Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-901/2025 10.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A unvanında yerləşən Daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alinması üçün əmlaka dair hüquqlarının,dövlət qeydiyyatı ilə bağlı texniki inventarlaşdırma aparmaqla verilən torpaq sahəsinə münasibətdə, torpaq sahəsinin planı və ölçüsünü təyin etməklə onun çıxarışın, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə, texniki pasportun hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2004-çu il tarixdə Xətai rayon Bələdiyyəsinin 181 sayli qərarina,xx.xx.1998-ci il tarixli Sərəncamına əsasən, İdmançı küçəsi 40 saylı ərazisndə yerləşən, umumi sahəsi (9*11) kvm olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə dair sənədləşdirmənin aparılmasına icazə verilmişdir. Xətai rayon İcra Hakimiyyətinin Lahiyə Smeta Bürosu tərəfindən fərdi yaşayış evinin tikilməsinə dair sənədləşdirmə evin tikintisi üçün ayrilmış sahənin yerləşdirmə və çizgisi planı təsdiq edilmişdir. Fərdi yaşayış evi tikilib qurtardıqan sonra .Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsi uzrə ünvanlar reyestrindən 26.11,2005-ci il 05/14476 verilən arayışa və Baza xəritəsindən çıxarışa əsasən onun adına fərdi yaşayış evi qeydiyyata alınmış, yeni ünvan- ünvan 2 Hal hazırda öz ailə uzvləri ilə göstərilən ünvanda yaşayır. O xx.xx.2023-cu ildə Xətai rayon Bələdiyyəsinə çatışmayan sənədlərdən biri olan alqı-satqı müqaviləsinin verilməsi haqqinda muraciət etmişdir, Xətai rayon Bələdiyyəsi tərəfindən xx.xx.2023-cu il tarixdə 03/X916 cavabı verilmişdir ki, fərdi yaşayış evinin tikilməsinə dair sənədlər Azərbaycan Respublikasınin Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. O təkrarən 6 saylı Bakı şəhər Asan Xidmət mərkəzinə müraciət etmişdir. 6 saylı Bakı şəhər Asan Xidmətin sorğusuna əsasən xx.xx.2023-çi il tarixində mənim müraciətinə çavab olaraq bildirildi ki, sənədləşdirmə uçun lazım olan sənədlər o cümlədən Xətai rayon Bələdiyyəsinin xx.xx.2004-çu il tarixli,05/135 sayli qərarı Azərbaycan Respublikasınin Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir,arxivdə bu sənədlərin qeydiyyati aparılmamışdır. Sonra o Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Ərazi İdarəsindən müraciətlə xahiş etmişdir ki, onun Daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alinması üçün, əmlaka dair texniki sənəd mərzçəkməsi və ya inventarlaşdırma işləri aparilsın , hüquqlarının dövlət qeydiyyatı ilə bağlı, sənədlərin mərzçəkməvə yaxud texniki inventarlaşdırma ilə bağlı hallarının sona çatmasından sonra, ona verilən torpaq sahəsinə münasibətdə torpaq sahəsinin planı və ölçüsünü təyin etməklə mülkiyyətinə verilməsi haqda çıxarış verilsin, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasportun, hazırlanıb verilməsində köməklik göstərəsinlər. 1 saylı Ərazi İdarəsininin Baş mühəndisi bildirilmişdir ki, ünvan 4 ünvanıda yerləşən fərdi yaşayış evinə texniki pasportun və şixarişin hazırlanıb verilməsinə dair ********** nömrəli xx.xx.2023-çu il tarixli müraciətinə baxilaraq yoxlanilmişdir. Lazimi sənədlərin təqdim edilməməsi səbəbindən texniki pasportun tərtib olunması mümkün olmamışdır. Rəşid Bağırov küçəsi 40A ünvanıda yerləşən fərdi yaşayış evi Xətai rayon ərazisinin NZS qəsəbəsində yerləşir və Xəzər rayonu ərazi bölgəsinə heç bir adiyyəti yoxdur. Müraciətdən sonra 1 saylı Ərazi İdarəsininin əməkdaşı tərəfindən ünvan 5 ünvanıda yerləşən fərdi yaşayış evinə baxış keçirilib, fərdi yaşayış evinə aid olan bütün sənədlər yoxlanılmışdır və müraciət zamanı həmin sənədlərin surəti müraciətə əlavə edilmişdir. Daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün əmlaka dair texniki sənəd mərzçəkməsi, və ya inventarlaşdırma işləri aparilmasına, hüquqlarının dövlət qeydiyyatı ile bağlı sənədlərin mərzçəkmə və ya texniki inventarlaşdırma bagiı hallarının sona çatmasından sonra, ona verilən torpaq sahəsinə münasibətdə torpaq sahəsinin planı və ölçüsünü teyin etməklə,mülkiyyətə verilməsinə, torpaq sahəsi üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasportun, çıxarışın hazırlanıb verilməsində köməklik göstərəsinə dair xahişi qanunveriçiliye uygun olaraq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Huquqi Şəxsin 1 saylı Ərazi İdarəsininin Baş mühəndisi Ramiz Babayev cenablarinin mənim tərəfimdən lazimi sənədlərin təqdim edilməməsi səbəbindən texniki pasportun tərtib olunmasi mumkun olmamasi, Azərbaycan Respublikasınin “Daşınmaz əmlakın dövlət reyestri, haqqında” müvafiq Qanununlarinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin maddələrinin tələblərinə əsaslandırılmamışdır, çünkü o dövrə aid olan sözu keçən bütün sənədlərin surəti muraciətə əlavə olunmuşdur. Reşid Bağırov küçəsi 40A ünvanıda yerləşən fərdi yaşayış evi Xətai rayon ərazisinin NZS qəsəbəsində yerləşir və Xəzər rayonu ərazi bölgəsinə hec bir aydiyyəti yoxdur. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A saylı evin cənubunda yerləşən 99kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması və çıxarışın verilməsi vəzfəsinin cavabdehin üzəinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********02 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr baza məlumatına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpaqlarıdır, bələdiyyə ərazisi olması barədə bazada məlumat aşkar edilməmişdir. Qeyd olunanlarla yanaşı fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.10.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı **********02 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı’nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən texniki pasportun tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-X-08093/2023 saylı məktubundan görünür ki, 6 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli müraciətə cavab olaraq bildirilir ki, Xətai rayon Xətai Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 05/135 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin 03/X916 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Xətai rayonu X1 Ayaz Əlibala oğlunun adına fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması barədə hər hansı bir qeydiyyat və ya alqı-satqı müqaviləsi aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, bələdiyyənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 01/1396 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaş İddiaçı Əlbaba oğlunun adına Xətai Bələdiyyəsində hər-hansı bir sənəd aşkar edilmədi. Bələdiyyənin arxiv sənədləri Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 5-11/2-1211/2024 saylı məktubla bildirilmişdir ki, məktubda icraatınızda olan iddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş məhkəmənin icraatında olduğunu bildirərək, yaranmış zərurət ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 181 nömrəli sərəncamının və əlavə olunmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş olunur. Məlumat üçün bildirilir ki, son 5 ilədək rayon İcra Hakimiyyəti tərəfindən qəbul olunmuş Sərəncamlar və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı şəhər Filialına təhvil verildiyindən müraciətə mahiyyəti üzrə baxılması imkanları xaricindədir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 5-11/2-2336/2024 saylı məktubla bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Məlumatlandırma icraatı” qaydasında müraciətləri barədə rayon İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Flialının xx.xx.2024-cü il tarixli 3—48-2F/2-1551/2024 saylı məktubundan görünür ki, Xətai rayon İH-nin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 181 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət.İddiaçı barəsində heç bir məlumat yoxdur. Odur ki, məlumat üçün həmin sərəncamın və ona əlavə edilmiş sənədin təsdiq edilmiş ksero surətləri göndərilir. Digər tərəfdən nəzərinizə çatdırlır ki, Xətai rayon Xətai Bələdiyyəsinin arxiv fondu üzrə xx.xx.2004-cü il tarixli, 05/135 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********25 saylı məktubundan görünür ki, “Arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müraciətdə qeyd edilən 05/14476 saylı, xx.xx.2009-cu il tarixli arayışın saxlanılması müddəti başa çatdırıldığından məhv edilmişdir. Bu səbəbdən qeyd olunan sənədlərin surətlərini təqdim etmək mümkün olmamışdır. Nəzərinizə çatdırılır ki, İddiaçı fərdi yaşayış evinə ünvan reyestrindən arayışının verilməsi üçün idarəyə sənəd surətlərini təqdim etmişdir X3 xx.xx.1998-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı ilə ona verilmiş ayaqqabı təmiri köşkü maddi vəziyyətinin ağır olduğuna görə işlədə bilmir və X2 verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli 181 nömrəli sərəncamından görünür ki, İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı ilə X4 verilmiş İdmançı küçəsi, 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkü Qarabağ əlili X2 verilsin. Xətai rayonu İcra Hakimiyyəti xx.xx.1994-cü il tarixli 683 saylı sərəncamı qüvvədən düşmüş hesab edilmişdir.Ətrafdakı sahələrin abadlıq işlərinə riayət edilməsi Xankişiyev Elşənə tapşırılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli X-76 nömrəli məktubundan görünür ki, Xankişiyev X6 rayon İcra Hakimiyyəti Başçısının 181 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə İdmançı küçəsi 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkünün yerləşdiyi 9x11 m ölçülü sahənin ona satılaraq fərdi yaşayış evi tikintisinə icazə verilməsini xahiş etmişdir. Məhəllin Baş planına müvafiq olaraq qeyd edil ən ərazidə fərdi yaşayış evi tikintisini məqsədəmüvafiq hesab edib, müvafiq qaydada sənədləşdirilməsi üçün sənədlər təqdm edilmişdir. Xətai Rayonu İdmançı küçəsi 40 saylı evin yaxınlığında yaşayış evi tikintisi üçün ayrılmış sahənin 05/135 nömrəli xx.xx.2004-cü il tarixli yerləşmə cizgisinin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 40A saylı fərdi yaşayış evinə dair torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, 05/14476 nömrəli ünvan reyestrından arayışın surəti məhkəməyə təqdim edilmişdir (ünvan sahibi İddiaçı). Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin BÜB seriyalı 680938 nömrəli Kassa Mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı Ağabala oğlu torpaq rüsümu üçün ******* manat ödəmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon Xətai Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05/135 saylı qərarından görünür ki, İdmançı küçəsi ev 40, mənzil 3-də yaşayan İddiaçı Əlibala oğlu 181 saylı, xx.xx.1998-ci il tarixli sərəncamı ilə idmançı küçəsi 40 saylı binanın cənubunda yerləşdirilmiş ayaqqabı təmiri köşkünün yerləşdiyi (9x11)m torpaq sahəsinin onun adına fərdi yaşayış evi tikintisi üçün sənədləşdirilməsinə etiraz etməmiş, ətraf ərazisinin abadlığına və sanitariya qaydalarına riayət edilməsi İddiaçı həvalə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-51228/2024 saylı məktub ilə bildirilmişdir ki, ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktının (koordinatlar əlavə olunur) təsdiq edilmiş surəti göndərilmişdir. ünvan 8 ünvanında yerləşən daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktıdan görünür ki, müvafiq torpaq sahəsinin faktiki sahəsi və hüquq müəyyənedici sənəd üzrə sahəsi 99.0 kv.m-dir. Fərdi yaşayış evinin faktiki sahəsi 152.0 kv.m, hüquq müəyyənedici sənəd üzrə sahəsi isə 154.4 kv.m-dır. İki tərəfli yol vardır, bir tərəfi qonşu digər tərəfi isə boşluqdur.Layihəyə uyğundur.Yerləşməsi bələdiyyənin verdiyi çizgiyə uyğun gəlir. Lakin elektron bazada bələdiyyə ərazisi olub-olmaması ilə bağlı məlumat aşkar edilməmişdir. Ünvan arayışda 40 A göstərilmişdir, cizgidə və qərarda ünvan 40-dır. İddiaçı tərəfindən ünvan 9 yerləşən yşayış evinin yaxınlığında yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış torpaq sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin təsərrüfal hesablı layihə-smeta bürosu tərəfindən təsdiq edilmiş cizgisinin və həmin ünvanda tikilməsi nəzərdə tutulmuş fərdi yaşayış evinin layihəsinin ıslini məhkəməyə təqdim etmişdir. Sxemdə göstərilən sahədən yeraltı qaz xətti, kabel və hava xətlərinin, su kəmərinin və kanalizasiya xətlərinin keçməməsinə dair müvafiq idarələrlə razılaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsindan: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: [202] 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:https://eqanun.az/framework/5456 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. X8 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). X8 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə və təsdiq edilmiş layihə əsasında tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri,Xətai rayonu Rəşid Bağırov küçəsi ev 40A saylı evin cənubunda yerləşən 99kv.m torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 152.1 kv.m olan fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-901/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-901/2025
10.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver