Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-9011/2025 22.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin tibb müəssisəsinin H00237288LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi” tələbi barədə iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tibb müəssisəsinin H00237288LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü anadan olmuş və 1991-ci ildə Laçın özünümüdafiə batalyonunun tərkibində alay yetirməsi kimi (hərbi cagırış yaşına çatmamış və döyüş əməliyyatlarında əsgər kimi xidmət etmiş) döyüşən zaman düşmən tərəfindən atılmış mərmi partlaması nəticəsində xəsarət almış və AR MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının Qərarına əsasən aldığı travma hərbi travma kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd olunmuşdur. Həkim tərəfindən “üzvü mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, konqnitiv funksiyanın enməsi, nitq qüsuru ilə, epileptik tutmalar və s.” diaqnozu qoyulmuşdur. 1993-cü ildən 2-ci dərəcəli əlillik təyin olunmuş və səhvən əlillik səbəbi düzgün olmayaraq “uşaqlıqdan” qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli rəyi ilə üzvü mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, konqnitiv funksiyanın enməsi, nitq qüsuru ilə- F 07.0 diaqnozu qoyulmuşdur. Bu illər ərzində onun səhhətində ağırlaşmalar artmış, epileptik tutmalar, kəllədaxili hipertenziya xəstəliyi səbəbindən o ilk dəfə Respublika Neyrocərrahiyyə Xəstəxanasında xx.xx.1993-cü ildən xx.xx.1993-cü il tarixə kimi stasionar müalicə almış və bu müalicələr 2025-ci ilin mart ayına kimi hər 6 aydan bir təkrarlanmışdır. Cavabdeh orqan tərəfindən 2003-cü ildə ona müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuş və o 2025-ci ilin mart ayına kimi əlillik müavinətini almışdır. Ona əlillik səbəbi uşaqlıqdan aldığı travma qeyd olunmuşdur, halbuki o travmanı müharibədə almış, bu fakt Məhkəmə Tibb Ekspertizasının rəyi ilə də təsdiq olunmuşdur. İddiaçı əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş və ona bildirilmişdir ki, əlillik səbəbinin dəyişdirilməsi üçün poliklinika tərəfindən yeni tibbi göstəriş verilməlidir. Bu səbəbdən o 2024-2025-ci illər ərzində 3 dəfə Psixiatrıya Xəstəxanasında, 2 dəfə də Poliklinikada və bir dəfə də cavabdeh orqanda əyani müayinədə olmuş, bütün sənədləri cavabdeh orqana təqdim etmişdir. 2025-ci ilin mart ayının müavinətini almadıqda o tibbi göndərişi göndərən tibb müəssisəsinə müraciət etmiş və yalnız bundan sonra ona altsistem arayışı verilmişdir və həmin arayışdan və cavabdeh orqanın ona ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan sonra ona məlum olmuşdur ki, cavabdeh H00237288LXV tibbi göndəriş əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə xx.xx.2025-ci il tarixdən qərar qəbul etmişdir. Belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və ona müddətsiz əlilliyin ləğv olunduğu vaxtdan altsistemdə bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2003-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 645430). Daha sonra vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi və yeni göndəriş rəsmiləşdirmiş, göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-ci il tarixli 200 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın, gicgah və ənsə nahiyyələrinin çapıqları, əzilmiş qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yuxusuzluqdan, ürək nahiyyəsində ağrılardan, bayılmalardan, yüksək arterial təzyiqdən, aşağı ətraflarında ödem və qızartı olmasından şikayətlənmişdir. Anamnezində mərmi partlaması nəticəsində baş nahiyyəsindən qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik xəstəxanalara qıcolma tutmaları səbəbindən müraciət etdiyini söyləmiş, lakin tutmalarını təsvir edə bilməmiş, qardaşının qaşıqla yardım etdiyini söyləmişdir. Nevroloji baxış: Stasionar epikrizlər təqdim etməmiş, DTSERA-da EEQ müayinəyə yönləndirilmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya aşkarlanmamışdır. Psixi status: Demonstrativ şəkildə kəkələmə nümayiş etdirmiş, lakin təqdim etdiyi epikrizlər mövcud halı təsdiqləməmiş, özünü ifadə edə bilməyəcək kəkələmə heç bir sənəddə qeyd edilməmişdir. Başbeyinin instrumental müayinəsinin (MRT) nəticəsində nitq mərkəzinin zədələnməsi barədə məlumat öz əksini tapmamışdır. Verilən sualları qışqıraraq cavablandırmaqdan yayınmışdır. Travma 2006-cı ildə mülki şəraitdə tanımadığı şəxs tərəfindən döyülərək alınmışdır. Hərbi qərarı isə 2024-cü ilin noyabr ayına məxsus olmuşdur. İlkin travma haqqında arayış təqdim etməmişdir. Simulyativ aqressiv davranış nümayiş etdirmiş, orqanik əsası və tibbi sənədlərdə müvafiq qeydi olmamasına baxmayaraq anlaşılmaz səslər çıxartmağa davam etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2006-xx.xx.2006-cı il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sol gicgah nahiyyəsində əzilmiş cırılmış yarası” kimi müəyyən edilmişdir. Qeyd: Yuxarıda öz əksini tapmış xx.xx.2006-xx.xx.2006-cı il tarixli çıxarışın anamnestik məlumatlar bölməsində “Xəstənin və onu müşayiət edən şəxsin deməsinə görə xx.xx.2006-cı il tarixində saat 01:30 radələrində “Maşın bazarı” yaxınlığında yerləşən “Leon” barın yanında tanımadığı şəxslər tərəfindən vurulma nəticəsində travma almış, huşunu itirmiş, huşu aydınlaşmış, evə getmişdir. Evdə kəskin başağrıları, ürəkbulanması olduğu üçün xəstəxanaya müraciət etmişdir” kimi məlumat yazılmışdır. X8 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol serebral hemisferdə temporal lobda anteriorda 17x7mm lÁl araxnoid kista mövcuddur. Epifizdə 10x5 mm lÁl kalsifikasiya və mənfəzində hipodens sahələr izlənilmişdir. Arxa kəllə Áuxurunda 12x15mm lAİ araxnoid kista diqqət çəkmişdir. Bilateral maksillar sinuslarda mukozal qalınlaşma və retension kistlər mövcuddur” kimi müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-c¸ il tarixli 3544 nˆmrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024-xx.xx.2024-ci il tarixli Çıxarışında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. Qeyd :müayinə zamanı aktiv yuxulayırdı. EEQ-nin fizioloji yuxu elementləri qeyd edildi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defisit və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; İddiaçının hüquqi marağı - diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv etməklə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsidir; beləki, cavabdeh tərəfindən qəbul edilmiş qərarı ilə əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu və iddiaçının yaşayış yeri və cavabdehin olduğu ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
Faktiki hallar və sübutlar:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1974-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının 18 oktyabr 2021-ci il tarixli 1593 nömrəli arayışında qeyd edilmişdir ki, xəstə 1974-cü il təvəllüdlü, İddiaçı, xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilədək Respublika Neyocərrahiyə Xəstəxanasında stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2022-ci il tarixli 4608 nömrəli arayışında qeyd edilmişdir ki, Milli ordunun sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqniz: keçirilmiş baş-beynin damarlarının revmavaskulitindən sonrakı nəticələr. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 200 nömrəli xx.xx.2024-cü il tarixli Qərarı ilə İddiaçı atılan mərmilərin partlaması nəticəsində aldığı və yaralanma “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır” qərara alınmışdır. “Respublikası Psixiatriya Xəstəxanası” X10 xx.xx.2024-cü il tarixli, 3645 №-li Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə F07.0 Bakı 2 nömrəli X2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, H00237288LXV Forma 88 göndərişdən görünür ki, İddiaçı xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Bakı 1 saylı Respublikas Psixiatriya Xəstəxanasında, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək Bakı 1 saylı Respublikas Psixiatriya Xəstəxanasında üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu ilə stasionar müalicə almışdır. Əsas diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi nitq qüsuru ilə (XBT 10 kodu – F07.0). Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2025-ci il tarixli 3- 17-4/2-Ə-5621/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında İddiaçı xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyyarları”na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2025-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. İnzibati icraat materiallarından görünür ki, iddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2003-cü il tarixdə qiymətləndirilmiş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş (diaqnoz: revmatizm qeyri-aktiv faza. Revmokardit.Revmatik poliartrit episindrom ilə. Mitral qapaq çatmamazlığı. QDÇ İİ dər.), daha sonra xx.xx.2025-ci ildə əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-704/2025 №-li xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.1974-cü il təvəllüdlü İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Həmin Qərarda göstərilmişdir: Laçın rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2003-ci il tarixində Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və ümumi xəstəlik ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 645430). Daha sonra vətəndaş əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün yeni göndəriş rəsmiləşdirmiş, göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 200 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah mərmi partlamasından sonrakı başın sağ alın, gicgah və ənsə nahiyyələrinin çapıqları, əzilmiş qəlpə yaraları” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə” diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yuxusuzluqdan, ürək nahiyyəsində ağrılardan, bayılmalardan, yüksək arterial təzyiqdən, aşağı ətraflarında ödem və qızartı olmasından şikayətlənmişdir. Anamnezində mərmi partlaması nəticəsində baş nahiyyəsindən qəlpə yaralanması aldığını bildirmişdir. Psixiatrik xəstəxanalara qıcolma tutmaları səbəbindən müraciət etdiyini söyləmiş, lakin tutmalarını təsvir edə bilməmiş, qardaşının qaşıqla yardım etdiyini söyləmişdir. Nevroloji baxış: Stasionar epikrizlər təqdim etməmiş, DTSERA-da EEQ müayinəyə yönləndirilmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji patologiya aşkarlanmamışdır. Psixi status: Demonstrativ şəkildə kəkələmə nümayiş etdirmiş, lakin təqdim etdiyi epikrizlər mövcud halı təsdiqləməmiş, özünü ifadə edə bilməyəcək kəkələmə heç bir sənəddə qeyd edilməmişdir. Baş-beyinin instrumental müayinəsinin (MRT) nəticəsində nitq mərkəzinin zədələnməsi barədə məlumat öz əksini tapmamışdır. Verilən sualları qışqıraraq cavablandırmaqdan yayınmışdır. Travma 2006-cı ildə mülki şəraitdə tanımadığı şəxs tərəfindən döyülərək alınmışdır. Hərbi qərarı isə 2024-cü ilin noyabr ayına məxsus olmuşdur. İlkin travma haqqında arayış təqdim etməmişdir. Simulyativ aqressiv davranış nümayiş etdirmiş, orqanik əsası və tibbi sənədlərdə müvafiq qeydi olmamasına baxmayaraq anlaşılmaz səslər çıxartmağa davam etmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2006-xx.xx.2006-cı il tarixli çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sol gicgah nahiyyəsində əzilmiş cırılmış yarası” kimi müəyyən edilmişdir. Qeyd: Yuxarıda öz əksini tapmış xx.xx.2006-xx.xx.2006-cı il tarixli çıxarışın anamnestik məlumatlar bölməsində “Xəstənin və onu müşayiət edən şəxsin deməsinə görə xx.xx.2006-cı il tarixində saat 01:30 radələrində “Maşın bazarı” yaxınlığında yerləşən “Leon” barın yanında tanımadığı şəxslər tərəfindən vurulma nəticəsində travma almış, huşunu itirmiş, huşu aydınlaşmış, evə getmişdir. Evdə kəskin başağrıları, ürəkbulanması olduğu üçün xəstəxanaya müraciət etmişdir” kimi məlumat yazılmışdır. X8 xx.xx.2022-ci il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol serebral hemisferdə temporal lobda anteriorda 17x7mm ölçülü araxnoid kista mövcuddur. Epifizdə 10x5 mm ölçülü kalsifikasiya və mənfəzində hipodens sahələr izlənilmişdir. Arxa kəllə Áuxurunda 12x15mm ölçülü araxnoid kista diqqət çəkmişdir. Bilateral maksillar sinuslarda mukozal qalınlaşma və retension kistlər mövcuddur” kimi müəyyən edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2024-c¸ il tarixli 3544 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2024xx.xx.2024-ci il tarixli Çıxarışında “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Elektroensefaloqramma müayinəsinin nəticəsi “Baş beynin bioelektrik aktivliyi yaşa uyğun orqanizə olunub. Regional asimmetriya yoxdur. Funksional sınaqlar normal. Epileptiform aktivlik aşkar edilmədi. Qeyd: müayinə zamanı aktiv yuxulayırdı. EEQ-nin fizioloji yuxu elementləri qeyd edildi” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji defist və psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə aşağıdakı suallar göstərilməklə məhkəmə-psixiatrik ekzpertizası təyin edilmişdir:
1. Əsas diaqnoz kimi göstərilmiş: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi nitq qüsuru ilə (XBT 10 kodu – F07.0)” diaqnozu aşkar edilirmi?
2. Qeyd olunan diaqnoz aşkar olunduğu təqdirdə həmin diaqnoz səbəbindən əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalması, ətrafdakılarla ünsiyyətdə tez-tez çətinliklər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) hallarından ən azı biri müşahidə edilirmi?
3. Qeyd edilən diaqnoz aşkar olunduğu təqdirdə, iddiaçıda məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti hallarından ən azı biri müşahidə edilirmi?
4. Qeyd edilən xəstəliklərdən hər hansı biri mövcuddursa müalicə alınmaqla sağalması mümkündürmü?
5. Müalicə olunmaqla sağalması mümkün olduğu təqdirdə iddiaçının əlavə müalicəyə (ixtisaslaşmış müalicəyə) ehtiyacı mövcuddurmu? “Məhkəmə psixiatrik ekspertiza Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli 3613 saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyinin nəticə hissəsində göstərilmişdir ki,” İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar - döyüş zonasında hərbi xidmət keçərkən travma alması, MN mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olarkən “qapalı kəllə-beyin travması” diaqnozunun təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında bir neçə dəfə stasionar müalicələrdə olması, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. İİ Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci suala cavab: İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. 2-ci və 3-cü suallara cavab: Qərarda qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik eksperizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentiliyi” X10 səlahiyyətlərinə aiddir. 4-cü və 5-ci suallara cavab: Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiya məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. “
Tətbiq edilən hüquq.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs. 1.0.6. əlilliyi olan şəxslərin reabilitasiyası - əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpası; 1.0.7. tibbi reabilitasiya - orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemi; 1.0.8. peşə-əmək reabilitasiyası - əlilliyi olan şəxsin peşə seçiminə, əvvəlki və ya yeni peşədə əmək qabiliyyətinin qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının bərpa edilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər sistemi; 1.0.9. sosial bacarıqların inkişafı - əlilliyi olan şəxsə sosial vərdişlərin mənimsənilməsini, onlara digər şəxslərlə bərabər cəmiyyətin həyatında müstəqil iştirak etmək üçün imkanların yaradılmasını təmin edən tədbirlər sistemi; 1.0.10. psixoloji-pedaqoji reabilitasiya - əlillik xüsusiyyətinə uyğun olaraq əlilliyi olan şəxsin müxtəlif tədris metodlarından istifadə olunmaqla inklüziv və ya inteqrasiyalı təhsil almasına, ünsiyyət, özünəxidmət və öz davranışına nəzarət qabiliyyətinin bərpasına yönəldilmiş tədbirlər sistemi;
Maddə 3. Əlilliyin müəyyən edilməsi. 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. ...
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 13.4. Qonartroz (diz oynağının artrozu) (M17) 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) 7.8.1 həyat fəaliyyətinin pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar, yüngül və orta dərəcəli əqli gerilik İQ 35- 69 ; 65- 80 %; müddətsiz.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın normalarına uyğun olaraq həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); cavabdeh göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Nəzərə alınmalıdır ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı müharibə zamanı düşmən tərəfindən atılan mərmilərin nəticəsində xəsarət almış, iddiaçıya “F07.0 Ağır (kəskin) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi nitq qüsuru ilə” diaqnozu qoyulmuşdur. İddiaçının əlillik vəziyyəti ilkin olaraq xx.xx.2003-cü il tarixdə qiymətləndirilmiş və ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş (diaqnoz: revmatizm qeyri-aktiv faza. Revmokardit.Revmatik poliartrit episindrom ilə. Mitral qapaq çatmamazlığı. QDÇ İİ dər.), daha sonra xx.xx.2025-ci ildə əlillik vəziyyəti yenidən qiymətləndirilmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdaifiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3-704/2025 №-li xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.1974-cü il təvəllüdlü İddiaçı diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, göndərişin göndərildiyi dövrdə və hal-hazırda qüvvədə olan Meyarlarda (F070.) üzvi mənşəli şəxsiyyət pоzuntusu, Üzvi şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, qıcolma tutmaları ilə əsas diaqnozuna əsasən qeyd edilməlidir ki, həmin xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə göstərilənləri, iddiaçıda olan diaqnozların onda öz təsdiqini tapmaması səbəbindən ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə iş materiallarında olan tibbi sənədlər və forma 088 arayışı ilə kifayətlənməmiş, öz səlahiyyətləri çərçivəsində iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmişdir. Aparılmış ekspertiza tədqiqatının nəticəsində təqdim olunmuş ekspert rəyindən görünür ki, İddiaçı Üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur, Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İddiaçı vəziyyətinin stabil saxlanılması və sosial adaptasiya məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. Sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır Göründüyü kimi ekspert rəyində konkret olaraq xəstəliyin əllliyin təyininə əsas verən diaqnozlar göstərilmişdir. Həmin diaqnozlar Bakı 2 nömrəli X4 tərəfindən verilmiş Forma 88 haqqında məlumatlardada öz əksini tapmışdır. Başqa sözlə desək, forma 088 arayışında göstərilən və hal-hazırda iddiaçınn əziyyət çəkdiyi xəstəliklər “hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, bu sahədə hüququ mexanizm “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun müddəaları ilə həyata keçirilir. Bu Qanun Azərbaycan Respublikasında psixiatriya yardımı göstərilməsi sahəsində yaranan münasibətləri tənzimləyir, bu sahədə hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyən edir. Sözügedən Qanunun 15.0-ci maddəsində dövlətin psixi pozuntu xəstəliyindən əziyyət çəkən şəxslər qarşısında olan təminatların əhatə dairəsi sadalanmışdır ki, bunlardan biri də əlilliyin müəyyən edilməsidir. Göründüyü kimi iddiaçının forma 088 arayışında göstərilən xəstəlikdən əziyyət çəkməsi müvafiq tibb sənədlər ilə təsdiq olunur. Xüsusi ilə nəzərə alınmalıdır ki, iddiaçı psixi pozuntudan əziyyət çəkən şəxs hesab olunduğundan və Bakı 2 nömrəli X1 qeydiyyatda olduğundan, “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanunun 15.0.3-cü maddəsinin tələbləri baxımından Bakı 2 nömrəli Klinik Psixiatriya tərəfindən onun həmin xəstəlikdən əziyyət çəkməsini təsdiq edən forma 088 arayışı əlilliyin təyini üçün kifayət qədər obyektiv arqument hesab olunur. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər (həyat fəaliyyətinin pozulması və sosial dezadaptasiyaya səbəb olmuş əqli gerilik İQ 35-69) nəticəsində orqanizmin funksiyalarının pozulması 65-80 faiz müəyyən olduğundan, ona müddətsiz əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu - 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi - 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin tibb müəssisəsinin H00237288LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cü mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin H00237288LXV saylı tibbi göndərişi əsasında “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə bağlı 2-ci dərəcəli müddətsiz əlilliyin əlillik altsistemində ləğv olunduğu vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova