Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-9009/2024 15.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarışın ləğv edilməsi, qanunvericiliyin tələbinə uyğun olaraq həmin çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan lakin ipoteka predmeti olmayan 0.06 ha torpaq sahəsindən ipoteka prdemeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evinin üzərində yerləşdiyi 0.013 ha torpaq sahəsi çıxılmaqla qalan (0.06-0.013=0.047) 0.047 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən ipoteka ilə yüklü edilməmiş ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evi (bundan sonra - ev) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışına əsasən İddiaçı tam mülkiyyət hüququ ilə mülkiyyətindədir. Evin həyətyanı sahəsi olan 0.06 ha torpaq sahəsi daha öncə dövlət mülkiyyətində olmaqla İddiaçı xüsusi mülkiyyətində olmamış, yalnız istifadəsində olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə (bundan sonra - Bank) Həsənov Mahir Salman oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008- 7292247KOB02121902 saylı kredit müqaviləsinə əsasən Həsənov Mahir Salman oğluna kredit verilmişdir. Həmin kreditin təminatı kimi 03 dekabr 2019-cu il tarixli saylı Sonrakı İpoteka müqaviləsinə əsasən mülkiyyət hüququ üzrə İddiaçı məxsus ev ipotekaya qoyulmuşdur. Həmin İpoteka müaaviiəsinın məzmunundan və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli yüklülük çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı məxsus ev Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə istinad olunan ipoteka müqaviləsindən, evin həmin dövrdə DƏDRX-dən çıxarışından və ipoteka müqaviləsi əsasında bankın adına alınmış DƏDRX-dən yüklülük çıxarışından görünür ki yalnız ev İddiaçı xüsusi mülkiyyətində olmuş və ipoteka ilə yüklü edilmişdir. Həmin evin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaa sahəsi (bundan sonra - torpaq sahəsi) isə dövlət mülkiyyətində olmaqla İddiaçı xüsusi mülkiyyətində olmamış, yalnız istifadəsində olmuş və bununla da istinad olunan ipoteka müqaviləsinin predmeti də olmamışdır. Başqa sözlə, yalnız İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ipoteka predmeti olmuş, evin yerləşdiyi torpaq sahəsi isə tikilinin yerləşdiyi özgəsinə (dövlətə) məxsus torpaq sahəsi kimi sonuncunun yalnız məhdud istifadəsində olduğundan nə onun sərəncam hüququnun, nə də bankın ipoteka hüququnun predmeti olmamışdır. Beləliklə. Mülki Məcəllənin 243 1-ci maddəsinə müvafiq olaraq başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olduğundan ötən müddət ərzində İddiaçı da həmin torpaq sahəsindən yalnız tikilinin mülkiyyətçisi kimi istifadə etmişdir. Bank qarşısında borc öhdəlikləri müəyyən obyektiv səbəblərdən borcalan tərəfindən ödənilmədiy'ndən bənk sözügedən kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi proseduruna başlamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)~123/2022 saylı xx.xx.2022-ci ii tarixli icra sənədinə əsasən Həsənov Mahir Salman oğlu və İddiaçı müştərək qaydada kredit borcunun bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan əvə yönəldilməsi, evin iikin satış qiymətinin müəyyən edilməsi, evin açıq hərracdan satılması, satışından əldə olunan vəsaitdən borcun ödənildikdən sonra qalan məbləğin ipoteka qoyan İddiaçı qaytarılması, ev satıldıqdan 1 (bir) ay sonra boşaldılması qər. edilmişdir. Səbail Rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(009)-123/2022 saylı icra vərəqəsi icra olunması üçün aidivyatı üzrə Səbail rayon İcra Şöbəsinə göndərilmişdir. Sözügedən məhkəmə qətnaməsi qəbul edildikdən təxminən bir il sonra İddiaçı ona məxsus evin yeriəşdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivinoə yerləşən vaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsin' özlləşdirmiş həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ əldə etmiş və ipoteka saxlayan Bankın razılığı ilə DƏDRX-də ev üzrə mövcud olan müvafiq qeyd'ərə bununla zəruri dəyişiklik aparılmışdır. Başqa sözlə, ipoteka predmeti olan evin yerləşdiyi İddiaçı aızırıa məxsus torpaq sahəsi ayırca mülkiyyət hüququ predmeti olsa da. DƏDRX tərəfindən hər iki əmlaka, yəni ipoteka predmeti olan evə və ipoteka predmeti oımayan torpağın venidən qeydiyyatı aparılmış və xx.xx.2022-ci il tarixdə hər iki əmlakı ehtiva edən vahid çıxarış verilmişdir. Beləliklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı 112.2 29800 qeydiyyat nömrəsi xx.xx.2022-ci il tarixli Çıxarış verilmiş və həmin çıxarışa əsasən fərdi vasayış evinin həyətyanı sahəsi üzərində torpaq sahəsinin mülkiyyət növü “xüsusi mülkiyyət olaraq qeyd edılmişdir. İddiaçı məxsus əvvəlki mülkiyyət hüquqlarını təsdiq edən RX ******* saylı ********** qeydiyyat nömrəli çıxarışa fərdi yaşayış sahəsinin üzərində yerləşdiyi, mülkiyyətçi İddiaçı istifadəsində olan torpaq sahəsi 0.013 ha olaraq qeyd edilmişdir. Hazırkı vəziyyət sözügedən icra sənədinin icrasını çətinləşdirdiyindən və ipoteka predmetinə tutma yönəldilməsi prosedurunun icrasın və real ipoteka predmetinin bazar və likvid qiymətinin müəyyən edilməsini mümkünsüz etdiyindən bankın tələbinin təmin edilməsi, qanuni qüvvəyə minmuiş məhkəmə qərannır icrası, habelə tərəflərin mülkiyyət hüquqlarının qorunması həm fərdi yaşayış evinin, həm də torpaq sahəsinin DƏDRX-də ayrı-ayrılıqda müstəqil mülkiyyət hüququ predmeti Kimi qeydə alınmasını tələb edir. Bu baxımdan iddiaçı tərəfindən cavabdeh təşkilata sözügedən torpaq sahəsinə ayrıca çıxarışın verilməsi ilə bağlı müraciət edilmiş və bununla bağlı ********** daxilolma nömrəli xx.xx.2024-cü il tarixli müraciətə cavabdeh qurumun xx.xx.2024-cü il tarixli **********85 nömrəli məktubu ilə müraciətin təmin edilməsindən əsassız və qanunsuz olaraq imtina edilmişdir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 ünvanında yerləşən fərdi yaşayış evi “Amrahbank" ASC Həzi Aslanov filialının xx.xx.2018 və xx.xx.2019-cu il tarixli müraciətləri əsasında ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilir ki, müraciətə əlavə edilmiş məhkəmə aktları ilə 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. “İpoteka haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən bina, tikili, qurğu və ya digər daşınmaz əşyalar yalnız onların yerləşdiyi, yaxud fəaliyyətini təmin etdiyi torpaq sahəsi ilə birlikdə ipoteka qoyulur. Daşınmaz əşyaya tutma yönəldildikdə, onu alan şəxs həmin daşınmaz əşyanın əvvəlki mülkiyyətçisinə əşyanın yerləşdiyi torpaq sahəsi üzərində mənsub olan hüququ əldə edir.
4. Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair Arayışa əsasən X5 ondan ötrü ki, xx.xx.2022-ci il tarixli ********** nömrəli ərizəyə və xx.xx.2022-ci İl tarixli müqaviləyə əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1094 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. Qiymətləndirmənin aparılması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində rəsmi dövriyyədən keçmiş və alqı-satqı predmeti olmuş əmlaklar barədə toplanmış məlumat bankından, Milli Qeydiyyat Sistemində və 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan məlumatlardan, həmçinin daşınmaz əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, daşınmaz əmlaka olan tələb və təklifdən, eləcə də digər mənbələrdən əldə edilmiş real bazar məlumatlarından istifadə edilmişdir. Qiymətləndirmənin aparılma tarixi: xx.xx.2022 Daşınmaz əmlakın növü: Fərdi yaşayış evi Obyektin ünvanı: ünvan 1 əmlakın mülkiyyət növü: Xüsusi Daşınmaz əmlakın hüququn növü: Mülkiyyət Daşınmaz əmlakın ümumi sahəsi: 206.0 kv.m Torpaq sahəsinin ölçüsü: 0.06 ha Qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji fərdi yaşayış evlərinin bazar dəyəri üçün əsas olan parametrlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2022-ci il tarixinə bazar dəyəri 280 000 (iki yüz səksən min) manat təşkil edir. Qiymətləndirmə Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa, Milli və X1 tələblərinə uyğun olaraq aparılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Çıxarışına əsasən: Xeyrinə hüquq yüklü edilən şəxs "xxxx" ASC Həzi Aslanov filialı Hüququ yüklü edilən şəxs İddiaçı Yüklü edilən əmlakın növü və ünvanı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 fərdi yaşayış evi Yüklü edilən əmlakın ölçüsü 206 kv.m Yüklü edilən torpaq sahəsinin Yaşayış məntəqələrinin torpaqları (Fərdi kateqoriyası yaşayış) Yüklülüyün növü İpoteka Qeydiyyat tarixi xx.xx.2019
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-123/2022 nömrəli İcra Vərəqəsinə əsasən məhkəmə aktının nəticə hissəsi: Cavabdeh Həsənov Mahir Salman oğlu və X3 müştərək qaydada 88251,27 (səksən səkkiz min iki yüz əlli bir manat iyirmi yeddi qəpik) manat əsas, 24024 (iyirmi dörd min iyirmi dörd) manat faiz borcu, 24,49 (iyirmi dörd manat qırx doqquz qəpik) manat cərimə borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinətutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş X5 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 164.000 (yüz altmış dörd min) manat müəyyən edilsın. İpoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi açıq hərracdan satılsın. İpotekaya qoyulmuş fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən cavabdehlər Həsənov Mahir Salman oğlu və X4 LPO "xxxx" ASC-yə olan borcun ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan X5 qaytarılsın. İpoteka predmeti olan öakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi satıldıqdan 1 (bir) ay sonra boşaldılsın. Qalan hissədə iddia təmin edilməsin.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1094 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.013 ha torpaq sahəsinə dair istifadə hüququ (tam) İddiaçı adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən Çıxarışın (elektron) surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1094 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə dair mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
9. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Bakı Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 447/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokola əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə edilmiş, hərracın nəticələri iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan hərrac baş tutmamışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı məxsus olmaqla vahid daşınmaz əmlakdır.
II. İddianın mümkünlüyü
13. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
14. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından:
1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar... 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır... 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
16. X9 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
17. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
18. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
19. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic);
20. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
21. Məhkəmə qeyd edir ki, iddia tələbinin məzmunundan göründüyü kimi iddiaçının yekun məqsədi ona məxsus torpaq sahəsinin bir hissəsini (0.047 ha) tamdan (0.06 ha) ayırmaqla ayrılmış hissəyə münasibətdə mülkiyyət hüquqlarını təsdiq edən ipoteka ilə yüklü edilməmiş ayrıca çıxarış verilməsinə nail olmaqdır.
22. Mülki Məcəllədən: Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 245. Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
23. Məhkəmə müəyyən edir ki, iddiaçının nümayəndəsinin izahatına və daşınmaz əmlakın dövlət reyestrdən çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, ev 1094 ünvanında yerləşən fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi vahid daşınmaz əmlak olmaqla İddiaçı məxsusdur və daşınmaz əmlaka dair mülkiyət hüquqları iddiaçının adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
24. İş materiallarına əlavə edilmiş fərdi yaşayış evin texniki fərdi yaşayış evinə aid texniki pasportdan görünür ki, torpaq sahəsi düzbucaqlı formada olmaqla üç tərəfdən qonşu ilə, bir tərəfdən isə yol ilə əhatə olunub, fərdi yaşayış evi yoldan aralı olmaqla torpaq sahəsinin yuxarı sol küncündə yerləşib və iki qonşu ilə əhatələnib.
25. Bakı Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 447/22 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokola əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəs., 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evi ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC tərəfindən əldə edilmişdr.
26. Məhkəmə qeyd edir ki, qanunvericilik normalarının məzmunundan aydın olur ki, torpaq sahəsi (və ya bir hissəsi) özgəninkiləşdirilərkən həmin torpaq sahəsinin bina (qurğu) yerləşən hissəsinə və həmin binanın (qurğunun) istifadəsi üçün zəruri olan hissəsinə dair mülkiyyət hüquqları binanın (qurğunun) yeni mülkiyyətçisinə keçir. Odur ki, hazırki mübahisənin həlli (torpaq sahəsinin bir hissəsinə dair ipoteka ilə yüklü edilməmiş ayrıca çıxarış verilməsi) üçün qeyd edilən fərdi yaşayış evinin istifadəsi üçün zəruri olan torpaq sahəsinin ölçülərini müəyyənləşdirmək lazımdır. Hazırda inzibati məhkəmə icraatı çərçivəsində bu halı müəyyən etmək mümkün deyil. Belə ki, vahid daşınmaz əmlakın (fərdi yaşayış evinin və torpaq sahəsinin) fiziki bölgüsü aparılmamışdır.
27. Odur ki, iddiaçının hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi ilkin olaraq vahid daşınmaz əmlakın bölünməsi məqsədilə mülki məhkəmə icraatı qaydasında torpaq sahəsinin fərdi yaşayış evinin istifadəsi üçün zəruri olan hissəsinin müəyyən edilməsidir. Fərdi yaşayış evi ipoteka saxlayan tərəfindən əldə edildiyindən müvafiq tələb də ona yönəlməlidir.
28. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
29. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
30. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva