Məhkəmə qərarları › İş №2-1(112)-9007/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9007/2025

23.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9007/2025 23.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İ.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan, XVİİİ mədən küçəsi, 7 saylı bağ sahəsinə dair ilkin qeydiyyata alınmaqla arayışın (çıxarışın) mərhum X1 adına verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.

2. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində cəlb edilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə 1992-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı xx.xx.2021-ci ildə Bakı şəhərində “Dəqiqləşdirilməmiş bronxopnevmoniya” səbəbi ilə vəfat etmişdir. Qeyd edir ki, mərhum yoldaşı AR-sı Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma idarəsində işləmişdir. Mərhum işlədiyi dövrdə üzv olduğu “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olaraq, ona xx.xx.2005-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsi xx.xx.2005-ci il tarixli “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li protokoluna əsasən verilmişdir. Artıq 20 (iyirmi) ildir ki, ayrılmış torpaq sahəsindən istifadə edir, lakin ayrılmış torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədi mövcud deyil. Bu səbəbdən istifadəsində olan torpaq səhəsinə dair ilkin qeydiyyat alınmaqla arayışın (çıxarışın) verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciət etmişdir. Müraciəti ilə bağlı xx.xx.2025-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən aşağıdakı səbəblərə görə imtina edildi. “Qum adası” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmaması, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunun təqdim edilməməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-sı Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icrarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabşası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-sı Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrininn ləğv edilməsi barədə” AR-sı Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra Hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin AR-sı DƏDRX-nə verilməsi qərar alınmışdır. Cavabdehin müraciətimə imtina etməsi aşağıdakı xüsusiyyətlərə görə əsassız sayır. Mərhum yoldaşı AR-sı Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma idarəsində işləmişdir və işlədiyi dövrdə üzv olduğu “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin üzvü olaraq xx.xx.2005-ci il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsi ayrılmışdır. Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsinin ayrılması AR-sı SOCAR-nın Mərkəzi Arxivində “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı siyahıda aşkar olunması istifadəsində olan torpaq sahəsindən istifadə etməyini tam olaraq hüquqi və əsaslı olmasını sübut edir. Mərhumun adına ayrılmış torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 126 №-li Sərəncamı ilə Suraxanı rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 251 saylı razılıq məktubunu nəzərə alaraq AR- sı Dövlət Neft Şirkəti “AZneft” İstehsalat Birliyi “Qum adası” Neft və Qazçıxartma idarəsinə Suraxanı rayonu Zığ-Hövsan şosenin cənub-şərqində yerləşən sahədə bağ təsərrüfatı yaratmaq üçün ayrılmış torpaq sahəsindən biri də mərhum həyat yoldaşına ayrılmışdır və hal hazırda istifadə etməyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-sı Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda 25 (iyirmi beş il) ildir ki, xx.xx.2005-ci il tarixli “Qum adası” NQÇİ-nin rəhbərliyi və həmkarlar komitəsinin rəyasət heyətinin birgə iclasının 02 №-li protokolu əsasında istifadəsində olan torpaq sahəsindən istifadə etməyi tam olaraq hüquqidir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən qeyd edilən torpaq sahəsi ilə bağlı sərəncam verilməlidir, cavabdehin səlahiyyətində olan hərəkəti etməlidir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Cavabdehin imtina məktubunda qeyd edilmişdir ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Bundan başqa, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir.

5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, “Qum adası” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Bundan başqa, vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir. Eyni zamanda elektron kadastr baza məlumatına əsasən göstərilən sahə heç bir bağçılıq yoldaşlıq təsərrüfatı ayrıc aktı daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlir. Həmçinin sahənin 82 metrlik məsafəsində neft quyusunun baza məlumatı mövcuddur. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir.

6. Üçüncü şəxsin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətidir, onlar qanunvericilik ilə müəyyən edilmiş qaydada istifadəyə və icarəyə verilə bilər. Hesab edir ki, iş üzrə cavabdehin mülkiyyət hüquqularını qeydiyyatda alınmaqdan imtina əsaslı olmuşdur.

7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş nikahın bağlanması haqqında 438453 nömrəli şəhadətnamədə qeyd edilmişdir ki, X3 ilə Məmmədova (İsmayılova) Nəzakət Bilal qızı arasında olan nikah xx.xx.1992-ci il tarixdə qeydə alınmışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 169245 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005ci il tarixli 126 saylı sərəncamında qeyd edilmişdir ki, “Qum adası” NQÇİ-yə Suraxanı rayonu, Zığ-Hövsan şosesinin cənubi şərqində yerləşən sahədə Bağ təsərrüfatı yaratmaq üçün 7,0 ha torpaq sahəsi ayrılmışdır.

10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İH-nin xx.xx.2005-ci il tarixli 2 saylı protokolundan olan çıxarışdan qeyd edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsi X2 ayrılmışdır.

11. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qedy edilmişdir ki, Zığ-Qum adası bağ massivi 7 saylı bağın faktiki sahəsi 405.0 kv.m. göstərilən bağ sahəsi hasar daxilindədir. Sahədə iki mərtəbəli ev, köməkçi tikili var.

12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı mərhum X1 qanun üzrə vərəsəsidir.

13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

16. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

17. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

20. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. İddia mümkündür.

İİİ.Məhkəmənin mövqeyi

22. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İH-nin xx.xx.2005-ci il tarixli 2 saylı protokolundan olan çıxarışına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsi X2 ayrılmışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

23. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

26. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:

27. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

28. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

29. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.

30. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

31. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

33. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

34. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

35. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısı və bölgü sxemi idarənin arxivində aşkar olunmamışdır. Həmçinin vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubu təqdim edilməmişdir.

36. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İHnin xx.xx.2005-ci il tarixli 2 saylı protokolundan olan çıxarışına əsasən Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamı ilə Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 400 kv.m sahəsi olan XVİİİ mədən küçəsi 7 saylı bağ sahəsi X2 ayrılmışdır. (Protokolundan çıxarışa və üzvlük kitabçasının əslinə məhkəmə iclasında baxış keçirildi.)

37. Bundan başqa qeyd edilən bağ sahəsinin qonşuluğunda yerləşən 12 saylı bağ sahəsi yaşayış məntəqələri torpaqlarına aid edilmiş və həmin sahəyə dair X5 eyni hüquqmüəyyənedici sənədlər əsasında çıxarış verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.

38. Cavabdehin digər dəlili ondan ibarətdir ki, elektron kadastr baza məlumatına əsasən göstərilən sahə heç bir bağçılıq yoldaşlıq təsərrüfatı ayrıc aktı daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlir, həmçinin sahənin 82 metrlik məsafəsində neft quyusunun baza məlumatı mövcuddur.

39. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq sahəsinin təqdim olunmuş ortofoto görüntüsündən məlum olur ki, sahənin hər bir tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir. Qeyd edilən torpaq sahəsi Dövlət Neft Şirkətinin torpağı olsa da, 12 saylı bağ sahələsi yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrılmış torpaq sahəsinə dair çıxarış verilmişdir.

40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

41. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyata alınması təşkil etdiyindən, cavabdehin və üçüncü şəxsin bu dəlili əsassızdır.

42. Məhkəmə vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi barədə notariat ofisinin məktubunun cavabdehə təqdim edilməməsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədə qeyd edilmişdir ki, İddiaçı mərhum X1 qanun üzrə vərəsəsidir.

43. İnzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.

44. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

45. Məhkəmə cavabdeh imtina və etirazında göstərdiyi əsaslar ilə bağlı öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə mərhum X2 qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.

46. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

47. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

48. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

49. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesi yaxınlığında, 400 kv.m sahəsi olan, XVİİİ mədən küçəsi, 7 saylı bağ sahəsinə mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar