi izahatdan müəyyən edilir ki, iddiaçı hazırda pensiyasının düzgün hesablanmamasının əsası kimi, xx xxxxxxx 2002-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilərək sərəncama götürüldüyü və xx xxxxxxx 2002-ci il tarixli əmrlə Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilən zaman xidməti mənafeyi naminə olmasının nəzərə alınmamasını göstərmişdir. Halbuki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının Bakı şəhər Baş Polis İdarəsinin cinayət axtarış idarəsinin rəisi vəzifəsindən azad edilməsi və Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx xxxxxxx 2002-ci il tarixli və xx xxxxxxx 2002-ci il tarixli əmrlərində iddiaçının Qax RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsinə təyin edilməsinin xidməti mənafeyi naminə olması ilə bağlı hər hansı qeydlər mövcud olmamışdır. Göründüyü kimi, cavabdeh iddiaçıya pensiya təyin edilməsi məqsədilə tərəflərindən göndərilmiş məlumat vərəqəsində qanunvericiliklə müəyyən edilmiş qaydada üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət X13 göndərilir. Həmin Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Həmin Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidnə hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət X13 təqdim olunur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X8 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-900/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-900/2020
03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver