Məhkəmə qərarları › İş №2-1(112)-9006/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-9006/2022

09.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9006/2022 09.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə mümkünlük məsələsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra İddiaçı MMC) cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib edilmiş inzibati xəta haqqına protokolun və həmin protokola əsasən İddiaçı MMC-nin 1.460 ABŞ dolları məbləğində inzibati cərimə edilməsinin ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (VOEN **********) təsis edilərək qanunla müəyyən edilmiş qaydada vergi orqanlarında vergi ödəyicisi kimi qeydiyyata alınmaqla kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergi orqanlarına müvafiq qaydada və müddətlərdə Cəmiyyətin vergi hesabatları təqdim edilmişdir. Lakin 2022-ci ilin may ayında cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı İddiaçı MMC tərəfindən xaricə köçürülmüş 7300.00 ABŞ dolları məbləğində vəsait hesabına alman malların ölkəyə idxal edilmədiyi və valyuta vəsaitinin geri qaytarılmaması qənaətinə gəlinərək, İddiaçı MMC tərəfindən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında tərtib etdiyi protokola əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09.07.2019-cu il tarixli, 3(006)-1351/2019-005 №-li icra vərəqəsindən məlum olmuşdur ki, İddiaçı MMC 1.460 ABŞ dolları (2.482 manat) məbləğində cərimə edilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının İddiaçı MMC-nin barəsində tərtib etdiyi yuxarıda qeyd olunan inzibati xəta haqqında protokolu qanunsuz və əsassızdır. Faktiki olaraq İddiaçı MMC tərəfindən ona istinad edilən inzibati xəta törədilməmişdir. İddiaçı MMC tərəfindən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş pul vəsaitinin hesabına alınmış malların ölkəyə idxalını təsdiq edən bütün sənədlər iddiaçı tərəfindən mütəmadi olaraq banka təqdim edilmiş, yuxarıda qeyd edilən protokolda göstərilən bütün valyuta vəsaitinin hesabına alman malların hamısı ölkəyə idxal edilmiş və həmin malların satışından müvafiq qaydada vergi ödənilmişdir. Qabaqcadan ödənilmiş qeyd edilən valyuta vəsaitindən xaricdən geri qaytarılmayan hissəsi olmamışdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati xəta haqqında protokolunda göstərilən İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta İddiaçı MMC tərəfindən törədilmədiyindən, protokol qanunsuz və əsassız tərtib edildiyinə görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qəbul edilmiş həmin inzibati xəta haqqında protokol məhkəmə qaydasında mübahisələndirilərək ləğv edilməlidir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada tərəflərə məlumat verilsə də, tərəflər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1351/2019-005 nömrəli 09.07.2019-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı MMC İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-i, yəni 1.460 ABŞ dolları, inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi bankının rəsmi məzənnəsinə uyğun olaraq 2.482 manat məbləğində cərimə edilmişdir. 21.10.2005-ci il tarixdə qəbul edilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə eyni gündə qüvvəyə minən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 3.2.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarından göründüyü kimi, iddiaçı inzibati orqanın inzibati xəta üzrə fəaliyyəti ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “inzibati xəta haqqında protokolun və qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar