Məhkəmə qərarları › İş №2-1(112)-9008/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-9008/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9008/2023 05.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır) cavabdehin nümayəndəsi X1 (Kəlbəcər rayonunda qeydiyyatdadır, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya hüququnun yarandığı tarixdən güzəştli əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq güzəştli şərtlərlə əmək pensiyasının 20 oktyabr 2018-ci ildən təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 17 avqust 1981-ci ildən 6 oktyabr 1981-ci ilə qədər Elmi- Təqdiqat İnstitutu zavodunda frezel maşınının maşinisti vəzifəsində çalışmışdır. 1981- 1984-cü illərdə hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra 1985- 1988-cı illərdə ali təhsil almışdır. 6 aprel 1984-cü ildən 22 iyul 1986-cı ilə qədər X8 zavodunda İ elektrik sahəsində, 30 iyul 1986-cı ildən 12 dekabr 1988-ci ilə qədər X9 İdarəsində sərnişin daşıma heyətində şagird, 12 dekabr 1988-ci ildən 16 noyabr 2000-ci ilə qədər X4 nəzarətçi, 4 iyul 2001-ci ildən 17 fevral 2014-cü ilə qədər üzücü heyətə nəqliyyat donanması gəmilərinə elektrik mexanik vəzifəsində, 17 fevral 2014-cü ildən 5 iyun 2018-ci ilə qədər üzücü heyətə elektrik mexanik vəzifəsində işləmişdir, 07 fevral 2019-cü ildən isə DRX-nin mütəxəssisi vəzifəsində işləyir.İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir.Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, onun güzəştli pensiya almaq hüququ 2018-ci ildə yaranmışdır. Bu səbəbdən əmək pensiyasının təyin edilməsi üçün sənədlərini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və xx.xx.2023-cü il tarixli, 3-17-1/2-X- 31999/2 nömrəli imtina məktubu ilə cavab vermişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na 2 nömrəli əlavə olan "Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı"nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi tələb olunur.İddiaçı çalışdığı iş yerindən arayışı cavabdehə təqdim etsə də, cavabdeh həmin arayışda göstərilənləri nəzərə almaqdan imtina etmişdir.Halbuki həmin arayışda qeyd edilir ki, iddiaçı güzəştli şərtlərlə əmək stajına və yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 20 oktyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.Lakin iddiaçı 18 yanvar 2023-cü il tarixdə cavabdeh orqana yenidən müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan isə haqlı olaraq müraciətin təmin edilməsindən imtina etmişdir.Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "Azərbaycan X10çiliyi" QSC-nin X3 8 avqust 2022ci il tarixli, AM xx/xx-1551 nömrəli arayışında xx.xx.1986-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının DTXB-da sahil heyətində nəzarət ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Halbuki, həmin sahə və vəzifələr müvafiq siyahıda nəzərdə tutulan sahə və vəzifələrə aid deyildir. Bu səbəbdən də iddiaçının xx.xx.2006-cı il tarixinədək güzəştli iş stajı 12 il 6 aydan az (6 il 10 ay 26 gün (xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, iddiaçıya 60 yaşının tamam olduğu tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmadığı kimi, hüquqi əsaslar yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5. İddaçı İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş: xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən iddiaçıya 20 oktyabr 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, iddiaçının təqdim etdiyi "Azərbaycan X10çiliyi" QSC-nin X3 iddiaçıya dair 8 avqust 2022-ci iİ tarixli, AM xx/xx-1551 nömrəli arayışında xx.xx.1986-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının DTXB-da sahil heyətində nəzarət ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsində işlədiyi qeyd edildiyi,həmin vəzifə əmək şəraiti zərərli və ağır peşələrin siyahısında nəzərdə tutulan sahə və vəzifələrə aid olmadığı üçün iddiaçıya 60 yaşının tamam olduğu tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir; İddiaçının əmək kitabçasına əsasən iddiaçı 1978-ci ildən 1981-ci ilə qədər 56 nömrəli peşə məktəbində peşə təhsili almışdır, xx.xx.1981-ci ildə 18 saylı şöbəyə frezerçi qəbul edilmişdir, xx.xx.1981-ci ildən hərbi xidmətə çağırışla bağlı işdən azad edilmişdir, xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1984-cü ildən xx.xx.1984-cü ildə qədər “Xəzərdənizgəmitəmiri” müəssisəsində elektrik montaj sexinə qaynaqçı peşəsinə götürülmüş, həmin müəssisədə xx.xx.1984-cü ildən KİP avtomatika üzrə elektromontaj sahəsinə İ dərəcəli qaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə işdən azad edilmişdir xx.xx.1986-cı ildə X5 nəqliyyat filialına gəmi elektrikinin şagirdi vəzifəsinə təyin edilmişdir, xx.xx.1986-ci ildən İİ dərəcəli gəmi elektriki ixtisası verilmişdir, xx.xx.1988-ci ildən filialın texniki xidmət şöbəsinin sahil xidmətinə İV dərəcəli nizamlayıcı vəzifəsinə keçirilmişdir, xx.xx.2000-ci ildən nəqliyyat filialına elektromexanik vəzifəsinə keçirilmişdir,xx.xx.2001-ci ildən üzücü heyətə nəqliyyat donanması gəmilərinə elektrik mexaniki vəzifəsinə keçirilmişdir,xx.xx.2014-cü ildən üzücü heyətə elektrik mexaniki vəzifəsinə təyin edilmişdir, xx.xx.2018-ci ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə 1-ci dərəcəli elektrik mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu ildə üzücü heyətə nəqliyyat donanması gəmilərinə elektrik mexaniki vəzifəsinə keçirilmişdir;

iddiaçının adına verilmiş 816236 №li diploma əsasən iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı şəhərində frezerçi ixtisası üzrə texniki peşə təhsili almışdır; iddiaçının adına verilmiş 800992 №li diploma əsasən iddiaçı Bakı dənizçilik peşə məktəbində 1985-ci ildən 1988-ci ilə qədər gəmi elektrik avadanlıqlarının istismarı ixtisası üzrə peşə təhsili almışdır; İddiaçının adına verilmiş ******* №li hərbi biletə əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur; “Zığ” Gəmi Təmiri və Tikinti Zavodunun xx.xx.2022-ci il tarixli güzəştli arxiv arayışına əsasən iddiaçı X10 Təmiri İstehsalat Birliyi "Zaqfederasiya’ adına Gəmi təmiri zavodunda xx.xx.1984-cü ildən - Elektrikquraşdırma sahəsində nəzarət, ölçü cihazları və avtomatika üzrə üç ay sınaq müddəti ilə şagird çilingər peşəsinə işə qəbul edilmiş (əmr № 60, xx.xx.1984-cü il), xx.xx.1984-cü ildən-Elektrikquraşdırma sahəsində nəzarət,ölçü cihazları və avtomatika üzrə birinci dərəcəli çilingər (əmr №163, xx.xx.1984-cü il) işləmişdir, xx.xx.1986-cı ildən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad olunaraq Azərbaycan X6 keçirilmişdir (əmr № 106, xx.xx.1986-cı il), X10 Təmiri İstehsalat Birliyi "Zaqfederasiya’ adına Gəmi təmiri zavodunda nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər kimi ümumilikdə iş stajı 1 il 9 ay 12 gün təşkil edir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiqlənmiş, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına əsasən 3.1.a nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində ) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər. Yuxanda göstərilən peşələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların,peşələrin,vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı İlə təsdiq edilmiş ******* a-18451-çənlərin və gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olan takelajçıları və bütün adlarda çilingərlər bəndinə uyğundur. Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı həqiqətən də xx.xx.1978-ci il tarixində 56 nömrəli Bakı Peşə Məktəbinin “Frezerçi" ixtisasına qəbul olmuş və xx.xx.1981-ci il tarixində həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış В № 816236 nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. “Azərbaycan X10çiliyi” QSC X3 xx.xx.2023-cü il tarixli arayışına əsasən İddiaçı həqiqətən də Azərbaycan Dövlət X10çiliyinin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1986-cı il tarixindən hal-hazıradək gəmi elektriki, elektromexanik, avtomat və nəzarət-ölçmə cihazlarının nizamlayıcısı vəzifələrində işləmişdir.Onun işlədiyi vəzifələr və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı ümumi iş stajı 39 il 00 ay 20 gün, üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 36 il 07 ay 15 gün təşkil edir.Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli,12 N-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 21.2 bəndinin "b" yarımbəndinə və 11.6 bəndinin "a"yarımbəndinə (gəmi radioquraşdıcıları, radioelektron aparatlarının və cihazlarının tənzimləyicisi) uyğun göstərilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş: “Azərbaycan X10çiliyi” QSC-nın X2 xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı xx.xx.1986-cı ildə X6 elektrik köməkçisi peşəsinə qəbul olunmuşdur və hazırda Donanmanın üzən heyətində elektromexanik vəzifəsində işləyir, həmin məktuba X10çiliyinin 117/u, xx.xx.1986-cı il tarixli, 152/s nömrəli, xx.xx.1988-ci il tarixli, 219/z nömrəli, xx.xx.2000-ci il tarixli, 117 nömrəli, xx.xx.1986-cı il tarixli, 182/u nömrəli, xx.xx.1986-cı il tarixli, 218/b nömrəli, xx.xx.1988-ci il tarixli, 12.12.242/s nömrəli əmrlərindən çıxarışların surətləri, fərdi əmək müqaviləsinin surəti əlavə edilmişdir.

İV. Məhkəmənin mövqeyi

7.Məhkəmə, iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. 8.Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 29-cü maddənin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 9.Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 10.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik otduqda, müddətin azı 12 il 6 ayını həmin İşlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə ahnmrş pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. 11.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. 12.Beləliklə, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün o, xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi iş stajına və həmin müddətin 12 il 6 ayı güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmalıdır.

13. Lakin işin faktiki hallarına əsasən iddiaçı xx.xx.2006-cı ilə qədər 12 il 6 ay güzəştli şərtlərlə pensiya hüququ verən iş stajına malik olmamışdır. 14.Belə ki, onun həmin dövrdə güzəştli şərtlərlə pensiya hüququ verdiyi işlərdə iş stajı 6 il 10 ay 26 gün (xx.xx.1984-xx.xx.1986-cı il və xx.xx.2000-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir, xx.xx.1988-ci ildən xx.xx.2000-ci ilə qədər iddiaçının işlədiyi nəqliyyat filialının texniki xidmət şöbəsində sahil heyətində nəzarət ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə deyildir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metal emalı bölməsində (11) Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri bəndi (11.6) və Nəqliyyat bölməsində (21) Dəniz və çay donanması bəndində (21.2) üzən heyət yarımbəndində (b) dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) vəzifəsi nəzərdə tutulmuşdur ki, iddiaçının işlədiyi sahil heyətində nəzarət ölçü cihazları və avtomatika nizamlayıcısı vəzifəsi həmin vəzifələr siyahısına aid deyildir, belə ki, iddiaçının işi sahildə olmuşdur, iddiaçı qeyd edilən vəzifədə işlədiyi müddətdə daimi iş yeri üzən gəmilərdə olmamışdır. 16.Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən təyin edilməsi üçün əsaslar mövcud deyildir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Hal-hazırda iddiaçının müraciətinin təmin edilməməsində ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olmuşdur və iddiaçının subyektiv hüquqlarının pozulması halı baş verməmişdir. 18.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 19.Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 20 oktyabr 2018-ci ildən təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. 20.Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,33, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının 20 oktyabr 2018-ci ildən təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar